Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Barbi (film)

Vikipediya, azad ensiklopediya
Barbi
ing.Barbie
Janrromantik komediya, macəra filmi[4], komediya filmi[4], fentezi filmi[d], musiqili film, romantik film
RejissorQreta Qerviq
Prodüserlər
Əsərin müəllifiMattel tərəfindən təqdim edilmişBarbi oyuncağına əsaslanır
Ssenari müəllifləriQreta Qerviq
Noa Baumbax
Baş rollarda
Operator
  • Rodriqo Prieto[d]
Bəstəkarlar
  • Mark Ronson[d]
  • Endrü Uayatt[d]
MontajçıNik Hui[d]
İstehsalçılarHeyday Films
LuckyChap Entertainment
NB/GG Pictures
Mattel Films
DistribütorWarner Bros. Pictures
İlk baxış tarixi9 iyul 2023 (Shrine Auditorium)
21 iyul 2023 (ABŞ)
Müddət114 dəq.
Büdcə$128–145 milyon[1][2]
Gəlir$1.419 milyard[3]
Ölkələr
Dilingilis dili[4]
Rəngrəngli[d]
Çəkiliş yeriLos-Anceles
IMDbID1517268
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barbi (ing.Barbie) —Qreta Qerviq tərəfindənNoa Baumbaxla birlikdə yazdığı ssenari əsasında2023-cü ildə çəkilmişABŞ fentezi-komediya filmi.[5]Mattel tərəfindən istehsal olunmuşBarbi kuklası əsasında çəkilmiş ilk filmdir. Film Barbinin həyatını sorğulaması və real dünyaya səfər etməsi haqqındadır.

Barbi filmi ilk dəfə 2009-cu ilin sentyabrında "Universal Pictures" tərəfindən elan edildi. "Sony Pictures" 2014-cü ilin aprelində film hüquqlarını satın aldı və filmin çəkilməyi planlaşdırılmağa başladı. Film ssenaristlər, rejissorlar və aktyor heyətində bir sıra dəyişikliklərə məruz qaldı, əvvəlcə Barbi rolunuEmi Şumer və yaEnn Heteuey ifa edəcəkdi lakin bu baş vermədi, filmin hüquqları daha sonra 2018-ci ilin oktyabrında "Warner Bros. Pictures"-a təhvil verildi.Qal Qadot həmin il roldan imtina etdikdən sonra Barbi 2019-cu ildəMarqo Robbinin üzərinə düşdü. Qerviq və Baumbax 2020-ci ildə rejissor və filmin yazarları kimi seçildilər. Aktyorların qalan hissəsi 2022-ci ilin əvvəlində məlum oldu. Filmin çəkilişləri İngiltərədəki "Warner Bros." studiyalarında və ABŞ-ninLos-Anceles şəhərindəkiVenice Beach-da aparıldı.

Barbinin premyerası 9 iyul 2023-cü ildə Los-AncelesdəkiShrine Auditorium-da baş tutdu. Film ilk dəfə iyulun 21-də ABŞ-də kinoteatrlarda nümayiş olundu. Film Universal-ın "Oppenheymer" filmi ilə birlikdə "Barbenheymer" internet fenomenini yaratdı. Film tənqidçilər tərəfindən yüksək qiymətləndirildi və qlobal miqyasda 1,28 milyard dollar qazanaraq 2023-cü ilin ikinci ən çox gəlir gətirən filmi oldu. Film eyni zamanda qadın rejissorluğu ilə ən çox gəlir gətirən film və bütün zamanlarınən çox gəlir gətirən 21-ci filmidir.

Süjet

[redaktə |vikimətni redaktə et]
XəbərdarlıqXəbərdarlıq:Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Stereotip Barbi və onun kukla dostları Barbilərin və Kenlərin müxtəlif versiyalarının yaşadığı qadınların kişilərdənüstün olduğu bir cəmiyyətdə Barbieland-da yaşayırlar. BuradaKenlər vaxtlarını çimərliklərdə dincələrək keçirir, Barbilər isə onlardan fərqli olaraq həkim, hüquqşünas və siyasətçi kimi prestij işlərlə məşğul olurlar. Çimərlikli Ken (ing.Beach Ken) Barbi ilə romantik münasibət qurmaq arzusundadı, Ken onun diqqətini çəkməyə çalışır, buna baxmayaraq Barbi onu heç vecinə də almır və öz rəfiqələri ilə bir yerdə olmağa üstünlük verir.

Rəqs şənliyində olan Barbi qəfildən ölüm haqqında düşünməyə başlayır və bu onu çox narahat edir. Həmin gün o, ağız qoxusu,selülit və düz ayaqlar inkişaf etdirir, ertəsi gün onun rutini pozulur. Eybəcərliyi səbəbindən kənarda qalan Qəribə Barbi ona real dünyaya getməsini və düzəlmək üçün onunla oynayan uşağı tapmasını məsləhət görür. Barbi maşını ilə gerçək dünyaya yollanır, bu səyahət zamanı Ken də ona qoşulur.

Venice Beach-ə çatan Barbi yolda gəzərkən bir kişi tərəfindən əllənir, ona cavab olaraq yumruq atır. Bu onun və Kenin həbs olunmasına səbəb olur. Onların gerçək dünyaya gəlməsi Mattel şirkətinin rəhbərini narahat edir. Barbi Saşa adlı onunla oynayan qızı tapır, lakin bu heç yaxşı olmur, Saşa Barbini ələ salır. Pərişan olan Barbi Saşanın anası, Mattel işçisi Qloriyanın, kukla ilə oynayarkən istəmədən ona mövcudluq krizisi yoluxdurduğunu öyrənir. Mattel Barbini aldararaq oyuncaq qutusuna salır, bunu görən Barbi, Saşa və Qloriya ilə birlikdə Barbieland-ə qaçır, Mattel-in işçiləri onların arxasınca düşür.

Bu arada Ken gerçək dünyanın kişilər tərəfindən idarə olunduğunu öyrənir və özünü hörmətli hiss edir. Barbieland-a qayıdan Ken digər Kenlərəpatriarxat dünya haqqında danışır. Onlar Barbilərin beyinini yuyurlar və onları gerçək dünyada olduğu kimi itaətkar, evdar qadın və qulluqçu edirlər. Barbi gəlir və uğursuz şəkildə Ken və Barbiləri əvvəlki vəziyyətinə qayıtmağa inandırmağa çalışır. O, depressiyaya düşür, Qloriya ilhamverici bir çıxış edir və Barbinin özünə inamını bərpa edir.

Saşa, Qəribə Barbi, Allan və digərləri Qloriya ilə birlikdə Barbiləri Kenlərin əlindən azad etməyə çalışırlar. Barbilər Kenləri manipulyasiya edərək bir-biriləri ilə döyüşdürürlər, onların diqqətini yayındırıb, Barbilərə yenidən güc qazandırırlar. Barbilər Kenlərə və bütün oyuncaqlara daha yaxşı rəftar edilməsini istəyərək, əvvəlki cəmiyyətlərinin səhvlərini düzəltməyə qərar verirlər.

Barbi və Ken bir-birlərindən üzr istəyir və səhvlərindən peşman olduqlarını etiraf edirlər. Ken, Barbi olmadan bir məqsədi olmadığını hiss etdiyini ifadə edir, buna görə də Barbie onu öz müstəqil şəxsiyyətini tapmağa təşviq edir. Həyatdakı məqsədindən əmin olmayan Barbi Mattel şirkətinin təsisçisi və Barbi kuklasının yaradıcısıRut Hendlerin ruhu ilə tanış olur. Rut izah edir ki, Barbinin hekayəsinin sonu yoxdur və o daim inkişafdadır.

Digər Barbilər, Kenlər və Mattel rəhbərləri ilə vidalaşdıqdan sonra Barbi insan olmağa və real dünyaya qayıtmağa qərar verir. Bir müddət sonra Barbara Handler adı ilə tanınan Barbi, rəfiqəsi Qloriya, onun əri və Saşa ilə birlikdə ginekoloqun müayinəsinə gedirlər.

XəbərdarlıqXəbərdarlığın sonu.

Rollarda

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. D'Alessandro, Anthony."'Barbie' Still Gorgeous With Best YTD $155M Opening; 'Oppenheimer' Ticking To $80M+ In Incredible $300M+ U.S. Box Office Weekend – Sunday AM Update".Deadline Hollywood. July 23, 2023.July 21, 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 iyul 2023.
  2. Paskin, Willa."Greta Gerwig's 'Barbie' Dream Job".The New York Times Magazine. July 11, 2023.July 11, 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 iyul 2023.
  3. "Barbie". Box Office Mojo.2023-08-09 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 avqust 2023.
  4. 123456789101112131415161718192021222324252627Blanc J.AlloCiné (fr.). 1993.
  5. Rubin, Rebecca."Greta Gerwig, Margot Robbie and Ryan Gosling Bring Plastic, Fantastic 'Barbie' to CinemaCon".Variety. April 25, 2023.April 25, 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 iyul 2023.
  6. Gyarke, Lovia."'Barbie' Review: Margot Robbie and Ryan Gosling in Doll Comedy From Greta Gerwig That Delivers the Fun but Fudges the Politics". The Hollywood Reporter. July 18, 2023.July 20, 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:July 13, 2023.
Foto, video və audio
Tematik saytlar
Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
GND1322964971 ·LCCNno2023081444 ·VIAF303331347 ·WorldCat VIAF303331347

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Barbi_(film)&oldid=7535328"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp