Avroliqa (sponsorluq razılaşmasına əsasənTürk Hava Yolları Avroliqa kimi də adlandırılır) —2000-ci ildən etibarənAvropabasketbol klubları üçün Avroliqa Basketbol tərəfindən təşkil edilən Avropa səviyyəsində yüksək səviyyəli peşəkarbasketbol klubu müsabiqəsi.
2000-ci ildə verilən qərara əsasən,FİBA tərəfindən 1958-ci ildən etibarən idarə edilənFİBA Avroliqa (əvvəldənFİBA çempionları kuboku ya da sadəcəAvropa kuboku adlandırıldı) adında əvəzetmə edildi. Lakin bu sadəcə olaraq rebrendinq xarakteri daşıyırdı.
Avroliqa2016-17 mövsümündə liqa matçları üçün orta hesabla 8.472-lik bir azarkeş sayı ilə dünyanın ən məşhur peşəkar qapalı idman liqalarından biridir. Bu nəticə ilə dünyada peşəkar qapalı idman liqaları arasında (Amerika Birləşmiş Ştatları xaricində ən yüksək) beşinci və yalnızMilli Basketbol Assosiasiyası (MBA) arxasında dünyanın hər hansı bir peşəkar basketbol liqası ikinci ən yüksək nəticədir.
Avroliqa çempionluğu 21 fərqli klub tərəfindən qazanılıb, onlardan 13-ü bu uğura ən azı 2 dəfə sahib olub. Yarışın ən müvəffəqiyyətli klubuReal Madriddir – doqquz dəfə bu mükafatın sahibi olmuşdur. Mövcud çempion isə2017-ci ilin finalındaOlimpiakosu məğlub edənFənərbaxçadır ki, bu da onların ilk belə uğurudur.
Avroliqa loqosunun inkişafı |
---|
2000–2005 | 2005–2010 | 2010–2016 | 2016–indiyə qədər |
 |  | |  |
---|
Aşağıda2017-18 mövsümündə iştirak edən klubların siyahısı verilib: