Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Auripiqment

Vikipediya, azad ensiklopediya
Auripiqment
Ümumi məlumatlar
KateqoriyaMineral
Formul
(təkrarlanan vahid)
As₂S₃
Strunz təsnifatıII/D.08 – Anhang
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Auripiqment – monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Xassələri

[redaktə |vikimətni redaktə et]

Rəng – limonu-sarı, bəzən qonuru calarlı; Mineralın cizgisinin rəngi – sarı; Parıltı – almazdan yarımmetaladək; ayrılma müstəvilərində – sədəfi; Şəffaflıq – yarımşəffaf; nazik vərəqləri – şəffafdır; Sıxlıq – 3,4-3,5; Sərtlik – 1,5-2; vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {010} üzrə tam mükəmməl, {100} üzrə qeyri-mükəmməl; Başqa xassələr – ayrılma müstəviləri üzrə vərəqlərə ayrıldıqda elektriklənir; Morfologiya – kristallar: prizmatik, çox vaxt əyri üzlü; İkiləşmə: {100} üzrə; Mineral aqreqatları: vərəq-, cubuq-, daraq-, salxım-, böyrək - və torpaqvari, radial-şüalı, lifli, sıx kütlələr, qaysaqlar, qabıqlar, bəzən druzalar.

Mənşəyi və yayılması

[redaktə |vikimətni redaktə et]

Hipogen auripiqmentə adətən yer səthinə yaxın teletermal və vulkanogen yataqlarda rast gəlinir. Bəzən isti mineral bulaqların çöküntülərində və sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Nadir hallarda mineralın ekzogen əmələgəlmələri daş kömür və qonur dəmir filizi yataqlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar:realqar,antimonit,markazit,pirit,sərbəst kükürd,kalsit,gips,kvars. Mineralın tapıldığı yerlər: Luxum (Gürcüstan); Baliya (Türkiyə); Xaydarkan (Orta Asiya); Kamçatka, Saxa Respublikasında Menkyule (Rusiya); Siya-Kuan (Çin); Merkyur (ABŞ) və b. Azərbaycanda Darrıdağ (Culfa) mərgümüş yatağında, Qoşasu və Dəvəboynu mərgümüş təzahürlərində, az miqdarda həmçinin Arxaçdərə civə yatağında, Tutqunçay hövzəsindəki qızıl filizi zolağında və başqa yerlərdə yayılmışdır.

Tətbiqi

[redaktə |vikimətni redaktə et]

Böyük yığınları As2O3 və sarı boyanın alınmasında xammal kimi istifadə edilir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Auripiqment&oldid=6333708"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp