Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Boks

Vikipediya, azad ensiklopediya
Boks
Ümumi məlumatlar
Mənşə ölkəsi
Xüsusiyyətləri
Oyunçu sayı2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boksiki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədiləyumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri idman növüdür.[1] Boks qarşılaşmaları dünyanın bir çox ölkəsində izlənilir.

Boks qarşılaşmaları rinqdə keçirilir.Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5–6 m², həvəskar boksda isə ən az 3–6 m²dir. Boks qarşılaşmalarında, hər ikiboksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır. Məşq üçün "armud" adlı alətdən istifadə olunur.

Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişənəlcəklər istifadə edirlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyirlər. Həm həvəskar həm də peşəkar boksçular qarşılaşmada diş və qasıq qoruyucuları istifadə edirlər. Həvəskar boksçular ayrıca qoruyucu başlıq taxırlar.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Boks demək olar ki, cəmiyyətin yarandığı ilk dövrlərdən dünya xalqları arasında yayılmağa başlayıb. Bu idman növü hələ beş min il bundan əvvəlMisirBabilistanda[2] mövcud olan yumruq döyüşü əsasında inkişaf edib. Müasir boksa bənzəyən yumruq döyüşləri qədimYunanıstanda[3] da təşkil olunurdu. Eramızdan əvvəl 688-ci ildə boksantik Olimpiya oyunlarının proqramına daxil edilmişdi.[4]

İlk olimpiya çempionu adına yunanıstanlıOnamastus layiq görülmüşdür. Məşhur riyaziyyatçı və filosofPifaqor da boks üzrə antik Olimpiya oyunlarının qaliblərindən olmuşdur. Arxeoloji qazıntılar nəticəsindəƏlcəzairdə tapılan vaza üzərindəki rəsmlər onu göstərir ki, boks (yumruq döyüşü) qədim dövrlərdəAfrikanın cənubunda da özünə pərəstişkarlar tapıb.[mənbə göstərilməlidir]

Boksun idman növü kimi inkişaf etməsi

[redaktə |vikimətni redaktə et]

Müasir boks XVIII əsrin əvvəllərindəİngiltərədə təşəkkül tapıb. 16 avqust 1743-cü ildə İngiltərə çempionuCek Broton ilk qaydalar toplusunu —Broton qaydalarını hazırlayıb.[5] 1867-ci ildəKuinsberri Markizin yeni boks yarış qaydaları qəbul olunub.[6] Bundan sonra boks idman növü kimi inkişaf etməyə başlayıb. Artıq döyüşraundlara bölünməyə başladı. Raundlar arası qısa fasilələrdə[7] idmançıların dincəlməsi yarışın tempini və hərəkət dinamikasını xeyli artırıb.[mənbə göstərilməlidir]

Tutmalara qadağa qoyulması boksugüləşə oxşamaqdan xilas edib. Daha yumuşaq əlcəklərdən istifadə olunması təhlükəsizlik yaratmaqla yanaşı, zərbələrin rəngarəngliyini də artırıb. Kuinsberrinin yarış qaydaları müasir boksda həm peşəkarlar, həm də həvəskarlar üçün əsas qayda oldu.[mənbə göstərilməlidir]

FİBA-nın yaranması

[redaktə |vikimətni redaktə et]

1924-cü ildəBeynəlxalq Həvəskar Boks Federasiyası (FİBA) yaradılıb. Bu təşkilat 1946-cı ildən AİBA adlanmaga başladı. İlkAvropa çempionatı 1924-cü ildə təşkil olunub.Dünya çempionatı isə bundan 50 il sonra 1974-cü ildə keçirilib. 1991-ci ilə qədər Dünya çempionatları hər dörd ildən bir təşkil olunurdu. Bundan sonra bu yarış Avropa çempionatları kimi iki ildən bir keçirilməyə başladı.[mənbə göstərilməlidir]

Dünya çempionatlarında qələbələrin sayına görə rekordçu kubalıFeliks Savondur — 6 qat Dünya çempionu. O,2000-ci ildə Sidney Olimpiadasında 3 qat Olimpiya çempionu olduqdan sonra bu göstəricidəTeofilo StevinsonLaslo Pappanı qabaqladı. Avropa çempionatlarında ən yaxşı nəticə göstərmiş boksçu polşalıZbiqnev Petşikovskidir. O, qitə çempionatında 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.[mənbə göstərilməlidir]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Boxing is a martial art:
  2. The A-Z of World Boxing: An Authoritative and Entertaining Compendium of the Fight Game from Its Origins to the Present Day page 296
  3. The A-Z of World Boxing: An Authoritative and Entertaining Compendium of the Fight Game from Its Origins to the Present Day page 296
  4. Michael Poliakoff.Encyclopædia Britannica entry for Boxing // Britannica.com.24 March 2007 tarixindəarxivləşdirilib.İstifadə tarixi:18 May 2013.
  5. John Rennie (2006)East London Prize Ring Rules 1743Arxiv surəti 18 fevral 2008 tarixindənWayback Machine saytındaArxivləşdirilib 18 fevral 2008 at theWayback Machine
  6. Harris, Brian.Intolerance: divided societies on trial. Wildy, Simmonds & Hill Publishing. 2008. səh. 182.
  7. Marquess of Queensberry rules | boxing // Britannica.2021-11-03 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2024-07-27.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
⛭
Yay
Qış
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Boks&oldid=8006120"
Kateqoriya:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp