Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Arqunilər

Vikipediya, azad ensiklopediya
Mütləq monarxiya
Arqunilər
fars.خانوادهٔ ارغون
Bayraq
Bayraq
  
PaytaxtBukkur
Rəsmi diliFars dili (rəsmi),[1][2]ərəb dili,sindhi dili
Dinİslam
Tarixi
  1520Quruluş ili
  1554Süqut ili

Arqunilər (fars.خانوادهٔ ارغون)[3] — Arqun sülaləsi 15-ci əsrin sonundan 16-cı əsrin əvvəllərinə qədər CənubiƏfqanıstana bitişik əraziləri, sonra isəSind bölgəsini idarə etmişdir. Arqun hakimiyyətini iki qola bölmək olar: 1554-cü ilə qədər hökmranlıq edənZül-nun bəy Arqun qolu və 1593-cü ilə qədər hökmranlıq edənMəhəmməd İsa Tərxan qolu.[4]

Mənşəyi

[redaktə |vikimətni redaktə et]

Arqunların etnik mənsubiyyəti mənbələrdətürk,[5] türk-monqol[5] və monqol kimi təsvir edilmişdir.[6]

Qəndəhardakı hakimiyyətləri

[redaktə |vikimətni redaktə et]

XV əsrin sonlarındaTeymuri sultanıHüseyn Bayqara Zül-nun bəy ArqunuQəndəhar valisi təyin etdi. Zül-nun bəy bir müddət sonraHeratdakı mərkəzi hakimiyyətə tabe olmadı və təxminən 1479-cu ildəPişin,ŞalMəstunq ərazilərini ələ keçirərək hakimiyyətiniBəlucistan istiqamətində genişləndirməyə başladı. 1485-ci ildə oğullarıŞah Bəy ArqunMəhəmməd Mukim xanSamma sülaləsini məğlub edərəkSibini ələ keçirdilər. Lakin bu qələbə çox çəkmədi və Sibi Samma sülaləsi tərəfindən geri alındı.[6]

1497-ci ildə Hüseyn Bayqaranın oğluBədiüzzaman mirzə atasına qarşı qiyam qaldırdı. Zül-nun bəy Bədiüzzaman mirzənin üsyanına dəstək verdi və qızını Bədiüzzaman mirzəyə ərə verdi. Üsyan nəticəsiz olsa da, 1506-cı ildə Hüseyn Bayqaranın ölümündən sonra Bədiüzzaman mirzə taxta çıxdı. Beləliklə, Zül-nun bəy Bədiüzzaman mirzənın hakimiyyəti dövründə sarayda böyük mövqe qazandı.[7] Bədiüzzaman mirzənin taxta çıxmasından az bir müddət sonraMəhəmməd Şeybaninin başçılığı altındaözbəklərXorasanı işğal etdilər. 1507-ci ildəZül-nun bəy özbəklərə qarşı döyüşdə öldürüldü və yerinə oğulları Şah Bəy və Məhəmməd Mukim keçdi.[6]

Baburla qarşıdurma və Sindin ələ keçirilməsi

[redaktə |vikimətni redaktə et]

ArqunilərinƏfqanıstanda nəzarət altına aldıqları ərazilərin bir hissəsiBabur tərəfindən ələ keçirildi. Belə ki, 1501–1502-ci illərdə Məhəmməd MukimII Uluq bəyin ölümündən sonra xaos içində olanKabili ələ keçirdi.[8] Buna qarşı çıxan Babur 1504-cü ildə şəhəri mühasirəyə aldı və tutdu.[9] Məhəmməd Mukim Qəndəhara geri çəkildi. Daha sonra Babur 1507–1508-ci illərdə Şah Bəy və Məhəmməd Mukim üzərinə hücum etdi. Lakin qardaşlar Məhəmməd Şeybaniyə tabe olmağa razılaşaraq mövqelərini qoruya bildilər.[6]

Şah Bəy başa düşürdü ki, uzunmüddətli perspektivdəQəndəharı Babura qarşı müdafiə etmək mümkün olmayacaq. 1520-ci ildə Şah Bəy ordu toplayaraqSamma sülaləsinin nəzarətində olanSində yürüş təşkil etdi. Samma hökmdarıCam Firuzu məğlub edən ArqunilərTattanı tutdular. Daha sonra tərəflər sülhlə bağlı razılığa gəldilər. Müqaviləyə görə Sindin yuxarı hissəsi (Tatta) Arqunilərin hakimiyyətinə verilməli, aşağı hissəsi (Bukkur) isə Samma sülaləsində qalmalı idi. Lakin Cam Firuz çox keçmədən müqaviləni pozdu və Arqunilərin üzərinə hücum etdi. Tərəflər arasında baş tutmuş qarşıdurmada məğlub olan Cam FiruzQücərata qaçdı. Beləliklə, Arqunilər bütün Sində nəzarəti ələ keçirdilər.[6]

Sinddəki hakimiyyətləri

[redaktə |vikimətni redaktə et]

1522-ci ildəBabur uzun mühasirədən sonra Qəndəharı ələ keçirdi.[10] Bundan sonra Sində çəkilən Şah Bəy, Bukkuru paytaxt elan etdi.Şah Bəy Arqun 1524-cü ildə vəfat etdi və yerinə oğluŞah Hüseyn keçdi. Şah Hüseyn Babura tabeliyini bildirdi və adına xütbə oxutdurdu. Onun dövründəLəngah sultanlığının paytaxtıMultana yürüş təşkil edildi, nəticədə 1528-ci ildə şəhər ələ keçirdi. Şah Hüseyn şəhərə vali təyin edərək Tattaya geri döndü. Lakin Şah Hüseynin geri qayıtmasından istifadə edən əhali üsyan qaldırdı və şəhər valisini qovdu. Üsyançılar Multanı bir müddət müstəqil idarə etdilər. Nəhayət, BaburunDehlini tutmasından sonraMoğol imperiyasına tabe oldular.[11]

1540-cı ildə Baburun varisiHümayun Şah Hüseyndən xahiş etdi ki,Şir Şah Suri ilə mübarizədə ona kömək etsin. Lakin Şah Hüseyn buna razı olmadı. Bu səbəbdən Hümayun, Şah Hüseyn üzərinə hərəkət etdi. Lakin Şah Hüseyni məğlub edə bilməyən Moğol hökmdarıSinddən ayrılmağa razı oldu və 1543-cü ildə Qəndəhara geri döndü.[12]

Şah Hüseynin ömrünün sonuna yaxın hakimiyyəti zəiflədi. Buna görə də Sind əyanları 1554-cü ildə Arqunilərın başqa qolundan olanMirzə Məhəmməd İsa Tərxanı hökmdar seçməyə qərar verdilər. Şah Hüseyn hakimiyyətdən uzaqlaşdırıldı və 1556-cı ildə uşağı olmadan vəfat etdi.[12]

Əsas məqalə:Tərxanilər
Mirzə Məhəmməd Baqi (1567–1585) dövrünə aid Tərxani sikkələri. Tatta zərbxanası (hicri 985 (miladi 1577–8) il)

Şah Hüseynlə Məhəmməd İsa Tərxan arasında baş vermiş qarşıdurmalar zamanı Məhəmməd İsa TərxanVasay-Virardakıportuqallardan kömək istədi. Portuqallar 1555-ci Pedro Barreto Rolimin komandanlığı altında 700 nəfərlik qüvvə iləTattaya doğru hərəkət etdilər. Lakin portuqallar şəhərə çatanda artıq Məhəmməd İsa Tərxan qalib gələrək taxta çıxmışdı. Tatta valisinin onlara pul ödəməkdən imtina etməsinə qəzəblənən portuqallar müdafiəsiz şəhərə hücum edərək qarət etdilər və bir neçə min insan öldürüldü.

Məhəmməd İsa Tərxanın taxta çıxmasından az müddət sonraSultan Mahmud Kökəltaş onun hakimiyyətini qəbul etmədi və qiyam qaldırdı. Sonda tərəflər arasında sülh imzalandı. Razılaşmaya əsasən paytaxt Tatta olmaqla aşağı Sind Məhəmməd İsa Tərxana qalır, mərkəz Baxar olmaqla yuxarı Sind isə Sultan Mahmuda verilirdi. 1567-ci ildə Məhəmməd İsa Tərxan vəfat etdi və onun yerinə oğluMəhəmməd Baqi keçdi. Onun hakimiyyəti dövründə yuxarı Sind 1573-cü ildə Moğol hökmdarıƏkbər tərəfindən ilhaq edildi.[12]

Mirzə Məhəmməd Baqi 1585-ci ildə intihar etdi və onun yerinə oğlu Mirzə Cani bəy keçdi. 1591-ci ildə Əkbər aşağı Sindi fəth etmək üçün ordu göndərdi. Cani bəy müqavimət göstərsə də, Moğol qüvvələri tərəfindən məğlub edildi və tabeliyindəki ərazilər Moğollar tərəfindən ələ keçirildi. O, 1599-cu ildəalkoqol deliriyasından vəfat etdi.[12]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. M. H. Panhwar,Languages of SindhArxiv surəti 7 dekabr 2024 tarixindənWayback Machine saytında, p 7.
  2. "Sind Quarterly". Mazhar Yusuf. 11 noyabr 1981 Google Books vasitəsilə.
  3. ibn Jalāl Tattavī, Muḥammad.ترخاننامهTarkhān nāmah(fars).Sindhi Adabi Board. 1965. səh. 1.
  4. Bosworth, "New Islamic Dynasties," p. 329
  5. 12Bosworth, Clifford Edmund.The new Islamic dynasties: a chronological and genealogical manual(English). 329.
  6. 12345Davies, p. 627
  7. Babur, Vol. II p. 40
  8. Babur, Vol I, p. 126
  9. Bosworth, "Kabul" p. 357M
  10. Bosworth, "Kandahar," p. 536
  11. Davies, pp. 627–8
  12. 1234Davies, p. 628

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • Bosworth, Clifford Edmund.The New Islamic Dynasties: A Chronological and Genealogical Manual. New York: Columbia University Press, 1996.ISBN 0-231-10714-5
  • Bosworth, Clifford Edmund. "Kabul."The Encyclopedia of Islam, Volume IV. New ed. Leiden: E. J. Brill, 1978.ISBN 90-04-05745-5
  • Davies, C. Collin. "Arghun."The Encyclopedia of Islam, Volume I. New ed. Leiden: E. J. Brill, 1960.ISBN 90-04-08114-3
  • Memoirs of Zehīr-ed-dīn Muhammed Bābur, Emperor of Hindustan. Trans. John Leyden & William Erskine. Annotated and edited by Lucas King. London: Longman, Rees, Orme, Brown, & Green, 1826.
  • Report of the Western Circle, 1898. 20 January 2005. Accessed 2 may 2008.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Arqunilər&oldid=8074354"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2026 Movatter.jp