Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Barkod

Vikipediya, azad ensiklopediya
Bu məqalədə və ya bölmədə Vikipediya meyarlarına uyğun olmadığı üçün təkmilləşdirilməsinə ehtiyac olan hissələr var.
Lütfən bu məqaləni redaktə edərək təkmilləşdirilməsinə kömək edin.

Barkod (ing.barcode) — marketlərdən aldığımız malın üstündəki etiketdə qalınlıqları fərqli şaquli cizgilər və bəzi rəqəmlər. Kassirlər bu malın etiketli tərəfini bir şüşənin üstündən keçirdir və ya etiketə bir işıq tutaraq qiymətlərini avtomatik olaraq hesablayıb kassaya yazırlar.

Barkodlar əvvəllər marketlər üçün əməliyyatları sürətləndirmək və anbarlara daha güclü nəzarət etmək üçün hazırlanmışdı. Ancaq sistem o qədər müvəffəq oldu ki, sürətlə hər cür satılan əşyaya tətbiq edilməyə başlandı. İndi super marketdən aldığınız və üstündə barkod olan hər hansı bir məhsulu əlinizə götürün və etiketə baxaraq izah edəcəklərimizi dinləyin.

Gördüyünüz kimi bir barkodda iki qisim var. 1- Makinanın oxuduğu şaquli cizgilər qismi, 2- İnsanların oxuya bildiyi 12ədəd rəqəm. İlk altı rəqəm əşyanın identifikasiya nömrəsidir, istehsalçılar illik bir ödəniş qarşılığında bu kodları verən beynəlxalq bir təşkilatdan öz məhsullarına ala bilər.

"Wikipedia" barkodu

İkinci qrupdakı ilk beş rəqəm material nömrəsidir. Eyni kod birdən çox çeşiddəki mal üçün istifadə edilə bilməz. Yəni istehsalçının satdığı hər müxtəlif məhsulda, hər müxtəlif paketdə, hətta paketlərin yenidən paketlənmələrində hər zaman müxtəlif material nömrəsi verilir. Beləliklə, marketdə nə qədər mal satıldığı, anbarda nə qədər qaldığı həmişə nəzarət altında saxlanılır.

Məsələn, su konservi ilə su şüşəsinin kod nömrələri müxtəlifdir. Hətta qutuda 6, 12 və ya 24 ədəd olması belə fərqli kodların verilməsi ilə nəticələnir. Sağdakı ən axırıncı rəqəm isə nəzarət nömrəsidir. Bu nömrə bütün yoxlanan şaquli cizgilərlə yaddaşa yazılan məlumatın oxunmasını təmin edir.

Göründüyü kimi, barkodun üzərində malın qiyməti ilə əlaqəli hər hansı bir məlumat yoxdur. Kassir barkodu oxutduqda siqnal sistem daxilində mərkəzə göndərilir, buradakı kompüter barkod nömrələrinə görə daxil olunmuş və hər zaman dəyişdirilə bilən qiymət məlumatlarını dərhal kassaya göndərir. Bu mərkəz mağazadakı malların qiymətlərini hər zaman dəyişdirmə imkanını təmin etməkdədir.

Müxtəlif qalınlığı olan şaquli qalın və nazik cizgilər ilə aralarındakı boşluqlar, müxtəlif kombinasiyalarla düzülərək hər biri bir rəqəmi təmsil edir, yəni aşağısındakı rəqəmin kompüter tərəfindən oxunmasını təmin edir.Ən geniş yayılmış barkodlar 13-mərtəbəli Avropa kodu EAN-13 (European Article Numbering) vəABŞ ilə Kanadada tətbiq olunan UPC kodudur. EAN-13 kodunun strukturu belədir:1.Ölkənin kodu2.İstehsalçının kodu3.Malın kodu4.Nəzarət rəqəmi5.Lisenziya əsasında hazırlanmış malın işarəsiÖlkə və istehsalçının kodlarındakı rəqəmlərin sayı dəyişə bilər. Bu sistemdə Azərbaycanın kodu 476-dır. Barkod optik skaner vasitəsilə oxuna bilər və bundan kitabxanalarda, mağazalarda və başqa müəssisələrdə informasiyanın tez və səhvsiz daxil edilməsi məqsədilə istifadə edilə bilər.

Yuxarıda göstərildiyi kimi barkodun ilk 3 rəqəmi ilə onun hansı ölkəyə aid olduğunu bilmək olar:

000…139ABŞ və Kanada

300…379Fransa

380Bolqarıstan

383Sloveniya

385Xorvatiya

387Bosniya və Herseqovina

400…440Almaniya

450…499Yaponiya

460…469Rusiya

470Qırğızıstan

471Tayvan

474Estoniya

475Latviya

476Azərbaycan

477Litva

478Özbəkistan

479Şri lanka

480Filippin

481Belarus

482Ukrayna

484Moldova

485Ermənistan

486Gürcüstan

487Qazaxıstan

500…509İngiltərə

520Yunanıstan

528Livan

529Kipr

539İrlandiya

500…549Belçika və Lüksemburq

560Portuqaliya

569İslandiya

570…579Danimarka

590Polşa

599Macarıstan

600…601CAR

609Mavriki

611Mərakeş

613Əlcəzair

619Tunis

640 ..649Finlandiya

690…699ÇXR

700..709Norveç

729İsrail

700…739İsveç

740Qvatemela

741Salvador

742Honduras

743Nikaraqua

744Kosta rika

745Panama

746Dominikan

750Meksika

759Venesuela

760…769İsveçrə

770Kolumbiya

773Uruqvay

775Peru

777Boliviya

779Argentina

780Çili

786Ekvador

789Braziliya

800…839İtaliya

840…849İspaniya

850Kuba

858Slovakiya

859Çexiya

860Yuqoslaviya

869Türkiyə

870…879Niderland

880Cənubi Koreya

885Tailand

888Sinqapur

890Hindistan

893Vyetnam

900…919Avstriya

920…929Avstraliya

940…949Yeni Zenlandiya

995Malasiya

Mənbə

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Barkod&oldid=7751329"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp