Bu məqalə Cənubi Qafqazda yerləşən ölkə haqqındadır. "Azərbaycan Respublikası" və "Şimali Azərbaycan" bura istiqamətləndirir. 1918–1920-ci illərdə mövcud olmuş keçmiş dövlət üçün bax:Azərbaycan Xalq Cümhuriyyəti. İran ərazisində yer alan bölgə üçün bax:Cənubi Azərbaycan. Digər istifadə formaları üçün bax:Azərbaycan (dəqiqləşdirmə).
Yer kürəsində məlum olan 2000-dən çoxpalçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası —Kür Dili,Pirallahı,Çilov,Xərə Zirə vəBöyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. PaytaxtıBakı şəhəridir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 66 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) vəNaxçıvan Muxtar Respublikasına (7 rayon və paytaxtNaxçıvan şəhərindən ibarət olan) bölünür.
Aparılmışarxeoloji qazıntı işləri AzərbaycanınÜst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu — III minilliyin əvvəllərindən başlayaraqUrmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə — bizim eranın I minilliyinin əvvəllərində indiki Azərbaycan torpaqlarındaManna,Skif padşahlığı,Atropatena vəAlbaniya kimi dövlətlər mövcud olmuşdur. III əsrdə AzərbaycanıSasanilər İmperiyası, VII əsrdə isəƏrəb xilafətiişğal etdi. VII əsrdəİslam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarındaSacilər,Şirvanşahlar,Salarilər,Rəvvadilər,Şəddadilər dövlətləri yarandı. XIX əsrdəGülüstan (1813) vəTürkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali AzərbaycanRusiyaya,Cənubi Azərbaycan isəQacarlara qaldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika —Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-daSovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması vəZaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkəninyeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.
Azərbaycan sözünün mənşəyi mövzusunda fərqli tarixi mənbələrlərdən əldə olunmuş müxtəlif məlumatlar var. Bəzi mənbələrə görə, "Azərbaycan" toponimiparf və yaorta dövr fars dilində,Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir.Makedoniyalı İsgəndərin işğalından sonraƏhəmənilər imperiyasının Midiya satrapıAtropatın öz çarlığının əsasını qoyduğuMidiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır.[18]
Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir.[19] Ərəb coğrafiyaşünası və səyyahıYaqut əl-Həməvi yazırdı: "Bəziləri güman edir ki, Azər pəhləvi dilində "atəş", bayqan isə "keşikçi" və ya "atəş mühafizəçisi" deməkdir və beləliklə, söz "atəş məbədi" və ya "atəş mühafizəçisi" deməkdir, hansı ki, həqiqətə uyğundur, çünki bu ərazidə atəş məbədləri çox olub."[20]
XIX əsr Azərbaycan tarixçisiAbbasqulu ağa Bakıxanov Azərbaycan sözünün yaranmasınıXürrəmilər hərəkatının məşhur sərkərdəsiBabək ilə əlaqələndirir.[21] BabəkAbbasilər xilafətinə qarşı xürrəmilərin üsyanına rəhbərlik etmişdir. BakıxanovGülüstani-İrəm əsərində yazırdı: "Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan sözündəndir, hansı ki, ərəblər Azər-Babəcan kimi tələffüz edir və "Babəkin atəşi" deməkdir. Hər halda, bizə məlum olduğu qədərilə,atəşpərəstlik hal-hazırda Azərbaycan adlandırılan ərazidə zühur edib."
Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7–1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.[22] Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşənAzıx mağarasıDaş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildəMəmmədəli Hüseynovun rəhbərliyi iləAMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır.[23] MağaradaQuruçay mədəniyyəti,Aşel mədəniyyəti vəMustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Hazırda Azərbaycan, Yaxın Şərq və Qafqaz ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidəTağlar mağarası hesab olunur.[24] MağaraQarabağın Tuğ çökəkliyində,Quruçayın sol sahilində yerləşir.
Mezolit dövrü başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. 2007-ci ildə QobustanUNESCO-nunDünya İrs Siyahısına daxil edilmişdir.[25] Qobustanda Böyükdaş dağının yuxarı terrasında yerləşən petroqliflərdə öküz (tur) təsvirlərin tarixi 15 000 il əvvələ aid edilir.[26] Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları da öz əksini tapmışdır. Neolit Azərbaycanda er.əv. 7-ci minilliyə təsadüf edərək Qobustanın vəHəsənlitəpə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. Er.əv. 6–4-cü minilliklərdə Azərbaycan ərazisindəeneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlararpa,buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş vəsümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir.
Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir.[27] Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu — III minilliyin əvvəllərindən başlayaraqUrmiya hövzəsində yaranmışdı.[27] Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə AzərbaycandaDəclə vəFərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədimŞumer,Akkad vəAssuriya dövlətləri, habelə Kiçik AsiyadakıHet dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.[27]
Eramızdan əvvəl I minillikdə — bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarındaManna,Skif padşahlığı,Atropatena vəAlbaniya kimi dövlətlər mövcud olmuşdur.[27] Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.[27]
III əsrdə AzərbaycanıSasanilər İmperiyası, VII əsrdə isəƏrəb xilafətiişğal etdi.[27] İşğalçılar ölkəyəİranın vəƏrəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.[27] Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olantürk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar.[27] Türk etnosları içərisindəoğuz türkləri üstünlük təşkil edirdilər.[27] Həmin dövrdən başlayaraq,türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi.[27] Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı.[27] Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş —monoteist din yox idi.[27] Qədim türklərin başAllahı olan Tanrıya sitayiş — tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi.[27]Zərdüştlük, atəşpərəstlik,günəşə,aya,göyə,ulduzlara,torpağa,suya və s. sitayiş davam etməkdə idi.[27] Ölkənin şimalında — Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində,xristianlıq yayılmaqda idi.[27] Lakin müstəqilAlban Həvari kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.[27]
VII əsrdəislam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.[27] İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi.[27] Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.[27] İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışanBizans İmperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.[27]
IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi.[27] Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarındaSacilər,Şirvanşahlar,Salarilər,Rəvvadilər,Şəddadilər dövlətləri yarandı.[27] Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixininİntibah dövrü başlanırdı.[27] Ərəb xilafətinin tənəzzülündən sonra — IX əsrin ortalarından başlayaraq Azərbaycanda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı.[27] XV–XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi.[27] Bu dövrdə Şərqin geniş əraziliQaraqoyunlular,Ağqoyunlular,Səfəvi,Əfşar vəQacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.[27]
Azərbaycanın dövlət xadimiUzun Həsənin (1468–1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi.[27] Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi.[27] O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. HökmdarQuranıazərbaycan dilinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.[27] XV əsrin sonu — XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi olan dövlət xadimiŞah İsmayıl Xətai (1501–1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.[27] PaytaxtıTəbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti — Səfəvi dövləti meydana gəldi.[27] Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi.[27] Azərbaycan dili dövlət dilinə çevrildi.[27]
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsiNadir şah Əfşar (1736–1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi.[27] Azərbaycanın əfşar-türk elindən çıxmış hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla ŞimaliHindistanı da ələ keçirdi.[27] Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.[27] Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.[27] Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı.[27] Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə — xanlıqlara və sultanlıqlara parçalandı.[27]
XVIII əsrin sonunda Azərbaycan sülaləsi olanQacarlar (1796–1925) İranda hakimiyyətə gəldilər.[29] Qacarlar vaxtı ilə onların ulu babaları Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin və nəhayət, Nadir şah Əfşarın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışanÇar Rusiyası arasında uzun sürən müharibələr dövrü başlandı.[27]
Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.[27]Gülüstan (1813) vəTürkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə Qacarlara qatıldı.[27] Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı").[27]
Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün qonşu ölkələrdən çoxlu sayda ermənini işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən də Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə köçürdü.[30] "Erməni vilayəti" Qərbi Azərbaycanın Türkiyə ilə həmsərhəd torpaqlarında — keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində süni və xüsusi təyinatlı şəkildə yaradılmışdır.[30] Beləliklə, Azərbaycan torpaqlarında gələcək Ermənistan dövlətinin əsası qoyuldu.[30] Bundan əlavə, 1836-cı ildə Rusiya müstəqil Alban Kilsəsini ləğv edərək onu Erməni Apostol Kilsəsinə verdi.[30] Eyni zamanda Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşması və erməniləşdirilməsi üçün daha münbit şərait yaradıldı.[30] Rusiya imperiyası bu keçid dövründə bölgədə[31] vəziyyəti sabitləşdirmək üçünəyalətlərin komendant idarə üsulunu tətbiq etdi. Hər bir əyalətin başında Qafqazdakı Baş Komandan tərəfindən rus zabitləri arasından təyin olunan komendant dayanırdı. Əyalətlərin komendantları bu ərazidə[32] bütün sosial-iqtisadi məsələləri həll etmək hüququna malik idilər. Əyalətlərin azərbaycanlı əhalisininüsyanları Rusiya imperiyasını rejimi yumşaltmağa, komendant idarəetmə sistemini ləğv etməyə və dövlətçilik siyasətini həyata keçirməyə vadar etdi. 1840-cı illərdə Qafqaz bölgəsinin rayonlarının sonrakı inzibati bölgüsünə səbəb olan islahatların sayı.[33]
Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirənStepan Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşıMart soyqırımını həyata keçirdi.[27] 1918-ci ildəNuru paşanın rəhbərlik etdiyiOsmanlı vəAzərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarətQafqaz İslam OrdusuBakı döyüşündə qələbə çaldı.[34] 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.[27]
Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.[27] Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tarixi iki dövrə ayrılır: Birinci dövr — 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzindəAzərbaycan Xalq Cümhuriyyəti Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlament 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olun-masını öz üzərinə götürmüş və tarixiAzərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmişdir.[27]
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək — cəmi 17 ay davam etmişdir. Parlamentin 1919-cu il sentyabrın 1-dəBakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.[27] Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il — 27 aprel 1920-ci il) olmuşdur.[27] Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.[27]
1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müstəqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinəGürcüstan,Ermənistan və Azərbaycan respublikaları daxil olmuşZaqafqaziya Demokratik Federativ Respublikası təşkil edildi.[35] 1918-ci ilinMart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı.[27] 1922-ci il dekabrın 30-daSovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması vəZaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu.[27] Azərbaycanda müstəqil hakimiyyət məhrum edildikdən sonra ölkənin sərvətlərinin talan olunmasına başlandı.[27] Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu.[27] Neft sənayesini idarə etmək üçün xüsusi olaraqAzərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlikVladimir Lenin tərəfindən Bakıya göndərilmiş A. P. Serebrovskiyə tapşırıldı.[27] Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda"Bakını almaq bizə olduqca və olduqca zəruridir" deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş Lenin öz arzusuna çatdı.[27] Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.[27]
1920-ci il aprelin 28-dən başlayaraq Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində 100 minə yaxın günahsız azərbaycanlı öz siyasi əqidəsinə, fəaliyyətinə, başqa cür düşündüyünə və ayrı səbəblərə görərepressiyalara məruz qalmışdır.[36] Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı.[27] Bu dövrdə Azərbaycan xalqı özününHüseyn Cavid,Mikayıl Müşfiq,Əhməd Cavad,Salman Mümtaz,Əli Nəzmi,Tağı Şahbazi,Yusif Vəzir Çəmənzəminli və başqaları kimi onlarla mütəfəkkirlərini və nadir ziyalılarını itirdi.[27][37]
Azərbaycan İkinci dünya müharibəsində böyük dövlətlərin strateji planlarında mühüm yer tuturdu.Üçüncü Reyx Bakı neftini ələ keçirməklə Şərqə —İran körfəzinə vəHind okeanına hərəkət etmək niyyətində idi.Adolf Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.[38][39] Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85–90 faizi Azərbaycanın payına düşürdü.[40] İkinci Dünya müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insan səfərbər edilərək ordu sıralarına yola düşmüş, onların 300 mindən çoxu döyüşlərdə həlak olmuşdur.[40] Müharibənin hələ ilk günlərində respublikada 4 mindən çox oğlan və qız könüllü surətdə cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etmişdi.[41] 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı.[41] Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.[41] Müharibədə hətta azərbaycanlılardan ibarət diviziyalar təşkil olunmuşdu.[41] 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər milli diviziyalarSimferopolda,Odessada və digər şəhərlərdə vuruşmuşlar.[41] 77-ci diviziyaPolşa vəÇexoslovakiyanın, 223-cü diviziyaYuqoslaviyanın azad edilməsində igidlik göstərmişdi.[41] 416-cı diviziyaQafqazdanBerlinədək qəhrəmanlıq yolu keçmişdi.[41] İkinci Dünya müharibəsi zamanı göstərdikləri igidliyə görə Azərbaycandan 123 nəfərSovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.[40]
1948–1953-cü illərdə azərbaycanlılarıErmənistan SSR-dən kütləvi surətdə sürgün olunmasının yenimərhələsi başlandı.[27] Deportasiyalardan sonra, ermənilərin bu ərazidə sayca üstünlüyü təmin olundu.[27] Bir sıra obyektiv və subyektiv səbəblər üzündən 1960-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində — həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.[27] Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildəHeydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı.[27] Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.[27] 1970–1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı.[27] 213 iri sənaye müəssisəsi işə salındı.[27] Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.[27]
19–20 yanvar 1990-cı ilgecə saat 23:30-da millətlərarası qarşıdurmanın kəskinləşməsi fonunda keçmişSovet İttifaqının qoşunları şəhərdə fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanı[43] rəhbər tutaraqAzərbaycan Xalq Cəbhəsi (AXC) döyüşçülərini nizama məcbur etmək məqsədilə Bakıya daxil oldular. AXC-nin fəaliyyəti son illərdə dəfələrlə tənqid olunub: məsələn, hesab edilir ki, Azərbaycanın Kəlbəcər rayonunun işğalı o vaxt hakimiyyətdə olan AXC-nin bilavasitə məsuliyyət daşıdığı güman edilir.[44] Bir sıra tədqiqatçılar əməliyyatın kütləvi şəkildə itkilərlə müşayiət olunduğunu təxmin edirlər.[45] Azərbaycanda "Qara Yanvar" kimi tanınan hadisələrin əks-sədası bütün ölkəyə yayılaraq Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi,[46] 1991-ci il dekabrın 30-da isə Konstitusiya Aktı ümumxalq səsverməsi vəreferendum yolu ilə təsdiq edildi. Bu akt Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin edilməsi üçün hüquqi əsas yaratdı və ölkə öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etdi.
1991-ci il sentyabrın 8-dəAyaz Mütəllibov müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə keçirilənprezident seçkilərində 98,52 faiz səs toplayaraqAzərbaycanın Prezidenti seçildi.[47] 1992-ci il martın 6-da Qarabağda vəziyyətin gərginləşməsi fonunda və Azərbaycan Xalq Cəbhəsinin təzyiqi ilə Ayaz Mütəllibov istefa verdi,[48] hakimiyyəti bərpa etmək üçün uğursuz cəhddən sonra isə ölkəni tərk etdi.[49][50] Azərbaycanla Ermənistan arasındagenişmiqyaslı hərbi əməliyyatlar 1992-ci ilin qışında başlayıb. Etnik azərbaycanlılara qarşıXocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrininXocalı şəhərini işğal etdiyi zaman baş verib. Bir versiyaya[51] görə Rusiyanın 366-cı motoatıcı alayı da şəhərə hücum zamanı iştirak etmişdi. 1993-cü ilin yazında anklavın tərkibinə daxil olmayan torpaqların Ermənistan qoşunları tərəfindən işğalı regionun digər ölkələrinin də müharibəyə girməsi təhlükəsi yaratdı. 1994-cü ildə müharibənin sonunda ermənilər demək olar ki, Qarabağın böyük hissəsinə tam nəzarət edirdilər və Azərbaycan torpaqlarının 20%-nə nəzarət edirdilər. 1994-cü ilin mayındaRusiyanın dəstəyi ilə atəşkəs əldə edildi. 5 may 1994-cü ildə MDB Parlamentlərarası Assambleyası, Qırğızıstan parlamenti, Federal Məclis və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə bir görüş keçirildi, nəticədəBişkek protokolu 1994-cü il may ayının 8-dən 9-a keçən gecə atəşi dayandırmağa çağırdı.[52] Rusiyanın iştirakı ilə hazırlanan "müddətsiz atəşkəs sazişi" 1994-cü il 12 may gecə yarısı qüvvəyə mindi.[53] Daha sonra münaqişənin sülh danışıqları yolu ilə həlli üçün ATƏT-in prinsipləri əsasında ATƏT-inMinsk qrupu yaradıldı.[54]
1992-ci il iyunun 7-də keçirilənprezident seçkilərindəƏbülfəz Elçibəy 60,9% səs toplayaraq Azərbaycanın prezidenti seçildi.[55] Lakin daxili proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə mane oldu. Hakimiyyət uğrunda mübarizə və hakimiyyətin zorakılıqla dəyişdirilməsi halları Azərbaycanda daxili vəziyyəti xeyli gərginləşdirdi. Belə ki, 1992-ci il oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsinin tərəfdarları Naxçıvan Muxtar Respublikasında silahlı çevriliş etməyə cəhd etdilər.[56] 1993-cü ilin iyununda xüsusilə ağır vəziyyət yarandı: respublikada vətəndaş müharibəsi gedirdi, Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Bunun qarşısı alındı, lakin sonrakı dövrdə Azərbaycanın müstəqilliyini pozmaq cəhdləri davam etdi və respublikada iki dəfə dövlət çevrilişinə cəhd oldu. 1993-cü il iyunun 21-də talış əsilli Azərbaycan ordusunun polkovniki Ələkrəm Hümmətov 704-cü briqadanın zabitləri ilə birlikdə Azərbaycanın 7 rayonunun ərazisində Talış-Muğan Muxtar Respublikası elan etsə də, Hümmətovun çıxışı hökumətdən və Talış əhalisindən ciddi dəstək almadı və süqut etdi.[57] 1993-cü il avqustun 29-da Əbülfəz Elçibəyə[58] etimad haqqında referendum keçirildi və nəticədə ölkə vətəndaşlarının 97,5%-i onun istefasına səs verdi.[59] 1993-cü il oktyabrın 3-də Azərbaycanda növbətiprezident seçkiləri keçirildi və bu seçkilərdə Heydər Əliyev 98,8 faiz səslə qalib gəldi.[60] 1993-cü ildəHeydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq münasibətlərdə, elmi əsaslara uyğun müstəqil dövlət quruculuğu prosesində dönüş yarandı.1995-ci il noyabrın 12-də ümumxalq referendumu iləölkənin yeni konstitusiyası qəbul edildi.[61]
Heydər Əliyev Qərb şirkətləri ilə Azərbaycanın neft yataqlarının işlənilməsi haqqında danışıqlara başladı. 1994-cü il sentyabrın 20-də Bakıda —Gülüstan sarayında Qərb neft şirkətləri ilə bağlanmış neft müqaviləsi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynamışdır. "Əsrin müqaviləsi"[62] kimi tanınan bu saziş Xəzər dənizinin Azərbaycan sektorundaAzəri-Çıraq-Günəşli neft yatağının dərin yatağının birgə işlənməsinə və hasil olunan neftin səhmlər şəklindəSOCAR,Lukoyl və s. kimi dünyanın ən böyük neft şirkətləri arasında paylanmasına gətirib çıxardı.
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda vəziyyəti kökündən dəyişməyə imkan verdi. 1998-ci il fevralın 10-da Azərbaycandaölüm hökmü ləğv edildi.[63]
1998-ci il oktyabrın 11-də keçirilənprezident seçkilərində Heydər Əliyev 77,6 faiz səslə yenidən prezident seçildi.[64]
2003-cü il oktyabrın 15-də keçirilənprezident seçkilərindəİlham Əliyev 76,86 faiz səslə qalib gəlib.[65] Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin müxtəlif bölgələrində "ASAN xidmət" kimi genişmiqyaslı proqram və layihələr həyata keçirilib. 2008-ci il oktyabrın 15-də keçirilənseçkilərdə İlham Əliyev 88,73 faiz səs qazanaraq ikinci dəfə prezident seçilib.[66]
2011-ci ildə AzərbaycanBMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.[67] Azərbaycan BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinin, islam və bloklara qoşulmayan dövlətlərin daimi nümayəndələrinin daxil edilməsinin tərəfdarıdır.[68]
2011-ci ildə Azərbaycanda kütləvi həbslərlə müşayiət olunan birsıra etiraz aksiyaları keçirildi.[69] 2012-ci ildən bəri ölkədə mətbuat azadlığı vəinsan haqları ilə bağlı vəziyyət xeyli pisləşib ki, bu daHuman Rights Watch hüquq müdafiə təşkilatının hesabatlarında dəfələrlə qeyd olunub.[70]
2013-cü il oktyabrın 9-da keçirilənprezident seçkilərində İlham Əliyev 84,54 faiz səs toplayaraq növbəti dəfə prezident seçildi.[71] 2017-ci ilin sentyabrında İlham Əliyevin iştirakı ilə "Əsrin yeni müqaviləsi" imzalanıb, ona əsasən Azərbaycan və beynəlxalq neft şirkətləri konsorsiumu "Əsrin müqaviləsi" nin müddətinin 2050-ci ilə qədər uzadılması barədə razılığa gəliblər.[72]
2018-ci il aprelin 11-də keçirilənseçkilərdə İlham Əliyev 86,02 faiz səs toplayıb və yenidən dövlət başçısı seçilib.[73]
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edənİkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri 5 şəhər, 4 yaşayış məntəqəsi, 286 kənd və Azərbaycan-İran sərhədini işğaldan azad edib. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidentiİlham Əliyev, Ermənistan Respublikasının Baş naziriNikol Paşinyan və Rusiya Federasiyasının PrezidentiVladimir Putinin Moskva saatı ilə 00:00-dan etibarən bütün hərbi əməliyyatların tam dayandırılması ilə bağlı birgə bəyanatı dərc edilmişdir.[74] Bəyanatın şərtlərinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Qarabağda qoşunların təmas xətti boyunca və Laçın dəhlizi boyunca 1960 nəfərlik atıcı silah, 90 zirehli transportyor, 380 maşın və xüsusi texnika ilə yerləşdirilib. Müqavilənin müddəti 5 ildir, əgər tərəflərdən heç biri müddətin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməsə müddət avtomatik olaraq 5 il də uzadılır.[75] Bundan başqa, Ermənistan Ağdam[76], Kəlbəcər və Laçın rayonlarını[77] Azərbaycana qaytarmağı öhdəsinə götürüb.
2020-ci il fevralın 9-da Azərbaycan tarixində ilknövbədənkənar parlament seçkiləri keçirilib və nəticədə hakim "Yeni Azərbaycan" Partiyası 125 mandatdan 70-ni[78] qazanıb. Partiya 1995-ci ildən bəri ardıcıl olaraq parlament seçkilərində çoxluğu qazanır.[79]
2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müttəfiqlik əlaqələri haqqında birgəbəyannamə imzalayıblar.[80] Bəyannamədə vurğulanır ki,44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyub.[81]
2022-ci il fevralın 22-də Moskvada İlham Əliyev və Vladimir Putin "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə" ni imzaladılar.[82] Bəyannamədə vurğulanır ki, Rusiya və Azərbaycan, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli[74], 11 yanvar 2021-ci il tarixli[83] və 26 noyabr 2021-ci il tarixli[84] bəyanatlarının müddəalarının həyata keçirilməsi üçün səylərə hərtərəfli kömək etməyi öhdələrinə götürürlər ki, bu da sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas olmuşdur.[85]
2022-ci il avqustun əvvəlindəAzərbaycan-Ermənistanmünaqişəsi sərhədyanı rayonlarda kəskinləşib. Avqustun 3-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hücumu nəticəsində Azərbaycan əsgərinin həlak olmasına cavab olaraq "Qisas əməliyyatı" nın keçirildiyini açıqlayıb.[86]
Azərbaycan prezidentli respublikadır vəicraedici hakimiyyət prezidentə məxsusdur. Hakimiyyətbaş nazirin və digər seçilmiş parlament üzvlərinin əlində cəmlənmişdir və Azərbaycan xalqına suverenlik hüququ verilir. HazırdaAzərbaycan Respublikasının Prezidentiİlham Əliyevdir. Azərbaycan prezidenti Kabinet başçısıdır və dövlət nazirlərini müəyyənləşdirir və ya işdən azad edir. 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında keçirilənreferendumdan sonra prezident ümumi, bərabər, birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.[87]
Azərbaycanın qanunverici orqanıAzərbaycan Respublikasının Milli Məclisidir və Milli MəclisBakı şəhərində yerləşir. Parlament birpalatalıdır və 125deputatdan ibarətdir. Milli Məclisdə əsas yerləriYeni Azərbaycan Partiyası (YAP) vəVətəndaş Həmrəyliyi Partiyası (VHP) tutur. Yeni Azərbaycan Partiyası 1993-cü ildən seçkilərdə daim uğur qazanır.[88] Azərbaycan baş naziri hökumətin əsas başçısıdır və Milli Məclis tərəfindən üzvləri arasından müəyyənləşdirildikdən sonra prezident tərəfindən təyin olunur. Baş nazirin formal olaraq prezident tərəfindən təyin olunmasına baxmayaraq,Azərbaycan konstitusiyası aşkar şəkildə prezidentdən parlament tərəfindən seçilmiş şəxsi bu vəzifəyə təyin etməsini tələb edir.[89]
AzərbaycanAvropa Şurasında böyük şəhər bələdiyyəsi olmayan yeganə dövlətdir.[90]
2017-ci ildə ABŞ-nin "Global Firepower" araşdırma mərkəzinə görə,Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur.[97] 1999-cu ilin sentyabr ayından başlayaraqAzərbaycan sülhməramlı qüvvələriKosovoda,Əfqanıstanda vəİraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar.[98] 2011–2015-ci illərdə Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı idi.[99]
AzərbaycanpaytaxtBakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) vəNaxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxtNaxçıvan şəhərindən ibarət olan) bölünür.[115] Hər bir inzibati vahid seçilmiş icra hakimiyyəti, qanunverici orqan və inzibati bürokratiya tərəfindən nəzarət olunur.
Azərbaycanın topoqrafik xəritəsiBazardüzü zirvəsi — Azərbaycan Respublikasının ən hündür nöqtəsidir.
Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² təşkil edir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, paytaxtBakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3489 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdanİran-la 765 km,Türkiyə ilə 13 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldanRusiya ilə 391 km, şimali-qərbdənGürcüstan ilə 471 km, qərbdənErmənistan ilə 1027 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km,Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km,ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan RespublikasıCənubi Qafqazın şərq hissəsində,Xəzər dənizinin qərbi sahilində yerləşir. Azərbaycanın 11,5%-imeşəlik, 1,6%-i su hövzələrindən və 50,0%-i becərilən torpaqlardan ibarətdir. Ölkənin ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz,Kiçik Qafqaz,Naxçıvan MR,Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır.
Yer kürəsində məlum olan 2000-dən artıqpalçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhədXəzər hövzəsində yerləşir.[116] Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında vəBakı arxipelağında yerləşən vulkanların 100-dən artığı Qobustandadır.[117] 2007-ci ildə "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.[118] Odlu qövsdəki mövqeyinə görə Azərbaycanzəlzələlərə meyilli ölkədir.[119]
Azərbaycanda hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V. V. Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir.[120] Respublikanın şimalında yerləşən və şimal-qərbdən cənub-şərqə uzanan Böyük Qafqaz dağları ölkə ərazisinin böyük hissəsini şimaldan gələn soyuq hava kütlələrinin birbaşa təsirindən qoruyur.[121] Bunun da nəticəsində respublikanın əksər düzənlik və dağətəyi ərazilərində subtropik iqlim formalaşır.[121] Ölkənin düzənlik və dağətəyi ərazilərigünəş işığının bolluğu ilə fərqlənir.[121] Azərbaycan ərazisində iqlimin formalaşmasına arktik (Kara və Skandinaviya antisiklonları), mülayim enliklərin soyuq kontinental (Sibir antisiklonu) və dəniz (Azor maksimumu), tropik enliklərin isti hava kütlələri (subtropik antisiklon və cənub siklonları),Mərkəzi Asiya üzərində yaranan antisiklon, həmçinin yerli atmosfer prosesləri təsir göstərir.[121] Mərkəzi və şərqi Azərbaycanın quru subtropik iqlimi mülayim bir qış (dörd-beş ay) və çox isti yay ilə xarakterizə olunur, temperatur ortalama 81 °F (27 °C) və maksimum temperatur 109 °F (43) -ə çatır. °C. N[122] axçıvanda 2300–3300 fut yüksəkliklərdə soyuq bir qış və quru, isti bir yay ilə quru bir kontinental iqlim hökm sürür. Azərbaycanın digər bölgələrində orta dərəcədə isti, quru və ya nəmli iqlim tiplərinə rast gəlinir. Dağ meşə zonası orta dərəcədə soyuq bir iqlimə malikdir, dağ tundra iqlimi isə 10.000 fut və daha yüksəklikləri xarakterizə edir. Şaxtalar və şiddətli qar yağışları bu cür yüksəkliklərdə keçən ilin üç-dörd ayı ərzində əlçatmaz olur.
Cənub-Şərqi Azərbaycan, ildə 47–55 düym (1200 ilə 1400 millimetr) arasında ən çox yağıntı olan nəmli subtropik iqlim ilə xarakterizə olunur, əksəriyyəti soyuq aylarda düşür.[123]
Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir.
Azərbaycanda 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.[126] Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3%-ini, o cümlədən milli parklar 3,7%-ini təşkil edir.[126]
Azərbaycan təbiətində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü qeydə alınmışdır.[127] Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir.[127] Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir.[127] Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.[127] Respublikanın şirin sularında və Xəzər dənizində 30 növbalıq ovlanır.[127] Bu balıqların çoxuKür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçininMingəçevir su anbarında tutulur.[127] Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir).[127]
Azərbaycanın ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır.[128] Azərbaycanda rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.[128] Azərbaycanda üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir.[128] Bunlardandəmirağac,Lənkəran akasiyası,şabalıdyarpaq palıd,bigəvər,şümşad və s. göstərmək olar.[128] Respublikada 240 endemik bitki növü mövcuddur.[128]
Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir.[129] Ölkənin hidroqrafik şəbəkəsinin əsasını çaylar təşkil edir.[129] Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır.[129] Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır.[129] Uzunluqları 100 km-dən çox olan 24 çay vardır.[129] Respublikanın ərazisindən axan ən böyük çaylar: Kür,Araz,Qanıxçay,Qabırrıçay,Samurçay,Tərtərçay,Türyançay,Ağstafaçay,Həkəri,Bərgüşad,Sumqayıtçay,Viləşçay və s.[129]
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır.[130] Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.[130] 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" ilə başlamış Azərbaycanda sərmayə qoyuluşu, xüsusilə enerji sektoruna xarici sərmayə investisiyaları uğurlu şəkildə inkişaf edir.[131] 2003-cü ildən etibarən isə digər sektorlara istiqamətləndirilmiş yerli və xarici investisiyanın təşviqi məqsədilə inkişaf proqramları həyata keçirilməyə başlandı.[132] Azərbaycan 2010-cu ildə istehsal etdiyi 51,509 milyonABŞ dolları həcmindəÜDM-i ilə dünyanın 188 ölkəsi arasında 71-ci sırada yer almışdır.[133]
2010-cu illərdə Azərbaycan orta gəlirli ölkəyə çevrilsə də, ölkədə qeyri-sabitlik, əməkçi qüvvəsindən kifayət qədər istifadə olunmaması və məhsuldarlığın aşağı səviyyəsi davam edir.[134] Hazırda Azərbaycandayoxsulluq vəkorrupsiya ölkənin inkişafını kölgələşdirməyə davam edir.[135] 2016-cı ildə ÜDM-in təxminən 45 faizini təşkil edən enerji daşıyıcılarından əldə olunmuş gəlirlərin aşağı düşməsi nəticəsində, büdcə daxilolmaları,Azərbaycan manatının məzənnəsi, xarici valyuta ehtiyatları və ödəniş balansı zərbəyə məruz qalıb.[136] Həmin ilin sonunda Azərbaycan iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsini hazırlayıb.[137] Proqramın əsas hədəfi qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyyatı şaxələndirməkdir.[136]
Hazırda Azərbaycan xamneft, təbiiqaz və neft məhsulları ixrac edən ölkədir.[140] 2015-ci ildə ölkədə ixracın həcmi 46,1 milyon neft ekvivalenti tonu təşkil etmiş, bunun 78,4 faizi xam neftin, 16,5 faizi təbii qazın, 5,0 faizi neft məhsullarının, 0,1 faizi isə elektrik enerjisinin payına düşmüşdür.[140] Təzə ət (mal,toyuq vəqoyun əti) Azərbaycanda ən çox istehsal edilən heyvandarlıq məhsulları olmaqla, dəyər ifadəsində həcminə görə ikinci yerdədir.[141] Bununla belə, bu məhsul yerli bazarın tələbatını ödəmir və onun ixracı aşağı səviyyədədir.[141] Ölkədən, əsasən, emal edilmiş və konservləşdirilmiş ət məhsulu ixrac edilir.[141]
ABŞMərkəzi Kəşfiyyat Agentliyinin hər il yayınladığı "The World Factbook" nəşrinin hesabatlarına əsaslanaraq, 2017-ci il üzrə dünyanın 224 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 78-ci sırada dayanır.[142]
İdxalat
Azərbaycanın idxal etdiyi əsas mallarmaşın, avadanlıqlar və onların hissələri,mexanizm və elektrik aparatlarıdır.[143] İdxalda əsas yerlərdən birini qara metallar və onlardan hazırlanan məmulatlar tutur.[143]Rusiya Azərbaycana ən çox mal idxal edən ölkədir.[143] Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Rusiya Azərbaycanın idxal etdiyi əsas 10 məhsul üzrə aparıcı ixracatçı olub, Azərbaycanda bu məhsullara tələbatın 37 faizini ödəyir.[141] O cümlədən Azərbaycansiqaretin yarıdan çoxunu, bərkbuğda və meslinin (buğda və çovdarın qarışığı) 50 faizindən çox hissəsini Rusiyadan idxal edir.[141] Ölkənin idxal etdiyi 10 əsas məhsula olan tələbatının 7 faizini isə, əsasən, regionun digər ölkələri ödəyir.[143] İdxalda əsas ölkələr siyahısında ikinci yeriTürkiyə tutub və ordan Azərbaycana 2015-ci ildə 1 milyard 171 milyon 385,43 min dollarlıq (ümumi idxalda payı 12,70%) mal idxal olunub. Ümumi idxalda 9,19%-lik paya malik olanABŞ-dən ötən il Azərbaycana 847 milyon 389,38 min dollarlıq mal göndərilib.[143] Azərbaycandasüd emalı müəssisələrinin sayının azlığı ilə yanaşı, sənaye tələbatı üçün təbii süd xammalı istehsalının həcmi də lazımi səviyyədə olmadığına görə, ölkəyə böyük miqdarda süd məhsulları idxal edilir.[141]
2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanınümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 1 milyard 437,3 milyon dollar, yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub.[144] Ümumiyyətlə, turizm və səyahət sənayesinin məşğulluğa tam təsiri 2016-cı ildə 609 min iş yeri, yaxud əhalinin ümumi məşğulluğunun 13,2 faizi qədər təşkil edib.[144]
Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən Turizm Şurası yaradılıb.[149] Şura turizm sahəsinin inkişafı ilə bağlıAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında koordinasiya funksiyasını yerinə yetirir.[149] 2016-cı ildən xarici turistlərin Azərbaycanda daha çox alış-veriş etmələrinə müsbət təsir edən "Tax free" sistemi tətbiq olunur.
21-ci əsrdə Azərbaycanda neft və qaz "bumu", ölkədə elm və texnologiya sahələrində vəziyyəti yaxşılaşdırmasına kömək etdi və Azərbaycan hökuməti modernləşdirilmə və innovasiya yönəlmiş kampaniyaya başladı. 2017-ci ildə Azərbaycan yeni iqtisadi modelə keçməklə, iqtisadiyyatını ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirmək strategiyasına başlayıb.[150]
Azərbaycanda radio yayımına ilk dəfə 1926-cı il noyabrın 6-da, televiziya yayımına isə 1956-cı ilin fevral ayının 14-də başlanılıb.[152] Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,6%-i 10–12 TV proqramdan ibarət açıq paketli rəqəmli TV yayımla əhatə edilib.[152] Bundan başqa,Gəncə,Quba vəLənkəran rayonlarında və ətraf ərazilərdə ödənişli əsaslarla çoxproqramlı rəqəmli TV yayım xidməti də göstərilir.[152]
Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildəSəfəvilər dövlətinin başçısıŞah İsmayıl Xətai tərəfindən qoyulmuşdur.[153] Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir.[153] 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmışdır.[153] 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən Azərbaycanda ilk telefon xətti çəkilmişdir.[154] Hazırda Azərbaycanda üçGSM operatoru fəaliyyət göstərir:Azercell,Bakcell vəNar Mobile (Azerfon).[155]
Azərbaycan Milli Aerokosmik Agentliyi (MAKA) Azərbaycanın kosmik agentliyidir. Agentlik kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm və istehsal potensialından respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirir.[156] Agentlik 2013-cü il 8 fevral gecəsi kosmosaAzerspace-1 adlı ilk süni peykini buraxıb.[157]Fransa Qvianasında Kuru kosmodromundan reallaşdırılan ucuş gecə saat 01.36 və 02.20 arasında baş verib.[158] Telekommunikasiya peyki olan Azerspace-1 səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə olunur.[159]Azerspace-2 peyki isə 25 sentyabr 2018-ci ildə buraxılıb.[160]
Azərbaycan 1997-ci ildən Avropada yol hərəkətinin ümumi qaydalarını və təhlükəsizlik normalarını müəyyən edən BeynəlxalqVyana Konvensiyasına qoşulub. Azərbaycanda avtomobil yolları ölkədə mövcud olan bütün yol şəbəkəsini əhatə edir.[161] 2015-ci ilin məlumatına əsasən, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 19 002 kilometr təşkil edir, onun 4 645 kilometri respublika əhəmiyyətli, 14 357 kilometri yerli əhəmiyyətlidir.[161] Bu yollarda ümumi sayı 1463-ə yaxın 50 652 poqon metr uzunluğunda körpülər var.[161] Avtomobil nəqliyyatını idarə etmək üçünAzərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tərkibində müvafiq olaraq "Avtonəqliyyatservis" və "Yolnəqliyyatservis" departamentləri yaradılıb.[161]
Azərbaycanda xidmət göstərən 7 beynəlxalqhava limanı var.[16][161] Onlardan ən böyüyüHeydər Əliyev adına Beynəlxalq Hava Limanı Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir və şəhərlə əlaqəsi 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə təmin edilir.[161]AZAL və onun struktur bölməsinə aid olanButa Airways milli bayraq daşıyıcısının qeydiyyat limanıdır.[161] Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər hava limanlarıGəncə,Lənkəran,Naxçıvan,Qəbələ vəZaqatala şəhərlərində yerləşir.[161]
1967-ci il noyabrın 6-da istismara verilmişBakı metropoliteni Azərbaycanda yeraltı dəmiryol xətlərini birləşdirən ictimai şəhər sərnişin nəqliyyatı sistemidir.[161] Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var.[161] Azərbaycanda — Çayları vasitəsilə və yüklərin əksəriyyəti, o cümlədən ölkədən xaricə gətirilənlər dəmir yolu və yük maşınları ilə aparılır. Dəmir yolu şəbəkəsinin əhəmiyyətli hissələri elektrikləşdirilmişdir. Daşınan əsas mallar neft məhsulları, tikinti materialları, taxta və taxıldır. Böyük bir dəmir yolu xətti Kür vadisindən keçir və Bakını Gürcüstanın Tbilisi və Batumi ilə birləşdirir. Bu yol Bakının şimalındakı Xəzər dənizinə paraleldir. Avtomobil nəqliyyatı həm yük, həm də sərnişinlər üçün geniş istifadə olunur. Yollar ölkənin müxtəlif bölgələrini birləşdirir və çox vaxt ucqar dağ rayonları ilə inzibati mərkəzlər və böyük şəhərlər arasında yeganə quru rabitə vasitəsidir.[163]
Azərbaycanda neft bumuXIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdəRotşild vəNobel qardaşları, eləcə dəRusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi.[164] Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinəMoskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər.[164] Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.[164]
Azərbaycan 7 milyard barel həcmində kəşf edilmişneft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir.[133] Azərbaycan 849,5 milyard m³ həcmində kəşf edilmişqaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.[133] 2015-ci ildə ölkədə ümumi istehsal həcmi 69,8 milyon neft ekvivalenti tonu olan enerji məhsullarının 87,5 faizini ilkin enerji məhsulları, 9,2 faizini neft emalı məhsulları, 3,3 faiziniistilik vəelektrik enerjisi təşkil etmişdir.[140] Transformasiya sektorunun proseslərində elektrik və istilik enerjisinin istehsalına sərf olunan yanacaq öz əksini tapmış və onun 92,9 faizini təbii qaz, 7,0 faizinimazut və 0,1 faizini isədizel yanacağları təşkil etmişdir.[140] Son istehlakın 37,7 faizi ev təsərrüfatlarının, 26,6 faizi nəqliyyatın, 23,1 faizi sənaye və tikintinin, 12,6 faizi isə iqtisadiyyatinin digər sahələrinin payına düşür.[140] Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 1 fevral 2013-cü il tarixli Fərmanı iləAzərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.[165] 2017-ci ildə Bakıda Azəri-Çıraq-Günəşli blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilə imzalanmışdır.[166]
Azərbaycanın etnik azlıqlarından biri olanmolokanlar.
2017-ci ilin əvvəlində Azərbaycan Respublikasının əhalisinin sayı 9,810,000 olmuşdur.[167] Əhalinin 53%-i şəhər, 47%-i kənd yerlərində yaşayır.[167] Əhalinin 49,9%-i kişilərdən, 50,1%-i faizi isə qadınlardan ibarətdir.[167]Azərbaycan əhalisinin 91,6%-iazərbaycanlıdır.[168]
Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 8,4%-ni təşkil edir.[168] Yerli xalqlardan ən çox üstünlük təşkil edənlərləzgilər,ermənilər,ruslar,talışlar,avarlar və digər kiçik etnik qruplardır.[167] Azərbaycanın böyük hissəsi ölkəni multikultural dövlət kimi görür.[169]
1994-cü ilin fevralında Azərbaycanın prezidentiHeydər ƏliyevTürkiyə Cümhuriyyətinə səfəri zamanı Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə etmək üçün "Bir millət, iki dövlət" konsepsiyasını yaratmışdır.[170] 1995-ci ildə qəbul olunmuşAzərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir.[168] Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir.[168] 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasının Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır.[168] 2016-cı ildə Azərbaycan Respublikası Prezidentiİlham Əliyev "Multikulturalizm ili" elan edilməsi haqqında sərəncam imzalamışdır.[171]
Ermənistanla silahlı münaqişədən əvvəlLaçın,Kəlbəcər vəQubadlı rayonlarında sıx yaşayırdılar. Bu ərazilərin işğalı nəticəsində başqa rayonlara məcburi olaraq köçürülmüşlər.
Demoqrafik quruluşdakı dəyişikliklər bir neçəsosial nəticəyə səbəb olmuşdur.[175] Xüsusən 1991-ci ildən başlayaraq ölkədə miqrasiya saldosu mənfi xarakter daşımışdır, əhali əsasən "qastarbayter" kimiRusiyaya emiqrasiya etmişdir.[175] Hazırda Azərbaycanda əsasən daxili miqrasiya mövcuddur.[175] Belə ki, son dövrlərdə əhalinin intensiv olaraq Bakı şəhərində, onun ətrafında və Abşeron yarımadasının digər məntəqələrində cəmlənməsi davam edir.[175] 2000-ci illərdəAzərbaycanda neft hasilatının və ixracatının sıçrayışla artması nəticəsində ölkənin milli gəliri dəfələrlə artmış, buna uyğun olaraq əhalinin gəlirləri də xeyli dərəcədə yüksəlmişdir[176].
BMT İnkişaf Proqramının (UNDP) hər il nəşr etdiyi "İnsan İnkişafı Hesabatı" çərçivəsində tərtib edilənİnsan İnkişafı İndeksinin təhlili göstərir ki, Azərbaycan 2011-ci ildə İnsan İnkişafı İndeksinə görə 187 ölkə arasında 91-ci, Həyat Keyfiyyəti İndeksi ilə 111 ölkə arasında 86-cı yerdədir.[133] 2016-cı ildə "Mercer Human Resource Consulting" beynəlxalq konsaltinq şirkətinin araşdırmasında, nəticəsində məlum olub ki, bahalılığına görə, 214 şəhər arasındaBakı 172-ci yerdədir.[177] 2012-ci ildən fəaliyyət göstərənASAN xidmət mərkəzləri — dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.[178]
2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, son 5 il ərzində ölkədə sosial islahatların əhəmiyyətli dərəcədə artmasına, o cümlədən minimum pensiyanın 2,5 dəfə artırılmasına nail olunub. İlin əvvəlində minimum pensiya məbləği pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumundan 40,7% çox idi.[179]
Azərbaycan konstitusiyasının 48-ci maddəsinə görə Azərbaycanda hər kəs istədiyi dinə etiqad etməkdə sərbəstdir.[180][181] 2015-ci ilin statistik təxminlərinə görə, Azərbaycanda yaşayan əhalinin 93,4%-i müsəlman, 3,1 %-i xristian, 3 % isə hər hansı bir dinə bağlı deyildir.[182] Yerdə qalan 0,5 %-ə isə digər dinlərə etiqad edirlər.[182] Azərbaycanda 37-i qeyri-islam olmaqla 993 dini icma fəaliyyət göstərir.[183]
Müsəlman əhalisinin 85 faizişiə, 15 faizi isəsünnilərdir.[184][185] Xristianların böyük əksəriyyətirus pravoslavlarıdır.[185] Xristianlar Bakı və bir sıra digər şəhərlərdə cəm halında yaşayırlar. Ölkənin 20000 nəfərlikyəhudi icmasının böyük hissəsi Bakıda yaşayır.[185] Qubada və başqa ərazilərdə də kiçik icmalar mövcuddur.[185]
Azərbaycan Respublikasının rəsmi dövlət dili —Azərbaycan dilidir.[187] Azərbaycan dili geneoloji təsnifata görətürk dillərindən biri olub, həmin dil ailəsininoğuz qoluna daxildir və ən yaxın qohumları olantürk,türkmən vəqaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.[187] Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.[187]
Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.[187] Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var.[187] Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.[187] Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir.[187]
Azərbaycanda təhsil 6 ilə 17 yaş arasında məcburidir. Məktəbəqədər təhsil 5 yaşdandır və bir ildir. İbtidai təhsil 6 yaşdan başlayır; 10 yaşında başlayan orta təhsil sırasıyla beş (ümumi orta) və iki illik (tam orta) iki dövrdən ibarətdir. Əsas tədris dili Azərbaycan dilidir, baxmayaraq ki, ali təhsildə bəzi texniki sahələ üzrə rus dilinə üstünlük verir. Sovet dövründə savadsızlıq praktik olaraq aradan qaldırıldı və ali təhsil institutları, tədqiqat mərkəzləri və bənzər qurumlar şəbəkəsi quruldu.
Bir sıra universitetlər və tədris institutları Bakıda yerləşir. Azərbaycanda ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır.[189] Ölkədə 4481 ümumtəhsil məktəbi, 107 peşə ixtisas təhsili müəssisələri, 61 orta ixtisas məktəbi və 53 ali məktəbi fəaliyyət göstərir.[190][191] Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalininsavadlılıq dərəcəsi 99,8 faizdir.[192] Bunlar arasında ticarət, maliyyə və idarəetmə fakültələrini özündə birləşdirənAzərbaycan Dövlət İqtisad Universiteti (1929-cu ildə qurulmuşdur); rus, ingilis və fransız fakültələrini özündə birləşdirənAzərbaycan Dövlət Dillər Universiteti (təsisçisi 1937; mövcud adı və statusu, 2000);Azərbaycan Dövlət Mədəniyyət və Gözəl Sənətlər Universiteti (1945-ci ildə qurulmuşdur); stomatologiya, pediatriya, ümumi tibb və əczaçılıq fakültələrini özündə birləşdirənAzərbaycan Tibb Universiteti (quruluşu 1930); və maşın elmləri, metallurgiya, radiotexnika və rabitə və nəqliyyat sahələrini əhatə edən təhsil təklif edənAzərbaycan Texniki Universiteti (1950-ci ildə qurulmuşdur). Bakıda da yerləşənAzərbaycan Milli Elmlər Akademiyası (quruluşu 1945), kibernetika, fizika institutları, kimyəvi texnologiyanın nəzəri problemləri, neft kimyası prosesləri və genetika da daxil olmaqla tədqiqat mərkəzlərinin fəaliyyətini əlaqələndirir.[193]
2016-cı ildəBMT rəsmisinin bildirməsinə görə, Azərbaycanda kişilərin orta ömrü 69.6, qadınlarda isə təqribən 76 ildir.[196] 2016-cı ilin əvvəlinə ölkədə 32,5 min həkim və 54,9 min orta tibb işçisi çalışdığı 559 xəstəxana, 1750 ambulator-poliklinika, 79 təcili tibbi yardım stansiyası (şöbəsi), 137 qadın məsləhətxanası, 250 uşaq poliklinika və ambulatoriyaları, 68 sanatoriya-istirahət müəssi-sələri fəaliyyət göstərmişdir.[197]
Azərbaycanda sağlamlıq xidməti milli və yerli hökumətlər tərəfindən təmin edilir.[198] Ödənişli şəxsitibbi xidmət də təklif olunur.[198] Sığortası olmayan şəxslər işə götürənlər vasitəsilə yerli hökumətlər tərəfindən idarə olunan milli sağlamlıq-sığorta proqramında iştirak edə bilərlər.Xəstələr istədiklərihəkimi və ya sağlamlıq müəssisəsini seçməkdə sərbəstdirlər.[198]
2023-cü ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xəstəxanadakı növbələrin problemini həll etmək üçün "E-TƏBİB" əlavəsi vasitəsilə tibb müəssisələrində onlayn növbələrin yaradıldığını elan edib.[199]
Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. VIII minilliyə təsadüf edir.[201] Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər,Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakıqayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.[201]
XIII–XIV əsrlərdəMarağa,Təbriz və Azərbaycanın başqa şəhərlərindəxəttatlıq vəminiatür sənəti sürətlə inkişaf etmiş,Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi.[201] XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. "Molla Nəsrəddin" və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır.[202] "Molla Nəsrəddin" jurnalının rəssamıƏzim Əzimzadə dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır.[202] Müasir satirik qrafikanın inkişafı əsasən "Kirpi" jurnalının fəaliyyəti ilə bağlıdır.
Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və peşəkar rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamıLətif Kərimovun adı ilə bağlıdır. Şərq, o cümlədənAzərbaycan xalçası və dekorativ – tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist – rəssam, tədqiqatçı alim kimi tanınan L. Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır.Azərbaycan xalçaları 2010-cu ilin noyabr ayındaUNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmışdır.[203][204]
Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır.[215] İlk filmlər fotoqraf və nasirAleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.[215] 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu iləİbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlıilk Azərbaycan bədii filminin çəkilişinə başladı.[215] Filmi çəkmək üçün Peterburqdan rejissorBoris Svetlov dəvət olunmuşdu.[215] Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.[215] Filmdə Lütfəli bəy rolunuHüseyn Ərəblinski oynamışdır.[215] 1916-cı ildə BakıdaÜzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi.Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə özünün ildönümünü bayram etdiyi günlərdə kinematoqrafçılar onu lentə almış, "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı sənədli film yaratmış və o, həmin ilin iyul ayında ekranlarda geniş nümayiş etdirilmişdir.[215]
SSRİ dağıldığından sonra ilk dövrdə Azərbaycanda baş verən məlum hadisələr, hakimiyyət uğrunda gedən mübarizə, Qarabağ müharibəsi və s. Azərbaycan kinematoqrafını inkişafdan saxladı, hətta tənəzzülə uğratdı.[215] Ancaq 2000-ci illərin sonunda Azərbaycan kinematoqrafı özünü bərpa etməyə başladı, "Ovsunçu", "Arxada qalmış gələcək", "Qala", "Sahə", "Çölçü", "Buta", "Dolu", "Nabat", "Nar bağı" kimi filmlər bir sıra dünya kino festivallarında iştirak etmiş və mükafatlar qazanmışdır.[216][217][218] Onlardan bəziləri Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatının "Ən yaxşı əcnəbi film" nominasiyasına namizədliyini irəli sürmüşdür və bir sıra beynəlxalq festivallarda uğur qazanmışdır.[219][220]
Azərbaycan memarlığı Şərq və Qərb elementlərindən ibarətdir.[221] X–XII yüzillikərdə Azərbaycanda müxtəlif memarlıq məktəbləri yaranmışdır.[222] Bunlar Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron memarlıq məktəbləridir. Bu memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi.[222] Mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini NaxçıvandakıYusif Küseyir oğlu türbəsi vəMöminə Xatun türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memarƏcəmi Naxçıvani yaradıcılığı təşkil edir.[222]
Müasir AzərbaycandaQız qalası vəŞirvanşahlar Sarayı kimi bir çox qədim memarlıq xəzinələri indiyə kimi qorunub qalmışdır. Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə əlaqədar olub.[222] Fabrik, zavod, anbar binaları, liman, körpü, vağzal və s. tikililər Azərbaycanda sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb olmuşdur.[222]
Qarabağ müharibəsi nəticəsində Qarabağ və ətraf ərazilərdə Azərbaycanın külli miqdarda memarlıq abidələri məhv edilmişdir.[223] Müstəqillik qazanandan sonra da, Azərbaycanın ən görkəmli yerlərində müasir memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edənHeydər Əliyev Mərkəzi,Bakı Kristal Zalı kimi müasir binalar,Alov qüllələri,SOCAR Tower kimi göydələnlər tikilmişdir.[224]
Azərbaycan mətbəxi — təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir.[225] Azərbaycan mətbəxi — mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.[225] Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası,Azərbaycanı,İrəvan xanlığı,Zəngəzur vəGöyçə mahallarının torpaqlarında,Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqlarıBorçalı bölgəsində,Dağıstan ərazisində və onun ətrafında yaradılmışdır.
↑12Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: Statistik nəşrlər: Azərbaycan rəqəmlərdə: Ümumi məlumat:Coğrafi məlumatlarArxivləşdirilib 2013-08-12 at theWayback Machine — yoxlanılıb: 8. noyabr 2014
↑Ümumi məlumat, səhifə 9. // Azərbaycanın Statistik Göstəriciləri 2015 (statistik məcmuə). Müəllifi:Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Məcmuənin ümumi rəhbəri: Həmid Bağırov; Məcmuənin hazırlanması üçün məsul şəxs: Rafael Süleymanov. Bakı — 2015, 814 səhifə.ISBN 5-86874-232-9
↑Йакут-ал-Хамави. Му’джам ал-Булдан. (Сведения об Азербайджане). Хамдаллах Казвини. Нузхат-ал-кулуб. (Материалы по Азербайджану). — Баку. Элм. 1983
↑Гусейнов Г. Из истории общественной и философской мысли в Азербайджане XIX века. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 107.
↑12"Religion in Azerbaijan". berkleycenter.georgetown.edu. berkleycenter.georgetown.edu.5 yanvar 2019 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:11 iyun 2017.
↑"Religion (Din)"(PDF). Administrative Department of the President of the Republic of Azerbaijan – Presidential Library (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi – Prezident Kitabxanası).21 avqust 2011 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:12 mart 2020. (ing.)
↑Нариманов Нариман Кербалай Наджаф оглы // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.