Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Bell X-1

Vikipediya, azad ensiklopediya
Bell X-1
Bell X-1
TipiAviasiya kəşfiyyatı üsulu[d]
İstehsalçıBell Aircraft
İlk uçuş19 yanvar1946[1]
İstismarçılar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bell X-1, orijinal adı iləXS-1,National Advisory Committee for Aeronautics (NACA) ilə ABŞ HHQ (USAF) arasında ortaqsupersonik tədqiqat layihəsi və bu layihə çərçivəsindəsəs sürətini keçmiş ilkpilotlutəyyarə. Əsasən gizli saxlanılan X seriyalı təyyarələrin birincisidir.İkinci Dünya müharibəsi zamanıHitler Almaniyasının müharibənin sonuna doğrureaktiv mühərriklihərbi təyyarələr yaratması cəhdləri həmin illərin texnoloji rəqabəti olan hava sürəti üçün ilham mənbəyi olmuşdur. Müharibədən sonra bütün dövlətlər klassik daxili yanma mühərriklərinin təyyarələrdə istifadə edilməsinin daha mümkün olmadığını anlamışdılar. Bu səbəbdən də ABŞ səsdən sürətindən yuxarı sürətlərə çıxışın mümkünlüyünü yoxlamaq məqsədilə X-1 layihəsinə start verdi. X-1 tam mənada bir təyyarə deyildi. Çünki yerdən havalanmırdı. X-1 ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olan təyyarə vasitəsilə göyə qaldırılmış və boşluğa atılmışdır. Bir müddət sonratest pilotu raketi işə salmış və sınaq başlamışdır. Əgər sınaq uğursuz olsaydı, pilotpilot kabinəsindən çıxa bilməyəcəkdi (çünki onu oradan çıxarda biləcək çıxartma sistemi yox idi) və öləcəkdi.

Lakin X-1 səs sürətini problemsiz keçmiş və süzərək eniş etmişdir. Təyyarənin pilotu səs sürətinə çatarkən təyyarənin sanki parçalanacaqmış kimi titrədiyini, səs sürətini keçdikdən sonra isə təyyarənin kosmosdaymış kimi özünü boşluqda hiss etdiyini bildirmişdir. Beləliklə ABŞ səs sürətini keçməyin mümkünlüyünü sübut etmiş və bunu uğurla etmiş ilk dövlət kimi adını tarixə əbədi salmışdır.

Chuck Yeager "Glamorous Glennis" adlı X-1 modelinin önündə
X-1 #46–062 "Glamorous Glennis"
Chuck Yeager Bell X-1 "Glamorous Glennis" ilə

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. https://www.nasa.gov/centers/armstrong/news/FactSheets/FS-085-DFRC.html.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Bell_X-1&oldid=7541151"
Kateqoriya:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp