Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Cavanşir

Vikipediya, azad ensiklopediya
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:Cavanşir (ad).
Bu adın digər istifadə formaları üçün bax:Cavanşir (dəqiqləşdirmə).
Cavanşir
Alban çarı Cavanşirin heykəli. 1960-cı illər. Müəllif Fuad Əbdürrəhmanov. Azərbaycan Milli İncəsənət Muzeyi
Alban çarı Cavanşirin heykəli. 1960-cı illər. MüəllifFuad Əbdürrəhmanov.Azərbaycan Milli İncəsənət Muzeyi
642 –681
ƏvvəlkiVaraz Qriqor
SonrakıI Varaz Trdat
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (65 yaş)
Vəfat səbəbisui-qəsd
Dəfn yeriCəbrayıl
Fəaliyyətimonarx
AtasıVaraz Qriqor
AnasıHuriduxt
Həyat yoldaşıXosrovanuş
AiləsiMehranilər
DiniOrtodoksxristian
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

CavanşirQafqaz Albaniyasının hökmdarlarından biri, həmçininMehranilər sülaləsinin ən məşhur nümayəndəsi olmuşdur. Onun hakimiyyəti dövründəQafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.Cavanşir böyük hökmdar olmuşdur. Onun Azərbaycana çoxlu qatqıları olub.

Cavanşirin hakimiyyəti ərəfəsində Qafqaz Albaniyasında siyasi vəziyyət

[redaktə |vikimətni redaktə et]
MüasirNaxçıvan şəhəri ərazisindən aşkarlanmış
Cavanşirin təsvir edildiyi Qafqaz Albaniyası dövrünə
aid[1][2] (VII əsr) tunc büxurdan

Girdman hakimliyinin əsası Sasanilərdən qaçmışMehran adlı bir şəxs tərəfindən qoyulmuşdu.Mehranilərin zərdüştiliyə etiqad etmələrinə baxmayaraq və bəlkə də elə buna görə onlar qısa bir müddətdə öz nüfuzlarını bütün Albaniyaya yayaraq, hətta paytaxtı daBərdəyə köçürməyə müvəffəq olmuşdular. Vəziyyətin sabitləşməsinə yalnız uzun illərdən bəri davam edənİran-Bizans müharibələri mane olurdu. Qafqaz Albaniyası bu dövlətlər arasında döyüş meydanına çevrilmişdi.

623-cü ildə Qafqaz Albaniyasına Bizans imperatoruİraklinin, sonra isə onun müttəfiqi xəzər xaqanının qoşunları soxulur. Bizanslılar vəxəzərlərQafqazdakı Naxçıvan,Tiflis və digər şəhərləri tuturlar.Qazakada onlar məşhur atəşpərəst məbədlərini uçurur. Albaniyada möhkəmlənən xəzərlərQəbələni özlərinin inzibati mərkəzlərinə çevirirlər. Məğlubiyyətə uğradıqdan sonra da xəzərlərin çoxu Qafqaz Albaniyasında qalırlar.

628-ci ildə İranla Bizans arasında sülh müqaviləsi imzalanır. Bu müqaviləyə görə,Ermənistan Bizansın, Albaniya isə yenə Sasanilərin tərkibində qalır,Gürcüstansa müstəqillik qazanır. İmperator İrakli öz qoşunu iləGirdman vilayətinə gəlir,Varaz Qriqora xristianlığı qəbul etdirir və bütün ölkədə kilsələrin tikintisinə imkan yaradır. Gürcü xronikalarında göstərilir ki, imperator İrakli, əslində, təkcə Varaza deyil, "onun bütün xalqına" xristianlığı qəbul etdirmişdi. Mehranilər arasında ilk olaraq məhz Varaz bütün Albaniyanın knyazı tituluna layiq görülür.

Bizansla müharibədə zəifləmiş Sasanilər ərəblərin hücumu qarşısında çox böyük çətinliklə dayanır. Ərəb işğalçılarına qarşı mübarizədəVaraz Qriqorun oğlu Cavanşirin başçılığı ilə Mehranilərin qoşunları da iştirak edir. Alban tarixçisiMoisey Kalankatlı xəbər verir ki, Cavanşir 7 il sərasər öz dəstəsi ilə ərəblərə qarşı döyüşmüş, özünü cəsur əsgər, istedadlı sərkərdə kimi göstərmişdi. 636-cı ildə Sasanilərin qədim paytaxtıMədain yaxınlığındafarslarla ərəblər arasında daha bir döyüş olur. Bu, ərəblərdən ötrü olduqca əhəmiyyətli bir döyüş idi. Sasani sərkərdəsi Rüstəmin komandanlığı altında 80 minlikSasani ordusunun tərkibində Cavanşirin dəstəsi də vuruşurdu. Kiçik fars ordusu bu döyüşdə məğlubiyyətə uğrayır, Cavanşirin dəstəsi ayrılıb Atropatenaya doğru çəkilir.

Tarixi salnamələr Cavanşirin bu döyüşdən sonra da bir neçə parlaq qələbə qazandığını göstərir. İran şahənşahı Yezdəgerd Cavanşirin xüsusi xidmətlərini nəzərə alaraq, ona dəstəsinin önündə aparmaq üçün bayraq, zil səsli şeypurlar, iki qızıl mizraq və qızıl suyuna çəkilmiş qalxanlar verir. Şahənşah Cavanşiri bütün qoşun başçılarından əziz tutur. Onu qiymətli daş-qaşlarla işlənmiş qızıl kəmərlə, qızıl dəstəkli qılıncla, qızıl qolbaqla və çox gözəl bir tacla mükafatlandırır. Həmçinin ona mirvari və incilərlə bəzə-dilmiş bazubənd verir, sinəsinə bir neçə can mirvari düzür. Cavanşir daha bir neçə döyüşdə iştirak edəndən sonra anlayır ki, Sasanilərin hökmranlığına çox qalmır və elə həmin il vətəninə qayıdır. Düz yeddi il Cavanşir bu ağır döyüşlərdə iştirak edir. İki ağır yara alandan sonra onlarla vidalaşır". Az sonra isə əvvəlki Alban çarlarının müstəqil dövlətlərini yada salaraq, o öz ölkəsini heç kəsə tabe etdirməmək fikrinə düşür.

639-cu ildə ərəblər tərəfindən məğlub edilmiş Sasani qoşunları onun ölkəsinə girmək istəyəndə CavanşirgürcülərSünik (Zəngəzur) vilayətinin hakimi ilə ittifaqda onlarla gərgin döyüşə girir. Tarixçilər onun bu döyüşdə göstərdiyi igidliyi belə qeyd edirlər: "O məşhur qoşun başçısı Qeqmazini şəxsən məğlub etdi. O özü və qoşunu əllərində qılınc onlarda (farslarda) dəhşətli bir vahimə doğurdular. Onlardan xeyli əsir, at, qatır başqa qənimətlər alaraq, geri döndülər. Onlar dağlarda yenə qarşılaşdılar və qələbə yenə ona qismət oldu". Onlar hiylə işlədib, Cavanşirin qohumlarını əsir alır və yenə Albaniyanın hüdudlarına soxulurlar. Nəhayət, Cavanşir onlar üzərində tam və qəti qələbə çala bilir. Bundan sonra Cavanşir Sünik knyazının qızına evlənir, lakin Albaniyanın müstəqilliyini uzun müddət əldə saxlamaq Cavanşirə nəsib olmur.

654-cü ildə ərəblər xəlifə Osmanın sərkərdəsi Salmai ibi-Rəbiənin başçılığı ilə Albaniyaya soxulurlar. Onların bəzi dəstələri həttaQəbələ,ŞəkiDərbəndə qədər irəliləyir. Dərbənddə xəzərlər onların yolunu kəsib, qabağa buraxmırlar. Ərəblər Dərbəndin hüdudlarından çıxarkən yerli əhali şəhərin darvazalarını bərk-bərk qapayır, xəzər xaqanı isə onları öz süvari dəstələri ilə qarşılayır. Beləliklə, dörd min ərəb döyüşçüsü məhv edilir.

Qafqaz Albaniyası tarixi üzrə tanınmış mütəxəssisKamilla Treverin dediyinə görə, "görünür, ərəblər Albaniyanı öz tabeliyinə keçirməkdə çox maraqlı idilər. Çünki bu ölkə şimalda xəzərlərlə, cənubda İran (bu ölkə də hələlik onların tabeliyinə tam keçməmişdi) arasında yerləşirdi. Ön Asiyadan Şimali Qafqaza,Volqaya və cənubi rus çöllərinə aparan ticarət yolları da buradan keçirdi. Bundan başqa ölkənin təbii sərvətləri və yeraltı metal ehtiyatları da zəngin idi".

II Konstantin ilə əlaqələri

[redaktə |vikimətni redaktə et]
Əlibala Kazımov - Alban knyazı Cavanşir; rəsm əsərində Cavanşirin Sasani ordusunun tərkibində ərəblərə qarşı savaşı təsvir olunub.Azərbaycan Tarix Muzeyi

XəlifəƏlinin zamanında daxili ziddiyyətlər xilafəti ciddi şəkildə zəiflədir və bundan istifadə edən Cavanşir vergiləri ödəməkdən imtina edir. Albaniyanın müstəqilliyi üçün indi artıq birbaşa təhlükə xəzərlər və bizanslılar tərəfindən gözlənilirdi. O, Bizans imperatoruII Konstantinlə məktublaşır və bir neçə dəfə onunla görüşür.

"Sənə hökmdar Cavanşirə, Girdıman sahibinə və Albaniya knyazına, apoipata və proton patrika və Şərqin hökmdarına — Xilaskar Xaçın ilahi qüvvəsindən mərhəmət və bərəkət, bizim imperator şəxsimizdən isə salam və məhəbbətimiz. Sənin Allaha məhəbbət və itaətinlə dolu təbrik məktubunualdıq və biz şadıq ki, sən və sənin Şərq məmləkətinbizə tabe olmağa razı oldunuz. Buna görə biz və bizim oğullarımız əbədi olaraq sizə, sənə və sənin nəsildən-nəsilə gələnoğullarına sevgi, səmimiyyət və sarsılmaz məhəbbətlə münasibət bəsləyəcəyik".[3]
— Mxitar Qoş, "Alban Səlnaməsi", XXIII Fəsil

Cavanşir alban xalqını öz himayəsinə götürməyi ondan xahiş edir və II Konstantin bu təklifi böyük sevinc hissi ilə qarşılayır. O, Cavanşiri Girdman hökmdarı və Albaniya knyazı adlandıraraq, ona öz xəzinəsindən qiymətli hədiyyələr göndərir. Alban tarixçisi Moisey Kalankatlının yazdığına körə, "o, Cavanşirə gözəl hədiyyələr — söykənəcəyi qızılla işlənmiş gümüş taxtlar, qızılı saplarla toxunmuş libaslar, özünün açdığı mirvari ilə bəzənmiş qılınc… göndərdi. Ona Aqvan (qrabarca Alban sözünün təhrifi) çarlığının hüdudlarındakı bütün kəndlər üzərində irsi hakimiyyət hüququ verdi". Həmin dövr üçün Bizansla yaxınlaşma siyasəti özünü doğruldurdu. Moisey Kalankatlının da yazdığı kimi, ölkənin sərhədləri indi "İberiya hüdudlarından xonların (xəzərlər) darvazalarına vəAraz çayına qədər uzanırdı".

Xəzərlərlə münasibəti

[redaktə |vikimətni redaktə et]

Bizansla müqavilə bağlandıqdan iki il sonra Albaniya xəzərlərin hücumuna məruz qalır. XəzərlərKürə qədər çatır,Qafqaz albanlarının birləşmiş qüvvələri tərəfindən darmadağın edilərək, Albaniya hüdudlarından çıxmalı olurlar. Bir neçə il sonra xəzərlər yenidən hücuma keçir və bu dəfə Araza qədər irəliləyirlər. Cavanşir onlarla danışığa getməyə məcbur olur. Kürün sahilində onlar xəzər xaqanı ilə görüşürlər. Görüş sülh müqaviləsi ilə başa çatır. Bu sənədə görə, xəzərlər əsir götürdükləri albanları geri qaytarır, Cavanşirsə xəzər xaqanının qızı ilə evlənir.

Ərəblərlə əlaqəsi

[redaktə |vikimətni redaktə et]
Cavanşir (heykəltaraşF. Əbdürrəhmanov)

Ərəblərlə mübarizədə Bizansın zəifləməsi Cavanşirə imkan verir ki, onun asılılığından çıxsın və alban tarixçisi Moisey Kalankatlının təbirincə, "cənub hakiminin tabeliyinə girsin".

667-ci ildə Cavanşir xilafətin paytaxtına danışıqlara yola düşür. Xəlifə onu adına layiq bir tərzdə təntənə ilə qarşılayır və rəsmən Albaniya knyazı kimi qəbul edir. Cavanşirin diplomatik bacarığı və şəxsi keyfiyyətləri onun tezliklə xəlifə ilə dostluq münasibətləri yaratması üçün səbəb olur. Üç il sonra Cavanşir xəlifədən onun Bizans imperatoru ilə danışıqlarında vasitəçisi sifətilə Dəməşqə getmək təklifi alır. Cavanşir vasitəçi kimi də öz işinin öhdəsindən uğurla gəlir. Hər iki tərəf danışıqların nəticəsindən razı qalır. Bundan sonra xəlifə Cavanşirin Albaniyaya qoyulmuş vergilərin üçdə birini ixtisar etmək təklifinə razılıq verir. Xəlifə həmçinin Sünik vilayətini Cavanşirin tabeliyinə verir və ondan Atropatenanın idarəsini də öz əlinə almağı xahiş edir. Cavanşir sonuncu təklifdən boyun qaçırır. Cavanşir vətənə qiymətli hədiyyələrlə qayıdır. O vaxt ənənəvi sayılan silah və geyim hədiyyələri ilə birlikdə Cavanşirə fil və dənizin o tayından gətirilmiş danışan tutuquşular da bəxşiş edilmişdi.

Cavanşirin müsəlman xilafəti ilə yaxınlaşması Azərbaycan tarixində, ölkənin islamlaşması baxımından mühüm rol oynayır. Bəlkə də xristian meylli feodalların ona qarşı sui-qəsd hazırlamaları da elə bununla şərtlənirdi.

Cavanşir həmin qəsd iştirakçılarından birinin ona vurduğu ağır yaralardan 681-ci ildə vəfat edir.

Cavanşir Azərbaycan tarixinə olduqca çətin şəraitdə ölkənin müstəqilliyini qoruyub saxlamış və möhkəmləndirmiş sərkərdə və dövlət xadimi, özünün ərəblər, xəzərlər, bizanslılarla qarşılıqlı münasibətlərində ortaya çıxan problemləri sülh və danışıqlar yolu ilə yoluna qoymuş diplomat kimi daxil olub.

Cavanşir xüsusən özününXilafət və Bizansla münasibətləri sayəsində Albaniyanın maddi və mənəvi mədəniyyətinin inkişafı üçün çox iş görmüşdür. Alban tarixçisi Moisey Kalankatlı onun dövründə yaşayıb-yaratmışdı. Güman ki, o, "Alban tarixi" əsərini məhz Cavanşirin göstərişi ilə yazmışdır. Moisey Kalankatlı burada özündən əvvəlki tarixçilərin əsərlərindən başqa, ixtiyarına verilmiş saray arxivinin materiallarından da bol-bol istifadə etmişdir. Sonuncu sənədlərə misal olaraq, Vaçaqanın yepiskoplara, Cavanşirin Bizans imperatoru Konstantinə, Konstantinin Cavanşirə məktublarını göstərmək mümkündür. Əsərdə həmçinin saray şairiDəvdəkin Cavanşirin ölümünə yazdığı ağı da verilmişdir. O, burada öz mərhum hökmdarını ağlayaraq, qatilləri lənətləyir. Dəvdək mərsiyəsinin sonunda deyir: "O, bizim üçün həqiqət dünyasının işığı idi. İlhamverici, sükançı idi — coşqun dalğaları ram edərdi — cəsur Cavanşir, düşmənin qaraküruhunu zəbun edən!". Moisey Kalankatlı göstərir ki, Cavanşir Bərdədə və ölkənin çox şəhərlərində saray və məbədlər tikdirmişdi.

Cavanşirin ölümündən az sonra Qafqaz Albaniyası ərəblər tərəfindən ram olunur və onun əhalisinin əksəri İslamı qəbul edir. Dağlıq yerlərdə islamlaşma prosesi bir qədər uzun çəkir, Qarabağın dağlıq hissəsinin xristianlığı qoruyub saxlamış əhalisi isə kilsə dili kimi alban mədəniyyətini mənimsəyərək, zaman keçdikcə qismən mədəniyyətini qoruyub saxlıyırlar.

Ailəsi

[redaktə |vikimətni redaktə et]
  • AtasıVaraz Qriqor.Qafqaz Albaniyası çarı vəGirdiman knyazı cəngavər atası xristianlığı qəbul etmişdir
  • Anası Huriduxt.İberiya şahzadəsi,Qafqaz Albaniyası çariçası vəGirdiman knyaginyası. Xosroid sülaləsindən.
  • QardaşlarıVaraz Peroz,Yezad XosrovVarazman.
  • BacısıYelena Mehrani. 662–685-ci illərdə Ermənistan hakimi, Mamikonyanlar sülaləsindən Qriqorun həyat yoldaşı.[4]
  • I həyat yoldaşı.Sünik vilayəti knyazının Aruncan nəslindən. 659-cu ildə vəfat edib. Daha sonra Sünik vilayəti Xəlifə tərəfindən Cavanşirə verilib.
    • I oğlu. Patrik (Bizans imperatoruII Konstant tərəfindən təltif edilib).
    • II oğlu. Patrik (Bizans imperatoru II Konstant tərəfindən təltif edilib).
  • II həyat yoldaşı. Hunlar çarının qızı. 665-ci ildə, Cavanşir türklərlə müqavilə bağladığından sonra evlilik baş tutub.
  • III həyat yoldaşı Xosrovanuş.
  • SələfiVaraz Trdat. Cavanşirin qardaşı Varaz Perozun oğlu, konsul və patrik (Bizans imperatoru II Konstant tərəfindən təltif edilib).

Təbəəsi

[redaktə |vikimətni redaktə et]

Cavanşirin ölümünə ağı

[redaktə |vikimətni redaktə et]

Böyük Hökmdar Cavanşirin ölümünə ağı şairiDəvdəkin alban hökmdarı Cavanşir Mehraninin ölümünə həsr etdiyi qədim yunan poeziyası üslubunda yazmış olduğuakrostix elegiyadır (mərsiyyə). Dəvdəkin "Şərq ölkəsinin kədəri" adlı mərsiyyəsi onun dövrümüzə gəlib çatan yeganə əsəridir.

Dəvdəkin doğum yeri və tarixi dəqiq bəlli olmasa da, bəzi ehtimallara görə, o, Qarabağın qədim mərkəzi olan Bərdədə yaşayıb. Dəvdək Azərbaycan xalqının istiqlaliyyətini qoruyan, Sasanilərə və xəzərlilərə qarşı müqavimət göstərən alban hökmdarı Cavanşirin müasiri, dostu və məsləhətçisi olmuş, onun xəlifə Müaviyyə ilə görüşlərində iştirak etmişdir.

681-ci ildə "Cavanşir Bizanspərəst əhval-ruhiyyəli Aran knyazlarının gizli qəsdi nəticəsində öldürüldükdə" (Ziya Bünyadov) Dəvdək sərkərdənin tabutu önündə mərsiyyə-poema oxumuşdur. Bu əsərində o, böyük vətənpərvər kimi xalqın dərin kədərini ifadə etmişdir.

Böyük Hökmdar Cavanşirin ölümünə ağı —Dəvdək[7][8]

Ey ilahi kəlamları xəlq eləyən ulu Tanrı,

Özün nəğmə-ağı söylə, yad et bizim hökmdarı

Elə nəğmə- ağı qoş ki, bu əvəzsiz itki üçün

Gözümüzdən gecə - gündüz axsın odlu göz yaşları.

Bu Gündoğan ölkəmizi tutan kədər çox böyükdür,

Yer üzünü hərtərəfli hıçqırıqlar bürümüşdür.

Fəryadıma qulaq assın bütün ellər, qəbilələr

Mənimlə bir bütün bəşər qoy ağlasın hönkür – hönkür.

Təməlindən qopub getdi əzəmətli canlı qaya,

Parçalandı bizi qucan, hifz eləyən yüksək divar.

Qüllələri göyə çatan bir imarət yıxıldı, ah,

Sındırılıb məhv edildi möhkəm qala, hündür hasar.

Dincliyimiz yoxa çıxdı, qara gəldi ağ günümüz,

Üstümüzə hücum çəkdi basqınçılar sürü – sürü.

Heyrətamiz bir dövləti xarabaya çevirdilər.

Möcüzəli səltənətin al şəfəqi söndürüldü.

Bizim yurda gələn bəla yəqin həmin bəladır ki,

İsayya da qorxudaraq bildirmişdi bir zamanlar

Bayramımız yasa döndü, kölgə düşdü qızıl xaça

Şadlığımız göz yaşında batıb getdi, ey insanlar!

Geri dönməz itki üçün qazdılar bir dərin məzar,

Şərafətli hökmdarı ora qoyub basdırsınlar.

Basdırsınlar fitnə - fəsad izlərini, cinayəti,

Arifləri azdırmaqçın çox əlləşdi o azğınlar.

Aslan kimi qüdrətliydi o öz Aslan yatağında,

Düşmənləri zağ- zağ əsər, qarşısında donardılar.

Qüdrətinə baş əyərdi həm qorxudan, həm sevgidən,

Bütün elat başçıları, bütün müdrik ağsaqqallar.

Uzaq – uzaq ellərəcən yayılmışdı şan –şöhrəti,

Yer üzünün o tayına çatmış idi adı, sanı,

Bütün cahan vəsf edirdi onun sonsuz qüdrətini,

Qaranlığa işıq salan, uzaq görən zəkasını.

Rum qeysəri, bir də Cənub hökmdarı208 tələsirdi.

Can atırdı görmək üçün bizim böyük hökmdarı.

Şərafətlə, ləyaqətlə, ən bahalı zər – zinətlə

Qarşılardı, salamlardı onlar bizim bayraqdarı.

Bizi qəfil yaxaladı bu cinayət, bu qan – qada,

Maymaq kimi azmağımız bizə baha başa gəldi.

Əfəlləşdik, ölgünləşdik, qəzəbləndi ulu Xaliq,

Böyük məşhur bir dövləti uf demədən məhv etdi.

Hökmdarı sədaqətlə hifz eləyən sadiqləri

Elə bil ki, küsüb ondan, üz döndərib, gözdən itdi.

Bu uğursuz, bu qanlı gün uzaqlaşdı Ulu Tanrı,

Hiyləgərlər caynağında onu yalnız qoyub getdi.

Öz satqınlıq kamanını çəkib dartdı çuğul düşmən,

Məkri hiylə qılıncını itilədi parıl – parıl.

Sənin parlaq günəşini döndərdilər başqa yola,

Kimlər? Moavların alçaq rəzilbalaları.

Aldatdılar, apardılar tənha, gizli bir guşəyə,

Açdılar tunc sinəsində neçə - neçə dərin yara.

Gecə gizli öldürülən mobidlər tək qətl olundu,

Görün kimlər qaldırdı əl əzəmətli bahadıra!

Atasından xəbərsiz bic... zatıqırıq, alçaq, iyrənc,

Dizin – dizin sürünsün qoy, həsrət qalsın xoş bir özə.

Qarğışlara, nifrətlərə, lənətlərə bürünərək

Veyillənsin qoy dünyada Qabil kimi əsə - əsə.

Qaçmağa yol, öz tapmasın, cığırlar da tutulsun qoy

Başı üstə vəhşi quşlar şappıldatsın qanadını.

Dərələrin qarğaları cəmdəyinə daraşsın qoy,

Ağzı qanlı yırtıcılar didim – didim didsin onu.

Açsın Cəhənnəmin ağzını, İrod odu udsun onu

Doğulsunlar ürəyində yarasalar, soxulcanlar.

Yandıraraq, söndürərək, öldürərək, dirildərək

Bu qatili dönə –dönə, xıncım – xıncım etsin onlar.

Sınsın çürük budaq kimi sərkərdəyə qöyan o əl,

İflic olsun o mərd üzü tapdalayan murdar ayaq.

Onun zərdab qanını qoy ağ güvələr zəhərləsin,

Gəbərsin qoy, vəbalara, cüzamlara tuş olaraq.

Tikanlı ağacların kölgəsində dincələrsə,.

Gəlsin ilan balaları, bürüsün dörd çevrəsini.

Üz – gözünə qurbağalar zigil atsın, acı töksün,

Şiş bürüsün əndamını, xərçəng kəssin nəfəsini.

Bizim üçün o, dünyanın yeganə, tək çırağıydı,

Sükançıydı, cilovlardı şahə qalxan dağları.

İgid, cəsur Cavanşirin poladlaşan şəxsiyyəti

Əsarətçi zalımların yatırdadı qiyamını.

O, yatmazdı, mürgülərdi... gözü ayıq, qəlbi qaynar.

Marsın cəng arabasın ulduzlara surərdi o.

Qollarına toplasa da min igidin qüvvətini,

Çiçəkləri asta üzər, gülü ehmal dərərdi o.

Danışarkən dodağından mirvarilər saçılardı,

Əxlaqı saf, ruhu yüksək, könlü odlu bir həvəsdə.

Yuxusundan ayrılarkən, aslan kimi sıçrayardı,

Bölüb isti çörəkləri, paylayırdı süfrə üstə.

Həzrət İsa peyğəmbərin qabırğası arasından

Axan qanlar süzülmüşdü onun dərya ürəyinə.

Ən müqəddəs dualarla tanrısına tanışdı o,

Öz qəlbinin qüdrətilə ölümsüzlük tapmışdı o!

Mənim ağım qu quşunun, pərilərin ağısı yox,

Dəstəsindən ayrı düşən bir quşcuğun naləsidir.

Yetim qalıb bizim şəhər, kövrəkləşib polad qala.

Uzun illər görməmişdik bu cür məqam, bu cür bəla.

Haçan gəlib tapdı bizi o qanlı əl, canlı bıçaq?

Kaş bataqlıq qurdu kimi yerindəcə qurusun o.

Ağzı yansın, qan qussun o.

Sən ki, saçardın nurunu günəş kimi üstümüzdə,

Batıb getdin... qərq olmuşuq gecələrin zülmətinə.

Bulud girdi aramıza, ayrı saldı səni bizdən,

Gözlərimiz həsrət qaldı yaraşıqlı qamətinə.

İllər boyu ağlayacağam, öz bağrımı didəcəyəm,

Sənsiz qalan o boş taxtı hiddətlə seyr edəcəyəm,

Sən gedəli, dörd tərəfdən bağlanıbdı sevinc yolu,

Gözlərimdən bulaq kimi yaşlar axır qanlı – qanlı.

Əzizlərin, doğmaların sevgin ilə alovlanır,

Yaddan çıxmaz bu məhəbbət bizim eldə heç bir zaman.

Kaş ki, bizim sözlərimiz ətir saçan buxur kimi,

Alışaydı məzarında, yanaydı son damlayacan.

Başımın tacı düşdü,

Taxtımız da, bəxtimiz də viran qaldı.

Gücümüzün şan – şöhrəti səninlə bir basdırıldı.

Səninlə edərdi fəxr Təbər gölü, Lubnan dağı,

Azğın şimal küləkləri dayanardı səni görcək.

İndi yurdu sənsiz görüb hunlar qapır baltasını,

Viran qalır nar bağları, tapdalanır çəmən – çiçək.

Səltənətlər qara geyib, tac qoyan da sevinməyir,.

Gəlinlərin yatağını toz bürüyüb, qəm tozları.

Balasını itirmiş tək yaxa yırtır, yaş tökürlər,

Dərddən solmuş bənizlərin nə yamandır bu qubarı.

Üzərindən atmaq istər ləkələnmiş şöhrətini,

Tac qoyan da anlayır ki, tac əbədi bəzək deyil.

Bu ölümlə biz bir daha dərk etdik, başa düşdük:

Heçdi, puçdu fani dünya. Bizə dünya gərək deyil.

Xoşdur mənə bu sözləri deyib yanmaq, alovlanmaq,

Ancaq daha xoş olardı səninlə bir dəfn olunmaq


— Mxitar Qoş, “Alban Səlnaməsi”, XXXVII Fəsil

Mənbə

[redaktə |vikimətni redaktə et]
  1. İsmayılov R., Heydərov M. Sənin baban kim olub. Bakı: Turan,
  2. Azərbaycan tarixi (VII cilddə). II cild. Bakı: 2006.
  3. Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı: 1993.
  4. Fəridə Məmmədova. Qafqaz Albaniyası və albanlar. Bakı: 2005.
  5. Ziya Bünyadov. Azərbaycan VII–IX əsrlərdə. Bakı: 2006.
  6. Azərbaycan Milli Ensiklopediyası. "Azərbaycan". Bakı: 2007, səh. 184.
  7. Ламия Кафар-заде. Вопросы раннесредневековой истории Азербайджана в англоязычной историографии. Баку: ИПО Турхан, 2017, 248 с.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Бретаницкий Леонид Семенович, Веймарн Борис Владимирович. Искусство Азербайджана IV–XVIII веков — Москва: Издательство Искусство, 1976. — С. 31. — 272с.
  2. М. И. Артамонов. История хазар — Л.: Изд-во Гос. Эрмитажа, 1962. 523 с.
  3. Moisey Kalankatuklu, "Albaniya tarixi". Mxitar Qoş, "Alban salnaməsi".Akademik Ziya Bünyadovun tərcüməsində, Bakı, Elm, 1993.ISBN 9952-421-52-2 XXIII Fəsil, s.134
  4. Cyril Toumanoff. Review of C. J. F. Dowsett's "The History of Caucasian Albanians by Movsēs Dasxuranci", Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 25, No. 1/3. (1962)
  5. А. П. Новосельцев. Хазарское государство и его роль в истории Восточной Европы и Кавказа. — М.: Наука, 1990. — С. 31.
  6. К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании (IV в. до н. э. — VII в. н. э.), М. — Л., 1959. С. 318.
  7. Q. Voroşil. Azərbaycan şairi Dəvdək, Ulduz. Bakı, 1971, s. 34-39
  8. Moisey Kalankatuklu, "Albaniya tarixi". Mxitar Qoş, "Alban salnaməsi".Akademik Ziya Bünyadovun tərcüməsində, Bakı, Elm, 1993.ISBN 9952-421-52-2 XXXVII Fəsil, s.156-160.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Qafqaz Albaniyası hökmdarları
İlk hökmdarlar
Alban Arşakiləri
Sanatruk2  •I Vaçaqan  •I Vaçe  •Urnayr (313-371)  •II Vaçaqan (371-?)  •Mirhavan  •Satoy  •Asay  •Yesuagen (432-444)  •II Vaçe (444-463)  •III Vaçaqan (487-510)
Sasanilərinmərzbanları
I Varsken (470-482)  •Piran Güşnəspen (533/534-542)  •Ərvənd Güşnəspen (540-541, 545 — 540-cı illərin sonu)  •II Xosrov (580-ci illər)  •Qayşak (626-?)  •Sema Vişnasp (?-629)
Mehranilər
Varaz Qriqor (628-642)  •Cavanşir (642-681)  •I Varaz Trdat (681-694)  •Sparama1 (694-699)  •Şeroyə1 (699-704)  • I Varaz Trdat (704-705)
İddiaçılar
Əyalət hakimləri2
II Vardan (705-711)  •Narse (711-740)  •I Qagik (740-770)  •I Stepanos (770-800)  •II Varaz Trdat (800-812)  •Səhl ibn Sumbat (822-854)  •Hovannes/Müaviyə ibn Səhl (838/839-854)  •Atrnerseh (?-870)  •II Varaz Trdatın qızı Sparma1 (854-?)  •Qriqor Hammam (893-897)  •II Atrnerseh (906-944)  •İşxan Əbu Əbdülmalik (1044-1110)  •Böyük Kvirike (1032-1038)
1hökmdarın yoxluğunda
2titullar formal xarakter daşıyır, həqiqi hakimiyyət deyil və ya müəyyən tarixi mənbələrdə Albaniya çarı adlandırılır
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Cavanşir&oldid=8074106"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp