| Bukit Timah | |
|---|---|
| malayBukit Timah | |
| Ümumi məlumatlar | |
| Mütləq hündürlüyü | 163,63[1] |
| Yerləşməsi | |
| 1°21′16″ şm. e. 103°46′34″ ş. u.HGYO | |
| Ölkə | |
Bukit Timah (malayBukit Timah;çin.武吉知马) —Sinqapurda hündürlüyü 163,63 metr (digər mənbələrə görə 176 m) olantəpə[2]. Bu təpə Sinqapurun ən yüksək zirvəsi hesab edilir[3]. Bukit Timax təpəsi adanın mərkəzində yerləşir.
Təpə Sinqapurun mərkəzi bölgəsində, təxminən 10 km şəhər mərkəzindən kənarda yerləşir. Təpənin yerləşdiyi ərazi Bukit Timah adı tanınır. Bölgədə planlaşdırılan rayon da, Bukit Timah (ing.Bukit Timah Planning Area) və ya 11-ci rayon adlanılır (ing.District 11).
«Bukit Timah» —malay dilində «qalaylı təpə» mənasını verir. Bu ad 1828-ci ildə Frenkinin və Ceksonun xəritələrində istifadə olunurdu. Xəritədə iki təpə təsvir olunmuş və şərqdə yerləşən həm də Kranji çayının mənbəyi idi (malayKranji). Bu bölgədə əslində heç vaxtqalay çıxarılmayıb. Digər ehtimala görə bu ad Bukit Temak sözünün qısaldılmış formasıdır - "Temak ağacı bitən təpə". Başqa bir versiyaya görə Timah Fatima adının qısaldılmış şəklidir.
1843-cü ilindekabrında təpənin zirvəsinə yol çəkilmiş və zirvədə ziyarətçilər üçün kiçik ev inşa edilmişdi. Bu ərazi istirahət üçün çox əlverişlidir, havası təmizdir. Təpə kənarında atçılıq idmanı kompleksi var. Singapore Turf Clubuna ancaq klub üzvüləri buraxılır.
Təpəyə çəkilən küçə Bukit Timah adlanır və Sinqapurun ən uzun küçəsi hesab olunur. Küçənun uzunluğu 25 km-dir. Bu bölgəpələnglərin tez-tez görünməsi adi hal idi. O üzdən əraziyə səyahət o qədər də asan deyildi.1860-cı ildə 200 nəfər bu bölgədə pələng hücumundan həyatını itirib.
İkinci dünya müharibəsi zamanı təpə SinqapurunYaponiya tərəfindən zəpt edilməsində əsas açar rolu oynayırdı. Məhz bu təpə yaxınlığında britaniya ordusunun ehtiyat qida anbarı yerləşirdi. 11 fevral 1942-ci ildə yapon ordusu Bukit Timah ərazisini ələ keçirdilər[4]. 15 fevralda[4] isə genral-leytenant Artur Persival, britaniya heyətinin rəhbəri yaponlara təslim oldu.