Aişə Sultan Bəyim Zeynəb Sultan Bəyim Məsimə Sultan Bəyim Maham Bəyim[q 2] Dildar Ağa Bəyim Gülnar Ağa Bəyim Gülrux Bəyim Əfqani Ağa Bəyim Nargül Ağa Bəyim Salehə Sultan Bəyim
Uşaqları
Sultan Hümayun(oğlu) Kamran Mirzə(oğlu) Əsgəri Mirzə(oğlu) Hindal Mirzə(oğlu) Fəxr ün-Nisə(qızı) Gülrəng Bəyim(qızı) Gülbədən bəyim(qızı) Gülçöhrə Bəyim(qızı) Altun Bişik(oğlu olduğu düşünülür)
Babur ata tərəfdənTeymurilər sülaləsindən, ana tərəfdən isəÇingizlilər sülaləsindəndir. Baburun atasıƏmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi.[1] Baburun anası isəÇingizlilər nəslindən olan Yunus xanın[6] qızı Qutluq Nigar xanım idi.[7]
Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyanƏmir Teymur əslənbarlas boyundandı. BarlaslarOrta Asiyada yaşayan türkləşmiş[8][9]monqol[10][11] boyu idi.Monqolların gizli tarixi (rus.Монголын Нууц Товчоо) adlı əsərə görəbarlaslarboruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas e3boyunun qurucu əcdadlarıdır.[10]Monqolların gizli tarixiXIII əsrdəÖgedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamandaÇingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir.[12]
Orta Asiyanın yerli əhaliləri ilə sıx əlaqələrə görəbarlaslar arasındaİslam dinindən başqa digər dinlərə (Buddizm,Şamanizm) də inananlar yaşayırdı.[11] Bu sıx əlaqələr mədəni cəhətdən bir-birlərindən təsirlənmələrinə və qarışmalarına səbəb olmuşdu. Bu kimi səbəblərdənmonqol mənşəli boy olanbarlaslarmonqol dilindən başqa çağataycanı da (Türk dillərininuyğur mənşəli bir növü;ərəb vəfars dillərindən də təsirlənmiş[13] və çağdaşözbəkcənin[14][15] yaranmasında rol oynamışdı) geniş şəkildə istifadə edirdilər.
Baburun 12 yaşında olarkən hakimiyyətə keçməsini göstərən səhnə.Baburnamə.
Babur 14 fevral 1483-cü ildə hal hazırdaÖzbəkistanda yerləşənƏndican şəhərində anadan olub.[16] Bu müddətdə artıqTeymurilər dövləti özünün keçmiş qüdrətini itirmiş, yalnızMərkəzi Asiyanın kiçik bir bölgəsində hakimiyyətini qoruya bilmişdi. Babur 1494-cü ildə atasının ölümündən sonra 12 yaşında olərkənFərqanəyə hakim oldu.[17] O,Fərqanə hakimi olduqdan sonraSəmərqənd hakimi olan əmisi Sultan Əhməd vəDaşkənd hakimi olan dayısı MəhəmmədFərqanəyə hücum etdilər.[18] Babur atasının sərkərdələrinin köməyi ilə bu hücumları dəf edə bildi.
Babur 1497-ci ildəSəmərqəndi ələ keçirdi.[19] Buna baxmayaraqŞeybani xanla mübarizədə uğur qazanmayaraq məğlub oldu.[20][21] 1501-ci ildəSəmərqəndi yenidən ələ keçirsə də, 1503-cü ildəözbəklər növbəti dəfə şəhəri tutdular.Şeybani xanTeymurilər soyundan gələn şəxslərin idarə etdiyi bölgələri bir-bir ələ keçirdi. NəticədəTeymurilər önəmli şəhərləri olanSəmərqənd,Buxara vəHeratdakı hakimiyyətini itirdilər. BölgədəTeymurilər sülaləsindən yalnız Babur hakimiyyətini qoruya bilmişdi. Buna baxmayaraq Babur daŞeybani xanla mübarizədə uğur qazanmayaraqPamir dağları istiqamətində geri çəkilmişdi. Ətrafına 20000 əsgər topladıqdan sonra Hindiquş dağlarını keçərəkKabilə daxil oldu və burada özünü şah elan etdi.[19] Babur ilk dəfə 1508-ci ilin sentyabr ayında Hindistana yürüş etdi. Üç ay davam edən bu yürüş nəticəsində Babur xeyli qənimət əldə etdi və Hindistanla yaxından tanış olmaq fürsətini qazandı.
Baburnamədə təsvir olunmuş Panipat döyüşünə aid illustrasiya.
Səmərqənddə möhkəmlənə bilməyən Babur cənuba irəliləyərək 1518-ci ildə Cənubi Əfqanıstana yürüş etdi. Bu yürüşdə Xeybər keçidini keçərəkSind bölgəsini ələ keçirdi. 1519-cu ilin noyabr ayında 1500 nəfərlik birliklə Sind çayını keçdi vəPişəvər ətrafına yaxınlaşdı. Babur 5 dəfəPəncab bölgəsinə yürüş edərək buranı özünə tabe etdi.[25][26] 1522-ci ildəQəndəhar zəbt edildi. Babur 21 aprel 1526-cı ildə Panipat döyüşündə Dehli sultanı İbrahim Ludinin qüvvələri ilə qarşılaşdı. İbrahim Ludinin qüvvələri sayca üstün olsa da,[27] Baburun ordusunda odlu silah vardı.[q 3][28] Bu döyüşdə İbrahim Ludi ağır məğlubiyyətə uğradı və öldürüldü.[24][29][30] Babur bu qələbədən sonraDehli vəAqranı ələ keçirdi.Aqra şəhəri dövlətin mərkəzi oldu. Panipat döyüşündəki qələbə tarixçilər tərəfindən dövlətin əsasının qoyulması kimi qəbul olunur. Qələbədən sonraAqraya daxil olan Babur özünü Hindistanın hakimi elan etdi.[31][32]
Baburun Panipat döyüşündə qələbə qazanması hinduları narahat edirdi. 15 fevral 1527-ci ildə Rana Saqanın başçılıq etdiyi hindu ordusu ilə Baburun qüvvələri arasında Kanya döyüşü baş verdi. Babur sayca özündən üstün olan hindu qüvvələrini məğlub etdi. Bu döyüş Baburun müsəlman olmayan bir hökmdara qarşı qələbə qazandığı ilk döyüş idi. Bu qələbə onu məşhurlaşdırdı və Babur özünəQazi titulu götürdü.[33][34]
Babur şah türk dünyasının yetişdirdiyi dahi şəxsiyyətlərdən biri olmuşdur. Müdrik və ağıllı dövlət xadimi, siyasətçi, mahir sərkərdə olmaqla yanaşı, həm də incə ruhlu bir şair idi. Baburun idealı belə idi:"Əgər atan gözəl bir qanun yaratmışsa, onu saxla, əgər bu qanun pisdirsə, yenisini yarat".
Babur şah cavan yaşlarında mükəmməl təhsil görmüş, elm və sənət adamlarının əhatəsində olmuşdur. Babur hakimiyyəti illərində sənəti və sənətkarları dəstəkləməklə yanaşı özü də sənətkar və yazıçı idi. O,Əlişir Nəvaidən sonra çağatayca yazılmış ədəbiyyatın ən böyük şairi hesab olunur. Baburun divanındaRisaləyi Validiyyə tərcüməsindən başqa 119 qəzəl, 18 məsnəvi, 210 rübai, 50 müəmma, 19 qitə, 15 tuyuq, 18 tamamlanmamış qəzəl, 3 nəzm, 16 müsərra beyt, 5 müfred və 4 mənsur əsər vardır. Bundan əlavə divandafarsca yazılmış 2 qəzəl, 12 rübai, 8 qitə, 17 mətlə və 1 mənsur əsər də mövcuddur. Divanda əsasən eşq, təbiət, gözəllik, sosial həyat, əxlaq və təsəvvüf kimi mövzulara toxunulub. Divanın beş nüsxəsi vardır. Nüsxələrİstanbul Universitetinin kitabxanası,Fransa Milli Kitabxanası (fr.Bibliothèque nationale de France),Topqapı sarayının Rəvan kitabxanası, İstanbul 100-cü il Atatürk Kitabxanası Müəllim Cədvəl yazmaları vəHindistanın Nəvvab kitabxanasında saxlanılır.
BaburunƏruz Risaləsi adlı başqa bir əsəri də vardır. Risalədə 500-dən çox vəznə yer verilmişdir. ƏsərinFransa Milli Kitabxanasındakı (fr.Bibliothèque nationale de France) nüsxəsiMehmet Fuad Köprülü tərəfindən tapılmışdır. Əsərin başqa bir nüsxəsininTehranda surəti çıxarılmışdır.
BaburunHənəfifiqhinə aidMübəyyən Dər Fiqh adlı məsnəvisi vardır. Baburun tərcümə etdiyiRisaləyi Validiyyə 243 beytdən ibarətdir və bu tərcümə tədqiqatçılara onuntəsəvvüfə meylləndiyini söyləməyə əsas verir.
Baburun ən önəmli əsəri Çağatayca yazdığıBaburnamə əsəridir. Bu əsərdə Babur uşaqlığından həyatının sonlarına qədər olan hadisələrdən bəhs etmiş, gəzib gördüyü yerlər, tanış olduğu insanlar və mədəniyyətlər haqqında yazmış, bir çox sərkərdə və dövlət xadimlərini səciyyələndirmişdir.Əkbər şahın hakimiyyəti illərində çağataycadanfarscaya tərcümə olunan əsər daha sonralarurduca,ingiliscə,fransızca,yaponca və başqa dillərə tərcümə olunmuşdur. ƏsərAzərbaycan dilinəRamiz Əskər tərəfindən tərcümə olunmuşdur.
Babur tərəfindənXətti Babur adlanan yazı sistemi yaradılmışdır. Bu yeni yazı sistemiİslam xəttatlıq sənətinin yazı sistemlərindən fərqlənməklə yanaşı həm də yeni bir əlifbadır. Xətti Baburərəb və uyğur əlifbalarının sintezidir. Baburun bu yazı sistemi ilə xəbərləşdiyi, hətta birQuran yazdırdığı məlumdur.
Babur hakim təbəqənin türk olduğunu bilsə də, yerli xalqa — hind xalqına hörmət etmişdir. O, bu ölkənin adət-ənənəsinə, idarəçilik sisteminə əsla toxunmamışdır. Bununla da əhalinin və məmurların rəğbət və dəstəyini qazanmışdır.
BaburunKabildə yerləşən türbəsi.Böyük Moğol İmperiyasının əsasını qoymuş Baburun şərəfinə adlandırılanPakistan istehsalı qanadlı raket.IDEAS beynəlxalq müdafiə sərgisi. (2008).
Babur 26 dekabr 1530-cu ildəAqrada 47 yaşında olarkən öldü. Yerinə oğluSultan Hümayun keçdi. Babur əvvəlcə öldüyüAqra şəhərində dəfn olunmuşdu. 1539-cu ildə Baburun vəsiyyəti yerinə yetirildi və məzarıKabil şəhərində yerləşən Babur bağlarına köçürüldü. 1646-cı ildəSultan Cahan şah tərəfindən Baburun məzarı üzərində türbə tikildi. Türbəyə 1842-ci ildə baş verən zəlzələdə zərər dəysə də, müxtəlif bərpa işləri aparılmışdır.
Babur öldükdən sonraHəzrəti Firdövsi Məkan vəHəzrəti Giti-Sitani adları ilə xatırlanmışdır. Baburun əsasını qoyduğu dövlət 1857-ci ilə qədər varlığını davam etdirə bildi. Baburun irsinə sahib çıxan dövlətlər arasındaHindistan,Pakistan,Özbəkistan vəQırğızıstan kimi dövlətlər vardır.
Türkiyədə Baburun xatirəsinə büstlər qoyulmuşdur və yanında ona aid olduğu iddia olunan bayraq dalğalanmaqdadır. İlk sınaqları 2005-ci ildə həyata keçirilənPakistana aid qanadlı raketBabur adlanırdı.[35]Özbəkistanda Babura heykəllər qoyulmuşdur. Hal hazırdaÖzbəkistanda yerləşən və Baburun anadan olduğuƏndican şəhəriBabur yurdu olaraq tanınır. Bu şəhərdə Babura həsr olunmuş xatirə parkında onun simvolik məzarı və muzeyi vardır.[36][37]QırğızıstanınOş şəhərində yerləşən Süleyman dağındakı Baburun evi pir kimi ziyarət olunur. İnanca görə evdəki mehraba istiqəmətlənmiş diz izləri Babura məxsusdur. Baburun Süleyman dağındakı evinə çıxan yolda inanclarla bağlı müxtəlif ayinlər icra olunur.
↑F. Lehmann:Zahir-al-Din Mohammad BaborArxivləşdirilib 2017-11-17 at theWayback Machine. In Encyclopaedia Iranica. Online Ed. December 1988 (updated August 2011). "BABOR, ZAHIR-AL-DIN MOHAMMAD (6 Mo?arram 886–6 Jomada I 937/14 February 1483–26 December 1530), Timurid prince, military genius, and literary craftsman who escaped the bloody political arena of his Central Asian birthplace to found the Mughal Empire in India. His origin, milieu, training, and education were steeped in Persian culture and so Babor was largely responsible for the fostering of this culture by his descendants, the Mughals of India, and for the expansion of Persian cultural influence in the Indian subcontinent, with brilliant literary, artistic, and historiographical results."
↑The Babur Nama in Englis, Zahiru'd-din Mubammad Babur Padshah Ghdzt, ANNETTE SUSANNAH BEVERIDGE
↑Lal, Ruby (2005). Domesticity and power in the early Mughal world. Cambridge: Cambridge University Press. p. 69.ISBN 9780521850223.
↑Encyclopædia Britannica,"Timur"Arxivləşdirilib 2023-07-01 at theWayback Machine, Online Academic Edition, 2007. Quotation: "Timur was a member of the Turkicized Barlas tribe, a Mongol subgroup that had settled in Transoxania (now roughly corresponding to Uzbekistan) after taking part in Genghis Khan's son Chagatai's campaigns in that region. Timur thus grew up in what was known as the Chagatai khanate." …
↑12B. F. Manz, The rise and rule of Tamerlan, Cambridge University Press, Cambridge 1989, p. 28: "… We know definitely that the leading clan of the Barlas tribe traced its origin to Qarchar Barlas, head of one of Chaghadai's regiments … These then were the most prominent members of the Ulus Chaghadai: the old Mongolian tribes — Barlas, Arlat, Soldus and Jalayir …"
↑12M. S. Asimov & C. E. Bosworth, History of Civilizations of Central Asia, UNESCO Regional Office, 1998,ISBN 92-3-103467-7, p. 320: "… One of his followers was […] Timur of the Barlas tribe. This Mongol tribe had settled […] in the valley of Kashka Darya, intermingling with the Turkish population, adopting their religion (Islam) and gradually giving up its own nomadic ways, like a number of other Mongol tribes in Transoxania …"
↑Allworth, Edward (1994). Central Asia: 130 Years of Russian Dominance, a Historical Overview. Duke University Press, 72.ISBN 0-8223-1521-1
↑Khayrulla Ismatulla, "Modern literary Uzbek", Bloomington, Indiana University Press. 1995
↑Sitat səhvi: Yanlış<ref> teqi;Babar adlı istinad üçün mətn göstərilməyib
↑Khair, Tabish (6 January 2006). Other Routes: 1500 Years of African and Asian Travel Writing. Signal Books. p. 162.ISBN 1-904955-11-8.
↑Lal, Ruby (25 September 2005). Domesticity and Power in the Early Mughal World. p. 69.ISBN 0-521-85022-3. "It was over these possessions, provinces controlled by uncles, or cousins of varying degrees, that Babur fought with close and distant relatives for much of his life."
↑12Ewans, Martin (September 2002). Afghanistan: A Short History of Its People and Politics. HarperCollins. ss. 26–7.ISBN 0-06-050508-7.
↑Ewans, Martin (September 2002). Afghanistan: A Short History of Its People and Politics. HarperCollins. pp. 26–7.ISBN 0-06-050508-7.
↑Sicker, Martin (August 2000). The Islamic World in Ascendancy: From the Arab Conquests to the Siege in Vienna. p. 189.ISBN 0-275-96892-8. "Ismail was quite prepared to lend his support to the displaced Timurid prince, Zahir ad-Din Babur, who offered to accept Safavid suzerainty in return for help in regaining control of Transoxiana."
↑12Mahajan, V. D. (2007). History of medieval India (10th ed.). New Delhi: S Chand. pp. 428–429.ISBN 8121903645.
↑Satish Chandra, Medieval India:From Sultanat to the Mughals, Vol. 2, 28.
↑Butalia, Romesh C. The Evolution of the Artillery in India: From the Battle of Plassey to the Revolt of 1857, (Allied Publishing Limited, 1998), p. 16.
↑Chandra, Satish. Medieval India: From Sultanat to the Mughals, Vol. 2, (Har-Anand, 2009), pp. 27–31.