Qrad (indeski 9K51) — Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır.NATO ölkələrində sistem M1964 adı ilə tanınır.
Orduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur. Atıcı qurğunun hərəkət sürəti 75–90 km/saat arasında yerləşir. Sistemdə atəşin avtomatik idarə edilməsi üçün "Vivariy" kompleksi tətbiq edilir.
Qrad yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün,artilleriya və minomyot bateriyalarını susdurmaq, möhkəmləndirilmiş sədlərin dağıdılması üçün tətbiq edilə bilər.SSRİ-ninƏfqanıstanda apardığı müharibə zamanı geniş tətbiq olunmuşdur.