Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Cümə axşamı

Vikipediya, azad ensiklopediya

Cümə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca dördüncü günü.

ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin dördüncü günüdür.

Cümə axşamı həftədə çərşənbə günü ilə cümə günü arasında yerləşir.

Rəsmi sənədlərdə cümə axşamı bəzən qısaldılmış şəkildəc.a.- da yazılır.

İslam dininə görə vəfat etmiş insanın yeddisindən sonra qırxına qədər hər cümə axşamı anım günü keçirilir.

Ərəb dilində "cümə axşamı" "toplanmaqdan əvvəlki gün" (cümə namazında müsəlmanların bir yerə toplanması) mənasını verir.

Qədim romalılarda cümə axşamı mifologiyaya görəYupiterə, qədim slavyanlarda isə ildırım allahıPeruna həsr edilmişdi.

Yaponca "cümə axşamı" "ağac günü" kimi səslənir (木曜日).
Portuqalca"cümə axşamı" "beşinci gün" kimi səslənir (quinta-feira).

Maraqlı faktlar

[redaktə |vikimətni redaktə et]
  • Böyük Britaniyada seçkilər bir qayda olaraq cümə axşamı keçirilir.
  • SSRİ-də 1976-cı ildəSov.İKP MK və SSRİ Nazirlər Sovetinin birgə qərarı ilə cümə axşamları ictimai iaşədə "balıq günü" elan edilmişdi.
  • YazıçıQilbert Kit Çestertonun "Cümə axşamı olmuş adam" adlı romanı vardır.
⛭
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Cümə_axşamı&oldid=8002479"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp