Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Batimetriya

Vikipediya, azad ensiklopediya
(Batial səhifəsindən yönləndirilmişdir)

Batimetriya — su hövzələrinin dib relyefinin tədqiq olunmasıdır. Dünya okeanı və qapalı su hövzələri, həmçinin çay və su anbarları üzrə dib relyefinin tədqiq olunması daim aktual olub. Batimetriya termini yunancadan "dərinlik" və "ölçü" sözlərinin birləşməsindən yaranıb (bathus və metron). Topoqrafiya xəritələrində relyefin təsviri üsulu olaraq izohipslər istifadə edilirsə (horizontallar), batimetriya xəritələrində bu anlayış izobat olaraq ifadə olunur.

Müasir dövrümüzdə Batimetriya tədqiqatları ilə paralel SONAR çəkilişləri də yerinə yetirilir.

Batial çöküntülər

[redaktə |vikimətni redaktə et]

Dənizokeanlarınbatial zonasında (sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından vəçınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülər.Batial çöküntülərin tərkibində terrigen materiallar üstünlük təşkil edir.Batial çöküntülər dünyaokeanı dibi sahəsinin 15,4%-ni örtür, əsasənmaterikyamaclarında yayılmışdır.Batial çöküntüləri — əksərən materikyamac hüdudunda, qismən isə şelfin daha dərin hissələrində, 200 m-dən 2000 m-ə qədər dərinlikdə toplanandəniz çöküntüləri.

Batimetrik xəritə

[redaktə |vikimətni redaktə et]

Batimetrikxəritə-izabatın köməyi ilə tərtib edilən sualtırelyefi əks etdirir. Sualtırelyefinrəngləri dərinlik pillələri üzrə verilir.

Batimetriya

[redaktə |vikimətni redaktə et]

Batimetriya-(yun. bathus dərin+metreo — ölçürəm) — xüsusicihazlarla (lota,exolota və digər dərinlik ölçənlərlə)dənizokeanlann dərinliyinin ölçülməsi.

Batimetrik vilayət

[redaktə |vikimətni redaktə et]

Batimetrik vilayətokean və yadənizlərin dib hissəsi və ona qovuşan su qatları. Ayrı-ayrı batimetrik vilayət adətən (bəzən şərti olaraq) aşağıdakı dərinliklərlə səciyyələnirlər:şelf 0–200m (500–600m-ə qədər), qitə yamacı (batial vilayət) 200–500m-dən 2000–3000m və daha artıq, hemipelagik 2000m-dən 4000–5000m qədər,abissal 4000–5000m-dən 6000m qədər, ultraabissal 6000m-dən dərin. Batimetrik vilayət hər biri, dərinlik fərqlərilə yanaşı, həm də dibinmorfologiyası, məskunlaşan orqanizmlərin, çökmə tiplərinin müxtəliflyi ilə fərqlənir.

Batitermoqraf

[redaktə |vikimətni redaktə et]

Batitermoqraf (yun. bathos — dərinlik, therme — istilik və grapho — yazıram) —okeanın yuxarı qatlarında müxtəlif dərinliklərdə birbaşasuyuntemperaturunu ölçmək üçüncihaz. Cihaz 200–400 m-ə qədər dərinliyə enə bilir.

Batometr

[redaktə |vikimətni redaktə et]

Batometr- laboratoriya tədqiqat məqsədilə dəniz və s. su hövzələrindən istənilən dərinlikdən su nümunələri götürmək üçün cihaz. Dəniz batometr üzərində xüsusi termometr bərkidilən silindr formalıbürünc.[1]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Batimetriya&oldid=7848057"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp