Sıxılmış Disk (ing.Compact Disc-CD) — 1980-ci illərin əvvəlində musiqinin rəqəmli formada saxlanmasını təmin etmək üçün Phillips, PolyGramm və Bayer şirkətlərinin birgə iştirakı ilə yaradılmış optik informasiya daşıyıcısıdır.
Sonralar CD-nin formatı genişləndirilərək başqa verilənləri də saxlamağa şərait yaradılır. Ondan bəri CD. ROM kimi bu disklər kompüterlərdə də verilənləri saxlamaq və nəql etmək çünü tətbiq olunur.
7 iyul 1964-cü ildə dünyadailk multimedialı kompakt-disk işıq üzü görmüşdür. Bu diskə "The Beatles" qrupunun "Ağır günün gecəsi" (A Hard Day’s Night) adlı tam metrajlı filmi yazılmışdı.
Kompakt disk 1979-cu ildə Phillips və Sonz tərəfindən işlənmişdir. Phillips özünün öncədən sahib olduğu lazer disklərinin əsasında yeni istehsal prosesi işləyir. Sony öz sırasında rəqəmli profesional maqnitafonlarda işlədilən informasiyanın yazılma formatını — PCM-i (Pulse Code Modulation) daxil edir. 1982-ci ildə Hannover yaxınlığındakı zavodda kompakt disklərin kütləvi istehsalına başlanır. Kompakt disklərin məşhurlaşmasınaMicrosoft vəApple kompüterlərinin tətbiqi təsir göstərir.
kompakt disklər qalınlığı 1,2 mm olan polikarbonat materialından hazırlanır. Onun bir tərəfi aluminium qatı ilə örtülür. Bu hissəyə adətən diskin mətni yazılır. Ona görə də, diski heç vaxt tərsinə qoymaq olmaz, çünki, aluminium qatı aşağıdan 1.2 mm polikarbonat ilə qorunur, yuxarıdan isə yalnız onun üzərinə nazik şəffaf rəng çəkilir. Bundan əlavə diskin bu hissəsində hündürlüyü 0,5 mm olan çıxıntı nəzərədə tutulur ki, o müstəvi üzərində qoyulduqda səthə toxunmasın. Diskin mərkəzində ölçüsü 15 mm olan deşik nəzərdə tutulur. Buradan o barmağa keçirilməklə götürlür.
Kompakt diskin dimaetri 12mm, həcmi isə ilk vaxtlarda 650 Meqabayt (və ya 74 dəqiqə audio) idi. Deyilir ki, diski hazırlayanlar onu elə həcmdə hazırlamışlar ki, diskə Bethovenin doqquzuncu simfoniyası yerləşsin. 2000-ci ildən başlayaraq daha böyük həcmdə olan disklər, yəni 700 Meqabayt ölçülü disklər geniş yayılır. Bu disklərdə 80 dəqiqəyə qədər audio yazmaq mümkündür. Ölçüsü 900 Meqabayt olan disklərə də rast gəlinir. Hətta mini disklər də mövcuddurlar. Onların dimaetri 8 sm, həcmi isə 120 və ya 210 MB olur. Bu disklərdə 21 dəqiqə audio yazmaq olur.
Disklərə informasiya spiral boyupit boyu alumium qatı üzərində yazılır. Hər pitin uzunluğu 850 nm-dən 3,5 mkm arasında yerləşir. Spiralın trayektoriyaları arasındakı məsafə 1,5 mkm-dir. Verilənlər diskdən dalğa uzunluğu 780 nm olan lazerin köməyi ilə aparılır. o polikarbonat qatından keçərək aluminium qatına dəyərək əks olunur və fotodiodla qəbul edilir. Lazer şüası nəticədə diametri 1,5 mkm olan ləkə şəklində qəbul edilir. Disk aşağı tərəfdən oxunulduğundan lazer üçün pit qaldırlımış şəklində görünür. Belə yerlərə sahələr deyilir. Disklə pit arasındakı münasibət stadion ilə qum dənəsi arasındakı münasibətlə müqayisə oluna bilər.
CD-lərdən informasiyanın oxunma sürəti 150 KB/san-dir. Çəkisi qutusuz ~15,7 qramdır.