Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Asif Şirəliyev

Vikipediya, azad ensiklopediya
Bu məqalənin sonunda mənbə siyahısı var, lakinmətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçünbəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.
Asif Şirəliyev
Doğum tarixi19 dekabr1939(1939-12-19)(85 yaş)
Doğum yeri
VətəndaşlığıSSRİSSRİ
AzərbaycanAzərbaycan
Mükafatları"Tərəqqi" medalı — 20072007

Asif İsmayıl oğlu Şirəliyev (19 dekabr1939,Düdəngə,Noraşen rayonu)[1] — iqtisadiyyat üzrə elmlər doktoru,professor, "Tərəqqi medalı" laureatı.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Asif Şirəliyev 1939-cu ilin dekabr ayının 19-da Şərur rayonunun (keçmiş Noraşen) Düdəngə kəndində anadan olmuş, Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini),1968-ci ildə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomları ilə bitirmiş, 1975-ci ildə "Siyasi iqtisad" üzrə aspiranturanı qurtarmışdır. Asif Şirəliyev 18 mart 2022-ci ildə 83 yaşında vəfat etmişdir.

Elmi fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

İqtisad elmləri doktoru (2001-ci il), professordur (1990-cı il). Uzun illər Həmkarlar Təşkilatının rəhbər orqanlarında işləmişdir. O, 1973-cü ildənNaxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və "İqtisadiyyat" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Onun iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya mövzusu M. B. Lomonosov adınaMoskva Dövlət Universitetinin (1984) elmi şurasında təsdiq edilmişdir.

A. İ. Şirəliyev 230 elmi əsərin, o cümlədən 44 monoqrafıya və kitabın, 147 jurnal məqaləsinin, 47 elmi konfransda oxuduğu məruzələrin müəllifıdir.

Mükafatları

[redaktə |vikimətni redaktə et]
  • O, keçmiş ÜİLKG-nm Naxçıvan Muxtar Respublika Ali Soveti Rəyasət Heyətinin və 10-dan artıq respublika dövlət və ictimai təşkilatlann fəxri fərmanları ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Prezidenti cənabİlham Əliyevin 16 oktyabr 2007-ci il sərəncamma əsasən "tərəqqi" medalı ilə təltif olunmuşdur[2].

İş fəaliyyəti

[redaktə |vikimətni redaktə et]

Asif ŞirəliyevNaxçıvan Muxtar Respublika aqrar islahatlan komissiyasının,AMEA İqtisadiyyat İnstitutunun "İqtisadiyyat" üzrə elmi-tədqiqat işlərinin əlaqələndirilməsi şurasmm, AMEA Naxçıvan bölməsi yanında fəaliyyət göstərən dissertasiya şurasınm, Naxçıvan DövlətUniversitetini elmi şurasınm üzvü və həmin universitetin "İqtisad" fakültəsi elmi şurasınm sədridir.0, iqtisad elmləri namizədi və doktor elmi dərəcəsini almaq üçün 15 nəfərin rəsmi opponenti, 8 nəfərin elmi rəhbəri və elmi məsləhətçisi olmuşdur.

A. İ. Şirəliyev AMEA tərəfindən 2002 və 2005-ci illərdə nəşr olunan ikicildlik "Naxçıvan ensklopediyası"na daxil edilmiş əsas məqalələrin müəlliflərindən biridir[2]. O, həmçininAzərbaycan Respublikası Təhsil Nazirliyinin "İqtisadiyyat" elmi-metodik şurasınm üzvüdür.

Elmi əsərləri

[redaktə |vikimətni redaktə et]
  • Aqrar istehsalın təşkilinin yeni formaları. Bakı.1992.
  • Kəndli təsərrüfatının səmərəliliyi məsələləri. Bakı.1996.
  • İqtisadi nəzəriyyə. Bakı.2004. İqtisad elmlərində işlədilən alınma sözlər. Bakı.2005.
  • Aqrar-sənaye kompleksində iqtisadi mənafelər. Bakı.2008.
  • İqtisadi artım və sosial-tərəqqi. Naxçıvan. 2012

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. RÜSTƏMOV, Ağarza; CABBARZADƏ, Müslüm."Tanınmış alim və elm təşkilatçısı". www.anl.az.Azərbaycan müəllimi. 11 dekabr 2009.5 may 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:25 may 2020.
  2. 12"AQRAR İQTİSADÇI ALİMLƏR"(PDF)(az.).21 iyul 2020 tarixindəorijinalından(PDF) arxivləşdirilib.İstifadə tarixi:7 may 2021.

Mənbə

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə,daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Asif_Şirəliyev&oldid=8123103"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp