Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Araukanlar

Vikipediya, azad ensiklopediya
Araukanlar
Sayları və yaşadığı ərazilər
Diliaraukan dili,ispan dili
Dinikatolisizm, ənənəvi inanclar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
AraukanlarXIX əsrin sonunda

Araukanlar və yaMapuçe (özlərini hərfi mənası "torpağın adamları" olanmapuche adlandırırlar) —ÇilidəArgentinada yaşayan hindu xalqı.

Müxtəlif hesablamalara görə sayları 1,5 milyon (1,3 milyon Çilidə və 200 min Argentinada) nəfərdir.

Təcrid olunmuş araukan dilində danışırlar, çoxu ispan dilini bilir.

Araukanların böyük əksəriyyəti katolikdir, XX əsrin 90-cı illərindən başlayaraq ənənəvi kultlarını yenidən bərpa etməyə başlamışlar.

Etnonim

[redaktə |vikimətni redaktə et]

Bu hindu xalqı "mapuçe" ilə müqayisədə "araukanlar" adı ilə daha çox tanınır. "Araukanlar" kəlməsinin bir neçə izahı mövcuddur. Birinci izaha görə, bu kəlmə keçua dilindəki "düşmən", "rəqib" mənalarını verənawqa kəlməsi ilə bu dildə cəm şəkilçisi olan-kuna şəkilçisinin (awqakuna — düşmənlər, rəqiblər) birləşməsindən yaranmışdır. Son variant olanaraucano isə bu kəlmənin ispanların danışıq dilində qalmış formasıdır. İkinci izaha görə, kəlməarauco kəlməsindən meydana gəlmişdir. Bu kəlmə ilə ispanlar mapuçelərin yaşadıqları əraziləri adlandırırdılar. Öz növbəsində "arauco" da —rag ko ("gilli su") kəliməsinin dəyişilmiş variantıdır.

Yayılma arealı

[redaktə |vikimətni redaktə et]

Çilidə araukanlar əsasən Bio-Bio və Rio-Bueno çayları arasında, Bio-Bio, Arauko, Malyeko, Kautin, Valdiviya, Osorno, Lyankiue, Çiloe, Argentinada isə Neuken, Buenos-Ayres, La-Pampa, Mendosa, Rio-Neqro, Çubut əyalətlərində yaşayırlar.

Araukanlar üç qrupa bölünür

  • şimali araukanlar (pikunçe) — İtata çayından şimalda yaşamışlar,
  • mərkəzi araukanlar (və ya müasir araukanlar (mapuçe)
  • cənubi araukanlar (uilyiçe) — müasir Valdiviyadan cənubda yaşamışlar.

Tarixi

[redaktə |vikimətni redaktə et]

XVI-XVII əsrlərdə azsaylı pikunçelər ispanlar tərəfindən assimilyasiyaya məruz qaldılar. Assimilyasiya olunmayanlar ali başçının (toke) rəhbərliyi altında üç (XVIII əsrin əvvəllərindən dörd) birlikdən (vutanmapu — "böyük torpaq") ibarət ittifaq qurdular. Bu birliklərin hər birinə bir neçə qəbilə daxil idi və ona seçilmiş hərbi başçı rəhbərlik edirdi. XVII-XVIII əsrlərdə araukanlar Argentina ərazisinə soxuldular və puelçe ilə teuelçeləri assimilyasiyaya məruz qoydular (bu proses araukanlaşdırma da adlandırılır).

Santilyanın vergiləri

[redaktə |vikimətni redaktə et]

Fernando de Santilyan məşhur Santilyan vergilərinin müəllifidir. 1558-ci ildə Çilidə toplanmağa başlanan bu vergilər ispanlar və araukanlar arasındakı münasibətləri tənzimləyən bir növ ilk qanunlar idi.

Mapuçe başçıları

[redaktə |vikimətni redaktə et]

Titul:mapu-toki (xalq başçısı).

  • Miçimalonko (təx. 1535—1543)
  • Ayyavila (təx. 1545—1549)
  • Linkoyyan (1549—1553)
  • Lautaro (1553—1557)
  • Kaupolikan (1557—1558)
  • Koloko (təx. 1570—1590)
  • Pelantar (təx. 1598)
  • Lyentur (təx. 1630)

XIX əsrə qədər müstəqil ərazi.

  • Oreli-Antuan de Tunan (I Oreli-Antuan) (Araukaniyanın və Pataqoniyanın kralı 1861—1862, 1867—1871, ölüm: 1878).

1871 — Çili və Argentina arasında bölünmə.

  • Araukaniyada əmin-amanlıq

Tarixi

[redaktə |vikimətni redaktə et]

Araukanları təşkil edən başlıca qruplar pinunçelər, mapuçelər, huilliçelər, pehuençelər və puelçelərdir. Yarıköçəri həyat tərzi keçirən və primitiv əkinçiliklə məşğul olan araukanlar, daha yaxşı savaşa bilmək üçün bəzi texnikalarını mənimsədikləri ispanlara qarşı çıxmış və1553-cü ildə konkistador Valdiviyanı məğlub edib öldürmüşlər. Bu hadisəniXVI əsrdə Alonso de Erkilla "Araucana" adlı eposvari şeiriylə ölümsüzləşdirmişdir. Valdiviyanın yerinə keçən Qarsiya Hurdato de Mendoza bir müddət araukanları müdafiəyə çəkilməyə məcbur edə bilmişdir. Amma1598-ci ildə araukanlar yeni üsyan qaldıraraq ispanları Bio-Bionun şimalına qovmuşlar. O tarixdən başlayaraq, təxminən iki yüz il müddətində müstəmləkə olan Çilinin şimalında kiçik fasilələrlə araukanlarla toqquşmalar baş vermişdir. Müstəmləkəçilər dəmiryolları vasitəsilə çox sayda əcnəbini bölgəyə yerləşdirmiş, bu prosesXIX əsrin ikinci yarısında araukanların birdəfəlik məğlub edilməsinə qədər davam etmişdir.

Hazırda hərbi idarəçilik sisteminə bənzər bir sistemlə idarə olunan, bir liderin bir neçə kəndə rəhbərlik etdiyi araukanlar əsasən lama yetişdirir,ovçuluq, balıqçılıq, meyvəçilik və sənətkarlıqla (çömləkçilik, səbətçilik, toxumaçılıq, dəri və ağac emalı) məşğul olur, bunlardan əldə etdikləri məhsullarla həyatlarını təmin edirlər. Mərkəzi Çili kökənli olan araukanlar And dağlarının iki yamacı üzərində, xüsusilə də Argentina tərəfində (burada atçılıqla məşğul olurlar) yaşayırlar. Araukanlar Çilidə onlar üçün xüsusi ayrılmış torpaqlarda yaşayırlar və çilili kəndlilərdən sadəcə bəzi adət-ənənələrinə, dini mərasimlərinə görə fərqlənən kiçik kəndli icmalarında birləşiblər.

İstinadlar

[redaktə |vikimətni redaktə et]

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
  • Берёзкин Ю. Е. Этническая история Чили // Этнические процессы в странах Южной Америки. М., 1981. С. 223-61.
  • Берёзкин Ю. Е. Арауканы // Народы и религии мира / Глав. ред. В. А. Тишков. М.: Большая Российская Энциклопедия, 1999. С. 54-55.
  • Cooper J. The Araucanians // Steward J.H. (Ed.) Handbook of South American Indians. Vol. 2. N.Y., 1963.
  • Dowling Desmadryl J. Religión, chamanismo y mitología Mapuche. Santiago, 1973;
  • Steward J.H., Faron L.C. Native Peoples of South America. N.Y., etc. 1959;

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaAraukanlar ilə əlaqəli mediafayllar var.
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Pataqoniya mədəniyyətləri

Şablon:UNPO

Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Araukanlar&oldid=8053176"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp