Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Aristofan

Vikipediya, azad ensiklopediya
Aristofan
q.yun.Ἀριστοφάνης
Doğum tarixitəq.e.ə. 445[1][2]
Doğum yeri
Vəfat tarixie.ə. 385[3][4][…]
Vəfat yeri
Fəaliyyətidramaturq, şair, yazıçı
Əsərlərinin diliqədim yunan dili
Tanınmış əsərləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aristofan (q.yun.Ἀριστοφάνης;təq.e.ə. 445[1][2],Qədim Afina[5]e.ə. 385[3][4][…],Qədim Afina[6]) — qədim yunan şairi, dramaturq-komedioqraf, "komediyanin atası", klassik yunankomediyasının banisi.

Həyatı

[redaktə |vikimətni redaktə et]

Həyatı haqqında məlumat azdır. Onun yaradıcılığına 44 komediyanı aid edirlər ki, bunlardan 11-i dövrümüzə qədər gəlib çatmışdır. Aristofan komediyalarında siyasi görüşlərə geniş yer vermişdir. Buna görə də dövlət adamları tərəfindən təqib olunmuşdur. Onun əsərlərinin əsas tənqid hədəfi kleon və Afina-Sparta müharibəsi olmuşdur. Lakin Aristofan komediyalarında ədəbi və fəlsəfi görüşlərinə də yer vermişdir. Bunlarda o Sokratın sofistikasını və Evripidin faciələrini tənqid etmişdir.

Əsərləri

[redaktə |vikimətni redaktə et]

Axarnlılar- (425)

Atlılar- (424) Aristofanın ən yaxşı əsəri sayılan bu əsərdə demokratiya dövrü idarəçiləri və müharibələri tənqid olunur.

Buludlar- (423)

Arılar- (422) burada demokratiya dövrü məhkəmələri tənqid olunur.

Sülh- (421)

Quşlar- (414)

Lisistrata,Qadınlar Fesmofori bayramında- (hər ikisi 411)

Qurbağalar - (405), bu komediyada Esxil və Evripid qarşılaşdırılır və Evripid tənqid olunur.

Qadınlar xalq məclisində - (392)

Sərvət - (388)

Yuxarida göstərilən komediyalar tam şəkildə, digər komediyalarından isə 1000-ə yaxın fraqment dövrümüzədək qəlib çatmışdır.

MüəllifinSülh,Lisistrata kimi komediyaları müharibənin tənqidinə,Buludlar komediyası Sokratın və sofistlərin tənqidinə həsr olunmuşdur.Sərvət utopik xarakter daşıyır və kor sərvət allahının gözünün açılması ilə kasıbların varlanmasına həsr olunmuşdur.

Aristofanın yaradıcılığı Afina demokratiyasının dərin böhran keçirdiyi kəskin ictimai-siyasi mübarizə dövrünə təsadüf edir. Əsərlərində müharibə və sülh mövzusu əsas yer tutur ("Axarnlılar", "Sülh", "Lisistrata"), zorakılıq pislənir, hakim dairələrin işğalçılıq siyasəti, xalqın iztirablarına laqeyd qalan acgöz və ikiüzlü siyasi xadimlər ("Atlılar"), bürokrat məjkəmə sistemi ("Arılar") ifşa edilir. "Qadınlar xalq məclisində", "Quşlar", "Sərvət" komediyalarında ideal cəmiyyət haqqında arzuları əks olunmuşdur. Aristofan satirik gülüş vasitələrindən - buffonada və karikaturadan məharətlə istifadə etmişdir.

Aristofanın komediyalari Avropa ədəbiyyatının inkişafına qüvvətli təsir göstarmişdir (Rotterdamlı Erazm, F.Rable, J.Rasin, İ.V.Göte və b.). "Atlılar", "Buludlar", "Qurbağalar" komediyaları azərbaycan dilinə tərcümə edilmişdir.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12Istituto dell'Enciclopedia Italiana Aristòfane //Enciclopedia on line (it.).
  2. 12Pincelli M. A. Aristofane //Machiavelli. Enciclopedia machiavelliana (it.). /G. SassoIstituto dell'Enciclopedia Italiana, 2014.
  3. 12Ярхо В. Н., Ярхо В. Н. Аристофан //Краткая литературная энциклопедия (rus.).Москва:Советская энциклопедия, 1962. Т. 1.
  4. 12R. C. J.Aristophanes (ing.). //Encyclopædia Britannica:a dictionary of arts, sciences, literature and general information /H. Chisholm 11New York,Cambridge, England:University Press, 1911. Vol. 2. P. 499–501.
  5. 12Deutsche Nationalbibliothek Record #118503987 //Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. 12Аристофан (rus.). //Энциклопедический словарь / под ред.И. Е. АндреевскийСПб:Брокгауз — Ефрон, 1890. Т. II. С. 93–94.
VikianbardaAristofan ilə əlaqəli mediafayllar var.
VikisitatdaAristofan ilə əlaqədar sitatlar var.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Aristofan&oldid=5457372"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp