Bernard Arnault (5 mart1949[1][2][…],Rube,Fransa) — Fransız milyarder iş adamı,LVMH şirkətlər qrupunun prezidenti və baş direktoru.
Daşınmaz əmlakın inkişafına yönəltdiyi tikinti şirkətinin varisi, o, Fransa dövlətindən subsidiyalar alaraqBoussac qrupunu satın aldı.[4]
O,Christian Dior vəLe Bon Marchni saxladı vəBoussac-ın digər fəaliyyətlərindən ayrıldı. 1989-cu ildə LVMH lüks qrupunun əsassəhmdarı, sədri və baş direktoru oldu.
O, LVMH-ni stratejik satın almalar yolu ilə inkişaf etdirərək qrupu lüks sənayedə dünya lideri etdi. HəmçininLe Parisien, Radio Classique vəLes Échos kimi fransız mediasının sahibkarıdır.
Bernard Arnault və ailəsinin sərvəti 2022-ci ildəChallenges jurnalı tərəfindən149 milliards avro hesab eddi. 2019-cu ildən bəri Avropanın ən böyük sərvəti kimi sıralanır.[5], o, 2022-ci ilin dekabrındanForbes milyarderlərinin dünya reytinqində birinci yeri tutur[6]
Bernar Jon Etiyen ArnoRubedə,Nord departamentində 5 mart 1949-cu ildə anadan olub. Varlı ailənin uşağı , Bernard Arno burjua təhsilindən bəhrələnirdi[7] o cümlədən —fortepiano, atçılıq vətennis öyrənirdi.
Onun atası Jon Arno biznes meneceri, Louis-le-Grand elit liseyinin və École Centrale de Paris-in məzunu,Alsas əsgərlərinin nəslindəndir.
1971-ci ildə məktəbi bitirdikdən sonra Bernard Arnault ailə biznesinə qoşuldu.
1974-cü ildə şirkətə tikinti direktoru təyin edildi, o, 1978-ci ildə atasının yerinə şirkətə rəhbərlik etməzdən əvvəl 1977-ci 27 yaşında baş menecer vəzifəsinə yüksəldi. O, atası Jonı Ferre-Savinelin bütüntikinti işlərini 40 milyon frank qarşılığında satmağa, sonra isə şirkəti daşınmaz əmlakın inkişafı sahəsinə yönəldir. Ferinel yeni kommersiya adı altında, yeni şirkət 'Ferinel, dəniz kənarında ev sahibkarlığı şüarı ilə turist mənzillərində ixtisaslaşır.
| |
|---|
| Lüğətlər və ensiklopediyalar | |
|---|
| Şəcərə və nekropolistika | |
|---|
|