Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Bertran Rassel

Vikipediya, azad ensiklopediya
Bertran Rassel
ing.Bertrand Arthur William Russell
Doğum adıBertrand Arthur William Russell
Doğum tarixi18 may1872(1872-05-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi2 fevral1970(1970-02-02)[3][1][…](97 yaşında)
Vəfat yeri
Vəfat səbəbiqrip[6]
Təhsili
Fəaliyyətiriyaziyyatçı, ictimai tənqidçi, esseist, məntiqşünas, epistemoloq, siyasi fəal[d], avtobioqraf[d], universitet müəllimi[d], fantastika yazıçısı[d], elm filosofu, siyasətçi, sülh aktivisti, jurnalist, filosof, yazıçı, pedaqoq, pasifist
Əsərlərinin diliingilis dili
İstiqamətanalitik fəlsəfə, azad düşüncə, Avropa fəlsəfəsi[d]
Üzvlüyü
Mükafatlarıədəbiyyat üzrə Nobel mükafatı — 1950
İmza
Vikimənbənin loqosuBertran Rassel Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bertran Artur Vilyam Rassel (ing.Bertrand Arthur William Russell,3rd Earl Russell;18 may1872[1][2][…],Treleç[d][4]2 fevral1970[3][1][…],Penhindedra[d],Quinet[d][5]) — ingilis riyaziyyatçı[7], filosof və ictimai xadim, "məntiqi atomizm" konsepsiyasının, "deskripsiya nəzəriyyəsi"nin yaradıcısı, Alimlərin Paquoş Hərəkatının yaradılmasının təşəbbüskarlarından biri, "Rassel-Eynşteyn Manifesti"nin həmmüəllifi, "Sülh Fondu"nun qurucusu (1963),Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1950).

Həyatı

[redaktə |vikimətni redaktə et]

İngilis filosofu, məntiqşünas, riyaziyyatçı və ictimai-siyasi xadim Bertran Artur Uilyam Rasseli tam əsaslaensiklopedist adlandırmaq mümkündür. O, Britaniyanın siyasi həyatında XVI əsrdən fəal iştirak edən Rassel nəslindən idi. Nəslin görkəmli nümayəndələrindən biri, Bertranın babası lordCon Rassel 1832-ci ildə kraliçaKraliça Viktoriyanın hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuşdu. İki yaşında anasını, dörd yaşında isə atasını və körpə bacısını itirən Bertran nənəsi, qrafinya Rasselin himayəsində böyümüşdü. Onun və böyük qardaşının təlim-tərbiyəsi ilə alman, İsveçrə quvernantları, eləcə də ingilis müəllimlər məşğul olurdular.

Bertran 1890-cı ildəKembric Universiteti yanındakı Triniti Kollecdə təhsilə başlamış, 1894-cü ildə incəsənət bakalavrı dərəcəsi almışdı. Elmin müxtəlif sahələrini öyrənsə də, maraq dairəsinə əsasən riyaziyyat və fəlsəfə daxil idi. 1897-ci ildə o, "Həndəsənin əsasları" mövzusunda magistr dissertasiyası müdafiə etmişdi. Yeniyetməlik və ilk gənclik illərində Bertran Rassel tənhalıqdan əziyyət çəkmiş, hətta bu səbəbdən bir neçə dəfə intihar fikrinə düşmüşdü. Etirafına görə yalnız riyaziyyata marağı və üzərində işlədiyi riyazi məsələlərin həllini sona çatdırmaq istəyi onu bu qaramsar niyyətindən çəkindirmişdi.

Britaniya səfirliyinin fəxri attaşesi kimi 1895-ci ildən Parisdə yaşayan Rassel iqtisadiyyatla bağlı tədqiqatlar aparmaq məqsədilə bir müddətAlmaniya və ABŞ-də da olmuşdu. "Alman sosial demokratiyası" (1896) və "Leybnis fəlsəfəsinin tənqidi şərhi" (1900) kitablarının yazılmasında bu səfərlər mühüm rol oynamışdı. 1910–1913-cü illərdə Bertran Rassel Triniti-kollecin professoru N. Uaythedlə birlikdə "Riyaziyyatın əsasları" adlı 3 cildlik fundamental tədqiqat çap etdirmişdi. Bu dövrdə alim həm də ictimai-siyasi fəaliyyətlə məşğul olurdu. O, İngiltərədə sosializm ideyalarını yayan Fabian cəmiyyətinin üzvü idi. Qadınlara seçki hüququ verilməsi ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edirdi. Parlament seçkilərinə qatılsa da, dini baxışlarına görə lazımi miqdarda səs toplaya bilməmişdi.

İngiltərəninBirinci Dünya müharibəsində iştirakı Rasselin sərt tənqidi ilə qarşılanmışdı. O, "Sosial yenidənqurmanın prinsipləri" (1916), "Müharibə və ədalət (1916)", "Siyasi ideallar" (1917), "Azadlığa aparan yollar: Sosializm. Anarxizm. Sindikalizm" (1918) kitablarında dəyişməkdə olan dünyanın mənzərəsini yaratmağa çalışmışdı. Müharibə əleyhdarı Bertran Rassel orduda xidmətdən boyun qaçırdığına görə böyük məbləğdə cərimə ödəməli, hətta bir müddət həbsxanada yatmalı olmuşdu. ABŞ-nin müharibədə iştirakına kəskin tənqidi reaksiyası nəticəsində 1918-ci ildə o ikinci dəfə həbsxanaya salınmışdı.

1920-ci ildə Bertran Rassel beş həftəSSRİ-də olmuş,Lenin,TrotskiMaksim Qorki ilə görüşmüşdü. Sosialist ideyalarına müəyyən rəğbətlə yanaşsa da, "Bolşevizmin nəzəriyyəsi və təcrübəsi" (1920) kitabında sovet rejimini ciddi tənqid etmişdi. 1920–1921-ci illərdə Rassel Asiya ölkələrinə uzunmüddətli səyahətə çıxmış, bir müddət Pekin universitetində mühazirələr oxumuşdu.

Bertran Rassel təhsil problemlərinə mühüm diqqət yetirmişdi. Hətta bir ara pedaqogika ilə sıx maraqlanmış və özünün təcrübə məktəbini təşkil etmişdi. "Təhsil haqqında" (1926), "Təhsil və təmiz həyat" (1926), "Təhsil və ictimai quruluş" (1932) əsərlərində filosof-alimin müasir təhsillə bağlı fikirləri əks olunmuşdur. İkinci Dünya müharibəsi başlayanda Bertran Rassel pasifist baxışlarından imtina etmişdi. Xüsusən faşist Almaniyasının Polşaya hücumundan sonra İngiltərənin hərbi əməliyyatlara mümkün qədər tez qoşulmasının qızğın tərəfdarlarından biri kimi tanınmışdı. Müharibə illərində əsasən ABŞ-də yaşamışdı. Çikaqo və Kaliforniya universitetlərində mühazirələr oxumuş, Siti-Kollecin və Harvardın fəlsəfə professoru olmuşdu. ABŞ-dəki oxuduğu mühazirələri əsasında 1945-ci ildə "Qərb fəlsəfəsinin tarixi" monoqrafiyasını çap etdirmişdi.

Müharibədən sonra yenidənLondona, Triniti-kollecə qayıdan Rassel "Fəlsəfə və siyasət" (1947), "İnsan biliyi: hüdudlar və sərhədlər" (1948), "Hakimiyyət və şəxsiyyət" (1949), "Dünyanın dəyişməsinə yeni ümidlər" (1950) kitablarını çap etdirmişdi.Böyük Britaniya kraliçasının əmri ilə 1932-ci ildə qardaşı Frankın ölümündən sonra o, Rassel ailəsinin sayca üçüncü qrafı titulunu almış, 1949-cu ildə isə ölkənin ali mükafatı olan "Xidmətlərə görə" ordeni ilə təltif edilmişdi. 1950-ci ildə İsveç Akademiyası daha əvvəllər ədəbiyyat üzrə Nobel mükafatı almış filosoflarRudolf Eyken (1908) vəAnri Berqsonun (1927) ardınca filosof və riyaziyyatçı Bertran Rasseli də bu yüksək mükafata layiq görmüşdü. İsveç Akademiyasının üzvü Anders Esterlinq yeni laureatı "rasionalizm və humanizmin ən parlaq nümayəndələrindən biri, Qərbdə fikir və söz azadlığının qorxmaz mübarizi" kimi səciyyələndirmişdi. Bertran Rassel Nobel mühazirəsi oxumamışdı. Nobel laureatı Rasselin yazdığı mühüm əsərlər sırasına "Elmin cəmiyyətə təsiri" (1952), "Yaddaş portretləri" (1956), "Bəşəriyyətin gələcəyi varmı?" (1961), "Fakt və uydurma" (1962) və digər çoxsaylı kitabları, habelə üç cildlik "Avtobioqrafiya"sı (1967–1969) daxildir.

Bir çox tədqiqatçılar Rasseli müasir dövrün ən böyük filosofu, eyni zamanda ən ziddiyyətli şəxsiyyəti kimi xarakterizə edirlər. İngilis tədqiqatçısı Maykl Holroydun fikrincə, Rassel "əsrimizin ən qeyri-adi hadisələrindən biridir və həyat yolu başdan-başa heyrətamiz paradokslardan toxunmuşdur". Onu Volterə bənzədənlər də yox deyildir.

Nəhayət, Rasselin ən uzun ömür sürən (97 il) və ən çox evlənən (5 dəfə) Nobel laureatı olması da onun özünəməxsus rekordları kimi qeyd edilə bilər.

Əsərləri

[redaktə |vikimətni redaktə et]
  • Riyaziyyatın prinsipləri (The Mathematica Prinsipa)
  • Qərb fəlsəfəsi tarixi (1945)
  • Niyə mən xristian deyiləm?
  • Azadlıq yolu
  • Elmin cəmiyyət üstündə təsiri
  • Politika idealları
  • Evlilik və əxlaq
  • Oynaqlığa tərif
  • İqtidar
  • Bilik üstünə
  • İnsanlığın sabahı
  • Din və elm

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 12Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. 12Рассел Бертран //Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд.Москва:Советская энциклопедия, 1969.
  4. 12Oxford Dictionary of National Biography (ing.). /C. MatthewOxford:OUP, 2004.
  5. 12Catalog of the German National Library (alm.).
  6. The Guardian (ing.).United Kingdom,London:GMG, 1970. ed. size: 107899 ISSN0261-3077
  7. "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı: "Şərq-Qərb", 2008, səh.611

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
1926-1950
Digər
⛭
Sonninq mükafatı laureatları
Uinston Çörçill (1950) •Albert Şveytser (1959) •Bertran Rassel (1960) •Nils Bor (1961) •Alvar Aalto (1962) •Karl Bart (1963) •Dominik Pir (1964) •Ricard Kalerqi (1965) •Lourens Olivye (1966) •Vilhelm Hoft (1967) •Artur Kostler (1968) •Halldor Laksness (1969) •Maks Tau (1970) •Danilo Dolçi (1971) •Karl Popper (1973) •Hannah Arendt (1975) •Arn Ness (1977) •Herman Qmayner (1979) •Dario Fo (1981) •Simona de Bovuar (1983) •Vilyam Heyines (1985) •Yürgen Habermas (1987) •İnqmar Berqman (1989) •Vatslav Havel (1991) •Kşiştof Kyeslovski (1994) •Günter Qrass (1996) •Yorn Utzon (1998) •Eugenio Barba (2000) •Meri Robinson (2002) •Mona Hatum (2004) •Aqnes Heller (2006) •Renzo Piano (2008) •Hans Magnus Enzensberger (2010) •Orxan Pamuk (2012) •Mixail Haneke (2014)
⛭
Düşüncə məktəbləri
Libertar
Avtoritar
Ərazilər üzrə
Əsas mövzular
Konsepsiyalar
Şəxslər
XVI əsr
XVIII əsr
XIX əsr
XX əsr
XXI əsr
⛭
Qədim dövr
Orta əsrlər
Erkən müasir dövr
XVIII—XIX əsrlər
XX—XXI əsrlər
Sosial nəzəriyyələr
Əlaqəli
⛭
Din konsepsiyaları
Tanrı konsepsiyaları
Tanrının varlığı
Teologiya
Din filosofları
Qədim dövrorta əsrlər
Erkən müasir dövr
1800–1850-ci illər
1880–1900-cu illər
1920–1950-ci illər
1970–2010-cu illər
Əlaqəli
 Bu şablona bax 
  Foto, video və audio
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Şəcərə və nekropolistika
BAVADV10191660 ·BIBSYS90052932 ·BNCa1049280x ·BNEXX986609 ·BNF11923140h ·CALISn2004378490 ·CiNiiDA00236823 ·CONOR7723363 ·EGAXAvtls000835566 ·GND118604287 ·GTAA148926 ·ICCUCFIV000585 ·ISNI0000000121006514 ·LCCNn79056054 ·LNB000015245 ·NDL00454997 ·NLC: 000229553 ·NKCjn20000604734 ·NLA35468761 ·NLG289003 ·NLR000194375 ·NLPa0000001180106 ·NTA068213352 ·NUKATn93105076 ·PTBNP24066 ·LIBRIS88516 ·SUDOC027419762 ·VIAF36924137 ·WorldCat VIAF36924137
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Bertran_Rassel&oldid=8048993"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp