Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Azərbaycan Texniki Universiteti

40°22′13″ şm. e. 49°48′55″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bu məqalədəki məlumatlarınyoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyəetibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçünməqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Azərbaycan Texniki Universiteti
AzTU
Loqonun şəkli
Əsası qoyulub1950
TipDövlət
RektorVilayət Vəliyev
Tələbə sayı15.000+
ŞəhərBakı
Ölkə
ÜnvanHüseyn Cavid prospekti, 25
Metro2-ci xətt Elmlər Akademiyası stansiyası
Saytaztu.az
40°22′13″ şm. e. 49°48′55″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Texniki Universiteti və ya qısacaAzTUAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

Haqqında

[redaktə |vikimətni redaktə et]

Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtıBakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır.

Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir.

Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər.

Maddi-texniki bazası

[redaktə |vikimətni redaktə et]

Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir.

Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir.

Universitetdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoruMüşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.[1]

Tərkibi

[redaktə |vikimətni redaktə et]

Rektorları

[redaktə |vikimətni redaktə et]
  1. Mahmud Məmmədov (1950–1954)
  2. Abuzər Əliyev (1954–1961)
  3. Ənvər Qasımzadə (1962–1969)
  4. Rza Bədəlov (1968–1976)
  5. Mirzə Ağa Bağırov (1976–1989)
  6. Ramiz Qurbanov (1989–1990)
  7. Əli Sadıxov (1990–1992)
  8. Allahverdi Orucov (2 iyul 1993 – dekabr 1993)
  9. Rafiq Mehdiyev (1993–1999)
  10. Havar Məmmədov (16 mart 2017 – 13 sentyabr 2023)
  11. Xalıq Yahudov (2016 sentyabr – 31 iyul 2019)
  12. Vilayət Vəliyev (2019–)

Beynəlxalq əlaqələri

[redaktə |vikimətni redaktə et]

UniversitetinABŞ,Rusiya,Kanada,Çin Xalq Respublikası,Almaniya,İngiltərə,Fransa,Türkiyə,İran İslam Respublikası,Malayziya,Avstriya,Polşa,Gürcüstan,Türkmənistan və s. ölkələrin universitetləri və elmi müəssisələri ilə daimi əlaqələri vardır. Universitetdə bakalavr (mühəndis) hazırlığı üçün 4 il (xarici vətəndaşlar əlavə 9 ay hazırlıq şöbəsində oxumalıdırlar), magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3–4 il vaxt norması nəzərdə tutulmuşdur.

Qafqaz Universitetlər Birliyinin üzvüdür[2].

Dr. A. S. Tanınmış pakistanlı maarifçi və tədqiqatçı M. İrfan-Maqsud həm də AzTU-nun beynəlxalq fakültəsinin üzvüdür.[1]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
Bu məqalədəki istinadlar müvafiqistinad şablonları ilə göstərilməlidir.
  1. "Haqqımızda -"(az.).16 yanvar 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:16 yanvar 2024.
  2. "Tüm Üyeler"(türk). www.kunib.com.18 mart 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:31 may 2021.
⛭
Dövlət ali təhsil
müəssisələri
Özəl ali təhsil
müəssisələri
Xüsusi
təyinatlı ali təhsil
müəssisələri
Bağlanan
və ya
birləşdirilən
Universitet
Universitet haqqında olan bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Azərbaycan_Texniki_Universiteti&oldid=8141481"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp