Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Azərbaycan iqtisadiyyatı

Vikipediya, azad ensiklopediya
Bu məqalədəki və ya bölmədəkiməlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
Azərbaycan iqtisadiyyatı
Azərbaycanın əsas iqtisad mərkəziBakı şəhəri, 2013
ValyutaAzərbaycan manatı (AZN, ₼)
Sabit məzənnə dəyəri1manat = 100qəpik
Büdcə iliTəqvim ili
Ticarət təşkilatlarıMüstəqil Dövlətlər Birliyi
İqtisadi Əməkdaşlıq Təşkilatı
GUAM İnkişaf Təşkilatı
Statistika
ÜDM 80.21 milyard $ (ÜDM)
201.192 milyard $ (AQP)
ÜDM sıralaması86-cı (ÜDM) (2019)
72-ci (AQP) (2019)
Adambaşına düşən ÜDM 4,689 $ (ÜDM)
18,616 $ (AQP)
Adambaşına düşən ÜDM sıralaması102-ci (ÜDM) (2019)
73-cü (AQP) (2019)
Sektorlarına görə ÜDMKənd təsərrüfatı (6.1%)
Sənaye (53.5%)
Xidmət (40.4%)
İnflyasiya (İQİ)6.75% (2021)[1]
Uçot faiz dərəcəsi7.75% (mart 2022)[2]
Yoxsulluq həddindən aşağı olan əhali 8.2% ($5.50/günlükdən daha az) (2005)
Cini indeksi33.7orta (2008)
İnsan İnkişafı İndeksi 0.754yüksək (2018)
İşçi qüvvəsi 5,073,024 (2019)
Məşğulluğa görə işçi qüvvəsi 63.0% (2019)
İşsizlik səviyyəsi 4.9% (2018)
13.4% gənc işsizliyi
Orta aylıq gəlir540 AZN/ 294 €/ 317 $ (2017)
Biznesin qurulma asanlığı indeksi34-cüən asan
Xarici ticarət
İxrac 15.15 milyard $ (2017)
İxrac məhsullarıNeft,təbii qaz,maşın,ərzaq,pambıq
İxrac tərəfdaşlarıİtaliyaİtaliya (23.2%)
TürkiyəTürkiyə (13.6%)
İsrailİsrail (6.1%)
RusiyaRusiya (5.4%)
AlmaniyaAlmaniya (5%)
ÇexiyaÇexiya (4.6%)
GürcüstanGürcüstan (4.3%) (2017)
İdxal 9.037 milyard $ (2017)
İdxal məhsullarıƏrzaq,maşın və avadanlıq,metal,kimyəvi maddə
İdxal tərəfdaşlarıRusiyaRusiya (17.7%)
TürkiyəTürkiyə (14.8%)
ÇinÇXR (9.9%)
ABŞABŞ (8.3%)
UkraynaUkrayna (5.3%)
AlmaniyaAlmaniya (5.1%)
BXİ indeksi 79.53 milyard $ (2017)
Cari hesab 1.685 milyard $ (2017)
Xarici borc 17.41 milyard $ (112-ci) (2017)
Dövlət maliyyəsi
İctimai borcÜDM-nin 54.1%-i
Büdcə balansı−1.6% (ÜDM) (2017)
Gəlirlər24.681 milyard ₼ (2020)
Xərclər26.416 milyard ₼ (2020)
Kredit sıralamasıStandart & Poor's:BB+
Moody's:Ba1
Fitch:BBB-
Scope:-BB
Outlook:Sabit
Xarici ehtiyatlar104.8 milyard $ (2019)
Əsas mənbə:CIA World Fact Book
Əksi qeyd olunmayıbsa, bütün məlumatlarABŞ dolları ilədir.

Azərbaycan iqtisadiyyatı xüsusiləBakı-Tbilisi-Ceyhan neftBakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin tikintisi başa çatdıqdan sonraneftqaz ixracından çox asılıdır. 1990-cı illərin sonundaneft, 2000-ci illərin sonunda isə həm dəqaz hasilatına keçid 1995-2014-cü illər ərzində sürətli iqtisadi artıma səbəb oldu.[3][4] 2014-cü ildən isəÜDM artımı əhəmiyyətli dərəcədə yavaşladı.[4]

Böyük neft ehtiyatları Azərbaycan iqtisadiyyatına böyük töhfə verir. Neft və qaz Azərbaycanın dövlət gəlirlərinin üçdə ikisini təşkil edir və bu, onu dünyanın ən çox mədən yanacaqlarından asılı olan 10 iqtisadiyyatından birinə çevirir.[5] Neft və qaz Azərbaycanın ixrac gəlirlərinin 90%-ni, maliyyəsinin isə 60%-ni təşkil edir.[6]

Azərbaycan iqtisadiyyatıkorrupsiya və bərabərsizliklə xarakterizə olunur.[3] Ölkənin neft sərvətləri iqtidar rejiminin sabitliyini əhəmiyyətli dərəcədə gücləndirir və Azərbaycanda hakim elitaları zənginləşdirir.[7][8][9][10] Ölkənin neft sərvətləri dövlətə dəbdəbəli beynəlxalq tədbirlərə ev sahibliyi etmək, həmçinin xaricdə geniş lobbiçilik fəaliyyətləri ilə məşğul olmaq imkanı verir.[11][12]

Milli valyutaAzərbaycan manatıdır. Azərbaycanda özəl sektor zəifdir, çünki iqtisadiyyatda dövlət müəssisələri üstünlük təşkil edir.[4]Azərbaycanda rəsmi işçi qüvvəsinin yarıdan çoxu dövlət işində çalışır.[4]

Tarixi

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Azərbaycanın iqtisadi tarixi
Azərbaycan tarixi
Etimologiya •Xronologiya •Etnogenez
Ən qədim dövr
DaşMis dövrü
Quruçay mədəniyyəti
Azıx mağarası
Azıxantrop
Tağlar mağarası
Damcılı mağarası
Zar mağarası
Şuşa mağarası
Şulaveri-Şomutəpə mədəniyyəti
təxm.6500–3400 e.ə.
Şomutəpə yaşayış yeri
Kür-Araz mədəniyyəti
təxm.3400–2000 e.ə.
I Kültəpə yaşayış yeri (Babək)
Qarğalartəpəsi yaşayış yeri
Leylatəpə mədəniyyəti

TuncDəmir dövrü
Xocalı-Gədəbəy mədəniyyəti
təxm.XIII–VII əsrlər e.ə.
Boyalı Qablar mədəniyyəti
təxm.II minillik e.ə.
II Kültəpə yaşayış yeri (Babək)
Üzərliktəpə yaşayış yeri

Erkən tayfa ittifaqları
Aratta
III min.I yar. e.ə.
Lulubi
XXIII əsr-II min. e.ə.
Kuti
III min.əvv.-III min.son. e.ə.
Turukki
XX–XIX əsr e.ə.

Erkən dövlətlər
Manna
850–616 e.ə.
Midiya
728—549 e.ə.
İşquz
652–625 e.ə.
Kiçik Midiya
558–330 e.ə.
Küp qəbirləri mədəniyyəti
e.ə.IV əsr-b.e. VII əsr

Orta əsrlər
Ərəb dövrü
İslamın yayılması
VIII-IX əsrlər
Arran
Ərməniyyə
653–884
Xürrəmilər hərəkatı
VIII-IX əsrlər
Şəki dövləti
VIII əsr—1117
Mehranilər
Arevmanelilər
Qriqol oğulları

Orta əsrlər Azərbaycanı
Layzanşahlar
861 — 917
Şirvanşahlar
861 — 1539
Məzyədilər
861-1027
Kəsranilər
1027-1382
Vikinq yürüşləri
914-1041
Gürcü təbəəliyi
1124-1239
Dərbəndilər
1382-1539
Dərbənd əmirliyi
869 — 1075
Sacilər
889-929
Salarilər
919-1062
Şəddadilər
951–1075
Ani əmirliyi
1072-1174
Rəvvadilər
955-1071
Vaspurakan çarlığı
908–1021
Sünik çarlığı
987— 1170
Artsak çarlığı
1000–1261
Xaçın knyazlığı
X-XIV əsrlər
Dəfnə sülaləsi
Həsən-Cəlalyanlar sülaləsi
Naxçıvanşahlıq
X əsr — XI əsrin 60-cı illəri
Əbuduləfilər

Türk-Monqol dövrü
Türkləşmə
Ağsunqurlular
1108–1227
Azərbaycan Atabəyləri
1136-1225
Elxani təbəəliyində
1236–1335
Monqollarla mədəni əlaqələr
Qarabağ
1230-cu illər
Çobanilər
1335–1357
Cəlairilər
1336–1432
Teymurilər
Hürufilik
Şəki hakimliyi
1384–1551
Orlat sülaləsi
Qara keşiş nəsli
Qaraqoyunlular
1406–1468
Çağatay mədəni əlaqələri
Ağqoyunlular
1468–1508
Ərdəbil hakimliyi

Erkən müasir dövr
İmperiyalar dövrü və parçalanma
Səfəvilər
1501–1736
Azərbaycan tayfaları
Şiələşdirmə
Qarabağ bəylərbəyliyi
Azərbaycan bəylərbəyliyi
Şirvan bəylərbəyliyi
Çuxursəəd bəylərbəyliyi
Osmanlı ilə müharibələr
Habsburqlarla ittifaq
Naxçıvan sancağı
Ordubadilər
Əfşarlar
1736–1747
Xəmsə məlikləri
Qacarlar
1796–1925
Azərbaycan xanlıqları
1747–1828
Azərbaycan sultanlıqları
XVI əsr–1828
Car-Balakən camaatı
XVII əsr–1830
Kürəkçay müqaviləsi
Gülüstan müqaviləsi
Türkmənçay müqaviləsi

Rusiya dövrü
Müsəlman əyalətləri rəisliyi
1804–1840
Hərbi dairə rəisliyi
1806–1840
Erməni vilayəti
1828–1840
Xəzər vilayəti
1840–1846
Şamaxı quberniyası
1846–1859
Bakı quberniyası
1859–1917
Yelizavetpol quberniyası
1868–1917
İrəvan quberniyası
1850–1917
Zaqatala dairəsi
1859–1917
Bakı tətili
1903
Milli oyanış
Milli Azadlıq Hərəkatı
Hümmət
1904
Müsavat
1911
Qafqaz cəbhəsi
1914–1918
Bakı qırğınları
1918
Quba qırğınları
1918
Şamaxı qırğınları
1918
Şuşa qırğınları
1918
Qafqaz İslam Ordusu
Bakı döyüşü
1918
Göyçay savaşı
1918
Araz Türk Cümhuriyyəti
1918-1919
Muğan Hərbi Diktaturası
1918-1919

Müasir Azərbaycan
İlk Azərbaycan Respublikası
1918–1920
Batum konfransı
1918
Muğan Sovet Respublikası
1919
Ermənistanla müharibə
1918–1920
Azadıstan
1920

AzərbaycanAzərbaycanportalı

Müstəqillik dönəmi Azərbaycan iqtisadiyyatı

[redaktə |vikimətni redaktə et]
1990–2012-ci illər arasındaCənubi Qafqaz ölkələrindəÜDM (Azərbaycan,ErmənistanGürcüstan)

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonraiqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid vədünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.[13]

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991–1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edənmakroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Azərbaycan Respublikasının PrezidentiƏbülfəz Elçibəyin dövründə dövlət üçün zəruri olangömrük sisteminin yaradılması Azərbaycanın təbii ehtiyatlarının xaricə maneəsiz daşınmasının qarşısını xeyli dərəcədə aldı.[mənbə göstərilməlidir]

1992-ci ildə tamamiləmaliyyə baxımından taqətdən salınmış, xəzinəsinə süpürgə çəkilmiş bir ölkədəDövlət Ləl-Cəvahirat Fondu yaradıldı. Bir ildə fonda 1.5 tonqızıl və digər qiymətlimetallar toplandı.[mənbə göstərilməlidir]1993-cü il iyun ayının 1-nə qədərAzərbaycan Respublikasının Mərkəzi Bankındavalyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyonABŞ dollara çatdı.[mənbə göstərilməlidir]

1992-ci ildə hakimiyyətə gələn Azərbaycanın ikinci prezidentiƏbülfəz Elçibəyin yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək, köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq.[mənbə göstərilməlidir] İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq.[mənbə göstərilməlidir] Bu məqsədlə Dövlət Əmlak Komitəsi (2009-cu ildə qurulanAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yerinə keçdi), Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi və İqtisadiyyat Nazirliyi (2001-ci ildə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilmiş, onların bazasındaAzərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yaradılmışdır), Torpaq Komitəsi (2001-ci ildəAzərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yerinə keçdi) dövlət orqanları yaradıldı.[13]

Azərbaycanneftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə vəBakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarınındiversifikasiyasına nail olundu. Prezident Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçünAzərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Lakinbeynəlxalq maliyyə təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi çox da yüksək qiymətləndirilmir.[13]

ÜDM-in real və nominal artım dinamikası (illər üzrə, manatla və faizlə)

2008–2009-cu illərdə dünyada baş verən qlobal maliyyə-pul bazarlarının sıxıntısı şəraitində bankların, milli şirkətlərin xaricdən borclanması, onların yenidən maliyyələşməsi imkanları nəinki məhdudlaşdı, hətta bir sıra borcların vaxtından əvvəl qaytarılması tələb olundu. Belə şəraitdə Azərbaycan bankları il ərzində $1,2 mlrd. borc qaytardılar. Bundan başqaxaricdə yaşayan azərbaycanlıların regionların əhalisi üçün sosial baxımdan xüsusi əhəmiyyət kəsb edən pul transferləri də xeyli azaldı. Nəticədə milli iqtisadiyyat bəzi qonşu ölkələrdə olduğu kimi, manatın devalvasiyası təzyiqləri ilə qarşılaşdı. Bu təzyiqlər özünü ötən ilin birinci rübündə — əhalinin devalvasiya gözləntilərinin daha çox artdığı (RusiyaErmənistandaki devalvasiyadan sonra) və bununla da əlaqədar pullarının xeyli hissəsini xarici valyutalara çevirdiyi şəraitdə — qabarıq şəkildə göstərdi. Milli valyutanın stabilliyini qorumaq üçün Mərkəzi Bank xeyli resurslar sərf etməli oldu və bu da sonda demək olar ki, özünü doğrultdu. Bütövlükdə, il ərzində Mərkəzi Bankın xalis emissiyası 1,8 mlrd. manat təşkil etdi. Daxili və xarici maliyyə mənbələrinin azalması şəraitində Mərkəzi Bank pul siyasətini ciddi şəkildə yumşaltmalı oldu, uçot dərəcəsi 15%-dən 2%-dək azaldıldı.[14]

2012-ci ildə İlham Əliyev çıxışında qeyd edib ki,BP şirkəti Azərbaycanın neft-qaz sektoruna 28 milyard dollar investisiya qoyub, 74 milyard gəlir əldə edib. Lakin bəzi ekspertlər 28 milyard dolların özünü çox böyük rəqəm hesab edir. Bu məbləğ "Əsrin müqaviləsi" imzalananda müqavilənin elan olunmuş smeta dəyərindən ən azı üç dəfə çoxdur.[15]

2023-cü ildəAzərbaycan Mərkəzi Bankı bildirib ki, respublikanın strateji valyuta ehtiyatları 10% artaraq 5,3 milyard dollar təşkil edib.[16]

Qanunvericilik

[redaktə |vikimətni redaktə et]

İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi haqqında,banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi. Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrininkommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emalsənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı. Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə başladı, kənddə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı. Hazırlanan müqavilələrə əsasənABŞ,İngiltərə,NorveçTürkiyəninneft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi.[13]

Valyuta

[redaktə |vikimətni redaktə et]
AZN işarəsi
Əsas məqalə:Azərbaycan manatı

Büdcə

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Azərbaycan Respublikasının Dövlət Büdcəsi

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Özəlləşdirməyə başlayan zaman özəl sektorunÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 85%-ə çatmışdır.

1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi – bərpa dövrü başlandı. 1995–2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsiningəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2–3%-ə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildəBeynəlxalq Valyuta Fonduna,Dünya Bankına,Avropa Yenidənqurma və İnkişaf Bankına,İslam İnkişaf Bankına, 1999-cu ildəAsiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası iqtisadi rayonlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmişdir.[13]

Neft Daşları

Qlobal maliyyə-iqtisadi böhran nəticəsində dünyanın aparıcı ölkələrində baş vermiş kəskin ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Eyni zamanda, Azərbaycan 2009-cu ildə iqtisadiyyatın real artım tempinə görə region ölkələri arasında lider olmaqla yanaşı, müvafiq göstərici üzrə dünya miqyasında da yüksək yerdə qərarlaşmışdır. Belə ki, ilin yekunlarına əsasən, 2009-cu ildə ÜDM-in real artımı 2008-ci illə müqayisədə 9,3%, əhalinin hər nəfərinə düşən ÜDM-nin real həcmi isə 7,9% təşkil etmişdir. ÜDM-nin 64,1%-i iqtisadiyyatın istehsal, 28,3%-i xidmət sahələrinin payına düşmüş və bu sahələrdə real artım müvafiq olaraq 10% və 9,1% təşkil etmişdir. 2009-cu ildə neft-qaz sektorunda real artım 14,3%, qeyri-neft sektorunda isə 3,2% olmuş və eləcə də sənaye sektorunda real artım tempi 12,8%, nəqliyyatda 9,3%, rabitədə 13,1%, ticarətdə 9,9% təşkil etmişdir.[13] Kənd təsərrüfatının real artım tempi 2008-ci illə müqayisədə yüksələrək 3,5% təşkil etmişdir.

Ümumilikdə isə 2004–2009-cu illərdə ÜDM real ifadədə 2.8 dəfə artmış və cari qiymətlərlə 43.0 milyard ABŞ dollarına çatmışdır. Adambaşına düşən ÜDM-in həcmi 2004-cü ilə nisbətən 2009-cu ildə real ifadədə 2.2 dəfə artaraq 4874.1 ABŞ dolları təşkil etmişdir. Bu dövrdə əhalinin pul gəlirləri real ifadədə 2.0 dəfə, adambaşına düşən gəlirlər isə 85%, orta aylıq əmək haqqı 3 dəfə, minimum pensiyanın məbləği 3.8 dəfə, minimum əmək haqqı 6.3 dəfə artmışdır.

2009-cu ildə dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 2004-cü ilə nisbətən 7 dəfə artmış, ölkədə 2004–2009-cu illərdə 32886 yenimüəssisə yaradılmış, 840 minə yaxın yeni iş yeri açılmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində yoxsulluq səviyyəsi son beş ildə 4.1 dəfə azalaraq 44,7 faizdən 11 faizədək enmişdir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri

Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. 2009–2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə,MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Eləcə də, "Standard and Poor’s" Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti "Stabil"dən "Pozitiv"ə yüksəldilmişdir.

Növbəti mərhələnin əsas məqsədlərini makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi təşkil edəcəkdir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır.

Həmçinin, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcəkdir. Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı daha da sürətləndiriləcəkdir. Növbəti illərdə də sosial-iqtisadi siyasətin başlıca istiqamətini ölkə əhalisinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcəkdir.[13]

Xarici ticarət

[redaktə |vikimətni redaktə et]

2004–2009-cu illərdə xarici ticarət dövriyyəsi 2.8 dəfə, o cümlədən, ixrac 3.9 dəfə, idxal 1.7 dəfə, qeyri-neft ixracı isə 2.4 dəfə artmışdır. 2011-ci ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 36,33 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 9,76 mlrd. ABŞ dolları, ixracın həcmi isə 26,57 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 149 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 16,81 mlrd. ABŞ dolları olmuşdur. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə, 2011-ci ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 29,92 faiz, o cümlədən idxal 47,81 faiz, ixrac isə 24,39 faiz artmışdır. 2011-ci ildə ixrac əməliyyatlarında dövlət sektorunun payı 25 250,74 mln. ABŞ dolları (95,03%), özəl sektorun payı 1 127,23 mln. ABŞ dolları (4,24%), fiziki şəxslərin payı 192,92 mln. ABŞ dolları (0,73%) təşkil etmişdir. İdxal əməliyyatlarında isə qeyd olunan dövr ərzində dövlət sektorunun payı 3 404,25 mln. ABŞ dolları (34,89%), özəl sektorun payı 5 901,17 mln. ABŞ dolları (60,49%), fiziki şəxslərin payı 450,55 mln. ABŞ dolları (4,62%) olmuşdur.[17]

Ümumi daxili məhsul

[redaktə |vikimətni redaktə et]
Ümumi daxili məhsul[18]
İl200420052006200720082009201020192020
%9,8%26,4%32,5%25%10,8%9,3%5%2,2%-4,3%[19]
Ümumi daxili məhsul[20]
İl2012201320142015201620172018201920202021
mln. manat53 99557 708,258 977,854 38060 425,270 135,180 09281 896,272 578,192 857,7
%102.2105.8102.8101.196.9100.1101.4102.595.8105.6

İstinadlar

[redaktə |vikimətni redaktə et]
Bu məqalədəki istinadlar müvafiqistinad şablonları ilə göstərilməlidir.
  1. "Инфляция в Азербайджане пойдет на спад".20 fevral 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 fevral 2022.
  2. "Uçot faiz dərəcəsi".8 avqust 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 mart 2022.
  3. 12Levine, Joshua."Big in Baku". The New York Times(ingilis). 15 avqust 2012.ISSN 0362-4331.1 yanvar 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:23 iyul 2025.
  4. 1234"Azerbaijan: Country economic memorandum"(PDF). World Bank. sentyabr 2022.6 mart 2024 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:23 iyul 2025.
  5. Lo, Joe."Oil-reliant Azerbaijan chosen to host Cop29 climate talks". Climate Home News(ingilis). 9 dekabr 2023.24 fevral 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 dekabr 2023.
  6. "Oil-rich nations 'pushback' against fossil fuel phaseout". www.ft.com. 2024.22 iyul 2025 tarixindəarxivləşdirilib.İstifadə tarixi:23 iyul 2025.
  7. Altstadt, Audrey L.Frustrated Democracy in Post-Soviet Azerbaijan(ingilis). Columbia University Press. 2017. 114–120.ISBN 978-0-231-80141-6.
  8. Waal, Thomas de.The Caucasus: An Introduction(ingilis). Oxford University Press. 2 noyabr 2018. 185–186, 226–229.ISBN 978-0-19-068311-5.
  9. Ross, Michael.The Oil Curse: How Petroleum Wealth Shapes the Development of Nations(ingilis). Princeton University Press. 2012. 60.ISBN 978-0-691-14545-7.
  10. Cornell, Svante E.Azerbaijan Since Independence(ingilis). Routledge. 2015. 210–211, 235.ISBN 978-1-317-47621-4.
  11. Project, Organized Crime and Corruption Reporting."The Azerbaijani Laundromat". OCCRP.21 may 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:23 sentyabr 2021.
  12. Harding, Luke; Barr, Caelainn; Nagapetyants, Dina."Everything you need to know about the Azerbaijani Laundromat". The Guardian. 4 sentyabr 2017.1 noyabr 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:23 iyul 2025 – www.theguardian.com vasitəsilə.
  13. 1234567"Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası — İqtisadiyyat"(PDF).30 avqust 2021 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:9 dekabr 2011.
  14. "Azərbaycan iqtisadiyyatı - 2009 (Məlumatlandırıcı və analitik bülleten)".14 oktyabr 2015 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:13 noyabr 2012.
  15. "Azərbaycan iqtisadiyyatı bp-dən asılı vəziyyətədir".14 fevral 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 noyabr 2012.
  16. "Стратегические валютные резервы Азербайджана выросли"(rus). news.day.az.2 fevral 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 fevral 2023.
  17. "2011-ci ildə Azərbaycan Respublikasının xarici ticarət əlaqələri haqqında arayış".22 sentyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:27 mart 2012.
  18. 2008Arxivləşdirilib 2010-06-26 at theWayback Machine,2007Arxivləşdirilib 2010-07-16 at theWayback Machine,2006Arxivləşdirilib 2010-04-13 at theWayback Machine,2005Arxivləşdirilib 2010-05-21 at theWayback Machine,2004Arxivləşdirilib 2008-12-11 at theWayback Machine,The World FactbookArxivləşdirilib 2016-07-09 at theWayback Machine
  19. "Ожидается рост экономики Азербайджана - прогноз МВФ"(rus).21 oktyabr 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:4 mart 2022.
  20. "AR Mərkəzi Bankin Statistik bülleteni Yanvar 2022"(PDF). AR Mərkəzi Banki Rəsmi sayti(az.).22 fevral 2022 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:4 mart 2022.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaAzərbaycan iqtisadiyyatı ilə əlaqəli mediafayllar var.
⛭
Azərbaycan mövzularda
Azərbaycan
⛭
Suveren dövlətlər
Tanınmayan və ya
qismən tanınan dövlətlər
Asılı ərazilər
⛭
Suveren dövlətlər
Tanınmayan və ya
qismən tanınan dövlətlər
Asılı ərazilər
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Azərbaycan_iqtisadiyyatı&oldid=8270680"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp