Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

CSS

Vikipediya, azad ensiklopediya
CSS
Loqonun şəkli
Yaradılma tarixi17 dekabr1996
Fayl sonluğu.css
w3.org/Style/CSS/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
HTML
Müqayisələr

CSS (ing.Cascading Style Sheets) — sənədin xarici görünüşünün,işarələmə dilinin istifadəsi ilə yazılmış, formal təsvir dili. AdətənHTMLXHTML işarələmə dillərində yazılmış veb-səhifələrin təsviri və tərtibatı üçün istifadə edilir, lakin istənilən digərXML sənədlərə, məsələn, SVG və ya XUL-a da tətbiq edilə bilər.

HTML sənədlərini yaradarkənveb-dizaynerlər müxtəlif mürəkkəb məsələlərlə qarşılaşırlar:

  • müəyyən abzas daxilində şifrələrin dəyişdirilməsi;
  • mətnin və ya təsvirin sənədin hər hansı bir yerində yerləşdirilməsi;
  • mətnin və ya fonun rənginin dəyişdirilməsi;
  • müxtəlifverilənlər cədvəllərinin format edilməsi və s.

Bu işləri standart üsulla da yerinə yetirmək olar, yəni HTML dilində hər bir abzası ayrıca əmrlər yığımı ilə təsvir etmək mümkündür. Bu haldaproqramın yazılması prosesi həddən artıq çətinləşəcək, sənədin ölçüsü isə çox böyük olacaq. Bu işi sadələşdirmək üçün səhifələrə CSS standartında yerinə yetirilmiş xarici fayl qoşulur və həmin faylda istifadə olunmuş xüsusi makrodil vasitəsilə səhifə birdəfəlik formatlaşdırılır. Başqa sözlə, CSS faylı burada şablon kimi istifadə edilir ki, onun köməyilə HTML sənədlərində mətnlər, cədvəllər və digər elementlər formatlaşdırılır. CSS standartından heç bir məhdudiyyət qoyulmadan istənilənserverdə istifadə etmək olar.

CSS kodları,HTML kodlarının içinə yazıla bildiyi kimi xarici bir CSS faylı yaradılaraq da əməliyyat yaradıla bilir. Növünə görə<code> <BODY> </ code> ya<code> <HEAD> </ code> bölmələrində ala bilərlər. Bundan başqa,<link rel="stylesheet" type="text/css" href="style.css" />koduyla CSS faylı iş səhifəsi əlavə oluna bilər. Onları ayrı-faylda və ya fayllarda saxlamaq, onları dəyişikHTML səhifələrində istifadə edilməsini təmin edir, eyni səhifənin dəyişik cihazlara görə formatlandırılmasını asanlaşdırır.

CSS kodlarınınHTML faylına əlavə olunması üç fərqli şəkildə icra edilə bilər.

CSS standartında faylların formatı.css şəklindədir.

Kod quruluşu

[redaktə |vikimətni redaktə et]

CSS vəHTML birlikdə istifadə edilir. Aşağıda CSS'in ayrılıqda vəHTML ilə birləşdirdirliyi zamankikod quruluşu göstərilib.

style.css

body{background-color:#a95286;}.header{background-color:#dd3471;width:750px;height:250px;margin-left:80px;}.content{background-color:#dd3471;width:750px;height:100%;margin-top:250px;margin-left:80px;}

Yuxarıda yazdığımız kodlar, CSS'in.css olaraq yaddaşda saxladığımız bölümündə yazılan kodlara bir nümunədir.header, yeni birdiv yaradırıq və ona, sahib olacağı xüsusiyyətləri deyirik. İndi isə CSS'iHTML ilə necə birləşdirəcəyimizi kiçik bir nümunə ilə görək.

index.html

<html><head><linkrel="stylesheet"type="text/css"href="style.css"/></head><body><divclass="header"></div><divclass="content"></div></body></html>

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Xüsusiyyətlər · Standartlar · Protokollar
Xüsusiyyətləri
Veb standartlar
Protokollar
Aktiv
Blink əsaslı
Gecko əsaslı
WebKit əsaslı
Digər
Qeyri-aktiv
Gecko əsaslı
Trident əsaslı
WebKit əsaslı
Digər
⛭
Kod analizi
Əvəzetmə
Ötürücü
Anlaşışlar
Sazlayıcılar
Redaktorlar
Proqramlaşdırma sistemi
Əlaqəli
Paket idarəetmə sistemi
Tətbiq bağlayıcıları
JavaScript server tərəfi
Vahid sınaq
Şəxsiyyətlər
⛭
Məhsullar və
standardlar
Tövsiyələr
Qeydlər
Hazırlanma prosesində olanlar
Təlimatlar
Təşəbbüslər
Ləğv edilmiş
Köhnəlmiş
Təşkilatlar
İşçi qruplar
İcma və biznes qrupları
Bağlanmış qruplar
Proqramlar
Brauzerlər
Konfranslar
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=CSS&oldid=8485790"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp