Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Böyük duman

Vikipediya, azad ensiklopediya

London sakinləri üçün ən dəhşətli duman1952-ci ilin dekabrında baş vermişdi. Dumanda mədənlərdən çıxanturş kömür hisi qarışmışdı. Hava bozarırdı, görüntü get-gedə pisləşirdi. Gözlənilmədən, yüzlərlə insan zəhərlənmişdi.Xəstəxanalar dolurdu, lakin qurbanları sayı bitmək bilmirdi. Ən qəribəsi isə o idi ki, həkimlər xəstələrə demək olar ki, heç nə ilə kömək edə bilmirdilər.8 Dekabrda dumanın qurbanı olan körpə uşaqlar, qocalar və nəfəs xəstəliklərindən əziyyət çəkənlərin sayı dörd minə çatdı. Yüz mindən çox insan xəstələnmişdi. Son araşdırmalar göstərir ki, ümumi dünyasını dəyişənlərin sayı 12.000dən artıq idi

Duman o qədər qatı idi ki,avtomobillər hərəkət edə bilmirdi, evlərindən çıxan insanlar geri dönə bilmirdilər. İnsanlar yalnız yaxın evlərdən tutaraq hərəkət edirdilər.

Havanın həddən artıq çirklənməsi qanun layihələrində böyük dəyişikliklərə,1956-cı ildə təmiz hava haqqında qanunun qəbul olunmasına səbəb oldu.

Zəhərli tüstülərin dumanla qarışığı mənasını verən “smoq” sözü isə təsvir olunan hadisələrdən 45 il öncə meydana gəlmişdi.

Mənbə

[redaktə |vikimətni redaktə et]

[1]

  1. "Arxivlənmiş surət".31 may 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 dekabr 2014.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Böyük_duman&oldid=6632771"
Kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp