Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Bart Simpson

Vikipediya, azad ensiklopediya
Bart Simpson
Bart Simpson
Cins:Kişi
İş:Sprinqfildİbtidai məktəbdə şagird
Yaxınları:atasıHomer Simpson, anasıMarc Simpson, bacıları:LizaMeggi Simpson, babasıAbraham Simpson, xalaları:SelmaPetti Buvye, nənələri:Jaklin BuvyeMona Simpson
Dublyaj:Nensi Kartrayt

Bartolomyu Jo-Jo «Bart» Simpson (ing.Bartholomew Jo-Jo «Bart» Simpson) —Simpsonlar cizgi serialının əsas personajlarından biri və Simpsonlar ailəsinin üzvü. Aktrisa Kartrayt Nensi tərəfindən səsləndirilən Bart xarakteri televiziyada ilk dəfə1987-ci il19 aprel tarixində "The Tracey Ullman Show"da (1987-1990-cı illər arasında həftəlik ekranlara çıxan Amerika televiziya şousu) yayımlanan "Simpsonlar qısası"nın birinci bölümü olan "Good Night"da göründü. Bart animasiyası cizgi film rəssamı Mett Qreyninq tərəfindən Bruks Ceymsin ofisinin gözləmə salonunda gözləyərkən hazırlandı və yaradıldı. Qreyninq "Life in Hell"ə (Qreyninq tərəfindən çəkilən həftəlik karikatura seriyası) əsaslanan animasiya hazırlaması üçün çağırılsa da, bunun əvəzinə yeni bir qrup obraz yaratmağa qərar verdi. Digər obrazlara Qreyninqin ailə üzvlərinin adları verilsə də, Bartın adı brat (yaramaz uşaq) sözünə uyğunlaşdırılmışdır. "The Tracey Ullman Show"da üç il yayımlandıqdan sonra Simpson ailəsi1989-cu ilin17 dekabr tarixində Fox telekanalında ayrıca serial kimi yayımlanmağa başladı.

Təkrarlanan frazalar

[redaktə |vikimətni redaktə et]
  • Ay caramba!
  • Eat my shorts! (Mənim şortumu ye!)
  • Don`t have a cow man! (Kimisə sakitləşdirmək istədikdə)

Maraqlı faktlar

[redaktə |vikimətni redaktə et]
  • Bartın pərəstişkarlarından biriMaykl Cekson idi. O, hətta Simpsonlar üçün «Do the Bartman» mahnısını yazıb.
  • 22 sezonun 14 seriyada Bart «Angry Dad» film üçün Qızıl Qlobus və Oskar alır.
⛭
Personajlar
Yerlər ...
Şəkil
Animasiya haqqında olan bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Bart_Simpson&oldid=6262024"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp