Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Avropa tarixi

Vikipediya, azad ensiklopediya
Dünya tarixi

Ortelius tərəfindən1570-ci ildə hazırlanmışDünyanın ümumi görünüşü adlıDünya xəritəsi.

Avropa tarixiAvropa qitəsində yaşayan xalqların qədim zamanlardan etibarən günümüzə qədər davam etmiş tarixini əhatə edir. Arxeloji qazıntıları nəticəsindəAvropada ilk insan məskənlərinin Eradan əvvəl 35.000 il əvvəl yarandığını göstərir.[1]Avropada aşkarlanmış ən qədim yazı nümunəsie.ə. 700-cü ildə,Qədim YunanıstandaHomer tərəfindən yazılmışİliada dastanıdır.[2]Qədim Yunanıstanla yanaşı eramızdan əvvəl VIII əsrdə yaradılmışRoma krallığı dövrünün ən müasirsivilizasiyalarından hesab olunurdu.Qədim YunanıstanQədim Roma dövlətləri eramızın IV əsrindən başlayaraq dağılmağa başlamış, həmin əsrdən etibarənXristianlıq diniAvropada öz təsirini gücləndirmişdir.

Orta əsrlərin əvvəllərindəAvropada durğunluq dönəminə daxil olmuşdur.Yaxın ŞərqAsiyada yaşayan bir çox xalqlar texniki və mədəni nəaliyyətlərinə görə Avropa xalqlarını arxada qoymağı baçarmışlar.[3] Yeni dövrüdən etibarən başlayanintibahreformasiya kimi hərəkatlar,Avropanın hərbi, iqtisadi, demokratik və texniki yöndə inkişaf etməsinə səbəb olmuş və qısa müddətdən sonra inkişaf tempi və mədəni səviyyəsinə görəAvropa digər qitələrdən üstün bir mövqedə qərarlaşmışdır. Bu üstünlüklərindən istifadə edən Avropa xalqları, digər qitələrdə koloniyalar yaratmış və həmin qitələrdə olan təbii sərvətləri talamışlar. Əldə olunan kütləvi gəlirlə, sosial vəziyyətlərini daha da yaxşılaşdıran, Avropa xalqları digər qitələrdə yaşayan xalqların inkişafdan geri qalmasına səbəb olmuşlar.

XX əsrə qədər hərbi və iqtisadi baxımdan dünyada lider mövqedə olan Avropa xalqları, XX əsrdə bu liderlik yarışındaAmerika Birləşmiş Ştatlarına məğlub olmuşlar.Asiya qitəsində əvvəlcəYaponiyaCənubi Koreyanın daha sonra isəÇinHindistanın texnelojo və iqtisadiyyat sahəsində anidən yüksəliş əldə etməsi, Avropa üçün yeni rəqiblərin meydana gəlməsinə səbəb olmuşdur. Avropanın 27 ölkəsinin üzv olduğu,1952-ci ildə yaradılmışAvropa İttifaqı iqtisadiyyat, idxal və ixracat sahəsindəki uğurlarından sonra dünyada bir nömrəli iqtisadi gücə çevrilmişdir.[4][5]

Eradan əvvəl

[redaktə |vikimətni redaktə et]
Avropa tarixinin zaman xətti
Antverpenli xəritəçiAbraham Ortelius tərəfindən1595-ci ildə çəkilmişAvropaxəritəsi.
E.ə. 35000Müasir insanlar (homo sapiens)Avropada yarandı.
E.ə. 12500Buz dövrü sona çatdı
E.ə. 7000İlk insan birlikləri İlk yerleşik toplumlarBalkan yarımadasıda meydana gəldi.
E.ə. 6000Neolit dövrüMərkəzi Avropada başladı.
E.ə. 5000Neolit dövrüŞimali Avropada başladı.
E.ə. 2500AvropadaMis dövrü başladı.
E.ə 1000AvropadaDəmir dövrü başladı.
E.ə. 360PlatonDövlət adlı kitabındaAfina demokratiyasını tənqid etdi.
E.ə. 323Makedoniyalı İsgəndər öldü və yaratmış olduğuMakedoniya imperiyası parçalandı.
E.ə. 44Qay Yuli Sezar öldürüldü.Roma respublikası dağıldı.
E.ə. 27Oktavian AvqustRoma imperiyasını yaratdı.
330I KonstantinKonstantinopol şəhərinYeni Roma adı iləpaytaxt elan etdi.
395I Feodosinin ölümündən sonraimperiyaşərqqərb olmaqla iki yerə paçalandı.
476Qərbi Roma imperiyası dağıldı.Orta əsrlər başladı.
527I Yustinian iperator olaraqBizans taxtına çıxdı.
800Böyük KarlMüqəddəs Roma imperiyasının imperatoru kimi taxta çıxdı.
1054Xristianlıqda bölünmə baş verdi.
1066I Vilhelmin rəhbərliyi altındanormanlarİngiltərəni fəth etdi.
1095PapaII UrbanXristianlarıXaç yürüşlərində iştirak etməyə çağırdı.
1215Qanunların təsbit edilməsində mühüm sənədlərdən hesab olunanMagna Carta sənədi qəbul edildi.
1340Qara ölümAvropa əhalisinin üçdə birinin ölümünə səbəb oldu.
1337-1453Yüz illik müharibə
1453Osmanlı imperiyası tərəfindənKonstantinopol şəhəri fəth edildi və adıİstanbul şəkilində dəyişdirildi. BununladaOrta əsrlər dövrü sona çatdı və Yeni dövr başladı.
1492Xristofor KolumbYeni Dünyanı kəşf etdi.
1498İntibah dövrü başladı vəLeonardo da VinciMilan şəhərindəSonuncu şam yeməyi tablosunu tamamladı.
1517Martin LüterReformasiya tələblərini Vittenberq kilsəsinin divarlarından asdı.
1648Vestfaliya müqaviləsi iləOtuzillik müharibə sona çatdı.
1699Osmanlı imperiyasıMüqəddəs İttifaqla aparılan müharibələrin nəticəsində məğlub oldu.
1707İngiltərəŞotlandiya krallıqlarının birləşməsi iləBöyük Britaniya yarandı.
1789Fransa inqilabı baş verdi. Yeni dövr sona çatdı, Ən Yeni dövr başladı.
1815Napoleon Bonapartın məğlub olmasından sonraVyana müqaviləsi imzalandı.
1856Krım müharibəsində,Rusiya imperiyası məğlub oldu.
1860Rusiyada kəndlilərə azadlıq verildi,Karl Marks "Kapital" əsərinin ilk cildini tamamladı.
1866İtaliyanın birləşməsi başa çatdı.
1871Almaniya imperiyası yarandı.
1914Frans FerdinandQavrilo Prinsip tərəfindən öldürüldü.Birinci dünya müharibəsi başladı.
1917RusiyadaOktyabr inqilabı baş verdi.
1922Sovet Sosialist Respublikaları İttifaqı yarandı.
1918Birinci dünya müharibəsi başa çatdı.
1933AlmaniyadaAdolf Hitler hakimiyyətə gəldi.
1936Miliyyətçilər və Respublikaçılar arasında baş vermişİspaniya vətəndaş müharibəsi başladı.
1939İspaniya vətəndaş müharibəsi başa çatdı vəFransisko Franko hakimiyyətə gəldi.
1939Üçüncü Reyxin ordularıPolşanı işğal etməsi iləİkinci dünya müharibəsi başlamış oldu.
1944Yunanıstan vətəndaş müharibəsi başladı.
1945Avropada ciddi dağıntılara səbəb olmuş,İkinci dünya müharibəsi sona çatdı.
1948Yunanıstan vətəndaş müharibəsi sona çatdı.
1949NATO yaradıldı.
1951Avropa İttifaqının yaradılmasına mühüm rol oynamış, Paris müqaviləsi imzalandı.
1955Varşava Müqaviləsi Təşkilatı yaradıldı.
1956Macarıstan inqilabı,SSRİ ordu birləşmələri tərəfindən qanlı bir şəkildə yatırıldı.
1957Roma müqaviləsi imzalandı vəAvropa İqtisadi Birliyi yarandı.
1961Berlin divarının inşaatına başlanıldı.
1967Yunanıstanda hərbi çevriliş baş verdi və hərbçilər hakimiyyətə gəldi.
1968SSRİ,Çexoslovakiyanı işğal etdi vəPraqa baharı dövrü başa çatdı.
1972İngiltərə,DanimarkaİrlandiyaAvropa İqtisadi Birliyinə üzv seçildi.
1974Qərənfil inqilabı nəticəsindəPortuqaliyada demokratik hərəkat başladı.
1974Türkiyə,Enosis hərəkatının qarşısını almaq üçün Kipr adasının şimal ərazisinə qoşun çıxardı.
1974Yunanıstanda hərbçilərin hakimiyyəti sona çatdı və ölkədə demokratik hakimiyyət yaradıldı.
1975Fransisko Frankoun ölümündən sonraİspaniyada demokratikləşmə dövrü başladı.
1983Şimali Kipr Türk Respublikası müstəqilliyini elan etdi.Türkiyədən başqa heç bir dövlətŞKTR-in müstəqilliyini tanımadı.
1988AzərbaycanErmənistan arasındaDağlıq Qarabağ münaqişəsi başladı.
1989Berlin divarı söküldü.
1990Yuqoslaviyada vətəndaş müharibəsi başladı.
1991SSRİ dağıldı vəMüstəqil Dövlətlər Birliyi yarandı.
1991Sloveniya,XorvatiyaMakedoniya Respublikası müstəqilliklərini elan etdilər vəYuqoslaviyadan rəsmən ayrıldılar.
1991Qaqauziya müstəqilliyini elan etdi, ancaqMoldova ilə muxtariyyətin əldə olunması ilə bağlı danışıqlara başladı.
1992Dnestryanı müstəqilliyini elan etdi vəMoldovadan ayrıldı. Ançaq heç bir dövlət tərəfindən tanınmadı.
1992Bosniya və Herseqovina müstəqilliyini elan etdi vəYuqoslaviyadan ayrıldı.
1992Maastrixt sazişi iləAvropa İttifaqının təməli atıldı.
1992İsveçrədə referendum keçirildi və əhaliAvropa İttifaqına daxil olmaqdan imtina etdi.
1992Dağlıq Qarabağda yaradılmış qondarma erməni rejimi müstəqilliyini elan etdi, ançaqErmənistanda daxil olmaqla heç bir dövlət tərəfindən tanınmadı.
1992AbxaziyaCənubi OsetiyaGürcüstandan ayrılaraq, müstəqilliklərini elan etdilər. Bu müstəqillik heç bir dövlət tərəfindən tanınmadı.
1993Çexoslovakiya dinc bir şəkildəÇexiyaSlovakiya olmaqla iki yerə ayrıldı.
1994Norveç keçirilən referendumdan sonraAvropa İttifaqına üzv olmaqdan imtina etdi.
1994Bişkek protokolunun imzalanmasından sonraAzərbaycanErmənistan arasında davam edənQarabağ münaqişəsinə son qoyuldu.
1994Qaqauziya muxtariyyətin verilməsi şərti iləMoldovanın tərkibində qalmağı qəbul etdi.
1994RusiyaÇeçenistan arasındaBirinci çeçen müharibəsi başladı.
1996Birinci çeçen müharibəsi sona çatdı.
1998KosovonunSerbiyanın tərkibindən ayrılmaq istəməsi,Kosovo müharibəsinə səbəb oldu.
1999Kosovo müharibəsi sona çatdı.
1999Yuqoslaviya vətəndaş müharibəsi sona çatdı və ölkə parçalandı.
1999İkinci çeçen müharibəsi başladı.
2001Makedoniya Respublikası ordusu ilə ölkənin şimalında yaşayan etnikalbanlar arasında silahlı toqquşmalar baş verdi.
2006Monteneqro müstəqilliyini elan etdi vəYuqoslaviyadan ayrıldı.
2008Kosovo müstəqilliyini elan etdi vəSerbiyadan ayrıldı.
2008GürcüstanCənubi Osetiya arasındaCənubi Osetiya müharibəsi baş verdi.
2008RusiyaAbxaziyaCənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı və həmin dövlətlərlə diplomatik münasibətlər yaratdı.
2009Avropa İttifaqının siyasi və idarə quruluşunun dəyişməsinə səbəb olanLissabon müqaviləsi imzalandı.
Neolit dövrü Avropasının ən önəmli nümunələrindən biriİngiltərədə yerləşənStounhenç abidələr kompleksi.

İnsana bənzər canlılar arasındaHomo Erektus[6]Neandertal adı verilən insanlarınAvropada yayılması və məskunlaşmasının tarixi bir neçə milyon illərlə ölçülür. Bu iki canlı növü zamanla yox olmağa başlamış və elmdəHomo sapiens adı verilən ilkin insanlar eradan əvvəl 35.000 il öncəAvropada yayılmışdır.

Avropadaİbtidai-icma quruluşu zamanı mövcud olmuş mədəniyyətlər arasında Buz dövrünün son dönəmlərindən, e.ə. 20.000 - 10.000 illərində inkişaf etmiş Qravetyen, Solutre və Maqdalen mədəniyyətləri mühüm yer tutur. Eradan əvvəl 12.500-cü ildən etibarən buz dövrünün sona çatması,Avropada iqlim şəraitinin müsbətə doğru dəyişməsinə səbəb oldu. Gündəlik temperatur anidən yüksəldi, dəniz səviyyəsi qalxmağa başladı.Avropada ki, ilk insan məskənləri eradan əvvəl yeddinci minillikdəBalkan yarımadasında yaranmışdır.Neolit dövrü eramızdan əvvəl altıncı minillikdə,Mərkəzi Avropada, beşinci və dördüncü minillikdən etibarən isəŞimali Avropada başladı.

Tikilmə tarixi eramızdan əvvəl 3000-cü ilə aid olanStounhenç abidələr kompleksiAvropadaNeolit dövrünə aid ən mühüm abidələrdən biri hesab olunur.[7]Avropa eramızdan əvvəl 3.500 - 1.700-cü illərdə mis dövrünə daxil oldu. Müasir dövrdəAvropanın ən böyük linqvistik qrupunu təşgil edən Hind-Avropa xalqları bu dövrdəMərkəzi AsiyadanAvropaya doğru köç etdikləri ehtimal edilir.Anadoluda eradan əvvəl 1.300-cü ildə başlamış olandəmir dövrüAvropada geçikməli olaraq eradan əvvəl 1000-ci ildə başlamışdır.Appenin yarımadasında yaşamışEtrusklarAvropanın bu dövrünün öyrənilməsində böyük önəmə sahibdirlər.

Avropa sivilizasiyanın formalaşması

[redaktə |vikimətni redaktə et]

İnsanlarınAvropaya təqribən800 min il bundan əvvəl (Antropogenez)AfrikadanCəbəllütariq boğazı ilə keçib məskunlaşdıqları (Atapuerka,Çeprano) ehtimal olunur. 40-28 min il əvvəl isəQərbi Asiyadan gələn müasir tipli insanlar (Homo sapiens) Avropada meskunlaşmışneandertalları sıxışdırıb burada yayılmışdılar.Paleolit dövründə Avropanın böyük hissəsini əhatə edən buzluqyanı tundrada yaşayan iri heyvanların ovu insanlarların nisbətən oturaq həyat tərzi üçün imkan yaratmışdı. Həmin dövrdə Mərkəzi və Şərqi Avropada yayılmış yarımqazma evlər bunu təsdiq edir. Üst Paleolitdə təsviri sənət meydana gəldi və çiçəklənmə dövrünü yaşadı. Qayaüstü rəsmlər (Altamira,Laskou,Fon-de-Qom,Tük-d′Oduber,Üç qardaş mağarası və s.), daş və heyvan sümükləri (o cümlədən mamont dişi) üzərində oyma rəsmlər (Villendorf-Kostyonki mədəni birliyi və s.), həmçinin gil plastikası (Dolni-Vestonitse) o dövrün incəsənətini əks etdirir. Mezolit dövrünün (e.ə. 13-10-cu minilliklər) əvvəllərində Avropa ərazisinin böyük hissəsəi məskunlaşmışdı. KontinentalAvropanın meşəlik sahələrində yaşayan əhali, əsasən,ovçuluq,göl və şay balıqçılığı,dəniz sahillərində məskunla.anlar isə dəniz balıqçılığı ( Şimal dənizinin sahillərində dəniz yığıcılığı ilə) ilə məşğul olmuşlar. E.ə. 6-cı minillikdə Balkan yarımadasına (Argisa,Sesklo və s.) vəDunayboyu bölgələrdə (Starçevo) əkinçilik və heyvandarlıq yayılmış, Erkən Neolit dövrü üçün səciyyəvi olan əkinçilik mədəniyyəti (yaşayış məskənləri - tellər, qadın heykəlcikləri, sonralar naxışlı saxsı qablar) meydana gəlmişdi.E.ə. 6-4-cü minilliklərdə əkinçilik və heyvandarlıqQərbiMərkəzi Avropanın meşə zonasında təşəkkül tapmışdı. Bu bölgələrdəkineolitik mədəniyyət (xətli-zolaqlı keramika mədəuzunniyyəti) üçün müvəqqəti məskənlər, karkaslı uzunsov evlər və s. səciyyəvidir.E.ə.4-cü minillikdəAlp dağlarının öndağlıq hissəsindəki göllərin sahillərində dirəklər üzərində tikilən evlərdən ibarət əkinçi məskənləri meydana gəlmişdir. Avropanın ilk əkinçiləri ,əsasən, çay və göllərin sahillərindəki münbit torpaqlarda məskunlaşırdılar. Eneolit və Tünc dövründə kotanın yayılması Avropadakı daxili meşəlik ərazilərin mənimsənilməsinə və qırılıb-yandırılmış yerlərdə əkinçiliyinin meydana gəlməsinə səbəb oldu. E.ə. 4-cü minillikdə (qıfabənzər qədəhlər mədəniyyəti və s.)Skandinaviyanın cənubunda əkinşilik və maldarlıq yayılmışdır. E.ə. 5-4-cü minilliklərdə Şərqi Avropanın cənubundaVolqanın orta və aşağı axarınadək istehsal təsərrüfatı yayılmış, bununla yanaşı Dneprdə ,əsasən, köçəri maldarlıq inkişaf etmişdi. Tunc dövrünün sonlarında (e.ə. 2-ci minilliyin sonu) Şərqi Avropanın çöllərində köçəri maldarların klassik mədəniyyəti formalaşdı.Neolit dövründə Avropanın şimal-şərqində yrvaraqenə də ovçu tayfalar məskunlaşırdı (basma-daraqvarı keramika tarixi-mədəni birliyi, darqavrı-basma keramika mədəniyyəti, Volqa-Kama mədəniyyəti və s.). E.ə. 3-cü minillikdə Aralıq dənizinin sahillərində Qərbi Asiya sivilizasiyaları ilə sıx bağlı olan Avropanın ən qədim şəhər sivilizasiyanın (Egey mədəniyyəti) formalaşması Avropa tarixinin yeni mərhələsinin başlanğıcı oldu. Oxşar proseslər Qərbi Avropada baş verirdi: meqalitik mədəniyyətlərin və kurqan qəbirlərinin yayılması burada sosial diferensiasiyanın mövcud olduğunu və yüksək təbəqənin formalaşmasını sübut edir.

Hind-Avropa dilli xalqlardan əvvəlQərbi Avropada yaşamış əhalidə yalnızbask dili dövrümüzədək gəlib çatmışdır.Finuqor xalqları Şimali və Şərqi Avropanın ən qədim əhalisinə aiddir. E.ə. 2-1-ci minillikdə hind-avropalılar Avropanın, demək olar ki bütün ərazilərinə yayılmışdır. Ən qədim hind-Avropa tayfaları (pelasqalar,karilər,leleqlər və b.-rı) Balkan yarımadasının cənubunda məskunlaşmışdılar. Sonralar Avropanın cənubunda yunanlar, illiriyalılar, frakiyalılar, italiklər, və başqalarının ya.adıqlarıməlumdur. E.ə. 1-ci minillikdə Qərbi Avropanın böyük hissəsində kelt tayfaları (Fransadaqallar,NiderlandBelçikadabelqlər,Britaniyaarasındabritlər,skotlar) məskunlaşmışlar.Şərqi Avropanın cənubunda isəskiflərsavromatlar yayılmışdılar.

E.ə. 1-ci minilliyin 1-ci yarısındaAralıq dənizyanı ərazilərdəfinikiyalılar,yunanlar,etrusklarlatınlar tərəfindən şəhər-polislər salınmışdı. Böyük yunan müstəmləkələşdirməsi dövründən (e.ə. 8-6 əsrlər) başlayaraqAralıq dənizinin şimalında,Qara dənizin sahilyanı əraziləriYunanıstan (Qədim) mədəniyyətinin təsiri altına düşmüşdü. Antik sivilizasiyanın əsasını təşkil edən bu mədəniyyətAvropanın mədəni inkişafında istiqamətləndirici rol oynamışdır. Latın şəhərlərindən biri olanRoma əvvəlcəİtaliyanı,e.ə. 3 əsrin sonlarından isə Avropanın başqa ərazilərini özünə tabe etdi və qüdrətli Roma dövlətinin mərkəzinə çevrildi.E.ə. 1 əsrdə qərbdəReyn, cənubdaDunay çayları arasında yerləşən Avropa torpaqları vəBöyük Britaniyanın böyük hissəsiRoma imperiyasının tərkibinə daxil idi. İmperiyanın qərb bölgələrində əhalinin əksəriyyətilatın xalq danışıq dillindən istifadə edirdi, şərq bölgələrində isəyunan dili yayılmışdı. İmperiya sərhədlərindən şimal və şərq ərazilərdə məskunlaşankeltlər (Britaniya),germanlar (Reynboyu ərazilər) vəfrakiyalılar (Dunayboyu ərazilər) daha az romanlaşmışdılar.

German,slavyan,türk,irandilli və başqa tayfaların 4 əsrdən başlayan kütləvi miqrasiyaları Avropanın etnik mənzərəsini dəyişdi. 5-ci əsrdə Roma imperiyasının qərb hissəsini tutan germanlar Qərbi, Cənub-Şərqi və Cənub-Qərbi Avropada geniş yayıldılar. Qitənin daha çox romanlaşmış ərazilərində (Qalliya,İberiya,İtaliya) latın xalq danışıq dilinin müxtəlif dialektləri qorunub saxlanmış, germanlar isə burada tədricən assimilasiyaya uğramışlar. Bu ərazilərdən şimalda və şərqdə yerləşən, romalıların mədəni təsirinin zəif olduğu yerlərdə yayılmış german dilləri Böyük Britaniyaaaaa yerli kelt substratını, demək olar ki, tamamilə sıxışdırmışdı. Şimali german dilləri arealında (Skandinaviya,Danimarka, sonralarİslandiyaFarer) Skandinaviya xalqlarının etno-mədəni birliyi təşəkkül tapmışdır. QərbdəElba çayından, cənubdaBalkan yarımadasından, şərqdə Orta Don və Orta Volqaboyunadək, şimaldaslavyanlar,baltlar, həmçinin şərqi roman (vlaxlar),fin-uqor və türk (hunlar,avarlar,protobulqarlar,xəzərlər və başqaları) xalqları məskunlaşmışdılar. Sonralar Oder çayından qərbdə məskunlaşan slavyanlar,əsasən, germanlaşdılar. Müasirlujiselilər onların nəsilləridir.

Antik sivilizasiyanın süqutu Avropada əhalinin kəskin azalması və şəhərlərin tərk edilməsi ilə müşayiət olunurdu. Eyni zamanda son antik və barbar elementlərin bir-birilə qaynayıb-qarı.ması nəticəsində mədəniyyət, ictimai münasibətlər, hüquq, incəsənət və s.-in yeni formaları yarandı. Avropada əsas konsolidasiya faktoruxristianlığın yayılması olmuşdur: qitənin qərb hissəsi Roma papasının, şərq hissəsi (əsasən, yunanlarla məskunlaşan) isə Konstantinopol patriarxının idarəsi altında birləşmişdi.Kilsənin qərb və şərq qollarına parçalanmasına (1054 ildə başa çatmışdır) baxmayaraq, Avropa üçünBizanslı siyası, dini və mədəni əlaqələr orta əsrlərdə böyük əhəmiyyət kəsb edirdi.Pireney yarımadasının ərəblər tərəfindən işğalı (8 əsr) nəticəsində Avropaya islam mədəyyətininelm,fəlsəfə,incəsənət və s.sahələrdə uzunmüddətli təsiri başlandı.Şərqi Avropanın müsəlman dünyası iləQafqazVolqa vasitəsilə əlaqə saxlayırdı;vikinqlər (varyaqlar), vasitəsi bu əlaqələrŞimali Avropaya qədər çatırdı.

5 əsrin sonu - 9 əsrdəQərbiMərkəzi Avropanın böyük hissəsiFrank dövlətinin ərazisinə qatıldı. Bu dövlətinVerden müqaviləsinin (843 il) şərtlərinə əsasənBöyük Karlın nəvələri arasında bölüşdürülməsi nəticəsində gələcəkAlmaniyaFransa dövlətlərinin əsası olanŞərqi FrankQərbi Frank krallıqları meydana gəldi. 9 əsrdə İngiltərənin birləşdirilməsi başa çatdı. Şimali, Mərkəzi və Şərqi Avropada yeni dövlətlər -Avar,XəzərBulqar xaqanlıqlar,Böyük Moraviya,Çexiya,Polşa,Macarıstan,Norveç,İsveç,DanimarkaKiyev Rus dövlətləri meydana gəldi. Beləliklə,11 əsrdə Avropanın indiki siyasi bölgüsünün əsası qoyuldu. Bu dövrdə baş verən demoqrafik və iqtisadi artım Avropada qədim şəhərlərinin dirçəlməsinə ve yeni şəhərlərin meydana gəlməsinə şərait yaratdı. Qərbdə feodalizmin klassik Avropa formasının əsasını təşkil edən vassal-len torpaq sahbkarlığı sistemi formalaşdı.Səlib yürüşləri zamanı Avropanın feodal dövlətləri iqtisadi və mədəni cəhətdən çiçəklənmə dövrünə çatdı, şəhərlər inkişaf etdi, Şərqin təsiri altında yeni dini-fəlsəfi məktəblər (sxolastika) və memarlıq üslubu (qotika) formalaşdı, məişət mədəniyyəti zənginləşdi. Eyni zamanda Avropa şərq istiqamətindən yeni basqınlara məruz qaldı: 13 əsrdəmonqollar Avropaya yürüyüş edərək Volqa Bulqariyasına son qoydular və rus knyazlıqları özlərinə tabe etdilər; 14-15 əsrlərdə osmanlı fütuhatı nəticəsində Bizans imperiyası süquta uğradı. Bu dövrdə Avropada yeni hərəkat - İntibah inkişaf edirdi. 15 əsrin sonu - 16 əsrdə bir çox dövlətlərdə (İngiltərə, İspaniya, İsveç, Rusiya və s.) siyasi mərkəzləşdirmə başa çatdı. Yeni dövlətlərin hüdudlarında Avropa millətləri formalaşmağa başladı. Mərkəzivə Cənub-Şərqi AvropadaHabsburqlar,Osmanlılar və başqaları çox millətli imperiyalar yaratdılar (bunlarBirinci Dünya müharibəsindən sonra süqut etdi).

Amerikanın kəşfi (1492) vəBöyük coğrafi kəşflərin başlanılması iləAvropa ölkələri (İspaniya,Portuqaliya, sonra isəİngiltərə,NiderlandFransa) Amerika, Asiya və Afrikada geniş əraziləri tutdular. Buradan Avropaya böyük maddi sərvətlər, eləcə də məişətə mədəni yeniliklər (kartof, qarğıdalı, tütün, çay, qəhvə, pambıq, kauçuk və s.) daxil oldu. Kapitalist münasibətləri formalaşmağa başladı.

Son orta əsrlərdə baş verən dini hərəkatlar (bidətlər, tərkidünya rahib ordenləri) 14 əsrdə katolik kilsəsində islahatın ilk cəhdi kimi təzahür etdi (C.Uiklif, Y.Hus və başqalarının təlimləri). 16 əsrdə baş verən ReformasiyaQərbi Avropanın katolik və protestant ölkələrinə parçaladı. Yeni dövrdə inkişaf edən dini azadfikirlilik və rasionalizm ənənələri, Maarifçilik xadimləri tərəfindən irəli sürülən təbii,hüquq, ictimai müqavilə, xalq suverenliyi nəzəriyyələri və s. bu gün insan hüquqlarına dair müasir konsepsiyanın əsasını təşkil edir. Eyni zamanda iqtisadiliberalizm prinsipləri (A.Smit) Avropa kapitalizminin ideoloji bünövrəsini qoydu. 18-19 əsrlərdə baş verən sənaye çevrilişi beynəlmiləl, urbanist senayeləşmiş Avropa sivilizasiyasının formalaşmasına gətirib çıxardı. Köhnə monarxiyaları devirən inqilabların qələbəsi nəticəsində millət konsepsiyası tam təşəkkül tapdı.Avstriya-MacarıstanOsmanlı imperiyalarında yaşayan xalqlar yerli dil və mədəniyyətlərin inkişafına təkan verən milli-mədəni intibah dövrünü yaşadılar.

19-cu əsrdə, əsasən, müstəmləkələr uğrunda gedən mübarizənin güclənməsiAvropa dövlətləri arasında münasibətləri kəskinləşdirməklə bir sıra yeni müharibə və inqilablara rəvac verdi. 20-ci əsrin Avropa bəşəriyyət tarixində ən dağıdıcı vətəndaş münaqişələri və dünya müharibələrinin episentrinə çevrildi.İkinci dünya müharibəsindən sonra Avropada xalqların konsolidasiyalaşma meyiliAvropa İttifaqının yaradılmasında (1993) özünü göstərdi.AsiyaAfrika ölkələrindənərəblər,bərbərlər,türklər,kürdlər,hindistanlılar,pakistanlılar və başqalarının immiqrasiyası nəticəsində 20 əsrin ortalarından Avropanınetnik mənzərəsi dəyişir. Ərəb ölkələrindən gələnlərin əksəriyyətiFransa,Böyük Britaniya,NiderlandAlmaniyada yaşayır; türklərAlmaniyadaNiderlandda xarici işçi qüvvəsinin əksəriyyətini,Avstriyada isə sayca ikinci etnik qrupunu təşkil edirlər.Hindistandan,Pakistandan, həmçininİngiltərəninAfrikaVest-Hinddəki keçmiş müstəmləkərindən gələnlərBöyük Britaniyada daha çoxdular. Avropadaxili miqrasiyalar (xüsusiləFransaya,İsveçrəyə,Belçikaya,İsveçə) buradakı etnik rəngarlərliyi artırır. Milli hökumətlər və beynalxalq təşkilatlar tərəfindən həyata keçirilən xüsusi tədbirlər Avropada müxtəlif mədəniyyətlərin konsolidasiyasına imkan yaradır.

Avropa siviıizasiyanın bünövrəsi olan və burada meydana gələn iqtisadi, texniki,sosial, siyasi, mədəni inkişaf modellərinin məcmusu bütün dünya xalqlarının inkişafına təsir göstərmiş, müasirurbanist mədəniyyətin əsasını qoymuşdur.

Qədim Dövr

[redaktə |vikimətni redaktə et]

Qədim Yunanıstan

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Qədim Yunanıstan
Yunan dramaturquSofokl.

Qədim Yunanıstanın əsasını qoymuşyunanların eramızdan əvvəl 3.000-ci illərdə kütləvi şəkildəBalkan yarımadasının cənubunda məskunlaşdığları ehtimal edilir.[8] Qədim Yunan Sivilizasiyanın formalaşmağa başladığı eradan əvvəl 23 və 17-ci yüz illiklərProto Qrek dövrü adlanır. E.ə. 1600-cü ildən 1100-cü ilə qədər olan dönəmHomer epiklərində əfsanəvi Troya şəhərinə qarşı müharibə aparmış, KralAqemmonun rəhbərlik etdiyiMikena Yunan Dövrüdür. Eramızdan əvvəl 1100-cü ildən eramızdan əvvəl VIII əsrə qədər olan dövrdəQədim Yunanıstana aid hər hanısa yazılı mənbə, dövrümüzə qədər gəlib çatmamışdır.

Bu səbəbdən alimlər həmin dövrü Yunan Qaranlıq Dövrü adlandırır və həmin dövr barədə səthi məlumatları aparılan arxeloji qazıntılarla əldə etməyə çalışırlar.HerodotunTarix, PausaniasınYunanıstanın təsviri,Siciliyalı DiodorunBiblioteca və ÇeremonunKranikon adlı əsərləriQədim Yunanıstan barədə məlumatlar vermişdir. Əsasən bu əsərlədə krallar, müharibələr vəYunanıstanın ictimai-siyasi və gündəlik həyatından söz açılır.

Makedoniyalı İsgəndərinE.ə. 323-cü ildə vəfat etməsindən sonraQədim Yunanıstanda ən qədim dövr sona çatmış vəHelenistik dövrü adlanan dövr başlamışdır. Bu dövrdə yaradılmış Yunan şəhər dövlətləridemokratiyanın ilkin təməllərinin atıldığı yerlər hesab edilir.[9]Esxil,Aristofan,Evripid,Sofokl,Aristotel,Sokrat,Platon,HerodotKsenofont kimi böyük filosofların təhsil aldığı, yaşadığıAfina,Sparta,TebaiNakşa kimi şəhərlər həm bir-birləri ilə həm də o, dövrün mühüm güclərindən olanfarslarla üstünlük mübarizəsi aparırdılar.[10]E.ə. 323-cü ildəMakedoniyalı İsgəndərBalkan yarımadasındanƏfqanıstanPakistan ərazilərinə qədər uzanan böyük bir imperiya yaratmışdı.

Əsas məqalə:Qədim Roma

Qədim Roma eradan əvvəl IX əsrdəAppenin yarımadasındaRoma şəhəri ətrafında yaranmağa başlamışdır. Qısa müddətdəAralıq dənizi boyunca böyük bir imperiya yaradılmış və bir çox mədəniyyəti öz himayəsinə almışdır.Roma şəhər dövlətinin eramızdan əvvəl 753-cü ildə Truva kralı Aeneasın nəvələriRemRomul adlı əkiz qardaşlar tərəfindən əsasının qoyulduğu əfsanəsinə inanılır.[11] Zamanla yarımadada yaşayanEtrusklar güclərini itirməyə başladılar.Eradan əvvəl 509-cu ildəRomadamonarxiya-oliqarxiyaRespublikanın birləşməsi nəticəsindəDemokratiya yaranmağa başladı.

Bu dövrdə Roma Respublikası xalq məsclisi tərəfindən seçilənKonsul və Roma senatı tərəfindən idarə edilirdi.Romada əhalinin əsas qrupları arındaPatrisilərPlebeylər mühüm yer tuturdular. Eradan əvvəl 52-cü ildəQalliyanıRoma Respublikasının torpağlarına qatanQay Yuli Sezar diktator edan edildi.[12]Oktavian Avqustun hakimiyyəti dönəmində isə dövlətRoma imperiyası adlanmağa başladı.Oktavian hakimiyyətə gəldiyi zamanda , Mark Antoni və Lipidə qalib gəldi.Tədricən triunvrtaı sıradan çıxardı.Bu işdə ona dostu Aqrippo koməklik etmişdir.

Paks Romana dönəmində daxili və xarici təhdidlərdən uzaq olanRoma sürətlə inkişaf etməyə başladı.[13][14]Trayannın dönəmindəDaçiyanın fəth edilməsindən sonraRoma imperiyası tarixi ərazində mövcud olmuş ən geniş sərhədlərə sahib oldu. İmperiya 6,5 milyon km² ərazini əhatə edirdi.[15]Romalıların ortaq dili olanlatın diliAvropada Lingua franca (ortaq dil) səviyyəsinə gəlmişdi.330-cu ildə imperatorI KonstantinKonstantinopol şəhərini Yeni Roma adı iləpaytaxt elan etdi.395-ci ildəI Feodosinin ölümündən sonraimperiyaşərqqərb olmaqla iki yerə paçalandı.

Erkən dövr

[redaktə |vikimətni redaktə et]

Roma imperiyasının süqutu

[redaktə |vikimətni redaktə et]
Vandallar tərəfindənRoma şəhərinin yağmalanması.

Roma imperiyasının şərq və qərb olmaqla iki yerə paçlanması, imperiyanın gücünün önəmli ölcüdə itirməsinə səbəb oldu.Hispaniya,Qalliyaİtaliyanı sərhədlərinə daxil edənQərbi Roma imperiyası imperiya sərhədlərindən kənarda yaşayanQotlar,Vandallar,Lombardlar,Franklar,JütlərSaksonlar kimi bir çox German mənşəyli barbar tayfaların hücumlarına məruz qalmağa başladılar.Hunların hecumları qarşısında tab gətirə bilməyən VestqotlarDunay çayının cənubuna çəkildilər.410-cu ildə Alarixin başçılıq etdiyi Vestqot qoşunuRoma şəhərini ələ keçirdi.[16]German tayfalarının əlində oyuncağa çevrilən,Qərbi Roma imperiyası476-cı ildə süqut etdi.476-cı il eyni zamanda qədim dövrün sonu vəOrta əsrlərin başlanğıc dövrü kimi hesab olunur.

Qotların qərb qolu hesab olunan Vestqotlar,İtaliyadan sonraİspaniyada məskunlaşaraq burada güclü bir krallıq yaratdılar. Başqa bir German tayfası olan Vandallarda, başçıları Genserixin rəhbərliyi altında455-ci ildəRoma şəhərini ələ keçirb yağmalamışdır. Barbar xalqlarından sayılanFranklarda qərbə doğru hərəkət edərək,Qalliyanın içərilərinə doğru irəliləməyi baçarmışdılar. Jütlər və Saksonlar adlanan xalqlar isə bu dönəmdə Romanın əyatlərindən biri olanBritaniyaya səfərlər təşgil etmiş və burada məskunlaşmışdılar.

Qotların şərq qolu olanOstroqotlarda Roma torpağlarını istila etdilər vəİtaliyada krallıq yaratdılar. Ançaq yaradılmış bu krallığın ömrü uzun olmadı və cəmi 60 ildən sonra dağıldı. Barbar tayfalarının hücumları zamanıİtaliyada nizamlı və qalıçı bir hakimiyyət yaratmaq mümkün olmamışdır.Bizans imperiyasının imperatoruI Yustinian bu siyasi boşluqdan istifadə edərəkİtaliya ərazisinin bir qismini öz imperiyasına qatmışdır.[17]I Yustinianın565-ci ildə vəfat etməsindən sonraİtaliyaBizans imperiyasının nəzarətindən çıxıbLombardların nəzarətinə daxil oldu.

Müqəddəs Roma və İtaliya şəhər dövlətləri

[redaktə |vikimətni redaktə et]
Frank kralıBöyük Karl.

German mənşəyli barbar xalqlardan biri olanFranklar VI əsrdəXristianlığı qəbul etdilər. Karolinq sülaləsinə üzv olan Frank kralları günümüzdəAlmaniya,Fransa,Belçika,Niderland,İsveçrəİtaliya ərazilərini əhatə edən Karolinq imperiyasını yaratdılar.Fransa sözünün mənşəyi German irqindən olanFrankların adından gəlməkdədir.[18]

768-ci ildəFrankların kralı seçilənBöyük Karl imperiyanın ərazilərini genişləndirdi.800-cü ilin25 dekabr tarixindəVatikanda yerləşənMüqəddəs Pyotr kilsəsindəRoma PapasıIII LeoBöyük Karlı imperator elan onu edərək V əsrdə dağılmışŞərqi Roma imperiyasının varisi elan etdi. Həmin dövrə qədər Roma imperatoru titulunu yalnız Bizanslılar daşıyırdı, ançaq812-ci ildən etibarən Bizanslılar, istəməsələr beləBöyük Karlın Roma imperatoru titulunu qəbul etməli oldular.Böyük Karlın814-cü ildə vəfat etməsindən sonra Karolinq imperiyası zəifləməyə başladı. X əsrin ortalarında German krallarından olanI OttoBöyük Karl tərəfindən zamanından istila edilmiş torpağların çoxunu ələ keçirdi və bu torpağlardaMüqəddəs Roma imperiyası adlı dövlət yaratdı.[19]

962-ci ildəPapa XII İohannI Ottoya Roma imperatoru titulu verdi.Müqəddəs Roma imperiyasının1806-cı ilə qədər mövcudluğunu qorumasına baxmayaraq, əvvəlcəMərkəzi Avropada olan Alman dövlətlərinin təsir dairəsinə düşdü və daha sonraAvstriya imperiyasının tərkibinə qatıldı.774-cü ilə qədərİtaliyanın şimalı German xalqlarından olanLombardların nəzarətində qaldı.751-ci ildəLombardlar cənuba doğru hərəkət edərək,Ravenna şəhərini ələ keçirdilər.[20]PapaFranklardan kömək istədi.FranklarLombardları məğlub edərək, Mərkəzi İtalyanıPapa geri qaytardılar. BununladaRoma şəhərini əhatə edən müstəqil bir papalıq dövləti yaradılmış oldu.

Buna cavab olaraqPapaIII LeoBöyük Karlı imperator elan edərəkFrankların hörmətini əldə etmiş oldu. XI əsrdəAvropadaVenesiya Respublikası,Genuya Respublikası,Lombard birliyi,Napoli KrallığıFlorensiya Respublikası kimi şəhər dövlətlər yaranmışdı. Bu dövrdəVatikanMüqəddəs Roma imperiyası əsas iki siyasi güc vəziyyətinə gəlmişdi. İtaliya şəhər dövlətləri bu iki siyasi gücün yanlarında dayanaraq, bir-birlərinə qarşı mübarizə aparmağa başladılar. Tarixdə bu mübarizəQvelflər və gibellinlər mübarizəsi adı ilə daxil olmuşdu.[21]

İngiltərə və Fransanın formalaşması

[redaktə |vikimətni redaktə et]
Maqna Karta.

Böyük Britaniya adası eramızın55-410-cu illərindəRoma imperiyasının tabeliyində olanBritaniya adlı ucqar bir əyalət idi. V əsrdən etibarən ada daXristianlığ dini yayılmağa başladı. Adanın yerli xalqı olanKeltlər V əsrdən etibarənAnqlosaksların axınlarına məruz qaldılar və hər iki xalq arasında qohumluq münasibətləri yaranmağa başladı.Fransadan gələrək adanı istila etmişNormanlar1066-cı ildəHastinqs müharibəsində qalib gələrək adanı ələ keçirdilər.[22] German xalqı olmasına baxmayaraq, Fransız mədəniyyətinə sahib olanNormanlar adaya fransız mədəniyyətini gətirmişdilər.İngilis xalqı adamaya daha əvvəl gəlmiş olanAnqlosakslarınNormanların birləşməsindən yaranmışdır.1215-ci ildəİngiltərə kralı Con kübar cəmiyyətin nümayəndələri ilə imzaladığıMaqna KartaAvropa tarixində ilk dəfəmonarxiyanın hüquq və səlahiyyətini məhdudlaşdırmışdır.Maqna Karta müasirkonstitusiyaların təməl daşı hesab edilir.[23]

Fransanın ərazisiRoma imperiyası zamanıQalliya LuqdunensisAkiten əyalətlərində yerləşirdi. İmperiyanın süqutundan sonra bu ərazilər German xalqlarından olanFranklar tərəfindən istila edildi. Ərazini481-687-ci illərdəMerovinqlər sülaləsi idarə etmişdir.751-840-cı illərdə isəFransaMərkəzi Avropa ilə birlikdəKarolinq imperiyasının bir parçasını təşgil edirdi.843-cü ildəBöyük Karlın nəvələriVerden müqaviləsi ilə imperiyanı öz aralında bölüşdürmüşdülər. Bununlada müasirAlmaniya,Fransaİtaliyanın sərhədləri təxminidə olsa müəyyənləşmişdir.[24]

Qərbi Frank Krallığı adalanan əraziləri zamanla müasirFransa ərazilərini formalaşdırmağa başladı.Orta əsrlərdəFransa bir meçə kral tərəfindən idarə edilirdi. Kralların hər biri öz əyalətlərini idarə edirdilər.987-ci ildəHüqo Kapet hakimiyyətə gələrək Kapet sülaləsinin əsasını qoydu vəFransanın böyük bir qisminə yiyələndi. Bu sülalənin nəsilindən olanValoisBurbon kimi sülalələrFransanı1830-cu ilə qədər idarə etmişdir.[25][26][27][28]Normanlar isə yalnızFransanın şimal ərazilərini idarə etməsinə baxmayaraqİngiltərəSiciliyanı istila edərək ərazilərini dahada genişləndirmişdilər.

Pireney yarımadası

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Əndəlus
Qranada əmirliyi XXII və son əmiriXII Məhəmməd əbu Abdullah.

VII əsrdəƏrəbistan yarımadasında yaranmış olanİslam dinini qəbul edənƏrəblər həmin əsr müddətindəŞimali Afrikanın tamamını ələ keçirmişdilər. Müsəlman Əməvi Dövlətinin Şimal Afrika üzrə valisi olan Musa bin Nüsayir bədəvi ordu başçısıTariq bin ZiyadıCəbəllütariq boğazını keçməkləPireney yarımadasına göndərdi. İlk səfərdə məqsəd ərazidə olan mövcud durumu öyrənmək idi.ƏrəblərinPireney yarımadasına səfərləri zamanı, yarımada German mənşəyli bir xalq olan Vestqotların nəzarətində idi və inbizati mərkəz kimiToledo şəhərindən istifadə olunurdu.Tariq bin Ziyad Vestqotların kralı Rodriqonu ağır məğlubiyyətə uğratdı. Bununlada Vestqot krallığı parçaladı və bütünPireney yarımadası qısa bir müddətlikdə olsa Ərəblərin nəzarəti altına keçdi.[29]

749-cu ildə Əməvi Müsəlman Dövlətinin dağılmasından sonra, Əməvi şahzadəsiI Əbdülrəhman,755-ci ildəPireney yarımadasını keçdi.756-cı ilə bir dövlət yaratdı və özünü əmr elan etdi.929-cu ildəIII Əbdülrəhman xəlifəliyini elan etdi.1031-ci ildə xəlifəlik sistemi sarsıldı və ölkə müstəqil əmirliklərə bölünməyə başladı.1031-ci ildəƏhli-Beytdən olan Həmudilər xilafətə gəlmək istədilər.1086-cı ildə Abbadi sülaləsindən olanSevilya məlikiMurabitlər dövlətindən kömək istədi.Murabitlər tərəfindən göndərilən köməyə, yol boyu 13 Əndəlüs məlikliyidə qoşuldu.İspaniyada müsəlman və xristianlar arasında yarımadaya nəzarət etmək üstündə gedən mübarizə dahada gərginləşdirdi.1086-cı ildə baş vermişZəlləq döyüşündə tərəflər üzbə üz gəldi və müsəlmanlar, xristianları məğlub etdilər.Zəlləq döyüşündə müsəlmanların qalib gəlməsi,ƏrəblərinPireney yarımadasında olan hakimiyyətini bir necə əsr daha uzatmışdır.

1147-ci ildə Müvəhhidlər,Murabitlərin hakimiyyətinə son qoydu.1187-ci ildəSəlahəddin ƏyyubininQüds şəhərini fərh etməsi, xristian dünyasında böyük narazıçılığa səbəb oldu.Roma Papası VIII Qriqor müqəddəs müharibə elan etdi.1236-cı ildə Bəni Əhmər, Bəni Hud əleyhinəKastiliya krallığı ilə gizli razılığa gəlməsindən sonra Kortoba şəhəri xristianların əlinə keçdi.1232-ci ildə yaradılanBəni Əhmər dövləti xristianlarla razılığa gələrək mövcudluğunu qorumağa çalışdı.Nasirilər sülaləsi tərəfindən idarə edilənQranada əmirliyi 264 il boyunca öz mövcudluğunu qorumağı bacarmışdır.1469-ci ildəMəhəmməd əbu Abdullah anasının təziqi ilə atası əmir Sultan əbu Həsəni taxtdan salıb, özünüQranada əmirliyinin əmiri elan etdi.1469-1486-cı illər arasında ata ilə oğul arasında taxt-tac uğrunda mübarizə getdi. Hakimiyyət daxili mübarizədən istifadə edən Xristianlar1490-cı ildəQranada şəhərini mühasirəyə alaraq, yağmalamağa başladılar.1492-ci ildəQranada əmirliyiRekonkista hərəkatı nəticəsində dağıldı. Sonuncu əmrXII Məhəmməd əbu Abdullah Araqon kralıII Ferdinanda təslim oldu.[30][31][32]Qranada əmirliyinin işğal edilməsindən sonra müsəlmanlarınPireney yarımadasındakı hakimiyyətinədə son qoyulmuş oldu.

Əsas məqalə:Bizans imperiyası
Bizans imperatoruI Yustinian tərəfindən532-537-ci illərdə inşa olunmuşAya Sofya kafedralı.

Bizans imperiyası,Roma imperiyasının395-ci ildə Şərq və Qərb olmaqla iki hissəyə parçlanması nəticəsində yarandı. PaytaxtıRoma şəhəri olanQərbi Roma imperiyası V əsrdə German tayfaları tərəfindən süquta uğradıldı. MərkəziKonstantinopol olanBizans imperiyası isə min ilə yaxın bir müddət ərzində öz mövcudluğunu davam etdirməyi bacardı.Bizans imperiyasının yaranmasının səbəblərindən biri kimi paytaxtın330-cu ildə imperatorI Konstantinin əmri iləRoma şəhərindənKonstantinopol şəhərinə köçürülməsi göstərilir.[33]

Bizans imperiyası VII və VIII əsrlərdə şərqdənƏrəblərinFarsların, qərbdən isəSlavyanların təhdidlərinə məruz qalırdı.610-cu ildə Bizans taxtını ələ keçirənI İrakliFarsların hücumlarının qarşısını aldı və paytaxtının müdafiəsini dahada gücləndirdi.Dunay çayını keçərək Bizans torpağlarına soxulmaq istəyən Avarları məğlub etdi. Bu dönəmdəƏrəblərİslam dinini yaymaq üçün genişmiqyaslı fəthlərə başlamışdılar. Ərəb orduları632-ci ildəSuriyaFələstini işğal etdi.İsgəndəriyyə şəhərinin təslim olmasından sonra Ərəblər,642-ci ildəMisirin tamamını fəth etmiş oldu.674-678-ci illərdə Ərəb qoşunları bir neçə dəfəKonstantinopol şəhərini fəth etmək üçün hücuma keçsələrdə, bir nəticə əldə olunmadı.[34]

Bizans imperiyası867-1056-cı illərdə özünün qızılı dövrünü yaşamışdır. Həmin illər ərzində imperiya Mekedoniya sülaləsi tərəfindən idarə olunurdu. Sülalənin quruçularından olan I Vasili, daha əvvəl itirilmiş olanAnadolunda yenidən imperiyanın sərhədlərinə daxil etmişdir. I Vasilidən sonra hakimiyyətə gəlmiş VI Leonun dövründə, imperiyadakı hüququ sistemi tamamilə yeniləndi və dövrünə görə müasirləşdirildi. II Nikiforun zamanındaKritKipr adaları yenidən imperiyanın ərazilərinə qatıldı,SuriyaBalkan yarımadasında yeni ərazilər ələ keçilirdi.

Səlib yürüşləri

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Səlib yürüşləri
Birinci səlib yürüşünün rəhbərlərindən biri olmuşBulonlu Qodfrua.

XI əsrdə Türklərin qərbə doğru köçləri başladı.SəlcuqlularınYaxın Şərqdə möhkəmlənməsiİslam dininin təsir dairəsini dahada genişləndirirdi. Həmin dövrə qədər İslam dünyası ilə genişmiqyaslı müharibə etməmiş Avropalılar1071-ci ildəMalazgird döyüşündə müsəlmanlarla qarşılaşdılar.[35] Döyüşün nəticəsində ağır məğlub olan Bizans imperiyasının daxilində ciddi narahatlığ başladı.TürklərinKonstantinopol üzərinə hərəkət etməkləri dahada asanlaşmışdı. İznikdəRum sultanlığının yaradılmasıBizans imperiyasının sonunu addım-addım yaxınlaşdırıdı. Bizans imperatoru I AleksisRoma PapasıII Urbandan müsəlmanlara qarşı mübarizə aparmaq üçün kömək istədi. BununladaQüds şəhərində yerləşənMüqəddəs torpağların müsəlmanların nəzarəti altında olmasından narazı olan radikal xristianlar arasındaSəlib yürüşləri təşgil etmək ideyası yarandı.

1095-ci ildəPapaII Urban tərəfindən Klermon şəhərindəKlermon kilsə məclisi çağrıldı.Klermon kilsə məclisindəXristianlığ üçün müqəddəs hesab olunanMüqəddəs torpağların müsəlmanların işğalı altında olduğu və bu işğala ən qısa zamanda son qoyulmasının vacibliyi vurğulandı. Qəbul edilən qərara əsasən hərbi birləşmələr yaradılmalı vəYaxın Şərqə doğru yürüşlər təşgil edilməli idi. Səlib qoşunu1097-ci ildəAnadoluya daxil olaraqBirinci səlib yürüşünü başlatdı.[36]Birinci səlib yürüşü Avropalılar üçün uğurlu nəticələndi.Avropalıların hücumlarını gözləməyən müsəlmanlar səlibçiləriny yürüşlərinə hazırlıqsız yaxalandılar və bunun nəticəsində ciddi itkilər verildi. Rum sultanlığının sultanı Qılıç Arslan İznik şəhərini səlibçilərə verməli oldu. Həmin ilin iyul ayındaEskişehir yaxınlığında baş vermişDorileon müharibəsində səlibçilər, müsəlman ordusuna məğlub oldu. Oktyabr ayında səlibçilərAntakyanı mühasirəyə aldı. Bir il davam edən mühairə nəticəsindəAntakya səlibçilərin əlinə keçdi.

1099-cu ildəQüds şəhəri mühasirəyə alındı. Həmin ilin15 iyul tarixindəQüds mühasirəyə çox davam gətirə bilməyib, məğlub oldu.Birinci səlib yürüşü nəticəsində SəlibçilərOrta Şərqdə irili xırdalı bir neçə xaçlı dövləti yaratdılar.Birinci səlib yürüşündən sonra ona yaxın səlib yürüşü həyata keçirildi. Ançaq bu yürüşlərin heç biri ilk səlib yürüşü qədər uğurlu olmadı, hətta bir çoxu uğursuzluqla nəticələndi.Orta Şərqdə güclərini bərpa edən müsəlman dövlətləri zamanla həmin ərazilərdə mövcud olan və səlib yürüşləri zamanı yaradılmış, xristian dövlətirini bir-bir ələ keçirməyə başladılar.1187-ci ildəkürd əsilli ordu başçısıSəlahəddin ƏyyubininQüds şəhərinin səlibçilərdən azad etməsi, bu ərazilərdə yaşayan xristianların nüfuzuna ciddi zərər vurdu.[37] XIII əsrin sonlarına yaxın Səlibçilərin Orta Şərqdə olan hakimiyyətləri sona çatmışdı. XIV əsrdən etibarən isə Avropalıların müsəlmanlara qarşı olan hücumlarına qarşıOsmanlı imperiyası mübarizə aparmağa başlamışdı.

İstanbulun fəth olunması

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:İstanbulun fəthi

XV əsrin ortalarındaBizans imperiyası özünün son dövrlərini yaşayırdı. İmperiyanın paytaxtıKonstantinopol şəhərindən başqa bütün ətraf ərazilərOsmanlı imperiyası tərəfindən zəbt edilmişdi. Son bir necə yüz ildəKonstantinopol şəhəri bir neçə dəfə müxtəlif vaxtlarda ərəblər və türklər tərəfindən mühasirəyə alısada, mühasirəni aşmaq mümkün olmamışdı və hər hücum zamanı Bizanslılara Avropadan əlavə hərbi birləşmələr göndərilirdi.1453-cü ildə əsas hücum planı tətbiq edildi və şəhər güclü top atəşinə tutuldu.Osmanlı SultanıII Mehmed sonuncuBizans imperatoruXI Konstantin Paleoloqa şəhəri dinc şəkildə təslim etməyi təklif etdi.Paleoloq təklifi rədd etdi və bununla daKonstantinopol mühasirəsi dahada daraldıldı. Güclü mühasirəyə çox davam gətirə bilməyənKonstantinopol1453-cü ilin29 may tarixində fəth edildi. Fəth zamanı sonuncuBizans imperatoruXI Konstantin Paleoloq siravi əsgər kimi döyüşmüş və həlak olmuşdur.Konstantinopolun adıİstanbul şəklində dəyişdirildi vəOsmanlı imperiyasının paytaxtıƏdirnə şəhərindənİstanbul şəhərinə köçürüldü.[38][39]Konstantinopolun fəth olunmasından sonraBizans imperiyası dağıldı.

Orta əsrlər

[redaktə |vikimətni redaktə et]

Osmanlı, İsveç və Reç Pospolita dövlətləri

[redaktə |vikimətni redaktə et]
MoskvaRusiya çarıİvan Qroznı.

Yeni eranın əvvəllərindəAvropanın ən güclü dövlətləri şərqdənOsmanlı imperiyası, şimaldanReç Pospolitaİsveç imperiyası,Mərkəzi AvropadaMüqəddəs Roma imperiyası, qərbdə isəİspaniyaPortuqaliya idi.Aralıq dənizində isə vəziyyətVenesiya Respublikası,Genuya Respublikası,İspaniya imperiyasıOsmanlı imperiyasının nəzarəti altında idi.Osmanlı imperiyası XV və XVI əsrlərdəAvropada xeyli güclənərəkBalkan yarımadasının tamamını,RumıniyaMacarıstanı ələ keçirdi,Vyana şəhərinin sərhədlərinə qədər irəlilədi.

XVI əsrdəHabsburqlar sülaləsindən olanV Karl nikah diplomatiyası və fəth yolları iləİspaniya,Belçika,Almaniya,Avstriyaİtaliyanı işğal etdi. Bu dönəmdə Osmanlı və Habsburqlar arasında üstünlük əldə etmək məqsədi ilə həm dənizdə, həm də quruda bir çox müharibələr baş verdi.1538-ci ildə baş verən Preveze dəniz döyüşündə Osmanlı donanması qalib gəlisə də1571-ci ildə ki, Lepanto dəniz döyüşündə Osmanlı donanması məğlub oldu. XVI əsrdə ən güclü dövrlərini yaşayanOsmanlı imperiyası1683-cü ildəMüqəddəs Roma imperiyasına tabe olanHabsburqlar dövlətinin paytaxtıVyana şəhərini ikinci dəfə mühasirəyə aldı. Ançaq II Vyana mühasirəsi uğursuz alındı.[40]

Bu dönəmdəReç Pospolita şərqə doğru genişlənərəkBelarusUkrayna ərazilərinin böyük bir qismini işğal etdi. Erkən dönəmin əvvəllərindəRusiyadaBöyük Moskva Knyazlığı adlı dövlət mövcud idi.1547-ci ilə qədərİvan Qroznının Çar elan olunmasına qədərRusiya zəif bir dövlət idi.İsveç imperiyası isə XVII əsrin əvvəllərindəReç Pospolita,Çar RusiyasıDanimarka-Norveç dövlətləri ilə apardığı müharibələrdə qalib gəlmiş və ərazilərini xeyli genişləndirmişdi. Ançaqİsveç imperiyasıÇar Rusiyası ilə1700-1721-ci illərdə apardığıŞimal müharibəsi zamanı məğlub oldu və gücünü itirdi.

İntibah və Reformasiya

[redaktə |vikimətni redaktə et]
Əsas məqalələr:İntibahReformasiya
Protestantlığın banisiMartin Lüter,1517-ci ildəKatolik Kilsəsinə qarşı 95 tezisi ilə çıxış etmişdi.
Protestantlığın atası hesab olunanYan Qus1415-ci ildə kilsə məhkəməsinin hökmü ilə tonqalda yandırılmışdır.Yan Qusun yandırılmasına etiraz edənÇexlərQusçular hərəkatını başlatmışlar.

XVI əsrin ikinci yarısındaAppenin yarımadasında mədəniyyət ve elm sahələrində inanılmaz inkişaf yaşanmağa başladı.İntibah dövrü adlanan b hərəkat müasir Avropa ilə antik Avropa arasında ki, kəsilmiş əlaqəni yenidən bərpa etdi.Avropalı alimlər, bu dövrlərdə İslam dünyasındakı alimlərin hesabına riyaziyyat elminin sirlərinə yiyələndilər. Qatı dini fikirlərlə yaşaşı, dini inkar və ya tənqid edən müxtəlif fəlsəfi cərəyanlaryaranmağa başladı.İohann Qutenberqin kitab çapını asanlaşdırmasından sonra, Avropada kitabların istifadəsi genişləndi. Mədəniyyət, Ədəbiyyat və Mermarlıq sahələrində yazılmış kitablar çoxaldılaraqAvropanın müxtəlif ölkələrində yerləşən universitetlərə və elm mərkəzlərinə göndərilirdi.[41]Orta əsrlər eyni zamandaQədim Roma zamanında əsası qoyulan, ançaq texniki inkişafın olmaması səbəbindən yarımçıq qalmışCoğrafi kəşflərində sürətlənməsinə və genişlənməsinə səbəb olmuşdur. İtalyan İntibahıOrta əsrlərin ən mühüm hadisələrədən biri hesab olunur.

Almaniyadaintibah dövrüHumanizm hərəkatı ilə başlamışdır.Desiderius ErasmusMartin Lüter dini mövzularda araşdırmalar apardılar. Martin LüterXristianlıqdaProtestanlıq adı verilənReformasiya hərəkatını başlatdı.[42]Jan Kalvin Martin Lüterin müxalif fikirlərini açıq şəkildə müdafiə etdiyi üçün kilsənin əsas güc mərkəzlərindən biri olanParis şəhərini tərk etməli olmuşdu. Jan Kalvin1534-cü ildə Parisi tərk etmiş və bir müddətStrasburq,Bazel kimi şəhərlərdə qalmışdır.1541-ci ildəCenevrə şəhərinə köçərək buradaKalvinizm cərəyanını genişləndirmişdir.1598-ci ildəFransa kralıIV Henri tərəfindən qəbul edilənNant razılaşması iləFransada yaşayan kalvinist vəprotestantlara geniş hüquqlar verildi və onların dini inancı tanındı.[43][44]

Alman rəssamıAlbrext Dürer dini tablolar çəkməyə başladı.İngiltərədəVilyam Şekspir,İspaniyada isəMigel de Servantes tərəfindən məşhur əsərlər yazıldı.İntibah dövrünün nəticəsindəSxolastika fəlsəfəsi çökdü.Sxolastika fəlsəfəsinin yerini hər şeyi elmi yolla sübut etmək fikri hakim oldu və bu tip fikirlər nəticəsindəreformasiya hərəkatının əsası qoyuldu. Elm və texnika sahəsində ki, uğurlar sürətləndi.Avropada bədii əsərlərdən zövq alan elitar kübar cəmiyyət formalaşmağa başladı. Din xadimlərinin və kilsələrin xalq üzərində ki, təsir dairəsi zəiflədi. Kilsəreformasiya hərəkatının qarşısını almaq üçün elm adamlarını təqib etməyə, onlara qarşıİnkvizisiya məhkəmələrini təşgil etməyə başladı. Bu təqiblər nəticəsindəCordano BrunoYan Qus kimi elm adamları tonqalda yandırıldı.1542-ci ildə Roma inkvizisiya məhkəməsi yaradıldı.

1598-ci ildəFransa kralıIV Henri tərəfindən qəbul edilənNant razılaşması,1585-ci ildə ləğv edildi.1715-ci ildəFransadaProtestanlığın qadağan edilməsindən sonra 250.000 HüqonotABŞNiderland kimi protestant ölkələrə köçməli oldular.1545-1565-ci illərdə çağrılanTrent şurasıProtestanlığı sərt şəkildə tənqid etdi və bu məzhəbinXristianlığ dininə zidd olduğunu bəyan etdi.PuritanlarAnabaptistlər kimi dini icmalar kilsəyə qarşı aparılanreformasiya hərəkatını səmərəli hərəkat hesab etmirdi.ProtestanlarınAvropada katoliklər tərəfindən təqib və təhdidlərə məruz qalması səbəbindən bir çox Avropalı protestant son çıxış yolu kimi, Şimali Amerikaya göçməyi seçdi.

Orta əsrlər mətbəxi

[redaktə |vikimətni redaktə et]
Odda heyvanın doğranmadan bişirilməsi. Ətdən damlayan yağ damcıları, alt tərəfdə olan xüsusi qabda topanırdı. Sonra həmin yağlardan digər heyvanların yağlanmasında istifadə olunurdu. (1432-ci ilə aid qravür.)

Orta əsrlər mətbəxiV əsrdənXVI əsrə qədərAvropa mətbəxinin ərzaq, tərəvəzlərinə, yemək vərdişlərinə və yemək hazırlamaq adətlərinə verilən ümumi ad. Orta əsrlər boyu, qidalanma və yemək hazırlamaq sahəsində, böyük dəyişikliklər baş vermişdir. Bütün dəyişikliklər nəticəsində, müasirAvropamətbəxi formalaşmışdır.

Bu dövrdə ən çox istifadə olunançörək məmulatı idi.Yulafmakaron kimitaxıl məmulatlarından hazırlanan yeməklər isə ikinci dərəcəli yer tuturdu.Ət məmulatlarından, gündəlik şəkildə nisbətən daha yüksək təbəqələr istifadə edirdi. Orta və yuxarı təbəqənin ümumi istifadə, etdiyitərəvəzlər ən çox istifadə olunanlar arasında idi. Ərzaq və tərəvəzlərdən başqa,şərab,gülabsirkədən gündəlik şəkildə istifadə olunurdu. Yeməklərə əlavə dad vermək, üçünbaldanşəkər tozundan istifadə edilirdi.Ət məmulatlarından ən çoxtoyuqdonuz ətlərinə tələbat vardı. Əkinçilik işlərində, iri buynuzlu heyvanların əməyindən istifadə olunduğundan, iri buynuzlu heyvanlar nadir hallarda kəsilirdi. Şimali Avropa əhalisi ətə olan tələbatınımorinaringa balıqlarını ovlamaqla ödəyirdilər. Yeməklərin hazırlanmasında həm şirin həm də acıbadamlardan istifadə olunurdu.Badamlar əsasən, əzilərək şorbaların və digər sulu yeməklərin üzərinə səpilirdi.Orucluq aylarında, heyvan südünün əvəzinəbadam südü içilirdi.

Orta əsrlərdə, ticarət karvanları bir şəhərdən digərinə bir neçə həftəyə gedirdi. Bu səbəbdən təzə ərzaq əldə etmək uzaq şəhərlərdə yaşayan insanlar üçün daim böyük çətinlik olmuşdur. Bəzi hallarda karvanlarda əhali üçün zəruri olan ərzaq malları yox, yalnız yuxarı təbəqənin ala biləcəyi ətir və ədviyyatlar gətirilirdi. Bu səbəbdən varlı və kasıb təbəqənin mətbəxi, xariçi ədviyyat tacirlərinin təsirinə məruz qalırdı. Orta əsrlərin özünə məxsus cəhətlərindən biridə, aşağı təbəqənin yuxarı təbəqədə olan insanların həyat tərzlərini yamsılamaları idi. Bu yamsılama böyük ölcüdə mətbəx sahəsindədə hiss olunurdu.

Aclıq və qıtlıq illərində əhalinin ərzaqa olan tələbatı sürətlə artırdı. Bu dövrdə daha çox ərzaqı və ya taxıl ehtiyatı olan şəxslərin cəmiyyətin ən varlı və ən nüfuzlu nümayəndələri hesab olunurdu. Bəzi ərzaqlar baha qiymətə satılırdı və hər şəhərdən əldə etmək olmurdu. Əsasən yuxarı təbəqə üçün nəzərdə tutulmuş, bu ərzaqları kütləvi şəkildə istifadə etmək, sonradan varlananlar (nouveau riche) üçün qadağan edilmişdir. Digər tərəfdən hər bir şəxsin yediyi, ərzağın qiymətinə uyğun həyat tərzi keçirdiyi güman olunurdu. Bir çox hallarda bu səbəbdən, günəmuz işləyən şəxslər eyni yemək yeməli olurdular. Kəndlilərin yeməkləri, iri həcimli olsa da, qiyməti ucuz olurdu, bu səbəbdən kəndlilər tərəfindən istifadə olunan ərzaq bir qayda olaraq insan sağlamlığı üçün təhlükəli idi. Müxtəlif ədviyyatlarla insanları müalicə edən həkimlərdə, hər bir təbəqəyə uyğun dərman preparatları hazırlayırdı. Az tapılan, bahalı ədviyyatlar yuxarı, gündəlik həyatda istifdə olunanlar isə aşağı təbəqəyə verilirdi.

Çoğrafi kəşflər

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Çoğrafi kəşflər
Xristofor Kolumbun1492-ci ildəŞimali Amerikanı kəşf etməsi.

XV və XVI əsrlərdəAvropalı tacirlər yeni ticarət yollarını kəşf etmək üçün bilinməyən dənizlərə doğru səfərlər təşgil etməyə başladılar. Bu səfərlərÇoğrafi kəşflər adlandırdı və bir çox okean və qitələrin kəşf olunması ilə nəticələndi. İlk səfər cəhtəri XIV əsrin əvvəllərində Fransız və Venesiyalı gəmiciləri tərəfindən Antlantik okeanı və Afrika sahilləri boyunca başladıldı.Kanar adalarıAzor adaları kəşf edildi.

XV əsrin sonlarına yaxınHindistana gedən dəniz yolunu kəşf etmək üçün səfərə çıxanXristofor Kolumb1492-ci ildəŞimali Amerikanı kəşf etdi.[45] Portuqal dənizçiBartolomeu DiasınÜmid burnunu kəşf etməsindən sonraVasko da QamaÜmid burnunu keçərəkHindistana gedən dəniz yolunu kəşf etmiş oldu.Fernando Magellan1519-1522-ci illərdə ki, dünya səyahəti zamanı yer kürəsinin yuvarlaq şəkildə olduğunu sübut etmişdir.

Çoğrafi kəşflər, İntibah və Reformasiya hərəkatlarının təsiri ilə formalaşdığı kimi, özü də bu hərəkatların formalaşmasında mühüm rol oynamışdır. Bu kəşflər nəticəsində Avropanın yeni qitələrə yolu açılmış və digər qitələrdə olan bir çox zənginliklər Avropalıların əlinə keçmişdir.[46] Yeni kaloniyaların salınması ilə Avropalılar,Şimali Amerika,Afrika,AsiyaAvstraliya kimi qitələrdə məskunlaşmış, bu qitələrdə olan təbii sərvətlərdən faydalanmışdıllar.

Məzhəb müharibələri

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Otuzillik müharibə

Avropadareform hərəkatlarının yaranması nəticəsindəxristianlığın mövqeyi zəifləmiş,Vatikan öz nüfuzunu itirmişdi. Vatikanın nüfuzunun zəifləməsi və Avropada dini zəmində baş verən bir çox hadisələr nəticəsində,1618-1648-ci illəri əhatə etmişOtuz illik müharibə baş vermişdir. Müharibənin baş verməsinin əsas səbəbiKatolik-Protestant mübarizəsi olsa da, bir çox dövlətlər bu müharibəyə dini deyil siyasi məqsədlər üçün qatılmışdılar.Otuz illik müharibə çox zamanMüqəddəs Roma imperiyasına tabe olan knyazlıqların müxtəlif cəbhələrdə döyüşməkləri səbəbindən, vətəndaş müharibəsidə adlandırılır. Müharibə1648-ci ildəProtestantlığın qələbəsi ilə bitmişdir. Müharibədən sonra imzalananVestifaliya müqaviləsinə əsasənMüqəddəs Roma imperiyası parçalanmış və ərazisində bir çox kiçik dövlətlər yaranmışdır. İmperiyanın əlində olan bir çox hüquqlar isə məhdudlaşdırılmışdır.[47]

Orta əsrlərin sonuna yaxın imperiyaların vəziyyəti

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:İspaniya imperiyası
Yenilməz armada
XVIII əsrdə Rusiyanın inkişafında əvəzedilməz işlər görmüşI Pyotr.

1479-cu ildə Araqon kralıII FerdinandKastilya kraliçasıI İzabelin evlənməsindən sonraİspaniya birləşdi. Bu nikahdan sonra İspaniyada 800 ildən sonra yenidən Xristianlıq rəsmi məhzəb elan edildi.[48]Qranada əmirliyinin dağıdılmasına qədərPireney yarımadasında 800 il boyuncaİslam dini hakim olmuşdur.1478-ci ildə ölkədə yaşayanmüsəlmanlaryəhudilərin zorla Xristianlığı qəbul etmələri üçünİspaniya inkvizisiya məhkəməsi yaradıldı.PortuqaliyaİspaniyadaXristianlığı qəbul etməyən və ya ölkəni tərk edən müsəlman və yəhudilərin əmlaklarını müsadirə edildi.İspaniyada katolikliyin qatı şəkildə təbliğ edilməsinin əsasa məqsədi burada min ilə yaxın mövcud olmuş müsəlman adətlərini yox etmək idi.Vatikan bu siyasəti min ilə yaxın davam etdirmiş vəİspaniyanıAvropanın ən qatı katolik ölkələrindən birinə çevirmişdir. Böyük bir dəniz donanması yaradanİspaniya Mərkəzi və Cənubi Amerikanı, Afrik sahillərini istila etmiş və imperiyasının tərkibinə qatmışdır.İspaniya imperiyası kaloniyalaşdırma siyasəti aparan ilk imperiya kimi dünya tarixinə daxil olmuşdur.

Portuqaliya imperiyasıİspaniya imperiyasının ardından tarix səhnəsindəHollandiya imperiyası öz yerini tutmağa başladı.HollandlarŞimali Amerika,Cənubi Amerika,AfrikaCənubi Asiya kimi qitələrdə yeni koloniyalar yaratdılar.1588-ci ilə qədərİngiltərə bu ölkələrə nisbətən daha zəif vəziyyətdə idi. AncaqTüdorlar sülaləsinin hakimiyyətə gəlməsindən sonraİngiltərə sosial və iqtisadi inkişaf baxımındanŞotlandiyanı belə arxada bıraxaraq sürətlə inkişaf etməyə başladı.İngiltərəKraliçasıI Yelizaveta1588-ci ildəAvropanın ən güclü donanması olanYenilməz armadanı məğlub edərəkBritaniya İmperiyasının təməlini qoymuş oldu.[49] Beləliklə Amerika koloniyaları üzərində İspan ağalığına son qoyuldu. Bu tarixdən etibarənHollandiya,Fransaİngiltərə Amerika qitəsində olan koloniyaları müəyyən zaman dövründə ələ keçirməyə başladılar.Hollandiyaİngiltərəyə iki dəfə dəniz döyüşündə məğlub olduğundanŞimali Amerikadanİngiltərənin xeyrinə cəkilmək məcburiyyətində qaldı.

Fransa isəŞimali Amerikada olan bütün koloniyalarını1763-cü ildəYeddi İllik müharibədə məğlub olmasından sonra Paris müqaviləsinə əsasənİngiltərəyə verməli oldu.1707-ci ildəİngiltərəŞotlandiyanın birləşməsi nəticəsindəBöyük Britaniya krallığının əsası qoyuldu.1801-ci ildə isəİrlandiya bu ittifaqa qatıldı və beləlikləBöyük Britaniya və İrlandiya Birləşmiş Krallığı yaranmış oldu.1837-1901-ci illərdə hakimiyyətdə olmuş kraliçaKraliça Viktoriyanın dönəmində Britaniyaüzərində günəş batmayan imperiya adlandırılmağa başlandı.[50]1921-ci ildə imperiyanın sərhədlərinəHindistan,Şimali Amerika,Orta Şərq,AfrikaAvstraliya daxil idi. BununlaBöyük Britaniya və İrlandiya Birləşmiş Krallığı 36,6 milyon km² ərazi; 458 milyonda əhali ilə dönəmin ən qüdrətli dövləti idi.

Əsas məqalə:Rusiya imperiyası

1683-1699-cü illər aralığında baş vermişOsmanlı-Müqəddəs ittifaq müharibələri nəticəsindəOsmanlı imperiyası məğlub oldu və ağır şərtlərlə müqavilələr imzalamağa məcbur qaldı. Məğlubiyyətlərin ardından Osmanlının Avropada olan nüfuzu azalmış imperiya daxilində ümumi geriləmə dalğası başlamışdır.1721-ci ildəI Pyotrun rəhbərliyi altındaRusiya imperiyasının qurulmasından sonra bu imperiya dünya tarixində öz təsirini göstərməyə başladı.

Yeni Dövr

[redaktə |vikimətni redaktə et]

Amerika və Fransa inqilabları

[redaktə |vikimətni redaktə et]
ABŞ İstiqlal Bəyannaməsinin qəbul olunması. (1776,4 iyul)
Bastiliyanın alınmasıBöyük Fransa inqilabının əsasını qoydu. (1789,14 iyul)
38 ilAvstriya xarici işlər naziri olmuşKlement Metternix.

XVIII əsrə qədərFransaŞimali Amerikanı koloniyalaşdırma siyasəti baxımdanİngiltərədən öndə idi. AncaqFransaİngiltərə arasında baş vermiş Yeddi İllik müharibə zamanıFransasın məğlub olması və ardından1763-cü ildəParis şəhərində sülh müqaviləsinin imzalanmasından sonraFransaŞimali Amerikadanİngiltərənin xeyrinə geri çəkildi.Yeddi İllik müharibə zamanıİngiltərənin maliyyə resusları azaldığından, dövlət vəziyyətdən çıxış yolu kimiOn üç koloniyada yaşayan əhali üzərində sərt vergi siyasətini tətbiq etməkdə görürdü. Yerli əhali çətinliklə əldə olunan məmulatların ingilislər tərəfindən əllərindən alınmasına və sərt vergi siyasətinə qarşı mübarizəyə başladı.1774-cü ildəOn üç koloniya nümayəndələrinin ilk vahid tədbiri keçirildi və ardından1776-cı ildəABŞ İstiqlal müharibəsi başladı.

ABŞ İstiqlal müharibəsini maddi baxımdan dəstələmiş Fransa monarxiyası saray xərclərini ödəməkdə çətinlik çəkirdi.FransadaAncien Régime adlandırlan din adamları vergi verməkdən azad edilmişdilər.[51]1789-cu ildəFransa kralı XVI Lüdovik dövlətin maddi durumunun yaxşılaşdırılması məqsədi ilə varlılardan vergilərin alınması barədə təklif irəli sürdü. Ölkənin varlı bölmünün buna cavabı isə toplumun hər üç bölümünündə təmsil edildiyiÉtats généraux adlı şuranın çağrılması oldu. XVI Ludovik bu tələbəi qəbul etmək məcburiyyətində qaldı.Burjuaziyanın istək və tələbələrindən sonra toplanan məclis imkanlarını daha da genişləndirib Milli Məclisə çevrildi.

Baş verən proseslərin fonunda nüfuzunu və gücünü itirən kral üzərində olan təziqi azaltmaq üçün dönəmin maliyyə naziri Jak Nekarı vəzifəsindən azad etdi. Kralın zəifləmiş hakimiyyətini bərpa etməsindən ehtiyatlanan xalq üsyana başladı. Qısa zamanda xalqın əsas hərəkətverici qüvvələri üsyana qoşuldu və1789-cu ilin14 iyun tarixində silahlanmış kütləBastiliya qalasını azad etdi.[51] Həbsxanada saxalanılan məhkumlar azad edildi və bu hadisədən sonraBöyük Fransa inqilabı rəsmən başlamış oldu.Böyük Fransa inqilabı beş mərhələdən ibarət olmaqla1789-1815-ci illəri əhatə etmişdir.

Böyük Fransa inqilabından sonra tarix səhnəsinə gəlmiş məşhur simalardan biridəNapoleon Bonapart idi. Onun rəhbərliyi altındaAvropanın bir sıra güclü dövlətlərinə qarşı müharibələr aparıldı. Tarix elmindəNapoleon müharibələri adlandırlan dövr1800-1815-ci illər əhatə etmiş vəFransanın güclü bir dövlət kimi özünüAvropada göstərməsinə zəmin yaratmışdır.[52]Fransaya qarşı olanİngiltərə,Avstriya,PrusiyaRusiya aralarında ittifaq yaradaraq Avropanı bürümüş Napoleon təhlükəsinə qarşı birlikdə hərəkət etməyi öz aralarında razılaşdırmışdılar. Yaradılan ittifaq hərbi olmaqla yanaşı eyni zamanda iqtisadi önəmdə daşıyırdı.

İttifaq dövlətlərin sırasınaİsveçPortuqaliyanın da qoşulmasından sonra1814-cü ilin30 mayındaParis şəhərində müqavilə imzalandı. Müqaviləyə əsasən müharibədə tərəf olan dövlətlərVyana şəhərində toplanmalı və buradaAvropanın yeni nizamını müəyyənləşdirməli idilər.Böyük Fransa inqilabıNapoleon Bonapart tərəfindən aparılan işğalcı müharibələrAvropanın siyasi xəritəsini kökündən dəyişmişdi. Ərazilərin nüfuz dairələri ilə bölünməsi və digər mühüm məsələləri həll etmək üçün1815-ci ildəVyana şəhərində Avropanın aparıcı dövlətlərinin iştirakı iləVyana konqresi təşkil edildi. KonqresdəOsmanlı imperiyası iştirak etmirdi.Vyana konqresiAvropanın siyasi-iqtisadi baxımdan yenidən formalaşdırılmasında çox mühüm rol oynadı. Avropanın yenidən formalaşdırılması məsələsində mühüm rola sahib olan eyni zamandaVyana konqresinin təşkilatçılarından və konqres rəhbələrindən biri dönəminAvstriya xarici işlər naziri olmuşKlement Metternix idi. Konres sonunda ortaya çıxmışMetternix sistemiBöyük Britaniya,Avstriya,PrusiyaRusiyanın Avropada nizamı və təhlükəsizliyi qorumaq üçün lazım gələrsə hərbi gücdən istifadə etməyə əsaslanırdı.[53] Ancaq bu sistem özünü tam doğrultmadı və 1848-ci il inqilabları zamanıMetternix sistemi tam çökdü.

Maarifçilik dövrü və Sənaye inqilabı

[redaktə |vikimətni redaktə et]
Günəş sisteminin heliosentrik modelini irəli sürmüş polyak alimiNikolay Kopernik.
Buxar maşınının kəşf etmiş şotland ixtiraçıCeyms Vatt.

Avropada XV əsrdə mədəniyyət sahəsində başlayan yenilikçilik hərəkatı XVIII əsrdəelm,dinfəlsəfə sahəsinədə yayılmağa başladı. Ənənəvi və köhnəlmiş düşüncə tərzi öz yerini yeni idelologiya və fikirlərə verirdi. Bu dönəm tarix elmindəMaarifçilik dövrü kimi xarakterizə edilir.[54] FransızRene Dekart və almanQotfrid Leybnitsbu dönəmin önçü şəxsiyyətlərindən hesab olunur.İsaak NyutonNikolay Kopernikinfizikaastronomiya sahəsində əldə etdikləri nəaliyyətlər Avropa elminin inkişafında çox mühüm təkan rolunu oynadı. Başlanan elm intibahının davamınıİmmanuel Kant öz nəzəriyyələri ilə gətirmişdir. Elmin sürətli inkişaf etməsi nəticəsində kilsənin zəifləmiş nüfuzu daha da azalmağa başlasa daKatolik kilsəsi Avropanın mərkəzi hissələrində öz nüfuz dairələrini qoruyub saxlaya bilmişdi.

Sənaye inqilabı isəfəlsəfə,mədəniyyət,elmdinin ortaya qoyduğu fəlsəfi sistemlərin siravi insanların həyat tərzində özünü büruzə verməsi ilə nəticələndi. Müxtəlif dəzgahların kəşf edilməsi insan əməyini daha da rahatlaşdırdı və artıq insanlar əllə əldə edə biləcəklərindən daha rahat bir şəkildə məhsul əldə etməyə başladılar. Bütün bu ixtira və kəşflər Avropa insanın günlük həyat səviyyəsinn yaxşılmasına müəyyən qədər təsir etdi.[55] Şotland ixtiraçıCeyms Vatt tərəfindənbuxar maşınının kəşf edilməsiSənaye inqilabının əsas tərkib hisslərindən birini təşkil edir. Bu kəşfdən sonra Avropada yerləşən fabriklərdə insan əməyi əvəzinə yeni kəşfdən istifadə olunmağa başaldı və bununla da məhsuldarlıq xeyli artdı.Buxar maşınının kəşf olunması eyni zamandalokomotivgəmilərin daha sürətli hərəkət etməsinə səbəb oldu və bununla da insanlar mənzil başına daha tez çatmağa başladılar.

Krım müharibəsi

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Krım müharibəsi
Krım müharibəsi zamanıRusiya imperiyası ordusunun hədəf alındığı ingilis bombardımanı.

1853-cü ilə qədərOsmanlı imperiyasının zəiflədilməsi siysətini aparanRusiya imperiyası, bu ildən etibarən Osmanlının tamamilə aradan qaldırılması siyasətini aparmağa başladı. Bu məqsədlə Müqəddəs torpaqlar problemi qabardılırdı.Rusiya imperiyası tərəfindənİstanbula göndərilən general və diplomatAleksandr MenşikovOsmanlı imperiyasına imperiya daxilində yaşayanPravoslav azınlığı Rusiyanın himayəsinə verməyi təklif etdi. Rusiyanın əsas məqsədi Osmanlı imperiyasının daxilində etnik və dini zəmində münaqişələri qızışdırmaq və bununla da dövləti daxildən zəiflətmək idi.Böyük Britaniya nüfuzlu diplomatıStratford Kanninqiİstanbula göndərərək Rusiyanı bu tələbədən imtina etməsinə nail oldu. Bu hadisədən sonra Rusiya hərbi gəmilərini müharibə belə elan etmədən1853-cü ilin2 iyul tarixindəValaxiya və Boğdana göndərdi.Vyana şəhərində toplananBöyük Britaniya,Fransa,PrusiyaAvstriya nümayəndələri müharibənin başlamaması üçün əlindən gələni etsələrdə bu bir nəticə vermədi. RusiyaValaxiya və Boğdandan çıxmağı rədd etdi.1853-cü ilin 23 oktyabr tarixindəOsmanlı imperiyasıRusiya imperiyasında qarşı müharibə elan etdi.

1854-cü ilin28 mart tarixində isəFransaBöyük Britaniya Osmanlı tərəfindən müharibəyə qoşuldu.[56]1854-cü ilin17 oktyabr tarixindəBöyük BritaniyaFransa tərəfindənRusiya imperiyasınınQara dəniz sahillərindəkiSevastopol liman şəhəri bombalandı. Bir ilə yaxın müddət ərzində davam etmişSevastopol müharibəsiKrım müharibəsinin əsas dönüm nöqtələrindən biri oldu və müharibənin nəticəsi olaraq şəhər1855-ci ilin11 sentyabr tarixində müttəfiq dövlətlərin əlinə keçdi. Paralel şəkildəAzov dənizi,Baltik dənizi,Qafqaz və həttaSakit okeanında hərbi əməliyyatlar aparıldı. Bir müddətdən sonraİtaliyadaOsmanlı imperiyası tərəfindən müharibəyə qoşuldu. Nəhayət1865-ci ilin30 mart tarixində Rusiya sülh müqaviləsi imzalamağa razı oldu.Fransa,Böyük Britaniya,Osmanlı imperiyası və Sardinya krallığı ilə imzalananParis sülh müqaviləsinə əsaənRusiya imperiyasıOsmanlı imperiyasının ərazi bötövlüyünü qəbul eti.[57]

Avropa Birliyi

[redaktə |vikimətni redaktə et]
Əsas məqalələr:Avropa İttifaqıAvropa İttifaqının tarixi

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Trinkaus, E., Milota, Ş., Rodrigo, R., Gherase, M., Moldovan, O. (2003), Early Modern Human Cranial remains from the Peştera cu Oase, Romania,Journal of Human Evolution, 45:245 –253
  2. "The Iliad, written by Homer in the 12th century BCE, or as early as the 8th or 9th century BCE, is one of the world's greatest classics".28 may 2009 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:7 yanvar 2013.
  3. "Mr. Dowling's Middle Age Page".3 yanvar 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 yanvar 2013.
  4. ""CIA - The World Factbook -- Country Comparison :: Exports".4 oktyabr 2008 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:7 yanvar 2013.
  5. "Gross National Product".20 yanvar 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 yanvar 2013.
  6. "First Homo erectus from Turkey and implications for migrations into temperate Eurasia".6 yanvar 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 yanvar 2013.
  7. "Searching for the Meaning of Stonehenge".28 sentyabr 2009 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 yanvar 2013.
  8. "The Mycenaean world".28 iyun 2023 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2013.
  9. "Qədim Yunanıstanda demokratiya".11 may 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2013.
  10. "Esxilin farslar barədə olan fikirləri".11 may 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2013.
  11. "Romulus and Remus".13 fevral 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2013.
  12. "Julius Ceasar: Historical Background".5 aprel 2008 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2013.
  13. O'Connell, 1989. page81.
  14. "Lecture 12: Augustus Caesar and the Pax Romana".6 sentyabr 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2013.
  15. Scarre 1995
  16. "Alaric (c. 370–410)- Hutchinson Encyclopedia".2 sentyabr 2022 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2013.
  17. "Bizans İmperatoru I Yustinianın dövlət siyasəti".13 avqust 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2013.
  18. "Franklar".17 iyul 2011 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2013.
  19. "Holy Roman Empire".3 oktyabr 2013 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2013.
  20. "İtaliya ilə bağlı tarixi araşdırmalar".6 yanvar 2009 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2013.
  21. "Guelf and Ghibelline".23 sentyabr 2009 tarixindəarxivləşdirilib.İstifadə tarixi:8 yanvar 2013.
  22. Davis, Paul K. (1999). 100 Decisive Battles from Ancient Times to the Present: The World's Major Battles and How They Shaped History. Oxford, UK: Oxford University Press.
  23. "Maqna Karta barədə məlumat"(PDF).21 avqust 2011 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:8 yanvar 2013.
  24. Friedrich Heer, The Holy Roman Empire, pg. 20
  25. Bergamini, John D. The Spanish Bourbons: The History of a Tenacious Dynasty. Putnam, 1974.
  26. Petrie, Sir Charles. The Spanish Royal House. Geoffrey Bles, 1958.
  27. Seward, Desmond. The Bourbon Kings of France. Barnes & Noble, 1976.
  28. Van Kerrebrouck, Patrick. La Maison de Bourbon, 1256-1987.v. Villeneuve d'Ascq, France: The Author, 1987–2000.
  29. "Tariq bin Ziyad".8 aprel 2010 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2013.
  30. "History of Andalusia".26 may 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2013.
  31. "Historie Andalusiens".16 fevral 2009 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2013.
  32. "Historia de Andalucía".8 may 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2013.
  33. "Constantine the Great - The Roman Emperor Constantine I".5 oktyabr 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2013.
  34. "Muslims Attack Constantinople 717-718".15 noyabr 2009 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2013.
  35. "Malazgird döyüşü".19 yanvar 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2013.
  36. "Council of Clermont".5 yanvar 2010 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2013.
  37. "Qüds şəhərinin azad edilməsi".19 yanvar 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2013.
  38. The Encyclopædia Britannica, Vol.7, Edited by Hugh Chisholm, (1911), 3; Constantinople, the capital of the Turkish Empire.
  39. "www.britannica.com".30 aprel 2015 tarixindəarxivləşdirilib.İstifadə tarixi:9 yanvar 2013.
  40. "Siege of Vienna".16 fevral 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 yanvar 2013.
  41. "Johannes Gutenberg and the Printing Press".15 noyabr 2007 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 yanvar 2013.
  42. "English Bible History:Matin Luther".8 fevral 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 yanvar 2013.
  43. "The Edict of Nantes".16 sentyabr 2018 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:10 yanvar 2013.
  44. "The Edict of Nantes".14 dekabr 2012 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:10 yanvar 2013.
  45. "Christopher Columbus: Explorer".1 may 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 yanvar 2013.
  46. "Modern History Sourcebook: John Stuart Mill: On Colonies and Colonization, 1848".8 sentyabr 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 yanvar 2013.
  47. "Treaty of Westphalia".11 noyabr 2011 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 yanvar 2013.
  48. "Queen Isabella I of Spain".20 oktyabr 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:13 yanvar 2013.
  49. The Armada. 1959.
  50. "The Sun Never Set on the British Empire".24 may 2009 tarixindəarxivləşdirilib.İstifadə tarixi:15 sentyabr 2013.
  51. 12"Böyük Fransa inqilabında dövlət və xalq münasibətləri - Türkcə"(PDF).21 avqust 2011 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:20 yanvar 2014.
  52. Oxford Dictionary of English 2e, Oxford University Press, 2003 Napoleonic Wars
  53. "Modern History Sourcebook: Prince Klemens von Metternich: Political Confession of Faith, 1820".14 avqust 2014 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 yanvar 2014.
  54. "The Enlightenment".6 oktyabr 2013 tarixindəorijinalından arxivləşdirilib.İstifadə tarixi:20 yanvar 2014.
  55. "Industrial Revolution".7 yanvar 2010 tarixindəarxivləşdirilib.İstifadə tarixi:20 yanvar 2014.
  56. Badem, Candan. The Ottoman Crimean War (1853–1856) (Leiden: Brill, 2010). 432 pp
  57. "Kırım müharibəsi və Paris sülh müqaviləsi"(PDF).29 dekabr 2009 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:20 yanvar 2014.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

⛭
Tarixi dövrlər
Bölgələrin tarixi
İqtisadi tarix
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Avropa_tarixi&oldid=8049001"
Kateqoriya:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp