Bu məqalədəki və ya bölmədəkiməlumatlar köhnədir. Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.(aprel 2025) |
| Bu məqaləAzərbaycan Demokrat Firqəsi haqqındadır.1991-cı ildə yaranmış partiya üçünAzərbaycan Demokrat Partiyası səhifəsinə baxın. |
Azərbaycan Demokrat Firqəsi | |
|---|---|
| Quruluş tarixi | 3 sentyabr1945 |
| Dağılma tarixi | 1960 |
| Birləşən | İran Tudə Partiyası |
| Sələfi | İran Tudə Partiyası |
| Baş qərargah | |
Azərbaycan Demokrat Firqəsi — 1945-ci il sentyabrın 3-dəMir Cəfər Pişəvəri tərəfindən yaradılmış partiya.
Azərbaycan Demokrat Firqəsi 1945-ci il sentyabrın 3-də Təbrizdə Təbrizdə 77 nəfərdən ibarət qrup tərəfindən yaradılıb.[1][2][3] Elə həmin gün Azərbaycan Demokrat Partiyasının (ADP) yarandığını və onun məqsəd və vəzifələrini elan edən müraciətnamə yayıldı.[4][2] Partiyanın əsas vəzifə və tələbləri bunlar idi:[2] 1945-ci ilin sonunda partiyanın rəsmi mətbuat orqanı olan Azərbaycan qəzetində onun 70 minlik üzvünün tərkibi verilib. Bu məqaləyə görə partiya üzvlərindən 56 mini kəndli, 6 mini fəhlə, 3 mini sənətkar, 2 mini tacir, 2 mini ziyalı, 500 nəfəri mülkədar 100 nəfəri isə molladır.[5]
1945-ci il noyabrın 20-də Təbrizdə 724 nümayəndənin iştirakı ilə Azərbaycan Xalq Konqresi təşkil olunub.[6]
25 gün ərzində partiya üzvlərinin sayı 10 mini keçib.[7] Tudə Partiyasının Azərbaycan Əyalət Komitəsi ilə birləşdikdən sonra partiya üzvlərinin sayı 70 minə çatıb.[8] 1945-ci il oktyabrın 2-də Təbriz şəhərində partiya üzvlərindən seçilmiş 237 nümayəndənin iştirakı ilə Azərbaycan Demokrat Partiyasının birinci təsis qurultayı keçirilib.[9]
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra partiya mühacirətdə fəaliyyət göstərib. 1947-ci ilin dekabrın 2-də Azərbaycan qəzetinin mühacirətdə ilk sayı çap olunub.[10] Seyid Cəfər Pişəvəri dünyasını dəyişdikdən sonra partiyaya 1947-ci ilin noyabr ayından 1954-cü ilin sentyabr ayınadəkSadıq Padeqan, 1954-cü ilin sentyabr ayında 1959-cu ilin avqust ayınadəkMirqasım Çeşmazər, 1959-cu ilin avqust ayından 1979-cu ilin oktyabr ayınadəkQulam Yəhya, 1979-cu ildən isəƏmirəli Lahrudi rəhbərlik edib.[11]
1946-cı ildə firqə üzvlərinin sayı 360.000 nəfər olduğu halda onlardan yalnız 3122 nəfəri mühacirət edib.[12]