Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Biq Ben

51°30′02″ şm. e. 0°07′28″ q. u.HGYO
Vikipediya, azad ensiklopediya
Biq Ben
Big Ben
Xəritə
51°30′02″ şm. e. 0°07′28″ q. u.HGYO
Ölkə Böyük Britaniya
ŞəhərLondon
YerləşirVestminster sarayı
MemarÇarlz Berri
Oqastes Uelbi Pyucin
Tikilmə tarixiQüllə:1858
Saat:11 iyul1859
Üslubuqotika
Hündürlüyü96 m
MaterialƏhəng daşı[1]
Rəsmi saytparliament.uk/bigben/
Rəsmi adı: Palace of Westminster and Westminster Abbey including Saint Margaret’s Church
TipiMədəni
Kriteriyai, ii, vi
Təyin edilib1987
İstinad nöm.426
DövlətBöyük Britaniya
RegionAvropa
İngiltərənin qeydiyyata alınmış abidələri
İstinad nöm.1226284
Biq ben (Böyük London)
Nöqtə
Biq ben
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Biq Benin siferblatı

Biq Ben (ing.Big Ben) —Londonda yerləşən zəngli saat qülləsi.Vestminster saray kompleksinin bir hissəsi. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Biq Ben Britaniyanın fəxri və rəmzi sayılır.

Biq Beni bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə1858-ci ildə tikilmişdir. Qüllədəki saat isə11 iyul1859-cu ildə işə salınmışdır[2]. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir. Siferblatının diametri 7 m, əqrəblərinin uzunluğu 2,7 və 4,2 m-dir.

  • Qüllənin dörd tərəfindəki hər siferblatın üzərindəlatın dilində"Domine Salvam fac Reginam nostram Victoriam primam", yəni "Tanrı kraliçamız I Viktoriyanı qorusun" sözləri yazılmışdır.
  • Saatın sağ və sol tərəflərində, qüllənin üzərində latın dilində"Laus Deo", yəni "Tanrıya şükür" sözləri həkk olunmuşdur.

Adının mənşəyi

[redaktə |vikimətni redaktə et]

"Biq Ben" adı əvvəllər qüllədəki Böyük zəngi ifadə etsə də hazırda həm qülləni, həm də saatı və zəngi birlikdə ifadə edir. Adın mənşəyi barəsində 2 əsas fərziyyə mövcuddur:

  1. Böyük zəngin hazırlanmasına nəzarət edən Ser Bencamin Holun şərəfinə;
  2. 1857-ci ildə sonuncu dəfə rinqə çıxmış məşhur ağırçəkili boksçu Bencamin Kauntun şərəfinə.

2012-ci ilin iyun ayında Vestminister sarayı bu saat qülləsinin adının Yelizavet qülləsi adlandırılmasına qərar verib. İngiltərənin paytaxtı Londonunsimvollarından olan məşhur Big Ben saatının adının dəyişdirilməsi ilə əlaqədar belə bir addımı ingilis parlamentarilər İngiltərə kraliçası ikinci Yelizavetanın hakimiyyətdə olmasının 60 illiyi münasibətilə atıb.

Biq Ben zənginin notları

[redaktə |vikimətni redaktə et]
15 dəqiqə işləmiş:(1)
Yarım saat:(2) (3)
15 dəqiqə qalmış:(4) (5) (1)
Tamam:(2) (3) (4) (5)
Biq Ben

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. https://www.parliament.uk/about/living-heritage/building/palace/big-ben/facts-figures/.
  2. "Arxivlənmiş surət".2021-03-09 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2009-12-14.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
VikianbardaBiq Ben ilə əlaqəli mediafayllar var.
 Böyük Britaniya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Biq_Ben&oldid=7825503"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp