Apache Hive | |
---|---|
![]() | |
Tipi | relyasiyalı verilənlərin idarəolunması sistemi |
Tərtibatçı | Apache Software Foundation |
Repozitoriya | git.apache.org/hive.git svn.apache.org/repos/asf… |
Proqramlaşdırma dili | Java[3][1] |
Əməliyyat sistemi | çarpaz platformalı[d] |
Yayımlanma tarixi | 9 noyabr2011[1] |
Platforma | Java Virtual Machine |
Sonuncu versiya |
|
Sayt | hive.apache.org |
![]() |
Apache Hive —Hadoop platforması əsasında,verilənlər bazasını idarəetmə sistemidir. Sistem vasitəsilə paylanmış mühitdə saxlanılan böyük həcmli verilənləri oxumaq, yazmaq və idarə etmək olur.
Apache HiveFacebook Korporasiyası tərəfindən yaradılmış vəApache Software Foundationda açıq lisenziya əsasında lisenziyalaşdırılmışdır. Bu sistem hazırdaNetflix tərəfindən istifadə olunur vəAmazon Elastic MapReduce vasitəsilə Amazon Veb Xidmətlərində mövcuddur.[4]
Apache Hive, SQL dilinə əsaslanan, lakin SQL-92 standartı üçün tam dəstəyi olmayan Hive Query Language-i dəstəkləyir. HiveQL XML və JSON formatları ilə işləmək funksiyalarına malikdir, massivlər, strukturlar, assosiativ massivlər kimi qeyri-skalyar məlumat növlərini, həmçinin toplama funksiyalarının geniş spektrini, istifadəçi tərəfindən müəyyən edilmiş funksiyaları (İstifadəçi tərəfindən təyin edilmiş funksiyalar), kilidləri dəstəkləyir.