Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Britaniya Hind okeanı əraziləri

Vikipediya, azad ensiklopediya
Britaniya Hind okeanı torpaqları
British Indian Ocean Territory
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
lat."In tutela nostra Limuria"
"Lemuriya bizim müdafiəmizdədir"
Böyük Britaniyadan asılıdır.
  Yaranması1965
Rəsmi diliingilis
Etnik qrupları95.88 % britaniyalı / amerikalı
4.12 % digərləri
PaytaxtDieqo Qarsiya
İdarəetmə formasıKonstitusiyalı monarxiya
MonarxII Elizabet
QubernatorPeter Ays
AdministratorTom Mudi
Sahəsi
  Ümumi54.400 km²
  Su sahəsi (%)99,89
Əhalisi
  Əhali3.000 nəfər
ValyutaABŞ dolları(de fakto)
Funt sterlinq(de jure)
İnternet domeni.io
ISO koduIO
Telefon kodu246
Saat qurşaqları(UTC +6)
Nəqliyyatın yönüsağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Britaniya Hind okeanı əraziləri (ing.British Indian Ocean Territory) —Böyük Britaniyadan asılı olan və Hind okeanında 55 adadan ibarət bölgə.Böyük BritaniyanınHind okeanında yerləşən müstəmləkəsi olan bu bölgə ancaq Çaqos adalarından ibarətdir.

Bölgəyə aid Dieqo Qarsiya adası1966-cı ildə imzalanan müqaviləyə görə 50 illiyinəABŞ-yə kirayəyə verilmişdir.

Coğrafiya

[redaktə |vikimətni redaktə et]
Dieqo Qarsiya adası

Bölgə bir çoxunda yaşayış olmayan 55 adadan ibarətdir. Britaniya Hind okeanı ərazilərinin ən böyük adası Dieqo Qarsiya adasıdır. Bu adadan başqa Böyük Çaqosbank adası, Peros Banhos adası, Solomon adası, Eqmont adası ilə ancaq aşağı dəniz səviyyəsində görünən Blenheym rifi də bölgəyə aiddir. Britaniya Hind okeanı ərazilərinin sahəsi 54.400 km² olsa da çox böyük hissəsi su olub torpaq sahəsi cəmi 60 km²-dir.

Əhali

[redaktə |vikimətni redaktə et]

Adanın yerlisakinləri olançaqoslular1960-cı illərdə Böyük Britaniya hökuməti tərəfindən gücləMavriki,Seyşel adaları və Böyük Britaniya göndərilmişdir. Hazırda adalarda heç bir yerli yaşamır və 3.500ABŞ və Böyük Britaniya əsgəri vardır.

Yerli xalqlar illər ərzində bu məcburi köçdən sonra ərazilərinə qayıtmaq üçün məhkəmə qaldırmış, amma yenə də qayıda bilməmişdirlər.[1]

Qalereya

[redaktə |vikimətni redaktə et]
  • Yerlilərin tərk etdiyi evlər
    Yerlilərin tərk etdiyi evlər
  • Çaqoslu (1971)
    Çaqoslu (1971)
  • Dieqo Qarsiya adasında ABŞ hərbi bazası
    Dieqo Qarsiya adasında ABŞ hərbi bazası

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Birləşmiş Krallıq bayrağı
Birləşmiş Krallıq bayrağı
Birləşmiş Krallıq gerbi
Birləşmiş Krallıq gerbi

           İngiltərəŞimali İrlandiyaŞotlandiyaUels
Taxt-tac əraziləri
Böyük Britaniyanın dəniz əraziləri
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Britaniya_Hind_okeanı_əraziləri&oldid=7210045"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp