1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonraBelarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildəSovet İttifaqının əsası qoyularkənBelorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermişSovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı. Belarusun müasir sərhədləri isə 1939-cu ildə tam olaraq formalaşdı.[8][9]İkinci dünya müharibəsi ərzində baş tutmuş hərbi əməliyyatlar Belarusa çox böyük ziyan vurdu. Belə ki, bu müharibə nəticəsində Belarus əhalisinin təqribən üçdə bir hissəsini və iqtisadi resurslarının yarısından çoxunu itirdi.[10] Respublika müharibədən sonrakı dövr ərzində tədricən inkişaf etməyə başladı. Belorusiya SSR Sovet İttifaqının tərkibində olanUkrayna SSR ilə birlikdə 1945-ci ildə əsası qoyulanBirləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olmuşdur.[11]
27 iyul 1990-cı ildə Belarus Respublikasının parlamenti ölkənin suverenliyi barədə qərar qəbul etdi və 25 avqust 1991-ci il tarixindəSovet İttifaqının dağılması prosesi ərzində öz müstəqilliyini elan etdi.[12]Aleksandr Lukaşenko 1994-cü ildən etibarən ölkənin ilk prezidenti olaraq xidmətini davam etdirir. Hal-hazırda Sovet dövründə olduğu kimiölkə iqtisadiyyatının əsas hissəsi dövlət mülkiyyəti hesab olunur. Belarus hazırda Avropadaölüm hökmü cəzasından imtina etməyən yeganə dövlətdir.[13][14]
Belarusların əcdadlarıŞərqi Slavyanlardır. 6 və 8-ci əsrlər arasında şərqi slavyanlar Belarus bölgəsinə yerləşdilər və daha əvvəl burada yaşayan Fin-Ogur köklü bəzi tayfaları tərəfindən sıxışdırıldılar. IX əsrin sonunda bölgədəİsveç köklü varyaqlar tərəfindənPolotsk və Turov krallıqları quruldusa da X əsrin sonunda bu krallıqlarKiyev Knyazlığına birləşdirildilər. X əsrdə bu bölgə Bizans İmparatorluğu tərəfindən xristianlaşdırılan Kiyev KnyazıI Vladimir tərəfindən 988-ci ildən başlayaraq xristianlaşdırıldı.
1237-ci ildə bu krallıqlar daha sonraPolotsk Krallığından ayrılan Minsk vəVitebsk krallıqları ilə birgə muxtariyyət qazansalarsa da həmin ilQızıl Orda dövlətinin vasallı oldular. Bölgə 1239–1320-ci illər arasında Litva Böyük hersoqluğu tərəfindən fəth edildi.Litvalılar dövlətlərinin paytaxtlarını Kernavadan əvvəl Grodnoya (Belarusça: Hrodna), sonra isə Novogrudok (Belarusça: Navahrudak)a köçürdülər və dövlətin rəsmi dili belarusca oldu. Ancaq XIV əsrdə dövlətin paytaxtı əvvəl Trakaiya, sonraVilnüsa köçürüldü. Litvalılar əvvəl büdpərəstlikdənortodoksluğa, sonra isəPolşalıların təsiri ilə XV əsrdəkatolikliyə keçdilər və bu vəziyyət ortodoks inancını böyük ölçüdə qoruyan belarusların həyatını müəyyənləşdirdi. Bugünkü Belarusiyanı təşkil edən bölgə Litvaya bağlı Brześć Litewski (Bugün Brest), Vitebsk (Belarusça: Viciebsk), Novogrudok,Minsk (Belarusça: Mensk), Polock (Polotsk), Mscislaw (Mstislavl) ve Wilno (Vilnyus) bölgələrinə bölündü.
1386-cı ildə Litva Böyük Hersoqu- Jogalia,II. Wladyslaw adıylaPolşa Kralı olunca, 2 ölkə arasındaJagiellon Sülaləsi vasitəliyi ilə şəxsi birliy quruldu.Belə ki,Litva Hersoqu Jagolia ilə,Polşa Kraliçası Jadviga evləndi.Bu birlik 1569 ilində Lyublin Birliyi müqaviləsi ilə daimi bir birliyə döndü. Litvanın daimi birlikdə olmasından güclənməsı 1567'da Podlasya, Volinya,Podolya və Kijow (Kiev) bölgələrinin Polşa KralıII. Zygmunt tərəfindən ələ keçirilməsinə yol açdı. Bu arada daha sonraRus Çarlığı'na çevriləcək olanMoskva Knyazlığı'nın təhdidi artmağa başladı. 1514-ildə Smolenski ələ keçirənRuslar, 1535 ildə Vilnyusa qədər gəldilər. Ruslar,Livoniya müharibəsi (1558–1582) sırasında 1563'da Polotsk'u işğal edərək Litva ordusunu Vilnyus'a qədər geri çəkməsinə baxmayaraq Polşalılar 1572 ilindən etibarən Belarusu geri aldılar və hətta 1581ildə Rusiyanın Velike Luki və Sokol şəhərlərini işğal edib, Pskov şəhərini dağıtdılar.
Belarusun digər ölkələrlə siyasi əlaqələri çox qarışıqdır.Belə ki,ölkə 1991-ci ildə müstəqillik qazanmasından sonra qərb dövlətləri ilə soyuq əlaqələrə malikdir.Buna səbəb Qərb dövlətlərinin Belarus prezidenti Aeksandr Lukaşenkonun onların fikrincə qeyri demokratik ölkəni idarəetməsidir.Xüsusən 2010-сu il Belarusda prezident seçkilərindən sonra bu əlaqələr daha da pisləşmişdir.
Belarus güclü iqtisadi sistemə malik olmayan dövlət kimi tanınır. Belarus dünyada daha çox aqrar dövlət kimi tanınır. Ölkədə maldarlıq, əkinçilik, bitkiçilik və aqrar texnika istehsalı çox inkişaf edib. Belə ki, Belarus öz daxili yem tələbatını artıqlamasıyla ödəyir və qonşu dövlətlərə kütləvi halda süd, süd məhsulları, tərəvəz ixrac edir. Belarus 1990-сı illərdə və 2011-ci ildədefoltla üzləşmişdir.
Təsərrüfatın ixtisaslaşmasına və strukturuna əmək ehtiyatlarının bolluğu,Rusiyadan daha ucuz yanacaq və metal idxalı və yerli təbii ehtiyatları müsbət təsir göstərir. Maşınqayırmanın ixtisaslaşmış sahələri-hesablama maşınları, cihazqayırma, məişət maşınqayırması-soyuducular, paltaryuyan maşınlar, k/t maşınları və yük avtomobilləridir (Minsk, Jodino, Mogilyov).Kimya sənayesi əsas istiqaməti-süni kauçuk, şin, plastik kütlələr (Mogilev,Qrodno,Polotsk),Kalium gübrələri (Soliqorsk), meşə emalı və kağız istehsalıdır (Bobruysk, Borisovo, Vitebsk və b.). Yüngül sənayedə əsas yeri kətan parça, ayaqqabı istehsalı və b. tutur. Yeyinti sənayesi əsas sahələrdəndir, yerli xammallarla təmin olunub.Aparıcı sahələri yağ, süd-pendir, ət məhsulları istehsalı, kartofkraxmal istehsalı və b. Yanacaq-energetikanı yerlitorf, Rusiyadan aldığı neft-qaz təşkil edir.
Kənd təsərrüfatında əsas yeri heyvandarlıq tutur, südlük-ətlik istiqaməti və donuzçuluq əsas yer tutur. Əkinçilikdə yem istehsalının xüsusi çəkisi böyükdür. Şimal-şərqində kətan becərilir. Taxılçılıqda əsas yeri çovdar əkinləri tutur. Kartofçuluq Belorusiyanın əsas sahəsi hesab olunur. Mərkəz hissəsində geniş yayılıb. Sıx nəqliyyat şəbəkəsinə malikdir.
Natiq Bağırov — sambo üzrə 4 qat dünya çempionu (1991, 1992, 1997, 1998), Belarus Respublikasının Əməkdar idman ustası, Belarus-Azərbaycan İcmaları Konqresi sədri.
Leu Daşkeviç (1882—1957) —AXC hökuməti tərəfindən31 Mart soyqırımını araşdırmaq üçün yaradılmışFövqəladə Təhqiqat Komissiyasının üzvülərindən biri Belarusdan olan fotoqraf, tədqiqatçı vəfransız dili müəllimi olmuşdur.
↑Александровскаја Лариса Помпејевна //Азәрбајҹан Совет Енсиклопедијасы:[10 ҹилддә]. Iҹилд: А—Балзак.Бакы:Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.Баш редактор:Ҹ. Б. Гулијев. 1976.С. 226.