Basklar ölkəsi (baskEuskal Autonomia Erkidegoa;isp.Comunidad Autónoma del País Vasco) —İspaniyada yerləşənmuxtar region. Basklar ölkəsiİspaniyanın şimalında vəFransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25iyul1979-cu ildəİspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdəİspaniyaya tabe deyildirlər. Ərazini basklara məxsusErtzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismiİspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir.
İspaniyanın şimalında avtonom regiondur. Sahəsi 7,234 km² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtıVitoria - Gasteiz şəhəridir. Regiona muxtariyyət 25 İyul 1979 tarixində verilmişdir. Region öz daxilində təhlükəsizliyiniErtzaintza deyilən polis təşkilatı ilə təmin etməkdədir.
Regiondakı qanunlar Muxtar ölkəni üç vilayətdən ibarət olan bir federasiya olaraq idarə edir. Bu sistem1200-cü ildən bəri regionda fasilələrlə istifadə edilənForal Sistemi'dir.Fransisko Frankonun1978-ci ildə tərtib etdiyi Konstitusiya regiona tarixi bir haqq olaraq geniş səlahiyyətlərlə bir muxtariyyət statusu vermişdir.Bask Parlamenti və hökumətiVitoria - Gasteiz də yerləşir. Parlamentdə 25 nümayəndə iştirak edir və bu nümayəndələrin səsləriylə Regionun Baş naziri (Lehendakari) seçilir.1937-ci ildən bəri baş nazirlərBask Milliyyətçi Partiyasından seçilir. Bask Ölkəsi öz polis təşkilatına (Ertzaintza) və öz radio/televiziyasına (Euskal Irrati Telebista) malikdir və digər güclərGernika Aktı ilə zəmanət altındadır.
Bask dili vəispan dili bölgədə rəsmi dillərdir.1984 cü ildə edilən bir dil ilə əlaqədar siyahıya almada xalqın 23%-ininBask dilini başa düşdüyü, 21%-inin danışa bildiyi, 13%-inin oxuya bildiyi və 10%-inin isə yaza bildiyi ortaya çıxmışdır.
RegiondakıBask millətçiləriNavarra torpaqlarının tarixi Bask ölkəsinin olduğunu və paytaxtlarının daPamplonaya köçürülməsi iddiasındadırlar . Bask Hökuməti,Navarranın simvolu olanLaura Bat gerbini illərdir ki, istifadə edir.
İspaniyada bəzi digər ərazilərdə olduğu kimi Basklar ölkəsi də siyasi müstəqillik tələb edir.İspaniya rəsmiləri isəİspaniyanın heç vaxt parçalanmayacağını,basklara ən yaxşı halda Ali Muxtariyyət hüququnun verilə biləcəyni bildirirlər. Hal-hazırda Basklar ölkəsi Ali Muxtariyyətə sahibdir. Lakin ərazidə yaşayan əhalinin 65%-i tam müstəqil olmağın tərafdarıdır. Baskların siyasi yöndə iki tələbləri var. Bunlardan birincisiNavarranın basklarla sərhəd olan ərazilərinin onlara verilməsidir. Digər tələb isə müstəqil respublikanın yaradılmasıdır. Baskların müstəqilliyi naminə mübarizə apardığını bildirənETA təşkilatı 52 ildir ki, bu hədəflərin heç birinə nail ola bilməmişdir. Baskların çox az bir qismiETA-nın tərəfini tutur. Bunun əsas səbəbi kimi, onlar müstəqilliyə gedən yolun terrorla yox, düzgün siyasi addımlarla mümkün olacağını düşünürlər. Baskların siyasi təşkilatlarından ən radikalıBatasunadır.İspaniyada çoxlarıETA-nıBatasunanın hərbi qanadı hesab edirlər.Batasuna açıq formada ən qısa zamanda müstəqil dövlətin yaradılmalı olduğunu bildirirdi.2003-cü ildəİspaniya dövlətiBatasunanı separatçılıq fəaliyyətinə görə bağlamışdır. Ona tabe olan digər partiya isə2008-ci ildə bağlanmışdır.[3]
ETA — Basklar ölkəsinin müstəqilliyi naminə silahlı mübarizə aparanbask radikal-solçu, milliyyətçi və separatçı təşkilatdır.1959-cu ildəFrankodiktaturasına qarşı mübarizə məqsədilə yaranmışdır.1962-ci ildə təşkil olunan bask solçu-milliyyətçilərinin plenumunda təşkilatlanma prosesini başa çatdıranETA, özünün əsas məqsədi kimi müstəqil bask dövlətinin (Euskadi) yaradılmasını qarşıya qoymuşdur.[4][5]ETA-nın emblemi baltaya sarılmış ilandır. Bununla Bask xalqının sonsuz azadlıq arzusu ifadə edilir.[6][7][8]
1968-ci ildə silahlı mübarizəyə başlayanETA 829 nəfərin ölümünə, minlərlə insanın yaralanmasına və onlarla insanın qaçırılmasına görə məsuliyyət daşıyır.[9][10][11][12]ETAİspaniya vəFransa tərəfindən rəsmi olaraq terror təşkilatı kimi tanınmışdır.[13] Bu ölkələrdən başqaAvropa İttifaqı[14] vəAmerika Birləşmiş Ştatları[15] tərəfindən terror təşkilatı kimi tanınmışdır.