Avtolik | |
---|---|
Mifologiya | qədim yunan mifologiyası |
Cinsi | kişi[d] |
Atası | Hermes[1] |
Anası | Xiona[d] |
Arvadı | |
Uşaqları |
Avtolik[2] (q.yun.Αὐτόλῠκος,hərf. özü canavar olan) —qədim yunan mifologiyasında personaj,Hermesin oğlu. O,Parnas dağında yaşayırdı, görkəmli hiyləgər və oğru kimi tanınırdı. QızıAntikleya vasitəsilə adını verdiyiOdisseyin babası olmuşdur. Mifin bir versiyasına görə, o,arqonavtların səyahətində iştirak etmişdir. O,Evripidin itmişsatirik dramının baş qəhrəmanı olmuşdur.
Qədim müəlliflərə görə, Avtolikin atası tanrıHermes idi. Bu versiya ilk dəfə e.ə. VI əsrdə yaşayıb-yaratmışFerekidin yazılarında görünür vəHomer bu barədə məlumatlı deyildi.[3] Buna baxmayaraq, Hermes və Avtolik "Odisseya" əsərində qarşılıqlı əlaqədə olurlar.[4] Müxtəlif mənbələrdə onun anasıDedalionun qızıXiona,[5]Deionun qızıFilonida[6] və ya çay tanrısıPeneyin qızıStilba göstərilmişdi. Eyni zamanda, bir versiyaya görə, Xiona ardıcıl olaraq Hermes vəApollon ilə yatmışdır. O, bundan sonra əkiz uşaq doğmuşdur. Onlardan biri Hermesdən olan Avtolik, digəri isə Apollondan olanFilammon idi.[5][7] Dedalion[8] vəAfina padşahıErixtoninin Avtolikin atası kimi göstərildiyi alternativ şəcərələr də mövcuddur.[3][9][10]
"Avtolik" adı "canavarın personifikasiyası" və ya "canavarın özü" deməkdir.[11][12] Bu personaj oğruların himayədarı kimi Hermesin bir növ sinonimi idi. O, Hermesdən istənilən formanı dəyişdirmək və almaq, obyektləri görünməz hala çevirmək və ya onları tanınmaz dərəcədə dəyişdirmək qabiliyyətini əldə etmişdir. Hermes Avtolikə öz adına yalandan and içməyə icazə vermişdir, lakin o, hər halda o formada and içməli idi ki, formal olaraq andlarını pozmadan onları yerinə yetirməyəcəkdi. Bütün bunlara görə o, "ellinlərin ən kələkbazı" və "insanların ən hiyləgəri"" adlandırılmışdır.[10][12]
Bütün mənbələr Avtolik olə başqa bir hiyləgər şəxs olanKorinfliSizif arasında münaqişədən bəhs edir.[3] Sizif durmadan mal-qarasını itirirdi və inəklərin dırnaqlarında gördüyü olan xüsusi işarələr sayəsində bunun arxasında Avtolikin olduğunu müəyyən etmişdir. O, Avtoliki cəzalandırmaq üçün qızıAntikleyaya təcavüz etmişdir.[13] Mifin bir versiyasına görə, o, bunu Avtolikin razılığı ilə etmişdi. Bundan əlavə, qədim müəlliflər AvtolikinAmintordan dəbilqə,[14]EvbeyadaExaliya padşahıEvritdən inək oğurladığını qeyd etmişdilər.[15]Psevdo-Apollodorun məlumatına görə, Avtolik sərrast güləşçi idi və o,Herakla güləş sənətini öyrətmişdir.[16] Avtolik daha sonraarqonavtlarınQızıl yun uğrundaKolxidaya səyahətində iştirak etmişdir,[17] lakin bu mənbədə çaşqınlığın yaranması barədə fikir mövcuddur. Arqonavtlar arasındaSinopun əfsanəvi qurucusu olan və eyni zamandaAvtolik adlanan başqa bir şəxsin olduğu da versiyalar arasındadır.[10]
AvtolikPereyin qızıNeyera və yaAmfiteya ilə evlənmişdi.[18] Həyat yoldaşı ona Antikleya adlı bir qız,Esim adlı bir oğul və bir versiyaya görə, sonradanFessaliyada yerləşənİolk padşahıEsonun həyat yoldaşı vəYasonun anası olanPolimedanı doğmuşdur.[3] EsimTroya atı hekayəsində mühüm rol oynayanSinonun atası olmuşdur. Antikleyaİtaka padşahıLaertin həyat yoldaşı və başqa bir hiyləgər şəxs olanOdisseyin anası olmuşdur. Bəzi mənbələrdə Sizifin əslində Odisseyin atası olduğu iddia edilmişdir. Bu versiya ilə qədim yunan mifologiyasında hiyləgərliyi ilə seçilən üç mifoloji personaj əlaqələndirilmişdir.[12] Odissey doğulan zaman Avtolik İtakada idi və ona bu adı verən o olmuşdur. Homer qeyd etmişdir ki, bu, "qəzəbli olmaq", "nifrət etmək" mənasını verən "ὀδύσσομαι" felindən gəlir, çünki Avtolik o zaman bir çox insana qəzəbli idi.[19][20] Odissey böyüdükcə Parnas dağında yaşayan Avtolikə baş çəkmiş və ondan təmtəraqlı hədiyyələr almışdır. Məhz orada Laert ov edən zaman ayağından yaralanmış[21] və bundan sonra həyatının sonuna qədər yara izi ilə qalmışdır. Bu, "Odisseya"nın süjetində mühüm rol oynamışdır.[3][10]
Avtolik vəSizif arasındakı münaqişə e.ə. III–I əsrlərə aidşərab qablarında təsvir edilmişdir.[3] AvtolikEvripidineyniadlı satirik dramının baş qəhrəmanı olmuşdur.[22] O,Henri Layon Oldinin "Bir qəhrəman olmalıdır" və "Odissey, Laertin oğlu" romanlarında, "Herakl: Əfsanəvi səyahətlər" və "Zena: Döyüşçü şahzadə" seriallarında təsvir edilmişdir.[23][24]