Balkanlar və yaBalkan yarımadası (sloven.Balkanski polotok,xorv.Balkanski poluotok,bosn.Balkansko poluostrvo,serb.Балканско полуострво,rum.Peninsula Balcanică,yun.Βαλκανική χερσόνησος,türk.Balkan Yarımadası,lat.Paeninsula Balcanica) —Avropanın cənub şərq hissəsi. BalkanlaraAlbaniya,Bolqarıstan,Bosniya və Herseqovina,Yunanıstan,Makedoniya Respublikası,Rumıniya,Serbiya,Sloveniya,Türkiyə,Xorvatiya vəMonteneqro daxildir. Ərazi adını Qərbdən şərqə doğru uzanan və Bolqarıstanı iki bölən dağ silsiləsindən alınmışdır. Əvvəllər o ancaq sıra dağlarının ad olaraq istifadə olunan balkan, daha sonra bütün bölgənin adı istifadə olunmağa başlamışdır. Balkan yarımadasının bir hissəsinin çox geridə qalmış olması səbəbindən Avropanın ən problemli ərazisi hesab edilir.Osmanlı imperiyasının ərazidəki hökmranlığın bitməsindən sonra Balkanların bölüşdürülməsinə aid olan problemlər indiyə kimi davam etmişdir. Bölgədə təxminən 49 milyon insan yaşayır.
Bölgənin adı olan "Balkan və ya Balkanlar" sözü türk dilindədir. Sözün kökündə olan Balkan sözünün "sıx meşəlik, bataqlıq və dağlıq ərazi" kimi mənası var. Balkan sözü dünyadakı digər dillərə də türk dilindən keçmişdir.
Balkanların və ya coğrafi adla Balkan yarımadasının şərq, cənub və qərb sərhədləri haqqında mövcud fikir birliyinə baxmayaraq, şimal sərhədləri mübahisəlidir. Bəzi coğrafiyaçılar şimal sərhədiniDunay vəDrava çayları kimi qəbul edir, bəziləri də sərhədiKarpat dağlarının şərqindən keçirir. Balkan yarımadasının sahilləri Aralıq dəniz sisteminə daxil olan altı dənizə açılır. Bu vəziyyət, Balkanların, Aralıq dənizi strategiyasındakı çox mühüm yerini vurğuladığı kimi, Balkan ölkələrinin çoxunun dəniz nəqliyyatı və dənizçilik sahələrində inkişaf etmələrinə də yol açır.
Balkanlarda coğrafi quruluşuna bağlı olaraq iqlimdə dəyişikliklər görülür.Adriatik vəEgey dənizi sahillərində Aralıq dənizi iqlimi hakimdir. Qara dəniz sahillərində iqlim, rütubətlisubtropik və mülayim okean növündədir. Daxili ərazilərdə isə rütubətlikontinental iqlim hakimdir. Yarımadanın şimalı ilə dağlıq sahələrdə qış soyuq və qarlı, yaylar isti və qurudur. Cənub ərazilərdə qışlarının iqlimi mülayimdir. Rütubətli kontinental iqlimSloveniya, Şimali Xorvatiya,Bosniya və Herseqovina, Albaniyanın daxili, Şimali Monteneqro,Kosovo, Makedoniya,Bolqarıstan,Serbiya vəRumıniyada rast gəlinir. Geri qalan və geniş olmayan iqlim tipləri olan rütubətli subtropik iqlim və okean iqlimi, Bolqarıstanın Qara dəniz sahillərində vəTürkiyədə görülür. Aralıq dənizi iqlimi, Sloveniya sahillərində, Cənubi Xorvatiya,Albaniya sahil hissəsində, Yunanıstanda, Cənubi Monteneqroda və Türkiyənin Egey Dənizi sahillərində görülər.
Bölgə sahəsinin böyük qismi dağlarla örtülüdür. Bu dağlar əsasən şimaldan qərbə və ya cənubdan şərqə uzanır. Balkan ərazilərinin ən yüksək dağı 2925 metrə yüksələn və Bolqarıstanda yerləşənRila dağıdır. Rila dağını 2917 metr ilə YunanıstandakıOlimp dağı və 2914 metr ilə BolqarıstanınVihren dağı izləyir. Bu yüksək dağların yanaşı, ən böyük dağ silsilələriDinar dağları,Albaniya dağları,Şar dağları,Balkan dağları,Rodop dağlarıdır. Bu dağ silsilələrindən başqa daha kiçik və yerli dağlar da vardır.
Regionun bir çox hissəsində müxtəlif böyüklükdə axar sular yer alır. Regiondakı çaylar içində bəziləri bir çox ölkə boyunca axır və böyük bir hövzə yaradırlar. Bəziləri isə daha regional və ya lokal çaylardır. Regiondakı əhəmiyyətli çaylardan biri olan Dunay çayı Balkanların şərq hissəsində yerləşən ölkələri Qara dənizə bağlayır. Dunay çayına şimaldan axanTisa çayı və şərqdən axanMorava çayı digər əhəmiyyətli çaylardır. 550 km uzunluğa malik Morava Çayı, Balkan bölgəsindəki ən uzun çay adına sahibdir. Qərbdən cənuba axan və Adriatik dənizə tökülənNeretva çayı də regionun önəmli su qaynaqlarından biridir. Digər əhəmiyyətli çaylardan Bolqarıstanda olanMaritsa çayı, Albaniyada axan Drin çay və Makedoniyada anadan olanVardar çayıdır.
Balkanların tarixi 44.000 il əvvəl ilk dəfə Yüksək Paleolitik dövrdə homo sapienslerin regionda ortaya çıxması ilə başlayır. Tarixdən qabaqkı dövrün sonu isə ilk dəfə yazılı mətnlərinQədim Yunanıstanda ortaya çıxdığı E. Ə. 8-ci əsr olduğu qəbul edilir. Müxtəlif Yunan şəhər dövlətləri eradan əvvəlki əsrlərdə Balkanların Egey dənizi və Adriatik sahilləri ilə yaxın hökm sürmüşdür. E. Ə. 500-cü il sonrasında bu şəhər dövlətlərinəAfina vəSparta liderlik edirdi. Ancaq bu dövrdə şəhərlər şərqdən fəth və işğal məqsədilə gələn güclü Fars İmperiyasının təzyiqi ilə qarşılaşmışlar. Bu mübarizə şəhər dövlətlərinin mədəni olaraq zirvəyə çatacaqları, fəlsəfi inkişaf yaradan iki əsrin yaranmasına yol açmışdır. Bu mədəni inkişaf, Avropanın iki min illik inkişafına yol açmışdır. Şəhər dövlətlərindəki bu intibah dövrünü, Yunan şəhər dövlətlərinin başqa qüvvələr tərəfindən ələ keçirildiyi fasiləsiz müharibələr izlədi.[1] Balkanlar, eramızdan əvvəl III–II. əsrlərdə Romalıların suverenliyinə keçmişdir. Bununla yanaşı bölgə inzibati, mədəni və hərbi aspektlərdən Roma quruluşuna uyğun yaşamağa başlanmışdır. Roma hakimiyyətinin son illərindəRomalılar,Qotlar,Hunlar, regionda öz güc sahələri yaratmaq işinə girişib və öz ərazilərini qurmuşlar.
Balkanlar bir çox millət və dinə aid insanların yaşadığı bir coğrafi bölgədir. Ərazisinin hamısı Balkanların sərhədləri içində olan Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Monteneqro,Kosovo, Makedoniya və Yunanıstan ölkələrində ümumi əhali 30.508.246 nəfərdir. Bu saya, torpaqlarının bir qismi Balkanlarda yer alan və Balkan ölkəsi sayılan Serbiya,Xorvatiya, Sloveniya, Rumıniya, Türkiyə və yenə Balkanlarda bir parça torpağı olan, ancaq tarixi, mədəni, siyasi səbəblərlə Balkan ölkəsi sayılmayan İtaliyanın bəzi hissələrindəki əhali əlavə olunduqda, Balkanlarda yaşayan insanların ümumi əhali sayı 49.147.477 olur.
Balkan torpaqlarında yaşayan millətlərin yayılma ilə dövlət sərhədləri uyğun deyil. Bu səbəbdən bir dil, vahid bir dövlət sərhədi içində danışılmır; Qonşu bir neçə dövlət içində eyni dilə rast gəlinir. Bu üzdən Balkanlarda yaşayan millətlərin ümumi saylarının müəyyən edilməsi asan deyil. Balkanlarda danışılan dillər danışanlarının sayı orta hesabla alınaraq bu cür ümumiləşdirilir:Yunan,Alban,Türk,Serb,Monteneqr,Boşnak,Xorvat,Sloven,Makedon,Bolqar,Rumın,İtalyan,Roman,Qaqauz türkcəsi.
Bölgənin əsas dinləriXristianlıq (Pravoslav vəKatolik) vəİslam dinidir.[2] Ən böyük din qrupunuPravoslavlar təşkil edir. Yunanlar, serblər, bolqarlar, rumınlar, makedonlar və monteneqrolular Pravoslav kilsəsinə bağlıdırlar. Albanlar içində kiçik bir təbəqə də Pravoslav etiqadı içindədir. Balkanlarda ikinci böyük din qrupunumüsəlmanlar təşkil edir. Türklər, albanlar (böyük qismi), boşnaklar regionda Müsəlman inancına sahib qruplardır. Üçüncü din qrupunu Katoliklər təşkil edir. Bu inanc qrupuna macarlar, slovenlər, xorvatlar daxildir. Albanlar arasında da katoliklər var.[3] Adı çəkilən böyük və geniş yayılmış dinlərdən başqa,İudaizm (Yəhudilik), bölgədə bəzi kiçik təbəqə və ya yaşayış yerlərində tabeçilərə malikdir.