Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Binhem-Kanyon

40°31′20″ şm. e. 112°08′58″ q. u.HGYO
Vikipediya, azad ensiklopediya
Binhem-Kanyon
Xəritə
40°31′20″ şm. e. 112°08′58″ q. u.HGYO
Yerləşdiyi yer
Ölkə
İstehsal
Məhsullarmis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Binhem-KanyonABŞ-dəmis,qızıl,gümüş və molibden çıxarılan iri kompleks yataq.Yuta ştatında, Solt-Leyk-Siti şəhərindən 30 km cənub-şərqdədir. Dünyada ən iri yataqlardandır.[2]

Tarixi

[redaktə |vikimətni redaktə et]

1880-ci illərdə kəşf edilib, 1906-cı ildən açıq üsulla, 1940-cı illərdən isə kombinə edilmiş üsullarla istismar olunur.[2]

Geologiyası

[redaktə |vikimətni redaktə et]

Qalıqfiliz ehtiyatı təqribən 1350 milyont-dur; o cümlədən mis 8,5 milyont (filizdəki miqdarı 0,67%), qızıl 330 t (0,36 q/t-adək), gümüş 3 min t (təqribən 2,8 q/t), molibden 400 min t (0,03%-ədək). Tektonik cəhətdən mütəhərrikŞimali AmerikaKordilyer dağlarının CənubiQayalı dağlar meqazonasının şəhər hissəsi ilə əlaqədardır. Yataq mis-porfir tiplidir; Üst Karbonun kvarsit və əhəngdaşılarını yarmışOrta Paleogenin qranitoid ştoklarında lokallaşmışdır.Filiz kütləsi çevrilmişkasa formasındadır; planda ölçüləri 2,1x1,5km-dir, qalın divarları təqr. 2,5km-dək dərinliyə batır. İlkin kvarslı-sulfidli filizlərpirit,bornit,diagenit,xalkopirit,pirrotin,molibdenit,qızılpalladium<un nadir minerallarından ibarətdir; hər il 150kq-adək Pd çıxarılır. 1904-cü ildən bu günədək 13 mln.t Cu, təqribən 520 t Au, 4 min t Ag və 530 mint Mo hasil edilmişdir.[2]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Geographic Names Information System (ing.). 2018.
  2. 123Azərbaycan Milli Ensiklopediyası(25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı:"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 51.ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Binhem-Kanyon&oldid=7545169"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp