Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:
Arnold.
Arnold Frans Valter Şönberq (alm.Arnold Franz Walter Schoenberg, əvvəlcəSchönberg; 13 sentyabr1874 — 13 iyil1951) — avstriyalı və amerikalıbəstəkar, pedaqoq, musiqişünas,dirijor. Musiqidəki ekspressionizmin görkəmli nümayəndəsi, Yeni Vyana Məktəbinin banisi, dodekafoniya (12 tonluq) və seriyalı texnika kimi musiqi texnikalarının müəllifi.
Arnold Şönberq13 sentyabr1874-cü ildəVyanada dünyaya gəlib. 8 yaşında skripkada çalmağı öyrənəndən sonra musiqi bəstələməyə başlayıb. Musiqi sahəsindəki nəzəri biliklərinin əksəriyyətinə heç kimin köməkliyi olmadan təkbaşına yiyələnib.1894-cü ildə özündən 3 yaş böyük bəstəkarAleksandr fon Semlinskidən kontrapunkt dərsləri alıb.1901-1903-cü illərdəBerlində orkestr drijoru işləyib.1904-cü ildən də Vyanada müəllimlik etməyə başlayıb.Anton Vebern,Alban Berq onun tələbələri olublar. 1919-cu ildə yeni yeni musiqi yaratmaq üçün ətrafına musiqiçiləri toplayıb. Onların konsertləri tənqidçilər tərəfindən ciddi tənqidlərə tuş gəlib. Bu konsertlərdə əl çalmaq və onları yayımlamaq qadağan edilib. 1925-ci ildə Şönberq pedaqoji fəaliyyətini davam etdirmək üçün Berlinə qayıdıb. Yəhudi olduğu üçün 1933-cü ildə faşistlərin təqibi ilə üzləşib. 1898-ci ildə xristianlığı qəbul etməsinə baxmayaraq yəhudi kimi Parisə sürgün edilib. Bundan sonra yenidən yəhudiliyə qayıdıb. 1934-cü ildə ABŞ-yə köçüb və soyadını Şönberqdən Şöenberqə dəyişib. 1936-cı ildə UClA-da dərs deməyə başlayıb. 13 iyul 1951-ci ildə Los-Ancelesdə vəfat edib.
Dodekafoniya
 | Bəstəkar ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin. |
| |
|---|
| Tematik saytlar | |
|---|
| Lüğətlər və ensiklopediyalar | |
|---|
| Şəcərə və nekropolistika | |
|---|
|