Plan 1940-cı il iyulun 21-də generalFridrix Paulusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrdaVermaxtın ali baş komandanıAdolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı.
Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu.
Barbarossa planına uyğun olaraq 22 iyun 1941-ci ildə SSRİ-yə hücum üçün Almaniya və onun müttəfiqlərinin 190diviziyası(o cümlədən 19tank və 14 mühərrikli diviziya)cəmləşdirilmişdi. Onları dörd havadonanması, eləcə dəRumıniya vəFinlandiyaaviasiyası dəstəkləyirdi. Hücum üçün cəmləşdirilmiş qoşunlar 5,5 mln əsgər, 4300 tank, 47 min səhra topları vəminaatanları, 5000 döyüş təyyarəsindən ibarət idi. Üç ordu qrupu var idi:
Şimal ordular qrupu — Memeldən(Klaypeda)Qoldapa qədər zolağda, hamısı alman olmaqla, 29 diviziya;
Mərkəz ordular qrupu — Qoldapdan Pripyat bataqlıqlarına qədər zolağında, hamısı alman olmaqla 50 diviziya və 2 briqada;
Cənub ordular qrupu —Pripyat bataqlıqlarındanQara dənizə qədər, 13 rumın diviziyası, 9 rumın və 4 macar briqadası olmaqla, 57 diviziya və 13 briqada. Məqsədinə müvafiq hər qrup bir istiqamətdə hərəkət etməli idi:Leninqrad,Moskva vəKiyev.
Finlandiya vəNorveçdə, 5-ci hava donanması və fin aviasiyasının dəstəyi altında, cəmi 21 diviziya və üç briqada olmaqla, alman"Norveç" ordusu və 2 fin ordusu cəmləşirdi. OnlarMurmansk vəLeninqrada şimaldan çıxmalı idilər. Rezervdə 24 diviziya qalırdı.[1]
1941-ci ilin sonlarında almanların Moskva ətrafındakı döyüşlərdə geri oturdulmasından sonra əməliyyatın tam uğursuz olduğu məlum oldu.
İkinci dünya müharibəsindəBöyük Britaniya mühüm dayaq nöqtələrini, kommunikasiya xətlərini əlində saxlamaqla müqaviməti davam etdirsə də,FransanınAlmaniyaya təslim olması iləHitler qərbdə öz məqsədlərinə çatdığını güman edirdi. İndiAvropada tam hakim qüvvə olmaq üçün o, öz qüvvələriniSSRİyə qarşı yönəltdi. Almaniya ilə müqavilənin məxfi protokolunda ona vəd edilmiş ərazilərin, demək olar ki, hamısını ələ keçirənStalininBalkan yarımadasına vəQara dəniz boğazlarına olan iddiaları Hitleri ciddi narahat etmişdi. 1940-cı ilin iyununda HitlerVermaxt rəhbərliyinə SSRİ-yə qarşı hücum planı hazırlamaq tapşırığını verdi. Barbarossa adını almış plan 1940-cı il dekabrın 18-də təsdiq edildi.
1941-ci ilin əvvəllərindən Stalin tez-tez alman qoşunlarının yeni sovet sərhədləri boyunca cəmləşdirilməsi haqqında məlumatlar alırdı. Həmin ilin mayın 15-də sovet kəşfiyyatçısıRixard ZorgeninTokiodan göndərdiyi məlumatda hətta müharibənin başlanacağı tarix 1941-ci il iyunun 22-si dəqiq olaraq göstərilmişdi. Lakin Stalin bu məlumatlara inanmır, onları Almaniyanı SSRİ-yə qarşı yönəltməyə çalışan İngiltərənin cəhdləri kimi qiymətləndirirdi. O, Almaniyanın İngiltərə ilə müharibəni başa çatdırmadan SSRİ ilə müharibəyə başlayacağına inanmırdı. Digər iddialara görə Stalin bilərəkdən Sovet ordusunu Almaniya ilə sərhəd bölgədə zəiflətməklə Almaniyanı müharibəyə bilərəkdən həvəsləndirirdi, bununla da öz üstün qüvvələri ilə müharibədə Almaniyanı dağıtmaqla Şərqi Avropanı, Balkan yarımadasını və Qara dənizdəki boğazlara sahiblənmək istəyirdi. Tarixçilər indiyə kimi Stalinin müharibədən qabaq hansı fikirdə olduğunu müəyyən edən qəti nəticəyə gələ bilməyiblər. Beləliklə, SSRİ qoşunlarının hazırlıq vəziyyətinə gətirilməsi yubanırdı. SSRİ-nin yeni sərhədlərinin möhkəmləndirilməsi işi süni surətdə ləngidilirdi. SSRİ hərb sənayesinin inkişafına, ordunun yenidən silahlandırılması sürətinə görə Almaniyadan çox geri qalırdı. 30-cu illərin repressiyaları daSovet ordusu rəhbərliyini xeyli zəiflətmişdi.
1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-ninBöyük Vətən müharibəsi başlandı.İldırımsürətli müharibə strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə ilə Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. Almanlar qışa qədərArxangelsk-Həştərxan xəttinə çıxmaq ümidində idilər. SSRİ-nin qərb sərhədlərində hələ tam komplektləşdirilməmiş hərbi birləşmələr daha yaxşı silahlanmış və müasir döyüş aparmaq təcrübəsi daha çox olan alman qoşunlarının güclü hücumuna tab gətirə bilmədi, böyük itkilər verərək ölkənin içərilərinə doğru sürətlə geri çəkildi. Almanlar müharibənin birinci həftəsindəLeninqrad vəKiyevə yaxınlaşdılar,Smolenski ələ keçirdilər. Sentyabr ayındaalman ordusu Kiyevi tutdu,Leninqradı mühasirəyə aldı vəMoskva üzərinə güclü hücuma başladı. Lakin Sovet ordusunun təşəbbüsü ələ almaq səyləri sayəsində alman qoşunlarıMoskva döyüşündə darmadağın edilərək geri atıldı. Noyabrın 15-də alman qoşunları böyük qüvvə ilə paytaxt üzərinə ikinci dəfə hücuma keçdi. Bəzi yerlərdə paytaxta 5 km-ə qədər yaxınlaşa bilmiş alman ordusunu sovet qoşunları müdafiə döyüşlərində taqətdən saldılar. 1941-ci il dekabrın 5 və 6-da sovet qoşunlarının əks-hücumu başlandı. Düşmən 100–250 km geri oturduldu.
Moskva döyüşündə və 1942-ci ilin qış hücumunda sovet qoşunlarının qələbəsi Almaniyanın İldırımsürətli müharibə planını boşa çıxardı.Bu qələbə işğal edilmiş ölkələrdəMüqavimət hərəkatına güclü təkan verdi, antihitler koalisiyasını möhkəmlətdi, faşist dövlətləri blokunu zəiflətdi.