Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Aparteid

Vikipediya, azad ensiklopediya
Bu haqdaseriyanın hissəsidir:
Aparteid

Aparteid, apartheyd (afrik.apartheid;azərb.ayrı yaşamaq) —İrqi ayrı-seçkiliyin ən kəskin formasıdır. Bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməsidir. Aparteid genosidi xatırladır və onun bir növüdür.CAR-ın hakim dairələri tərəfindən 20-ci əsr də "ağdərili" olmayan əhaliyə qarşı həyata keçirilən ifrat irqi və milli diskriminasiya vəseqreqasiyasiyasəti. Aparteidin məqsədi azlıq təşkil edən ağ əhali tərəfindən qeyri-avropalıları istismar etmək və milli-azadlıq mübarizəsinə qarşı güclü maneələr yaratmaq idi. 1910-cu ildəCənubi Afrika haqqında aktın qəbul olunması Aparteid sisteminin əsasını qoydu. Cənubi Afrika İttifaqında irqçiMillətçi partiya hakimiyyətə gəldikdən sonra (1948) rəsmi dövlət siyasəti kimi tətbiq edildi. 1950–54-cü illərdə seqreqasiyanı kəskinləşdirən bir sıra qanunlar qəbul olundu. 1959-cu ildə qəbul olunmuş "Bantuların özünüidarəsinin inkişafı haqqında qanun"a əsasən Afrika əhalisinin parlamentdə təmsil olunmasına son qoyuldu, bantustanlar yaradıldı. 20-ci əsrin 70-ci illərindəAfrika Milli Konqresinin rəhbərliyi altında milli və sosial əsarətə qarşı hərəkat geniş vüsət aldı.BMT dəfələrlə sənədlər qəbul edərək Aparteidi bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirdi. 80-ci illərdə Cənubi Afrikada Aparteidə qarşı hərəkatın dünya ölkələrinin əksəriyyəti tərəfindən dəstəklənməsi yerli hökuməti irqçilik siyasətini yumşaltmağa məcbur etdi. 1990-cı ilin əvvəllərinə qədər CAR-ın hakim dairələri aparteid siyasətini yerli əhaliyə qarşı aparmışdır. 90-cı illərin əvvəllərində CAR-ın prezidenti F. V. de Klerk Aparteidin tədricən ləğvinə başladı. CAR-ın "ağ" əhalisi arasında 1992-ci ildə keçirilənreferendumdan və 1994-cü ilindemokratik seçkilərindən sonra Aparteid tamamilə ləğv olundu.[1]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Azərbaycan Milli Ensiklopediyası(25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı:"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 569.ISBN 978-9952-441-02-4.
⛭
Mənbələr
Cinayətlər
Cinayət məhkəmələri
Cinayətlə mübarizə
Bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə,daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Aparteid&oldid=7883147"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp