Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Baltik yolu

Vikipediya, azad ensiklopediya
Litva SSR-dəki aksiya iştirakçıları

Baltik yolu (est.Balti kett, yəniBaltik zənciri;latış.Baltijas ceļš‎,lit.Baltijos kelias) —SSRİ-ninbaltikyanı ölkələrində23 avqust1989-cu ildə keçirilən dinc aksiya.

Litva, Latviya və Estoniya sakinləriTallin,RiqaVilnüsü birləşdirən 600 km uzunluğunda canlı zəncir yaratmışdılar. Aksiyada 2 milyona yaxın insan, yəni 3 baltikyanı ölkənin o dövrdəki ümumi əhalisinin 25%-i iştirak etmişdir. Bu aksiyaMolotov-Ribbentrop paktının imzalanmasının 50 illiyi münasibətilə təşkil olunmuşdu və dünya ictimaiyyətinin diqqətini Baltikyanı ölkələrin statusunu dəyişən tarixi hadisələrə yönəltmək məqsədi daşıyırdı. Həmin pakta və ona əlavə olunan məxfi protokola görə, SSRİ vəÜçüncü Reyx Avropadakı nüfuz dairələrini müəyyən edirdilər: Latviya, Estoniya,Finlandiya,PolşaBessarabiyanın şərq vilayətləri SSRİ-yə, Litva və qərbi Polşa isə Almaniyanın nəzarətinə keçirdi.

"Baltik yolu" baltikyanı xalqların SSRİ-dən ayrılmaq istəyini, onların bu yoldakı həmrəyliyini bütün dünyaya nümayiş etdirdi və müstəqillik uğrunda mübarizə aparan baltikyanı ölkələrdə özünəinamın artmasını göstərdi. Aksiyanın təşkilatçılarıEstoniya Xalq Cəbhəsi,Latviya Xalq Cəbhəsi və Litvada "Sayudis" təşkilatı idi.

SSRİ rəhbərliyi bu aksiyaya yalnız çoxsaylı bəyanatlarla münasibət bildirməklə kifayətləndi və respublikalar arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün real addımlar atılmadı. Nəticədə aksiyadan 6 ay sonra sovet respublikaları arasında ilk olaraq Litva SSRİ-nin tərkibindən çıxdığını bəyan etdi.

Tarixi zəmin

[redaktə |vikimətni redaktə et]

Baltika ölkələri

[redaktə |vikimətni redaktə et]
Litvanın Baltik yolunun 10 illiyinə həsr olunmuş 50lit nominallı xatirə sikkəsi

1989-cu ilədək SSRİMolotov-Ribbentrop paktının məxfi protokolunun mövcudluğunu qəbul etmirdi. Baxmayaraq ki, bu protokolNürnberq prosesi zamanı aşkarlanmışdı və qərb ölkələrində geniş işıqlandırılırdı. Bundan əlavə, SSRİ baltikyanı respublikaların işğal olunması fikrini rədd edərək iddia edirdi ki, onlar bu ölkələrin xalqları tərəfindən seçilmiş qanuni hökumətlərin müraciətlərinə əsasən könüllü şəkildə SSRİ-nin tərkibinə daxil olublar.

Sovet rəhbərliyinin münasibəti

[redaktə |vikimətni redaktə et]
İnsanlar özləri ilə kiçik radioqəbuledicilər götürmüşdülər və onu zəncirin düzülüş vaxtını dəqiq müəyyənləşdirmək üçün istifadə edirdilər.

15 avqust1989-cu ildə Estoniyada fəhlələrin tətil keçirmələrinə cavab olaraq "Pravda" qəzetində dərc olunan məqalədə onlar Sovet İttifaqının ali maraqlarına deyil, "dar milliyyətçi maraqlara" xidmət edən "ekstremistlərin" rəhbərliyi altında "isteriya" nümayiş etdirməkdə ittiham olunurdular.

18 avqustda "Pravda" qəzeti 26-cı çağırış SSRİ Xalq deputatları Qurultayının sədriAleksandr Yakovlevlə Molotov-Ribbentrop paktına həsr olunmuş geniş müsahibə dərc etdi. O, paktın və ona əlavə edilmiş məxfi protokolun mövcudluğunu təsdiq etməklə yanaşı, onu pisləyirdi, lakin bu paktın baltikyanı ölkələrin Sovet İttifaqına daxil olmalarına heç cür təsir göstərmədiyini bildirirdi. Beləliklə, Yakovlev paktın məxfi protokolunun mövcudluğunu qəbul etməklə SSRİ-nin yeni rəsmi mövqeyini açıqlamış oldu, lakin respublikaların1940-cı ildə işğal olunmaları faktını inkar edirdi.

Lakin faktların bu cür şərhi Baltikyanı ölkələri qane etmirdi və 22 avqustda Litva SSR Ali Soveti SSRİ-nin ünvanına tənqidlərlə çıxış edərək onu baltikyanı ölkələrin zorakı yolla işğal olunmasında ittiham etdi vəMolotov-Ribbentrop paktının bu ölkələrin İttifaqa daxil edilməsi ilə birbaşa əlaqəli olduğunu bəyan etdi.

Aksiyanın gedişi

[redaktə |vikimətni redaktə et]

Aksiyada iştirak etmək istəyənlər öz nəqliyyat vasitələri ilə yanaşı, həm də dövlət orqanları və ictimai təşkilatlar tərəfindən təşkil edilən avtobuslarla gəlirdilər. İştirak etmək istəyən, lakin əsas halqaya qoşula bilməyənlərdən ibarət ayrıca bir zəncir,Kaunas-Ukmerqe zənciri yaradıldı.

An-2 təyyarələrindən insanların üzərinə gül-çiçək səpilirdi.

Xatirə

[redaktə |vikimətni redaktə et]
Vilnüsdəki "Baltik yolu" abidəsi

2009-cu ildəYUNESKO bu aksiyanı qeyri-zorakı mübarizə fenomeni kimi tanıdı və onun haqda olan sənədli materialları "Dünyanın yaddaşı" beynəlxalq registrinə daxil etmək barədə qərar qəbul etdi[1].

2013-cü ilin avqustundaEstoniyada litvalı heykəltaraş Gitenis Umbrasas tərəfindən yaradılmış Baltik zənciri abidəsi açıldı[2][3].

Hadisələrin videoxronikası

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Thirty-Five Documentary Properties Added to UNESCO’s Memory of the World RegisterArxivləşdirilib 2013-05-24 at theWayback Machine  (ing.)
  2. В Эстонии откроют монумент Балтийской цепиArxivləşdirilib 2013-08-19 at theWayback Machine Delfi, 16 августа 2013
  3. Мэры трех балтийских столиц вспоминали события августа 1989 годаArxivləşdirilib 2013-08-25 at theWayback Machine // «Актуальная камера», 20.08.2013
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Baltik_yolu&oldid=7357761"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp