Bulavayo (ing.Bulawayo) —Zimbabvenin cənub qərbindəşəhər.Şimali Matabelelend əyalətinin inzibati mərkəzi eyni zamanda müstəqil əyalət statusu var.[3]
Əhalisi 706,5 min nəfərdir (əhalisinin sayına görəHararedən sonra ölkənin ikinci şəhəri; 2006).[3]
Matabele platosunda, təqribən 1600m yüksəklikdə yerləşir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Bulavayondebele xalqının tarixi paytaxtıdır.
1884-cü ildə müstəqil Matabelelendin sonuncu ali başçısı Lobenqula tərəfindən salınmışdır. 1880-ci illərin sonu – 1890-cı illərin əvvəllərində müstəmləkə ağalığı uğrunda müharibənin gedişindəingilis qoşunları tərəfindən tamamilə dağıdıl mışdır. 1894-cü ildə avropalı mühacirlər köhnə Bulavayodan cənubda düzxətli planı,Viktoriya üsulbundaevləri olanşəhərin tikintisinə başladılar.[3]
Elm və texnologiya universiteti (1927) fəaliyyət göstərir. Şəhərdə Kütləvi (1896) və Milli (1943)kitabxanalar, təbiyyat tarixi (1901),dəmiryol (1972)muzeyləri, rəsm qalereyası,teatr mövcuddur. Xalq sənətkarlığı mərkəzidir. Hər il beynəlxalq ticarət yarmarkası keçirilir. Yeyinti,toxuculuq,əczaçılıq, dəri-ayaqqabı,kimya, ağacemalı sənayesi; maşınqayırma vəmetal emalı müəssisələri fəaliyyət göstərir. Mədənçıxarma rayonunun mərkəzidir (xromit, asbest,kömür,qızıl,qalay,mis,nikel). Bulavayonun 22km-liyində yerləşən Son Dəmir dövrünə aidKhami yaşayış məskəninin xarabalıqlarıÜmumdünya irsi siyahısına daxil edilmişdir.[3]