| Austin City Limits | |
|---|---|
| ing.Austin City Limits | |
| İstehsalçı ölkə | |
| Dil | ingilis dili |
| IMDb | ID0364784 |
| acltv.com | |
Austin City Limits — Amerika Birləşmiş Ştatlarının mədəni həyatında əhəmiyyətli rol oynayan nüfuzlucanlı musiqi televiziya proqramı. "Austin PBS" tərəfindən istehsal edilən və lentə alınan bu layihə 1974-cü ildə Bill Arhos, Brüs Skeyf və Pol Bosnerin təşəbbüsü ilə ərsəyə gəlmişdir. Proqramın fəaliyyəti nəticəsindəOstin (Texas) şəhəri Birləşmiş Ştatlarda "Canlı musiqinin paytaxtı" statusunu qazanmışdır.[1] "Austin City Limits" mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərə görə 2003-cü ildə Milli İncəsənət Medalına layiq görülən yeganə televiziya proqramıdır.[2] Bundan əlavə, 2011-ci ildə Amerika musiqisinin müxtəlif janrlarının təqdimatı və qorunub saxlanılması istiqamətində otuz ildən artıq davam edən fəaliyyətinə görə mötəbər "Pibodi" mükafatına layiq görülmüşdür.[3] Hazırda "Capital of Texas Public Telecommunications Council" təşkilatının nəzdində fəaliyyət göstərən "Austin PBS" tərəfindən istehsal olunan "Austin City Limits" proqramı öz sahəsində peşəkar fəaliyyətini uğurla davam etdirməkdədir.