Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Britannika Ensiklopediyası

Vikipediya, azad ensiklopediya
Britannika Ensiklopediyası
ing.Encyclopædia Britannica
MüəllifEndrü Bell[d]
Janrensiklopediya
Orijinalın diliBritaniya ingiliscəsi
Ölkələr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1913. Britannika ensiklopediyasının reklam plakatı.

Britannika Ensiklopediyası (ing.Encyclopaedia Britannica) —ingilis dilində universalensiklopediya. Şotland maarifçiləri Adam Blek və Çarlz Blek tərəfindənEdinburq şəhərində yaradılmışdır.[1]

Tarixi

[redaktə |vikimətni redaktə et]

İlk nəşri ensiklopedik lüğət əsasında 1768–1771-ci illərdə 3 cilddə həyata keçirilmişdir.[2] Britannika ensiklopediyasının ilk 8 nəşriEdinburq şəhərində buraxılmışdır. 1870-ci ildə nəşriyyat "The Times" qəzetinin himayəsi altına verilir vəLondon şəhərinə köçürülür.Ensiklopediyanın 11-ci nəşriniKembric universiteti 1500 ekspertin iştirakı ilə həyata keçirir.[3] 1901-ci ildə Britannika ensiklopediyasıABŞ-nınÇikaqo şəhərindən olan Huper adlı mülkiyyətçi tərəfindən alınır. 20-ci illərdə ensiklopediya "Sheers, Roobeck & Co" firması tərəfindən satın alınır və 1941-ci ildəÇikaqo universitetinə bağışlanır.[4]

1974-cü ildə Britannika ensiklopediyasının sonuncu – 15-ci nəşri ("New Encyclopaedia Britannica" adı altında və ya Britannica 3) buraxılır. 1985-ci ildə ensiklopediya Mortimer Adler tərəfindən yenidən işlənərək iki hissəyə ayrılır: "Mikropediya" və "Makropediya". Buradakı məqalələr məlumatların dərinliyinə görə fərqlənirlər.[5] 1994-cü ildə Britannika ensiklopediyasının CD-ROM-da elektron variantı buraxılır.

1996-cı ildə Britannika ensiklopediyasının hüquqlarıİsveçrə milliarderi Jak Safranın (Jacqui Safra) ixtiyarına keçir. Britannikanın əmtəə nişanının hüquqları Encyclopaedia Britannica Inc kompaniyasına aiddir.

Ensiklopediyanın 15-ci nəşrinə 120 min məqalə, 44 mln söz daxildir.[6] Çap halında 32 cild, 32 min səhifə, 65 mindən çox məqalə, 24 min fotoşəkil, xəritə və təsvir vardır.[7] Qiyməti 1400 dollardır.[8]

CD-ROM-da Britannika ensiklopediyası 100 min məqalə malikdir və qiyməti 50 dollar ətrafında dəyişir. Lakin 1998-ci ildə ensiklopediyanın kompakt disklərdə buraxılan elektron variantının qiyməti 2000 dollar idi.[9]

Britannika internetdə

[redaktə |vikimətni redaktə et]

32 cildlik Britannika ensiklopediyasının kağız variantı ilə yanaşı onlayn variantı da mövcuddur. Dünyanın ən böyük ensiklopediyalarından biri sayılan Britannika ensiklopediyasınİnternetdəki variantına 122264 məqalə daxildir. Ensiklopediyaya daxil olmaq üçün istifadəçilər illik 60 dollara qeydiyyata alına bilərlər. Bunlardan əlavə ensiklopediyaya 403 seçilmiş qəzet və jurnallardan 300000 material daxil edilmişdir.[10] Mətn şəklində verilmiş hər bir informasiyanı on minlərlə şəkil və video tamamlayır. Britannika ensiklopediyası universal informasiya mənbəyi kimi dünyanın bir sıra universitet və elmi təşkilatlarında istifadə edilir. Oksford və Harvard universitetləri də daxil olmaqla bu ensiklopediyadan istifadə edən təhsil ocaqlarının ümumi sayı artıq 4755 olmuşdur.[11]

Fəaliyyət göstərdiyi 239 il ərzində Britannika ensiklopediyası dünyada ən çox müraciət olunan ingilis dilli ensiklopediya statusunu almışdır. 2012-ci ildə Britannika Ensiklopediyası 244 il çap tarixindən sonra kağız nəşrlərini dayandırdı[12] və ancaq multimedia formatına keçdi. Beləliklə, Britannikanın 2010-cu il çap nəşri sonuncu oldu.[13]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Encyclopaedia Britannica ends 244 years of print - CBS News". www.cbsnews.com(ingilis). 14 mart 2012.28 sentyabr 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:30 sentyabr 2023.
  2. Robert D. Arner.Dobson's Encyclopaedia. Internet Archive. University of Pennsylvania Press. 1991.ISBN 978-0-8122-3092-5.
  3. [https://corporate.britannica.com/company_info.html "Encyclop�dia Britannica, Inc. Corporate Site"]. web.archive.org. 20 oktyabr 2006.20 oktyabr 2006 tarixindəarxivləşdirilib.İstifadə tarixi:30 sentyabr 2023.
  4. Kogan, Herman.The great EB; the story of the Encyclopaedia Britannica. Internet Archive. [Chicago] University of Chicago Press. 1958.
  5. "Makro, Mikropediya". dates.gnpbu.ru.2020-10-13 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 2023.09.30.
  6. Bosman, Julie."After 244 Years, Encyclopædia Britannica Stops the Presses". The New York Times. 13 mart 2012.14 mart 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 mart 2012.
  7. "Encyclopaedia Britannica ends its famous print edition". BBC News(ingilis). 14 mart 2012.31 may 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:30 sentyabr 2023.
  8. "Encyclopaedia Britannica: After 244 years in print, only digital copies sold". Christian Science Monitor.ISSN 0882-7729.31 may 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:30 sentyabr 2023.
  9. "The Transition from Paper: Where Are We Going and How Will We Get There? | American Academy of Arts and Sciences". www.amacad.org.İstifadə tarixi:30 sentyabr 2023.
  10. "Britannika Ensiklopediyası". www.encyclopedia.ru.2021-12-05 tarixindəarxivləşdirilib.İstifadə tarixi: 2023.09.30.
  11. "Britannika Ensiklopediyası: Tarixi, Britannika internetdə, İstinadlar - Wiki Azərbaycanca". Du Học Trung Quốc(az.).21 iyul 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:30 sentyabr 2023.
  12. Bosman, Julie."After 244 Years, Encyclopaedia Britannica Stops the Presses". Media Decoder Blog(ingilis). 13 mart 2012.3 avqust 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:30 sentyabr 2023.
  13. "Britannica Global Edition – The Britannica Store". web.archive.org. 5 iyul 2014. Archived from the original on 5 iyul 2014.İstifadə tarixi:30 sentyabr 2023.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Foto, video və audio
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
BNF12294436q ·GND4284672-9 ·LCCNnr89013909 ·NDL00627915 ·NKCko2002102484 ·SUDOC031794831 ·VIAF182582870 ·WorldCat VIAF182582870
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Britannika_Ensiklopediyası&oldid=8265855"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp