Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Azərbaycan Milli Ensiklopediyası

Vikipediya, azad ensiklopediya
Azərbaycan Milli Ensiklopediyası
Orijinalın diliAzərbaycan dili
NəşriyyatAzərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Milli EnsiklopediyasıAzərbaycan Prezidentinin 2004-cü ilsərəncamına əsasən 25 cild nəşr olunması planlaşdırılmış, 2007-ci ildən çap olunan çoxcildliensiklopediya.

Haqqında

[redaktə |vikimətni redaktə et]

XX əsrin 30-cu illərində Azərbaycan Şura Ensiklopediyasının (AŞE) yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülsə də, AŞE-nin nəşri mümkün olmamışdı.[1]

1965-ci il dekabrın 30-daAzərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti "Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında" qərar qəbul etdi vəAzSSR EA-nın Rəyasət Heyəti yanında ASE-nin Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və "Azərbaycan SSR" xüsusi cildinin (Azərb. və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu. 1970-ci ildə ASE-nin “Azəri Sovet Ensiklopediyası” adı ilə 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı.

AzKP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən başlanıldı və 1976–87 illərdə ASE-nin 10 cildinin nəşri başa çatdırıldı. "Azərbaycan SSR" xüsusi cildi isə müəyyən səbəblərə görə çap olunmadı.[1]

Azərbaycan Respublikasının " Nəşriyyat işi haqqında" Qanunu (2000) müstəqil Azərbaycanın yeni universal milli ensiklopediyasının nəşri üçün zəmin yaratdı. AR Prezidentinin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamında deyildiyi kimi Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxdı.[1]

Azərbaycan Milli Ensiklopediyasının hazırlanıb nəşr olunmasını təmin etmək üçün AR Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı iləAMEA-nın"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi yaradıldı. 2007-ci ildəAME-nin "Azərbaycan" xüsusi cildi, 2009-cu ildə isə AME-nin 1-ci cildi çap edildi.[1]

25 may 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti "Azərbaycan Milli Ensiklopediyası"nın veb-portalının yaradılması haqqında qərar verir.[2]

Redaksiya heyətinin tərkibi

[redaktə |vikimətni redaktə et]

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibi aşağıdakı redaksiyada təsdiqlənib:[3]

VəzifəVəzifəni icra edən
Redaksiya heyətinin sədriİlham Əliyev
Redaksiya heyəti sədrinin müavinləriAkif Əli Zadə

İbrahim Quliyev
Anar Rzayev

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoruİsa Həbibbəyli
Azərbaycan Milli Ensiklopediyasının məsul katibiTofiq Nağıyev
Redaksiya heyətinin üzvləriKamal Abdullayev

Ağacan Abıyev
Fərhad Bədəlbəyli
Bilal Bilalov
Tahir Budaqov
Nizami Cəfərov
Namiq Cəlilov
Ömər Eldarov
Urxan Ələkbərov
Rasim Əlquliyev
Telman Əliyev
Fərəh Əliyeva
Firəngiz Əli-zadə
Vaqif Fərzəliyev
İsmayıl Hacıyev
Arif Həşimov
İradə Hüseynova
Fərhad Xəlilov
Amin İsmayılov
Teymur Kərimli
Fəxrəddin Qədirov
Adil Qəribov
Yaqub Mahmudov
Ramiz Mehdiyev
Abel Məhərrəmov
Qərib Məmmədov
Nazim Məmmədov
Şahbaz Muradov
Şahin Mustafayev
Arif Paşayev
Əsgər Rəsulov
Ziyad Səmədzadə
Kərim Şükürov
Nailə Vəlixanova

Seriyaları

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 1234"HAQQINDA"(az.). ensiklopediya.gov.az. 5 dekabr 2016.6 dekabr 2016 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:5 dekabr 2016.
  2. "Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti QƏRAR"(PDF).17 dekabr 2022 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:17 dekabr 2022.
  3. ""Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az(az.).28 oktyabr 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 oktyabr 2024.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Azərbaycan_Milli_Ensiklopediyası&oldid=8090043"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp