SilvaBenfika akademiyasının yetirməsidir. Silva klub ilə birlikdə 2013-cü ildə 2012–13 Portuqaliya Gənclər Çempionatının qalibi olmuşdur.[3] O,Benfika B ilə debütünü 10 avqust 2013-cü ildə (1-ci oyun günü) 2013–14 Sequnda LiqasındaTrofense klubuna qarşı oyunda etmişdir.[4]
SilvaBenfika klubu ilə debütünü 19 oktyabr 2013-cü ildə 19 yaşı olarkən 2013–14 Portuqaliya Kubokunun üçüncü mərhələsində Kampeonata de Portuqal təmsilçilərindən olanDesportivo de Kinfaeş klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə meydana daxil olmuş və komandası 1–0 hesabı ilə qalib gəlmişdir.[5] O, Benfika B-dəki yaxşı performansına görə 2013–14 Sequnda Liqa mövsümündəİlin Tapıntısı mükafatına layiq görülmüşdür.[6] O, 2013–14 mövsümündə Benfika klubu ilə daxili trebl-qələbənin şahidi olmuşdur.
Bernardo Silva heç vaxt Benfikaya olan məhəbbətini sosial mediada və ya müsahibəsində əks etdirməmişdir. O bəyan edib ki, o, həmişə klubun əsas heyəti nə düşməyi arzulayıb, lakin buna nail ola bilmədiyi üçün kluba olan sevgisi azalıb. Müsahibədən sonra Silva "evə" qayıtmaq və Benfika karyerasını başa çatdırmaq qərarına gəlmişdir.
7 avqust 2014-cü ildə SilvaMonako klubuna bir illik icarəyə verilmişdir.[7] O, Monako klubu ilə debütünü 17 avqustdaLiqa 1 görüşündəBordo klubuna qarşı oyunda etmişdir. Silva ikinci hissədə Lukas Okamposu əvəz etmişdir.[8] 21 sentyabrda o,Genqam klubuna qarşı liqa görüşünə ilk on birlikdə start vermişdir.[9] Həmin görüşdə Monako rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir. Silva ilk qolunu 14 dekabrdaLiqa 1 görüşündəOlimpik Marsel klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Monako rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir.[10]
Bernando Silva Monako ilə
20 yanvar 2015-ci ildə Benfika müəyyən maliyyə problemləri səbəbindən Silvanı 15.75 milyonavro qarşılığında Monakoya satmışdır.[11] Silva Monako klubu ilə 30 iyun 2019-cu ilə qədər müqavilə imzalamışdır.[12]
10 aprel 2015-ci ildə o,Kann klubuna qarşı liqa görüşündə dubl müəllifi olmuş və komandası 3–0 hesabı ilə qalib gəlmişdir.[13]
18 oktyabr 2016-cı ildə2016–17 UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsindəÇSKA Moskva klubu ilə görüşdə Silva 87-ci dəqiqədə qol vurmaqla Monakonun bərabərlik qolunun müəllifi olmuşdur. Həmin görüşdə Monako rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.[15] 15 yanvar 2017-ci ildə SilvaMarsel klubuna qarşı oyunda dublla yadda qalmış və komandası 4–1 hesabı ilə qalib gəlmişdir. Bu qələbə MonakonuLiqa 1 cədvəlində ilk dəfə ilk beş həftə ərzində zirvəyə qalxmağa kömək etmişdir.[16] 29 yanvar 2017-ci ildə Park de Prinsesdə keçirilənPari Sen-Jermen klubu ilə görüşdə Silva 92-ci dəqiqədə qol vurmaqla komandasına bir xal qazandırmışdır. Həmin görüşdəEdinson Kavaninin 81-ci dəqiqədə vurduğu qol qeydə alınmamışdır. Həmin görüşdə Monako rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.[17]
Silva 2016–17 mövsümünündəLiqa 1-də 8 qol və 9 assistlə, bütün turnirlər daxil olmaqla 58 görüşdə 11 qol və 12 assistlə yadda qalmışdır.[18][19]
26 may 2017-ci ildə Silva tibbi müayinədən keçdikdən sonraMançester Siti klubu ilə beş illik müqavilə imzalamışdır. Transferin dəyəri naməlum olaraq qalır. Bəzi mənbələrə görə, transferin dəyəri €50 milyon (£43.5 milyon), üstəgəl əlavə performansa görə €20 milyon (£17.5 milyon) təşkil edir.[20]
Silva rəsmən klubun 2017–18 mövsümünə 1 iyul 2017-ci ildə qoşulacaq.[21]
2013-cü ildə SilvaPortuqaliya ilə 2013 UEFA Avropa U-19 Futbol Çempionatında iştirak etmiş və yarımfinalçı olmuşdur.[22] O, çıxışları iləUEFA jurnalistləri tərəfindən 19 yaşadək 10 aparıcı və istedadlı futbolçu siyahısına daxil edilmişdir.[23][24][25]
27 iyun 2015-ci ildə SilvaPortuqaliya U-21 millisi tərkibindəÇexiyada keçirilən UEFA Avropa U-21 ÇempionatındaAlmaniya U-21 millisi ilə yarımfinal görüşündə ilk qolunu vurmuşdur.[27] Lakin SilvaUEFA Avro 2016-da iştirak edənPortuqaliya millisinin heyətinə daxil edilməmişdir.[28]