Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Aqreman

Vikipediya, azad ensiklopediya

Aqrement (fr.agrément — təsdiqləmə, razılaşma) — qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq.

Normativ baza

[redaktə |vikimətni redaktə et]

Aqreman razılığı 18 aprel 1961-ci il tarixli "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası" ilə tənzimlənir.

Ümumi qaydaları

[redaktə |vikimətni redaktə et]

Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir. Çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir.Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir. Adətən aqreman sorğusuna mənfi cavab verilmir, cavabda gecikdirmə artıq onu vermək istəməmə haqqında xəbər verir. Aqreman sorğusunun incə xarakterini nəzərə alaraq, sorğu ilə müraciət edilən hökumət bir qayda olaraq, cavabı gecikdirməməyə çalışır. Burada qarşılıqlıq prinsipi, yəni bu hökumətin öz səfirinə aqremanı hansı müddətə alması nəzərə alınır.

⛭
Rollar
Diplomatik
liderlərin
ləqəbləri
Çoxtərəfli
İkitərəfli-milli
İkitərəfli-milli
səviyyədən aşağı
İkitərəfli-təmkin
Portfoliosuna görə
(Attaşe)
Başqa rollar
Təsnifat
Ofislər
Növləri
Sənədlər
Başqa
mövzular
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Aqreman&oldid=7607897"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp