Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan vədoğruluğu sübut edilməyən fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədarmüzakirələrdə iştirak edəsiniz.
Bismillah və ya tam şəkildə"Bismillahir-Rahmənir-Rahim" (ar.بسم الله الرحمن الرحيم) kəlməsi ərəb dilində ifadə olub,"Rəhmli və Mərhəmətli Allahın adı ilə" mənasına gəlir. Xeyirli və halal bir işə başlayarkənAllah-Təalanın adını dilə gətirmək və bu adla işə başlamaq mənasına gəlir. İslam dini meydana gəlməmişdən öncəərəblər cahiliyyə dövründə hər hansı bir işə başladıqları zaman "Bismil-Lat" (Latın (büt)adı ilə) və "Bismil-Uzza" (Uzzanın (büt) adı ilə) deyirdilər. İslam PeyğəmbəriMəhəmməd (ə.s.)İslam dinini təbliğ etməyə başladıqdan sonra bu ifadənin yerinə"Ey Allahım, sənin adınla" mənasına gələn"Bismikə Allahummə" və"Allahın adıyla" mənasını verən"Bismillah" kəlmələrini işlətmişdir. Ancaq Qurani-Kərimdə Nəml surəsinin 30-cu ayəsi nazil oduqdan sonra"Bismillah" kəlməsi son şəklini almışdır;"Bismillahir-Rahmənir-Rahim". Bu ayədə Süleyman Peyğəmbərin yazdığı məktubun başlığı kimi məhz"Bismillahir-Rahmənir-Rahim" qeyd olunmuşdur.[1]
Qeyd edildiyi kimi, hər hansı bir xeyirli və halal işə başlayarkən bu ifadənin deyilməsi müsəlmanlar üçün təkidlə tövsiyə edilmişdir. Qurani-Kərimdə də bununla bağlı bir sıra ayələr vardır.
"Həcc mərasimini tamamlayıb qurtardıqda ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin."[2]
"Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) ona tərəf yönəl."[3]
Abdullah bin Sinan belə rəvayət edir: Əbu Abdullah Cəfər Sadiqdən (əs) "Bismillâhirrahmanirrahim"in təfsirini soruşdum.
Buyurdu ki: ""Bə" hərfi Bəhaullahı (Allahın cəlalını) , "sin" hərfi Sənaullahı (yüksəkliyini) və "mim" hərfi Məcdullahı (ululuğunu) simvolizə edir."[5]
həmçinin:
Rəsulullah (s.ə.v.) buyurdu ki, İsa (əs) anası tərəfindən məktəbə verildi ki, onu öyrətsinlər. (Müəllimi) Ona dedi: "Yaz `Bism`. İsa (əs) ona dedi: `Bism` nədir? Müəllimi dedi ki, bilmirəm. Bu zaman İsa dedi: "Bə" yəni Bəhaullah, "Sin" yəni Sənaullah və "Mim" yəni Mülkullah.[6][7][8][9][10] (ərəbcədə bism sözü "b", "s" və "m" hərflərindən ibarətdir)