Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

BMW

Vikipediya, azad ensiklopediya
BMW
Loqonun şəkli
Ümumi məlumatlar
Sənayeavtomobil sənayesi
Məhsullarıavtomobil, Motosiklet, Elektrik avtomobili
Təsis tarixi7 mart1916
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi aktivlər
  • 228.034.000.000 €(2019)[2]
Ümumi gəliri
  • 142.610.000.000 €(2022)[3]
Xalis mənfəəti
  • 18.582.000.000 €(2022)[3]
Əməliyyat mənfəəti
  • 13.999.000.000 €(2022)[3]
Struktur
İşçi sayı
  • 149.475 nəf.(2022)[3]
TərəfdaşlarLand Rover, Mini (avtomobil modeli), BMW i
bmw.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bayerische Motoren Werke AG, qısaca olaraqBMW — baş ofisi BavariyanınMünhen şəhərində yerləşir. Alman maşın vəmotosiklet istehsalçısıdır.

Tarixi

[redaktə |vikimətni redaktə et]

BMW şirkətiMünhendə təyyarə mühərriklər zavodu kimiKarl Fridrix Rapp,Kamillo Kastilyon,Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırda da istifadə olunan ağ-mavi rəngli emblem fırlanan təyyarə propellerinin təsviri BMW-nin ilkin "təyinat"ının nişanəsidir.

İlkin dövrdə şirkətAvstriya-Macarıstan üçünV12 tipli mühərriklər istehsal etməyə başlayır. TezlikləRapp əlavə pula ehtiyac duyur və kompaniyanı tərk edir. Onun yerinə avstriyalı sərmayəçiFrans Cozef Popp firmaya rəhbərlik etməyə başlayır.

Birinci Dünya müharibəsindən məğlub çıxmışAlmaniyada hərbi qüvvələrə məhdudiyyət qoyulur. Bundan sonra Almaniyada təyyarə istehsal edilə bilməzdi — beləliklə BMW-nin mühərrik istehsalı Almaniya üçün yararsız oldu.

1922-ci ildə BMW Münhendə özünün bugünkü əsas binasını tikir. (Hal-hazırda həmin bina şəhər Olimpiya Mərkəzi kimi də fəaliyyət göstərir).

1923-cü ildə Münhendə ilk BMW motosikletləri istehsal olunmağa başlayır.

1928-ci ildə BMW Türingiyada avtomobil zavodu alır və öz ilk maşınını istehsal etməyə başlayır — Dixi.

1934-cü ildə Şirkət ayrılır. Təyyarə mühərriklərinin istehsalı müstəqillik qazanır. BMW Flugmotorenbau GmbH bir şirkət olaraq ayrılır.

1936-cı ildə BMW şirkəti 2 litrlik mühərrikli BMW 328 istehsalına başlayıb. Bu maşın o zaman Berlində keçirilmiş Olimpiya yarışlarında Avropada idman avtomobilləri sinifində ən böyük müvəffəqiyyət əldə etmişdir.

1939-cu ildə BMW şirkəti Berlin-Şpandauda yeni Brandenburgische Motorenwerke şirkətini alır və onunla birlikdə Berlin yaxınlığındakı Basdorf və Sülsdorfda xüsusiləşdirilmiş zavodlara sahib olur.

İkinci dünya müharibəsi dövründə BMW əsasən Almaniya ordusu üçün reaktiv motorlar istehsal edirdi. 1945-ci ildə müharibədən sonra onun bu fəaliyyəti qalib tərəfin gözündən yayınmadı, BMW-yə 3 illik istehsal moratorisi tətbiq edildi.

Bundan əlavə müharibədən sonra BMW-nin demək olar ki, bütün zavodları bombardmanlar nəticəsində məhv olmuşdu. Hər şeyi yenidən başlamaq lazım idi.

1948-ci ildən başlayaraq BMW R24, təksilindirli motosiklet və 1951-ci ildə isə BMW müharibədən sonra öz ilk avtomobilini istehsal edir — BMW 501.

1955 — BMW Triebwerk GmbH şöbəsi yenidən fəaliyyətə qayıdır. Şirkət təyyarə mühərriklər üzərində mütəxəssisləşir. Isetta modeli ilə şirkət kiçik avtomobillət klasının tarixini başladır.

1956 — İdman avtomobilləri olan 503 və 507-ci modellər istehsala buraxılır.

1959 — BMW şirkəti satışa çıxarılır.

1965 — BMW Triebwerkbau GmbH şöbəsi satılır və sonrakl 25 il ərzində şirkət təyyarə mühərriklərini düzəltməkdən imtina edir.

1974 — BMW ilk dəfə ABS sistemli 3.0 CSL avtomobillərini yarışlara çıxardır.

1980 —ABS sisteminin sənaye istehsalatı vəFormula 1 yarışları üçün mühərrikin istehsalatı başlanır. BMW-nin motosiklləri Paris-Dakar rallisini udur. Daha sonra həmin yarışda yenidən üç dəfə qalib gəlir.

Modelləri

[redaktə |vikimətni redaktə et]
« əvvəlkiBMW modelləri, 1980-ci illərdən bugünədək
TipSeriya1980-ci illər1990-cı illər2000-ci illər2010-cu illər
012345678901234567890123456789012345
Kompakt1-ci seriyaE82 / E88
E81 / E87F20 / F21
2-ci seriyaF22 / F23
F45
F46
3-cü seriya kompaktE36/5E46/5
Kompakt biznes3-cü seriyaE21E30E36E46E90 / E91 / E92 / E93F30 / F31 / F35
4-cü seriyaF32 / F33
F36
Biznes5-ci seriyaE12E28E34E39E60 / E61F10 / F11
Lyuks6-cı seriyaE24E63 / E64F12 / F13
F06
7-ci seriyaE23E32E38E65 / E66 / E67 / E68F01 / F02 / F03 / F04G11 / G12
GT8-ci seriyaE31
RodsterZ seriyasıE30 (Z1)E36/7 & E36/8 (Z3)E85 / E86 (Z4)E89 (Z4)
MME82 M
M2F22 M2
M3E30 M3E36 M3E46 M3E90/92/93 M3F80
M4F82 / F83
M5E28 M5E34 M5E39 M5E60/61 M5F10 M5
M6E24 M635CSi/M6E63/64 M6F06/12/13 M6
M RoadsterE36/7 (Z3) ME85 (Z4) M
M CoupéE36/8 M CoupéE86 M Coupe
İdman avtomobiliE26 (M1)E5Z8)
SUVX1E84
X3E83F25
X4F26
X5E53E70F15
X6E71 / E72F16
PAV3 GTF34
5 GTF07
ii3I01
i8I12

BMW SIBER
BMW ULTIMATE
BMW ISETTA
BMW 600
BMW 2002
BMW NEW SIX
BMW NEW CLASS
BMW 501
BMW 503
BMW 507
BMW 700
BMW 1 Seriyası
BMW 2 SERIES
BMW 3 Seriyası
BMW 4 Seriyası
BMW 5 Seriyası
BMW 6 Seriyası
BMW 7 Seriyası
BMW 8 Seriyası
BMW X Seriyası
BMW Z Seriyası
BMW M Seriyası
BMW İ Seriyası

Fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

Hal-hazırda BMW dünyanın ən iri avtomobil istehsal edən şirkətlərindən biridir.MİNİ,Rolce-Royce şirkətlərin səhmlərinə malikdir. Təkcə ötən 2005-ci ildə dünyada 1,3 mln. BMW avtomobilləri satılmışdır. Bunun nəticəsində ümumi gəiliri 55,3 mlrd, xalis gəlir isə 2,7 mlrd. olmuşdur.

Hal-hazırda BMW-də 106 min insan əmək fəaliyyəti ilə məşğuldur.

Azərbaycandakı rəsmi distrubütoru isə "İmprotex Motors"dur.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. https://www.bmwgroup.com/en/general/imprint.html.
  2. https://web.archive.org/web/20200319063559/https://annualreport.bmwgroup.com/2019/build/dl/en/BMW-GB19_EN_Annual_Report.pdf.
  3. 1234İllik hesabat. 2023.

Mənbə

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaBMW ilə əlaqəli mediafayllar var.
⛭
AlmaniyaAlmaniyaDAX şirkətləri
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=BMW&oldid=8010238"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp