Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Baykal

53°13′ şm. e. 107°45′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bu adın digər istifadə formaları üçün bax:Baykal (dəqiqləşdirmə).
Baygöl
bur.Байгал нуурru,rus.о́зеро Байка́л
Ümumi məlumatlar
Mütləq hündürlüyü457 m
Eni79.5 km
Uzunluğu636 km
Sahil uzunluğu2000 km
Sahəsi31 722 km²
Həcmi23 615,390 km³
Su tutumu570 000 km²
Dərin yeri1642 m
Orta dərinliyi744,4 m
Şəffaflığı40—60 m
Temperatur
  Minimum−50 °C
  Maksimum20 °C
  Yanvarda orta-20 °C
  İyulda orta15 °C
  İllik yağıntı450 mm
Yerləşməsi
53°13′ şm. e. 107°45′ ş. u.HGYO
Ölkə Rusiya
Region
Vilayət
YerləşməsiŞərqi Sibirin cənubu
AdalarUşkan,Olxon,Yarki
Baygöl xəritədə
Baygöl
Baygöl
Baykal (Buryatiya)

Baykal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baygöl (saxaБаай күөл) —Rusiya Federasiyasında göl. Dünyanın ən böyük şirin su mənbəyidir. Rusiyanın cənub-şərqində yerləşir.

Baygöl gölü 600 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir. Bu gölAvrasiyanın ən böyük şirin su anbarıdır.[1] Geniş yayılmış fərziyyələrə əsasən qədim türk dilindən tərcümədə "Bai-kul" yəni, Bəy göl anlamını verir. Gölün şərqində yerləşənSvyatoy Nos yarımadasını materikəCivırkuy bərzəği birləşdirir.

Etimologiyası

[redaktə |vikimətni redaktə et]

Qədim Türklər əsasən Baykal gölü ətrafında yaşamışlar. Oradan uzaqlaşmağa doğru getdikdə, "Bayqal" deyə adlandırmışdırlar. Tərcümə olaraq Bay-Varlı deməkdir. Qal - isə Qalmaq felindəndir.

Yumru buz kütlələri

[redaktə |vikimətni redaktə et]

Baykal gölü üzərində hər qış yaranan böyük yumru buz kütlələrinin necə meydana gəldiyi elm insanlarını tam 128 ildir məşğul edirdi. Ancaq yeddi illik bir çalışma gerçəyi ortaya çıxardı.Yumru buzları ilk dəfə1882-ci ildə bir Rus alimi gördü. Yumru buz kütlələrinin necə meydana gəldiyini araşdırmağa başlayan Rus alim, o dövrkü məlumatla bir nəticəyə çata bilmədi və bu vəziyyəti "sirli bir hadisə" olaraq xarakterizə etdi.[2]

Bu hadisədən 121 il sonra2003-cü ildə Baykal Gölünün peyk fotoşəkillərində eyni yumru buz kütlələrinə rast gəlindi. Kilometrlərcə yumru buz kütlələri meydana gəlmişdi.

Rus alimləri, buzun necə meydana gəldiyini anlamaq üçün bir daha qolları çirmələdi. Bu dəfə işlər 7 il davam etdi. Uzun sürən işlərdən sonra buz kütlələrinin yumru şəkildə meydana gəlməsinə gölün altında olan təbii qaz qaynaqlarının səbəb olduğu ortaya çıxdı.

Qış aylarında suyla qarışan qaz isti buxar meydana gətirir və bu da yumru dalğalara səbəb olur. Bu yumru dalğalar yuxarıya doğru çıxdığında yaxşıca soyuyaraq buz kütləsinə çevrilir. Göl daxilində yerləşən adalarla sahil arasında bir sıra boğazlar vadır:Olxon darvazası.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Avrasiya[ölü keçid]
  2. "128 illik sirr aşkar oldu".2 iyul 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 mart 2010.
 Göl ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləniredaktə Vikipediyanı zənginləşdirin.
⛭
⛭
Kiji Poqos

Mərkəz


Cənub
Şimali-Qərb
Uzaq Şərq
Sibir
Volqayanı
Şimali Qafqaz
1Litva ilə paylaşılır 2 Digər doqquz ölkə ilə paylaşılır 3Monqolustan ilə paylaşılır
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Baykal&oldid=8002696"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp