| Bir məhəllədən iki nəfər | |
|---|---|
| Janr | dram |
| Rejissorlar | İlya Qurin Əjdər İbrahimov |
| Ssenari müəllifləri | Nazim Hikmət A. Beqiçeva |
| Baş rollarda | Vadim Medvedev Semyon Sokolovski Fateh Fətullayev İsmayıl Osmanlı Tamara Kokova |
| Operator | Marqarita Pilixina |
| Bəstəkar | Qara Qarayev |
| Rəssamlar | Elbəy Rzaquliyev Kamil Nəcəfzadə Məmməd Hüseynov |
| İstehsalçılar | Bakı Kinostudiyası Maksim Qorki adına kinostudiya |
| İlk baxış tarixi | 11 fevral1957 |
| Filmin digər adları | Bir məhəlləli iki oğlan Bir məhəllədən iki oğlan |
| Filmin növü | tammetrajlı bədii film |
| Müddət | 92 dəq. |
| Ölkələr | |
| Dil | rusca |
| Texniki məlumatlar | 10 hissə 2637 metr |
| Rəng | ağ-qara |
| IMDb | ID0349388 |
Bir məhəllədən iki nəfər tammetrajlı bədii filmi rejissorlarİlya Qurin vəƏjdər İbrahimov tərəfindən1957-ci ildə ekranlaşdırılmışdır.Bakı Kinostudiyası vəMaksim Qorki adına kinostudiyanın istehsalıdır. Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Əsas rolları Vadim Medvedev, Semyon Sokolovski,Fateh Fətullayev,İsmayıl Osmanlı vəTamara Kokova ifa edirlər.1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkarQara Qarayevə mükafat verilmişdir.
Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Filmdə dəqiq ünvan göstərilməmişdir. Bu ölkənin xalqı üçün sülh, milli istiqlaliyyət uğrunda mübarizə, müstəmləkəçilik əleyhinə mübarizə, hərbi bloklara qoşulmamaq deməkdir. Film qüvvə və həyatlarını bu mübarizəyə həsr edən adamların taleyi haqqındadır.[1]
1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkarQara Qarayevə mükafat verilmişdir.[1]