Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Baron Zemo

Vikipediya, azad ensiklopediya
Baron Zemo
ing.Baron Zemo
NəşriyyatMarvel Comics
Yayım tarixi"Qisasçılar" #4 (mart1964)(Henrix)
"Kapitan Amerika" #168 (dekabr1973)(Helmut)
Yaradıcı(lar)Henrix:
Sten Li
Cek Kyorbi
Helmut:
Toni İzabella
Sal Buskema
Xüsusiyyətlər
Əsl adıHenrix Zemo (ata)
Helmut Zemo (oğul)
Cinsiyyətikişi[d]
Boyu177,8 sm
Çəkisi83 kq
Göz rəngigöy
Saç rəngisarı
Növüinsan
Komiks bioqrafiyası
ÜzvlükləriHenrix:
Cansız Legion
Bəla Ustaları
Nasist partyası
Helmut:
Superhumen Komissiyası
Bəla Ustaları
Gizli İmperiya
Hidra
PartnyorlarıHelmut: Qırmızı Kəllə
Primus
Sin
DüşmənləriKapitan Amerika
LəqəbləriFoniks, Dəmir xaç, Vətəndaş V.
GücləriHər ikisinin: Güclü intellekt, dayanıqlıq, döyüş bacarığı, qılınc ustası.

Baron ZemoMarvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. İlk dəfə1964-cü ildə "Qisasçılar" komiksinin 4-cü sayında peyda olmuşdur. Baron Zemo ilk əvvəllər Henrix Zemo idi, lakin onun ölümündən sonra oğlu Helmut Baron Zemo onun adını daşımağa başlamışdır. Ən çox da Baron Zemo adı ilə məhz Helmut tanınır.

2009-cu ildəIGN tərəfindən tərtib olunmuş "Bütün dövrlərin ən yaxşı komiks anti-qəhrəmanları" siyahısında 40-cı yeri tutmuşdur.[1]

Bioqrafiya

[redaktə |vikimətni redaktə et]

İlk illəri

[redaktə |vikimətni redaktə et]

Baron Helmut Zemoİkinci dünya müharibəsində nasistlərlə birlikdə döyüşən vəKapitan Amerikanın düşməni olan Henrix Zemonun oğludur. Atası tərəfindən sadəcə nasistlərin və bir Zemo fərdinin dünyanı idarə etməli olduğu fikrinə hələ uşaqkən inandırılmışdır. Uğurlu alim və strategiya ustası olan Helmut Zemo atasının ölümündəKapitan Amerikanın günahının olduğuna qərar vermiş və ondan intiqam almağa çalışmışdır. Zemo uduzaraq bir kimyəvi maddələrlə dolu çənə düşmüş və bədəni eybecər hala düşmüşdür.

Zemo atasının adını alaraq Baron Zemo olmuşdur. O, əsas məqsəd kimi qabağınaKapitan Amerikanı öldürmək və dünyanı ələ keçirmək fikrini qoymuşdur. Anti-qəhrəmanlardan ibarət, daha əvvəl atasının qurduğu Bəla Ustaları komandasını yenidən toplamışdır. Bu komandaKapitan Amerikanın da üzv olduğu Qisasçılar komandasını Stark malikanəsində ağır məğlubiyyətə uğratmışdır. Sonda Baron Zemo iləKapitan Amerika yenidən üz-üzə gəlmiş və Baron Zemo məğlub olmuşdur.

Komandalar qurması

[redaktə |vikimətni redaktə et]

Onslaught ilə döyüşdən sonraKapitan Amerika və digər Qisasçıların öldüyü zənn edilən zamanda Baron Zemo özünə Vətəndaş V adını verib keçmiş komandasından İldırımsaçanlar komandasını yaratmışdır. Zemonun liderliyi altındakı bu komandaNyu Yorkun qəhrəmanları qəbul edilərək Qisasçıların alət və vasitələrindən istifadə etməyə başlamışdırlar. Zemo az qala bütün dünyanı ələ keçirəcəkdi, amma digər İldırımsaçanlar üzvləri qəhrəman olmağa davam etmək istəyincə qaçmağa məcbur olmuşdur.[2]

AtasınınCənubi Amerikadakı bazasına gedərək İldırımsaçanlardan qisas almağa çalışsa da, uğursuz olmuşdur.

Zemo nəsli

[redaktə |vikimətni redaktə et]
Baron Zemo "Qisasçılar" komiksinin 277-ci sayında. (1987)

Henrix və Helmut Zemoya qədər Zemo nəslinin bir çox nümayəndəsi olmuşdur. İlk Zemo1480-ci ildə yaşamış Harbin Zemodur.

  • Harbin Zemo
  • Ademar Zemo
  • Heller Zemo
  • Herbert Zemo
  • Helmut Zemo
  • Hekket Zemo
  • Hartviq Zemo
  • Hilyard Zemo
  • Hofman Zemo
  • Herman Zemo

Gücləri

[redaktə |vikimətni redaktə et]

Baron Zemo heç bir üstün gücə malik deyildir. Əsas qabiliyyətləri döyüş bacarığı, zehin idarə alətləri, usta qılınc oynadan olmasıdır. Həmçinin dahi strategiya ustasıdır.

Film

[redaktə |vikimətni redaktə et]

2016-cı ildə çəkilmiş "Kapitan Amerika: Vətəndaş müharibəsi" filmində Baron Zemo rolunda Daniel Bryul oynamışdır.[3]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Arxivlənmiş surət".2020-10-06 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2015-05-27.
  2. Thunderbolts #144-145
  3. "Arxivlənmiş surət".2021-02-25 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2015-05-27.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Digərləri
Personajlar
Müsbət
Komikslər
Özünəməxsus
Hekayələr
Digər mediada
Filmlər
Televiziya
Video oyunlar
Müxtəlif
⛭
Üzvlər
Əsas üzvlər
Digərləri
Şahingöz · Civə · Qırmızı cadugər · Svordsmen · Herakl · Qara pantera · Qara cəngavər · Qara dul · Mantis · Bədheybət · Ay əjdahası · Cəhənnəm pişiyi · İkitapança uşaq · Kapitan Marvel · Şahin · Möcüzə-adam · Tiqra · Qadın-Halk · Monika Rembyu · Starfoks · Namor · Doktor Druid · Alaycı quş · Müharibə maşını · Şey · Ay cəngavəri · Alov quşu · Dağıdıcı adam · Unudulmuş biri · Mister Fantastik · Görünməz qadın · BŞ casusu · Kvasar · Məşəl-adam · Sersi · Skat · Hörümçək-adam · Qum-adam · Hiddət · Maşın-adam · Yaşayan ildırım · Hörümçək-qadın · Kristal · İldırımzərbə · Qara quzğun · Ədalət · Alovlu ulduz · Triatlon · Gümüş pəncə · Qarışqa-adam II · Eşşək arısı II · Kapitan Britaniya · Lyuk Keyc · Şimal porsuğu · Keşikçi · Exo · Ares · Amadeus Ço · Yokasta · Qamət · Vijn · Kapitan Amerika · Hörümçək-qadın · Valkiriya · Şeron Karter · Nova · Qarışqa-adam · Dəmir yumruq · Güc-qadın · Qoruyucu · Doktor Strenc · Qırmızı Halk · Dəlisov · Fırtına · Titrəyiş · Kapitan Britaniya · Venom · Havok · Günəş ləkəsi · Top mərmisi · Kollektor · Şan-Çi · Kapitan Kainat · Əzici · Hiperion · Rouq · Günəş alovu · Dumbot · Viktor Mança · Uçurum · Eks Nihilo · Gecə maskası · Ulduz brendi · Qoruyucu Aleksis · Ronin · Göy Marvel · Güc-adam · Ağ pələng · Kaluu · Nova · Doktor Vudu · Qılıncdiş · Tor · Miss Marvel · Hörümçək-adam · Kabus Yarışçı · Şahingöz · Şuri · Dedpul · Sinaps · Məşəl-adam · Mahnı quşu · Sincab-qız · Uikkan · Halklinq · Kabel · Nebula · Yaxşı
Düşmənlər
Komandalar
Fərdi
Baş qərargahlar
Alt komandalar
Digər mediada
Televiziya
Film
Video
oyunlar
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Baron_Zemo&oldid=6630531"
Kateqoriya:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp